Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

25.1.5.

 bu  Qanuna  müvafiq  olaraq  İdarə  Heyəti  üzvlərini  vəzifədən  kənarlaşdırmaq, 

səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 

10-cu maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək; 

25.1.6.

 bank  ilə  İdarə  Heyətinin  bir  və  ya  bir  neçə  üzvü  arasında  mənafelər  toqquşması 



olduğu hallarda bankı idarə və təmsil etmək; 

25.1.7.


 bankın  etibarlı  və  prudensial  idarə  olunmasını  təmin  etmək  üçün  zəruri  olan 

qaydaları  və  daxili  əsasnamələri  qəbul  etmək,  habelə  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə 

qarşı daxili nəzarət sistemini hazırlamaq və tətbiq etmək; 

ix[9]

 

25.1.8.



 bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək; 

25.1.9.


 bankın  nizamnamə  kapitalının  50  faizindən  artıq  məbləğdə  və  bankın 

nizamnaməsində nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına 

icazə vermək; 

25.1.10.  banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən 

şəxslərlə əqdlər bağlanmasını təsdiq etmək;  

25.1.11.


 bankın  fəaliyyətinin  kompleks  və  ya  ayrı-ayn  sahələrinin  yoxlanması  barədə 

qərar qəbul etmək; 

25.1.12.

 kənar  və  daxili  auditorların,  habelə 

Mərkəzi  Bank

ın  yoxlamalarının  nəticələrini 

nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək; 

25.1.13.


 bu Qanunla, bankın nizamnaməsi və 

Mərkəzi Bank

ın normativ xarakterli aktları ilə 

nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. 

Müşahidə  Şurası  bu  Qanunun  25.1.6-cı  maddəsində  nəzərdə  tutulan  səlahiyyəti  icra 

etməzdən əvvəl 

Mərkəzi Bank

a əsasları göstərməklə yazılı bildiriş göndərir və səhmdarların 

ümumi  yığıncağının  növbədənkənar  iclasmı  çağırır. 

Mərkəzi  Bank

  Müşahidə  Şurasının 

qərarına dair öz münasibətini bildirə bilər.

 

Müşahidə  Şurasının  bu  Qanunun  25.1.5,  25.1.6  və  25.1.8-ci  maddələrinə  əsasən  qəbul 



etdiyi  qərarlar  səhmdarların  ümumi  yığıncağının  növbəti  iclasının  gündəliyinə  daxil 

edilməli və müzakirə olunmalıdır.

 

25.2.


 Bankın  Müşahidə  Şurası  3  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir. 

Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya 

kənar şəxslərdən 4 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri 

növbəti  müddətlərə  yenidən  seçilə  bilərlər.  Səhmdarların  ümumi  yığıncağı  Müşahidə 

Şurasının  üzvləri  sırasından  Müşahidə  Şurasının  sədrini  təyin  edir.  Müşahidə  Şurası 

üzvlərinin  muzdu  bankın  bölüşdürülməmiş  mənfəətinin  faizi  şəklində  və  ya  əmək  haqqı 

formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər. 

25.3.


 bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın  Müşahidə  Şurasının  üzvü  ola  bilməz  və  bank  səhmdarlarının  ümumi  yığıncağının 

azad edilməlidirlər. 

25.4.


 Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə 

səlahiyyətlidir.  İclasların  keçirilməsi  qaydası  bankın  nizamnaməsində  və  ya  Müşahidə 

Şurası haqqında əsasnamədə müəyyən edilir. 

25.5.


 Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə 

dair protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir. 

25.6.

 Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə 



qəbul  edilir.  Hər  bir  üzv  bir  səs  hüququna  malikdir.  Üzvlərin  səsvermə  zamanı  bitərəf 

qalmasına  icazə  verilmir.  Səslər  bərabər  olduqda  Müşahidə  Şurası  sədrinin  səsi  həlledici 

sayılır. 



M a d d ə   2 6. İdarə Heyəti

 

26.1.



 Bankın İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün 

məsuliyyət daşıyır. 

26.2.

 İdarə  Heyəti  3  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir.  İdarə 



Heyətinin  üzvləri  bank  səhmdarlarının  ümumi  yığıncağı  tərəfindən  4  ildən  çox  olmayan 

müddətə  təyin  edilirlər.  Onlar  növbəti  müddətlərə  yenidən  seçilə  bilərlər.  Səhmdarların 

ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə 

Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir. 

26.3.

 Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən fiziki  şəxslər 



bankın  İdarə  Heyətinin  üzvü  ola  bilməz  və  səhmdarların  ümumi  yığıncağının  qərarı  ilə 

İdarə Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər. 

26.4.

 İdarə  Heyəti  onun  iclasında  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə 



səlahiyyətlidir. 

26.5.


 İdarə  Heyətinin  qərarları  yığıncaqda  iştirak  edən  üzvlərinin  sadə  səs  çoxluğu  ilə 

qəbul  edilir.  Hər  bir  üzv  bir  səs  hüququna  malikdir.  Üzvlərin  səsvermə  zamanı  bitərəf 

qalmasına  icazə  verilmir.  Səslər  bərabər  olduqda  İdarə  Heyətinin  sədrinin  səsi  həlledici 

sayılır. 

M a d d ə     2 7. Audit Komitəsi və daxili audit

 

27.1.



 Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə 

və s.) fəaliyyət göstərir. 

27.2.

 Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir: 



 

27.2.1.


 bankın audit siyasətini və strategiyasını müəyyən etmək; 

27.2.2.


 daxili  audit  planlarmı  təsdiq  etmək  və  audit  bölməsinin  fəaliyyətinə  nəzarəti 

həyata keçirmək; 

27.2.3.

 kənar auditin təyin edilməsi ilə əlaqədar bankın səlahiyyətli idarəetmə orqanlarına 



təkliflər vermək; 

27.2.4.


 kənar  auditlə  birgə  işi  təşkil  etmək,  auditin  nəticə  və  tövsiyələrinin  həyata 

keçirilməsinə yardım etmək; 

27.2.5.

 bankın idarəetmə orqanları ilə kənar auditorlar, habelə nəzarət orqanları arasında 



əlaqələr qurmaq; 

27.2.6.


 daxili  nəzarət  sistemlərinin  təkmilləşdirilməsinə  dair  Səhmdarların  Ümumi 

Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək. 

27.2.7. 

Mərkəzi Bank

ın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri 

həyata keçirmək.

 

27.3.


 Bankın  Audit  Komitəsi  üç  nəfərdən  az  olmamaqla  tək  sayda  üzvlərdən  ibarətdir. 

Komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə 

təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər. Səhmdarların Ümumi 

Yığıncağı  Komitənin  üzvlərindən  birini  Komitənin  sədri  təyin  edir.  Audit  Komitəsinin 

üzvlərinin əmək haqqı formasında muzdu Səhmdarların Ümumi Yığıncağı tərəfindən təyin 

edilir. 


27.4.

 Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın Audit Komitəsinin üzvü ola bilməz və Səhmdarların Ümumi Yığıncağının qərarı ilə 

Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. 

27.5.

 Audit  Komitəsi  onun  iclasında  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə 



səlahiyyətlidir.  İclasların  keçirilməsi  qaydası  Audit  Komitəsi  haqqında  təsdiq  edilmiş 


Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə