Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   2   3   4   5   6   7   8   9   10   ...   25

keçirməsi, bu şirkətin fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb 

etməsi  üçün  həmin  ölkədə  lisenziyası  olan bir  və  ya  bir neçə  bankının  olması  və  ya  onları 

idarə  etməsi  barədə  yazılı  bildirişi  və  bu  orqanın  törəmə  bankın  təsis  edilməsinə  yazılı 

icazəsi. 

13.3.  Xarici  bankların  və  xarici  bank  holdinq  şirkətlərinin  törəmə  banklarında  İdarə 

Heyəti  üzvlərinin,  xarici  bankların  yerli  filiallarında  isə  inzibatçılarının  ən  azı  biri 

Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. 

M a d d ə   14. Bank lisenziyasının və ya icazənin verilməsi şərtləri 

14.1.  Bankların  və  xarici  bankların  yerli  filiallarının  etibarlı  və  prudensial  idarə 

olunmasını  təmin  etmək  zərurəti  nəzərə  alınmaqla,  bank  lisenziyası  bu  Qanuna  uyğun 

olaraq yalnız aşağıdakı şərtlər gözlənildikdə   verilə bilər: 

14.1.1.


 bankın  ilkin  nizamnamə  kapitalı  və  ya  xarici  bankın  yerli  filialının  ilkin 

nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsaiti 

Mərkəzi  Bank

  tərəfindən  ilkin  müraciətin 

təsdiq edildiyi zaman müəyyən edilmiş miqdardan az deyildir; 

14.1.2.


 mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin banka təsirinin 

onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar 

məlum deyildir; 

14.1.3.


 bank  ilə  mühüm  iştirak  payı  olan  xarici  bank  və  ya  xarici  bank  holdinq  şirkəti 

arasında  münasibətlər 

Mərkəzi  Bank

ın  nəzarət  funksiyalarını  həyata  keçirməsinə  mane 

olmayacaqdır,  təsisçi  bankın  və  ya  bank  holdinq  şirkətinin  yerləşdiyi  ölkədə  bank 

tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  onlara  səmərəli  nəzarət  həyata  keçirilir, 

həmçinin  bu  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanları 

Mərkəzi  Bank

la  əməkdaşlıq 

edəcəkdir; 

14.1.4.

 mühüm  iştirak  paylarının  sahibləri  olan  fiziki  şəxslər  və  hüquqi  şəxslərin  icra 



orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olduqda; 

14.1.5.


 bankın  və  ya  xarici  bankın  yerli  filialının  inzibatçıları  bu  Qanunun  10-cu  və 

müvafiq hallarda 13.3-cü maddəsinin tələblərinə cavab verir; 

14.1.6.

 bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət prosedurları 



adekvatdır; 

14.1.7.


 bankın  və  ya  xarici  bankın  yerli  filialının  biznes-planı,  o  cümlədən  maliyyə 

proqnozları adekvatdır; 

14.1.8.

 yerli  törəmə  bank  xarici  hüquqi  şəxsin  (xarici  bank  və  ya  bank  holdinq  şirkəti 



istisna olmaqla) törəmə strukturu deyildir; 

14.1.9. bank  xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  törəmə  bankıdırsa,  xarici 

bank və  ya  xarici  bank holdinq  şirkəti  törəmə  bankın  gələcək  öhdəliklərinin  ödəniləcəyinə 

Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;

 

14.1.10.


 xarici  bank  yerli  filialının  gələcək  öhdəliklərinin  lazımınca  və  vaxtında 

ödəniləcəyinə təminat verir; 

14.1.11.

 bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi 

xarici bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və 

nəzarəti orqanı törəmə bankın təsis edilməsinə icazə vermiş və 

Mərkəzi Bank

 ilə həmin orqan 

arasında  məsləhətləşmələrdən  sonra  müəyyən  olunmuşdur  ki,  xarici  banka  və  ya  xarici 

bank  holdinq  şirkətinə  və  onların  törəmə  banklarına  (xarici  və  yerli)  bu  orqan  tərəfindən 

konsolidasiya əsasında lazımi nəzarət həyata keçiriləcəkdir; 

14.1.12.


 təsisçi  xarici  bankın  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti 

orqanı  yerli  filialın  açılmasına  icazə  vermiş  və  bankın  fəaliyyətinə  lazımi  nəzarəti  həyata 




keçirir; 

14.1.13.


 bank  şirkətlər  qrupunun  üzvüdürsə,  bu  cür  üzvlük 

Mərkəzi  Bank

ın  nəzarət 

funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır; 

14.1.14.

 təsisçilərin və ya yerli filial açan xarici bankın müvafiq sənədlərlə təsdiq olunmuş 

maliyyə vəziyyəti qənaətbəxşdir; 

14.1.15.


 bankın və ya xarici bankın yerli filialının lisenziyalaşdırılması üçün təqdim etdiyi 

sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur. 

14.2.  Yerli  bankların  yerli  və  xarici  filiallarının,  xarici  nümayəndəliklərinin  və  xarici 

bankların  yerli  nümayəndəliklərinin  etibarlı  və  prudensial  idarə  olunmasını  təmin  etmək 

zərurəti  nəzərə  alınmaqla,  onların  açılmasına 

Mərkəzi  Bank

  tərəfindən  icazə  bu  Qanuna 

uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənilməklə verilə bilər:

 

14.2.1.


 bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir; 

14.2.2.


 filialın  və  ya  nümayəndəliyin  inzibatçıları  bu  Qanunun  10-cu  maddəsinin 

tələblərinə cavab verir; 

 

14.2.3.


 filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır; 

14.2.4.


 filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır; 

14.2.5.


 yerli  bankın  xarici  filialının,  nümayəndəliyinin  yerləşdiyi  ölkənin  bank 

tənzimləməsi və nəzarəti orqanı 

Mərkəzi Bank

la qarşılıqlı əməkdaşlıq əsasında həmin filiala, 

nümayəndəliyə lazımi nəzarəti həyata keçirəcəkdir; 

14.2.6.


 təsisçi olan xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı 

yerli  nümayəndəliyin  açılmasına  icazə  vermişdir  və  bankın  fəaliyyətinə  lazımi  nəzarəti 

həyata keçirəcəkdir; 

14.2.7.


 bankın  yerli  filialının  fəaliyyət  göstərəcəyi  yer 

Mərkəzi  Bank

ın  bank  fəaliyyətinin 

həyata keçirilməsi üçün müəyyən etdiyi texniki-təchizat tələblərinə cavab verir; 

14.2.8.

 filial  tərəfindən  bank  hesabları  üzrə  aparılan  əməlliyyatlar  təsisçi  bankın 



hesabatlarında 

Mərkəzi Bank

 tərəfindən müəyyən edilmiş vaxt rejimində həyata keçirilir; 

14.2.9.


 filialın və ya nümayəndəliyin açılmasına icazə almaq üçün təqdim edilən sənədlər 

Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur. 

14.3.  Bank  lisenziyası  və  ya  icazə  alınması  üçün  ərizə  rədd  edildikdə  müraciət  edənlər 

Mərkəzi  Bank

ın  qərarını  aldıqdan  sonra  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

məhkəməyə müraciət edə bilərlər.

 

M a d d ə   15. Bank lisenziyalarının və icazələrin reyestri



 

15.1.


 

Mərkəzi Bank

 bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün 

açıq  olan  mərkəzi  reyestrini  tərtib  edir.  Reyestrə  bankların,  filialların,  şöbələrin  və 

nümayəndəliklərin  adları,  ünvanları,  inzibatçıları  barədə  məlumatlar,  onlara  verilmiş  və 

ləğv  edilmiş  lisenziyaların  və  icazələrin  qeydiyyat  nömrələri  və  tarixi,  fəaliyyətinə  xitam 

verilmiş banklar, filiallar, şöbələr və nümayəndəliklər haqqında məlumatlar daxil edilir. 

15.2.


 Banklar reyestrə  daxil edilmiş  məlumatlarda  dəyişikliklər  barəsində 

Mərkəzi  Bank

beş təqvim günü müddətində yazılı bildiriş göndərirlər. 



M a d d ə   16. 

Bank lisenziyasının və ya icazənin ləğvi 

16.1.  Bankın  və  ya  xarici  bankın  yerli  filialının  bank  lisenziyası  yalnız 

Mərkəzi  Bank

 

tərəfindən aşağıdakı bir və ya bir neçə əsas olduqda ləğv edilə bilər:



 

16.1.1.


 bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında; 

16.1.2.


 xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə; 


Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə