Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   2   3   4   5   6   7   8   9   ...   25

şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin 

ləğv edilməsində müstəsna hüquqlara malikdir. 

6.2.

 Bank  lisenziyaları  və  icazələr  yazılı  formada  müddətsiz  olaraq  verilir.  Bank 



lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü 

şəxslərə  verilə  bilməz.  Bank  lisenziyaları  və  icazələr 

Mərkəzi  Bank

  tərəfindən  verildiyi 

gündən qüvvəyə minir. 

6.3.


 

Mərkəzi  Bank

  verdiyi  bank  lisenziyasında  və  icazədə  bu  Qanunun  32-ci maddəsi  ilə 

banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər. 

Bank  lisenziyasında  və  ya  icazəsində  elə  fəaliyyət  növləri  məhdudlaşdırıla  bilər  ki, 

onların həyata keçirilməsi üçün ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa 

malik deyildir. 

M a d d ə   7 . Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət 

7.1.

 Bank  lisenziyası  və  icazə  alınması  üçün  bankın  təsisçiləri  və  ya  qanunvericiliyə 



müvafiq  qaydada  vəkil  edilmiş  şəxslər 

Mərkəzi  Bank

a  yazılı  şəkildə  müraciət  edirlər. 

Müraciətin  forması  və  məzmunu,  ona  əlavə  edilən  sənədlər 

Mərkəzi  Bank

ın  normativ 

xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. 

7.2.


 Bank  lisenziyası  və  icazə  alınması  üçün  müraciətə  baxarkən 

Mərkəzi  Bank

  bankın 

kapitalında  mühüm  iştirak  paylarının  sahiblərinin  (hüquqi  şəxs  olduqda  onların  icra 

orqanlarının  rəhbərlərinin)  və  inzibatçıların  maliyyə  vəziyyəti,  peşəkar  fəaliyyəti  və 

keçmişdə  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadıqları  haqqında  maliyyə,  vergi  və 

hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak 

payını  əldə  etmək  istəyən  şəxslərə  (hüquqi  şəxs  olduqda  onların  icra  orqanlarının 

rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi 

şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq 

mühafizə orqanları 

Mərkəzi Bank

a onun tələb edə biləcəyi məlumatı verir. 

7.3.


 İlkin  müraciətə  baxılması  və  bank  lisenziyasının  verilməsi  üçün  "Dövlət  rüsumu 

haqqında"  Azərbaycan  Respublikası  Qanunu  ilə  müəyyən  edilmiş  miqdarda  və  qaydada 

dövlət rüsumu ödənilir. 

M a d d ə   8 . Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması qaydaları 

8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir: 

8.1.1.


 bankın  təsisçiləri  və  ya  qanunvericiliyə  müvafiq  qaydada  vəkil  edilmiş  şəxs 

(şəxslər) tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması 

(birinci mərhələ) və 

8.1.2.


 bank  dövlət  qeydiyyatına  alındıqdan  sonra  bank  lisenziyası  almaq  üçün  yekun 

müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ). 

8.2. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur: 

8.2.1. Bankın səsvermə hüququ olan səhmlərini əldə edəcək hər bir sahibi üçün: 

8.2.1.1.

 həmin  sahib  hüquqi  şəxs  olduqda  -  onun  adını,  ünvanını,  kommersiya 

fəaliyyətinin  növünü,  azı  son  üç  maliyyə  ilini  (hüquqi  şəxs  üç  ildən  az  müddətdə 

yaradıldıqda  isə  son  maliyyə  illəri  və  ya  ili)  əhatə  edən  və  auditor  yoxlamasından  keçmiş 

maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin 

nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  barədə  səlahiyyətli  idarəetmə  orqanının 

qərarının surəti; 

8.2.1.2.


 həmin  sahib  xarici  hüquqi  şəxs  olduqda  -  bu  Qanunun  8.2.1.1-ci  maddəsində 

sadalanan  sənədlərdən  başqa  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  leqallaşdırılmış, 




onların  yerləşdiyi  ölkədə  qeydiyyatdan  keçdiyini  təsdiq  edən  sənəd,  nizamnamə 

(əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor  yoxlamasından keçmiş maliyyə hesabatı 

və auditor rəyi; 

8.2.1.3.


 həmin  sahib  fiziki  şəxs  olduqda  -  onun  soyadını,  adını,  atasının  adını  və 

vətəndaşlığım,  şəxsiyyət  vəsiqəsinin  və  ya  şəxsiyyətini  təsdiq  edən  digər  sənədin 

məlumatlarmı, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər; 

8.2.1.4.


 həmin  sahib  əcnəbi  olduqda  -  bu  Qanunun  8.2.1.3-cü  maddəsində  sadalanan 

sənədlərdən  başqa  rezidenti  olduğu  ölkənin  bir  və  ya  bir  neçə  maliyyə  təşkilatlarının 

müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar; 

8.2.2.


 Bankın  təklif  edilən  nizamnamə  kapitalının  miqdarı,  bankın  nizamnamə 

kapitalında təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm 

iştirak payları, habelə hər bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin 

mühüm iştirak payları haqqında məlumatlar; 

8.2.3.

 Bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra 



orqanlarının rəhbərlərinin siyahısı. Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat 

qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə; 

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları 

tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; 

8.2.4.


 Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə 

bu  qrup  haqqında  məlumatlar,  o  cümlədən  qrupa  daxil  olan  digər  təşkilatlarda  mühüm 

iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar; 

8.2.5.


 Bankda  mühüm  iştirak  payının  təklif  edilən  sahibi  fiziki  şəxs  olduqda  onun 

tərəfindən 

imzalanmış 

və 


imzası 

notariat 

qaydasında 

təsdiqlənmiş 

vətəndaş 

qüsursuzluğuna dair ərizə; 

Mühüm  iştirak  payının  sahibi  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq 

hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə 

verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; 

8.2.6.


 Bankın  yaradılması,  onun  nizamnaməsinin  qəbul  edilməsi  və  idarəetmə 

orqanlarının  formalaşdırılması  haqqında  protokol  da  daxil  olmaqla,  bankın  təsis 

sənədlərinin surəti və bankın nizamnaməsi; 

8.2.7.


 Bankın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilati 

strukturunu,  o  cümlədən  daxili  nəzarət  sistemini  və  ilk  üç  il  üçün  maliyyə  proqnozlarmı 

(balans, mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı; 

8.2.8.


 Bankın  təklif  edilən  inzibatçılarının  siyahısı,  habelə  onların  hər  biri  üçün  peşə 

ixtisası  və  təcrübəsi  haqqında  məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və  əmək  fəaliyyəti 

haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş 

anket,  bankda  və  digər  hüquqi  şəxslərdə  onların  mühüm  iştirak  paylarının  miqdarı  və 

siyahısı,  tərəflərindən  imzalanmış  və  imzası  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş 

qüsursuzluğuna dair ərizə; 

İnzibatçı  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları 

tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; 

8.2.9.  Xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  bankı  üçün  bu 

Qanunun 13.2-ci maddəsində göstərilmiş sənədlər; 

8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank 

sənədi. 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə