Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


Təhsilin inkişaf strategiyasının maliyyə təminatı məsələləri



Yüklə 498,86 Kb.
səhifə4/7
tarix01.11.2017
ölçüsü498,86 Kb.
#8118
1   2   3   4   5   6   7

2.2.Təhsilin inkişaf strategiyasının maliyyə təminatı məsələləri.

Azərbaycanda təhsilin inkişaf etdirilməsi və təkmilləşdirilməsi dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Təhsilə ilbəil artan diqqət dövlətimizin başçısı İlham Əliyevin «maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik» fikri ilə bilavasitə bağlıdır.

Azərbaycanın sosial-iqtisadi inkişafının bütün istiqamətlərində olduğu kimi təhsilin inkişafında da mühüm uğurlar qazanılmışdır. 2009-cu ilin iyunun 19-da vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edən «Təhsil haqqında» Qanun qəbul olunmuşdur. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsildə aparılan islahatlar nəticəsində əhəmiyyətli dəyişikliklər baş vermiş, təhsilin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün bir sıra məqsədyönlü işlər həyata keçirilmişdir.

Təhsil sistemində aparılan islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 766-sı ali və tam orta təhsilə malikdir. 15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi 99,6 faizə çatmışdır.

2014-2015-ci dərs ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 1629 dövlət və 37 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 713 min uşaq və ya müvafiq yaşda olan uşaqların 14,9 faizi tərbiyə alır. Məktəbəqədər təhsil müəssisələrinin 96 faizi Təhsil Nazirliyinin sisteminə daxildir və onların 23 faizi Bakı şəhərində yerləşir.

2014-2015-ci tədris ilinin əvvəlinə ölkənin 4498 dövlət və 18 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,№ milyon şagird təhsil almışdır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6483 uşağın təhsil aldığı 19 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.

Hazırda Azərbaycanda 53 min tələbənin təhsil aldığı 59 orta ixtisas təhsil müəssisəsi və 143 min nəfər tələbənin təhsil aldığı 57 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisələri fəaliyyət göstərir.

2015-ci ildə ölkənin ali təhsil müəssisələrində 29,7 min və ya əvvəlki ildəkindən 1,0 min nəfər, yaxud 3 faiz çox tələbə qəbul olunmuşdur.

Qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycan Respublikasında iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində təhsil sisteminin yeni tələblər səviyyəsində qurulması və yeni tipli kadrlar yaradılmasına tələbat yaratmışdır. Ona görə də ölkəmizdə müasir təhsil Konsepsiyasının hazırlanması və həyata keçirilməsi dövlətin strateji vəzifələrindən biri kimi müəyyən edilmişdir.

Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu da onunla bağlıdır ki, təhsilə çəkilən xərclər ölkənin ahəngdar inkişafı üçün, kadrların və ümumiyyətlə intellektual cəmiyyət üzvlərinin hazırlanması üçün xüsusi əhəmiyyət kəsb edir.

Məlumdur ki, Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə ulu öndərimiz Heydər Əliyevin xüsusi qayğısı sayəsində SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərikn kütləvi şəkildə göndərilməsi, yüksəki ixtisaslı mütəxəssislərə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir.

Məlum olduğu kimi, hazırda elmi-texniki tərəqqi sürətlə inkişaf edir. Sürətli elmi-texniki tərəqqi müasir istehsal və xidmət sahələrində çalışan işçilərin yüksək xüsusi peşə təhsilinə və yüksək mədəniyyətə malik olmasını tələb edir.

Ölkəmizdə təhsilin inkişafı və əhalinin təhsil hüququnun həyata keçirilməsi ali qanunvericiliklə təsbit edilir. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların təhsil hüququ müəyyən edilmişdir. Konstitusiyanın 42-ci maddəsində qeyd edildiyi kimi, hər bir vətəndaşın təhsil hüququ var və ölkədə icbari ümumorta təhsil dövlət tərəfiındən təmin edilir və təhsilin minimum standartları dövlət tərəfindən müəyyən edilməklə, ona əməl olunmasına da dövlət nəzarət edir, eyni zamanda maddi vəziyyətindən asılı olmayaraq istedadlı uşaqların təhsili davam etdirməsini dövlət himayə edir.

Azərbaycanda təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, məktəblərin tikilməsi və əsaslı təmir olunmasına, yeni məktəb binalarının tikilməsinə son illərdə diqqət daha da gücləndirilmişdir.

Elmi-texniki tərəqqinin sürətləndirilməsi, və onun əsasında istehsalın ictimai əmək məhsuldarlığının yüksəldilməsi və milli gəlirin artması işçilərin xüsusi ixtisas və peşə hazırlığının səviyyəsilə müəyyən edilir. Ona görə də təhsilin və peşə hazırlığının vahid sistemin yaradılmasına dövlət xüsusi qayğı göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» təsdiq edilmişdir. Dövlət strategiyasında Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, həmin sənəddə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas məqsədlərdəndir. Dövlət strategiyası, həmçinin təhsilin infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü və davamlı inkişafını təmin edəcəkdir.

Son illər ərzində ölkədə təhsilin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, onun maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Son 11 ildə ölkədə 3000-dən çox məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasının təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət planının təsdiq edilməsi haqqında 19 yanvar 2015-ci il tarixli sərəncamı təhsil sisteminin inkişafında əsaslı dönüşün yaranmasına imkan yaratmışdır.

Ölkəmizdə təhsil sisteminin yenidən qurulması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, milli-mənəvi dəyərlərə əsaslanan yeni məzmun kəsb etməsi, dünya standartları səviyyəsində çatdırılması istiqamətində fundamental tədbirlər həyata keçirilir.

Hazırda təhsilin ən mühüm məsələlərinin həlli istiqamətində 16 inkişaf proqramı icra edilir.

Azərbaycanda "Təhsil islahatı Proqramı" hələ 1999-cu ilin iyun ayında Ümummilli Lider H.Əliyev tərəfindən imza edilmişdir. Onun göstərdiyi kimi, "Təhsil millətin gələcəyidir".

Ulu öndərin strateji kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev dövlət strateji vəzifəsi kimi təhsilin inkişafına böyük əhəmiyyət verir və xüsusi qayğı göstərir.

Heydər Əliyev fondunun təhsil sahəsindəki fəaliyyəti öz əhatəli və rəngarəngliyi ilə seçilir. Fondun Prezidenti Mehriban xanım Əliyeva "Yeni Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş müşavirədə çıxış edərək demişdir.:

"Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".

Ölkə Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə 2007-2015-ci illərdi Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı təsdiq edilmişdir. Həmin proqrama əsasən 2015-ci ilədək dövlət vəsaiti hesabına 5 min azərbaycanlı gənclər ali təhsil almaq üçün dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilmişdir.

Təhsilin inkişafına dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artmışdır. Təhsilin maliyyə təminatında büdcənin rolunu aşağıdakı məlumatlar əsasında xarakterizə etmək olar.



Cədvəl 2.3.

Təhsilin inkişafına büdcə xərclərinin dinamikası.

(mln.manat)




2013

2014

2015

2016




məbləğ

Xüsusi çəki

%-lə

məbləğ

Xüsusi çəki

%-lə

məbləğ

Xüsusi çəki

%-lə

məbləğ

Xüsusi çəki

%-lə

Dövlət büdcəsinin xərcləri-cəmi

19143,5

100

18708,0

100

21100,0

100

18495,0

100

O cümlədən:

Təhsil xərcləri



1437,7

7,5

1553,9

8,3

1711,2

8,1

1830,2

9,9

Cədvəldən göründüyü kimi, təhsilin maliyyələşdirilməsinə büdcədən ayrılan vəsaitin həcmi ildən-ilə artmışdır. Belə ki, 2013-cü ildə təhsilə 1437,3 mln.manat, 2015-ci ildə isə 1711,2 mln manat vəsait ayrılmışdır ki, bu da 2013-cü illə müqayisədə 273,5 mln manat və ya 19,0 faiz çoxdur. 2016-cı ildə isə təhsilə 1830,2 mln manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ildəkinə nisbətən 119,0 mln manat, yaxud 7,0 faiz çoxdur.

Ümumi təhsil sahəsində həyata keçiriləcək istehsalatların əsas prioritetlərinə uyğun olaraq, sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblərin idarəedilməsinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətlərində fəaliyyət 2015-ci il ərzində də uğurla davam etdirilib.

2015-ci ilə dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi xərclərinin tərkibi və quruluşu aşağıdakı kimi olmuşdur.

Cədvəl 2.4.




Xərclərin istiqamətləri

Məbləğ mln.man

Təhsil üzrə büdcə xərclərində xüsusi çəkisi %-lə




Təhsil üzrə cəmi xərclər:

O cümlədən:



1711,2

100,0

1

Məktəbəqədər təhsil xərcləri

165,6

9,7

2

Ümumi təhsil

898,3

52,5

3

İlk peşə ixtisası təhsili

34,3

2,0

4

Orta ixtisas təhsili

44,6

2,6

5

Ali təhsil

39,2

2,3

6

Təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər

529,2

30,9

Göründüyü kimi təhsil xərclərinin çox hissəsi, yəni 898,3 mln manatı və ya 52,5%-i ümumi təhsilə, 34,3 manatı və ya 2,0%-i ilk peşə ixtisas təhsilinə, 44,6 mln manatı və ya 2,6 faizi orta ixtisas təhsilinə, 165,6 mln.manatı və ya 9,7 faizi məktəbəqədər təhsilə, 529,2 mln manatı və ya 30,9 faizi tətbiqi tədqiqatlar və digər xidmətlərə ayrılmışdır.

Azərbaycanda təhsil sistemi aşağıdakı mərhələləri əhatə edir:



  1. Məktəbəqədər təhsil

  2. Ümumtəhsil: ibtidai təhsil; əsas təhsil və orta tam təhsil;

  3. Peşə ixtisas təhsili-texniki peşə təhsili; orta ixtisas təhsili və ali təhsil (bakalavr)

  4. Diplomdan sonrakı təhsil-magistratura, doktorantura, ixtisasartırma, yenidən hazırlama.

Təhsil xərcləri tərkibində uşaqların ümumi təhsil-tərbiyyəsi ilə bağlı xərclər əsas yer tutur. Burada məktəbəqədr uşaq tərbiyyə (təhsil müəssisələri, ibtidai-əsas təhsil məktəbləri, tam orta təhsil məktəbləri, internat məktəbləri, sağlamlıq imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaqların təhsil məktəbləri, uşaq evləri, uşaqların məktəbdənkənar tərbiyə işləri, metodik, işlər üzrə idarələrin saxlanması xərcləri aiddir.

Ümumtəhsil məktəblərində xərc smetaları üzrə aşağıdakı xərc maddələri planlaşdırılır:



  • Əmək haqqı;

  • Əmək haqqına üstəlik (sosial sığorta haqqı);

  • Təsərrüfat xərcləri, (istilik, elektroenerji);

  • Kitabxana üçün kitab alınması xərcləri;

  • Günü uzadılmış qruplarda yemək xərci;

  • Tədris-təsərrüfat inventarları;

  • Kompyuter-texniki avadanlıqlar alınması xərcləri;

  • Əsaslı təmin xərcləri;

  • Sair xərclər.

Ümumtəhsil məktəblərinin saxlanması xərclərini planlaşdırmaq üçün əsas göstəricilər onlarda təhsil alan şagirdlərin və siniflərin orta illik sayıdır.

Təhsil sahəsində aparılan islahatlar çərçivəsində yeni maliyyələşmə mexanizminə-adambaşına maliyyələşmə prinsiplərinə keçid əsas istiqamət kimi nəzərdə tutulmuşdur. Ona görə də büdcədən maliyyələşmə həcmini müəyyən etmək üçün məktəblərdə şagirdlərin orta illik sayının düzgün hesablanması mühüm əhəmiyyət kəsb edir.

Lakin ümumtəhsil məktəblərinin saxlanması xərclərini planlaşdırmaq üçün sinif qrupları və ümumilikdə məktəb üzrə siniflərin sayının müəyyən edilməsi də zəruri şərtlərdən biridir, çünki məktəblərin saxlanması üzrə bir sıra xərclər bilavasitə bu göstəricidən asılı olaraq hesablanır.

2.3.Səhiyyənin inkişafında dövlət büdcəsinin rolu

Azərbaycanda sosial-iqtisadi inkişafın digər sahələrində olduğu kimi səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması dövlətin daim diqqət mərkəzindədir. Səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin sosial siyasətində mühüm yer tutur. Səhiyyənin inkişafı və əhaliyə tibbi xidmətin yaxşılaşdırılması dövlətin sosial siyasətində mühüm istiqamət olmaqla, bu sahənin maliyyələşdirilməsinə, səhiyyənin maliyyə təminatının gücləndirilməsinə hər il böyük məbləğdə vəsait ayrılır.

Səhiyyənin inkişaf etdirilməsi və əhaliyə tibbi xidmətin yaxşılaşdırılması əhalininnn sağlamlığının qorunması sahəsində konstitusiya hüququnun təsbitidir. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi məhz vətəndaşların tibbi xidmət almaq və sağlamlığını qorumaq hüququnu ifadə edir:

-hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır;

-dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya epidemiologiya sağlamlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır;

-insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Hazırda ölkəmizdə səhiyyənin inkişaf etdirilməsinə dövlət qayğısı aşağıdakı prinsiplərə əsaslanır :

-əhaliyə pulsuz və yüksək səviyyəli tibbi xidmət göstərmək;

-səhiyyəni dövlət vəsaiti və eyni zamanda büdcədənkənar vəsaitlər hesabına inkişaf etdirmək;

-səhiyyəni və tibb xidmətini dünya standartları səviyyəsinə çatdırmaq və elmi-texniki tərəqqi əsasında yenidən qurmaq.

Səhiyyənin inkişafı və əhaliyə tibbi xidmətin mühüm növlərini əks etdirən göstəricilər sistemi müəyyən xüsusiyyətlərinə görə təsnifləşdirilir. Ona görə də səhiyyənin, tibbi tədbirlərin planlaşdırılması və maliyyələşdirilməsini düzgün aparmaq məqsədilə onlar müəyyən qruplara ayrılır. Bu qanunlar aşağıdakılardır:

Birinci - müalicə-profilaktika idarələri və təşkilatları, xəstəxanalar, dispanserlər, həkim-sağlamlıq müəssisələri, təcili tibbi yardım stansiyaları və mərkəzləri, qanköçürmə stansiyaları, yeniyetmələrə xidmət göstərən sanatoriya-müalicə müəssisələri və s.

İkinci - sanitariya-profilaktika idarələri və tədbirləri sistemi. Bu tip səhiyyə idarələrinə sanitariya epidemioloji stansiyalar, dezinfeksiya stansiyaları, ölkədə epidemiyalara qarşı mübariz tədbirləri və sanitariya xidməti təşkilatları. Sanitariya-maarifi xidmətləri və s.

Üçüncüsü - sair səhiyyə idarələri və tədbirləri. Bura daxildir məhkəmə-tibbi ekspertiza büroları, müharibə əlillərinə xidmətlər üçün müəssisələr və tədbirlər, sanatoriyalar və i.a

Səhiyyənin tərkibində xərclərini öz gəlirləri hesabına ödəyən, yəni təsərrüfat hesabı əsasında fəaliyyət göstərən apteklər,mağazalar, nəzarət təhlil labaratoriyaları, tibbi preparatları, dərman və sarğı materialları və i.a istehsal edən müəssisələrdə mövcuddur.

Bazar iqtisadiyyatına keçid və yeni iqtisadi münasibətlər şəraitində pullu xidmət poliklinikaları və müalicə müəssisələri, kurort-sanatoriya şəbəkəsi, apteklər şəbəkəsi daha da genişlənir.

Azərbaycan Respublikasında səhiyyə və tibbi xidmət xeyli inkişaf etmişdir. Səhiyyə sistemində xəstəxanalar, dispanserlər və digər müalicə müəssisələri geniş yer tutur. Büdcədən ayrılan vəsaitin demək olar ki, 80 faizindən çoxu həmin müalicə şəbəkəsinin payına düşür. Səhiyyənin və tibbi xidmətin inkişafını əks etdirən əsas göstəricilərə birinci növbədə stansionar-müalicə müəssisələri, yani xəstəxanalar, onlardakı çarpayıların sayı, həkim vəzifələrinin sayı, orta və kiçik tibbi heyətin sayı, poliklinikaların və digər sağlamlıq ocaqlarının sayı və s. daxildir.

Azərbaycanda son illərdə səhiyyə sisteminin inkişafını əks etdirən mühüm göstəriciləri aşağıdakı statistik məlumatlar əsasında xarakterizə etmək olar. Səhiyyənin inkişafını əks etdirən göstəricilər müxtəlif növ ixtisaslardan həkimlərin ümumi sayı, əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı, orta və kiçik tibbi heyətinin sayı, xəstəxanaların sayı, xəstəxana çarpayılarının sayı, poliklinika və ambulatoriyaların sayı və i.a. hesab edilir.



Cədvəl 2.5.

Azərbaycanda səhiyyənin əsas inkişaf göstəriciləri




2012

2013

2014

Bütün ixtisaslardan olan həkimlərin sayı (min nəfər)

30,6

31,4

32,4

Əhalinin 10000 nəfərinə

36,3

36,8

34,5

Orta tibb işçilərinin sayı (min nəfər)

62,9

60,1

60,2

Əhalinin hər 10000 nəfərinə

70,9

66,8

63,4

Xəstəxanaların sayı

756

516

523

Xəstəxana çrpayılarının sayı (min)

67,4

45,8

42,4

Əhalinin 10000 nəfərinə

76,0

50,9

46,5

Ambulatoriya poliklinikalarının sayı

1692

1688

1690

Qadın məsləhətxanaları, uşaq ambulatoriyaları və poliklinikaların sayı

907

472

455

Hamilə və zahı qadınlar üçün çarpayılarn sayı (min)

7,4

4,6

4,2

Xəstə uşaqlar üçün çarpayıların sayı

11,3

7,0

5,9

Cədvəldən görünür ki, ölkəmizdə bütün ixtisaslardan olan həkimlərin sayı 2012-ci ildə 30,6 min, 2013-cü ildə 31,4 min və 2014-cü ildə 32,4 min olmuşdur.

Səhiyyənin ayrı-ayrı ölkələrdə inkişafını əks etdirən mühüm göstəricilərdən biri əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayıdır. Azərbaycanda hazırda əhalinin hər 10min nəfərinə düşən həkimlərin sayı 32,4 – dir. Bu göstərici 2012-ci ildəkinə nisbətən 1,82 vahid azalmışdır.

2014-cü ildə xəstəxanaların sayı 523 olmuş və ya 2012-ci ildəkinə nisbətən 233 vahid azalmışdır. Xəstəxana çarpayılarının sayı 42,; min olmuş və ya 2012-ci ildəkinə nisbətən 25 min azalmışdır. Orta tibb işçilərinin sayı 60,2 min nəfər olmuş, əhalinin hər 10 min nəfərinə 63,4 orta tibb işçisi düşür.

Tibb müəssisələrinin və xəstəxana çarpayılarının sayının azalması səhiyyə sahəsində keçirilən islahatlarla, mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədardır.

Azərbaycanda vətəndaşların sağlamlıq vəziyyətini əks etdirən əsas göstəricilərdən biri xəstələnmə hallarından ibarətdir.

Xroniki xəstəliklərlə əlaqədar 1,3 milyon nəfər və ölkə əhalisinin təxminən hər yeddi sakinindən biri dispanser müşahidəsi altında olmuşdur. Qeydiyyata alınmış xəstəliklər arasında tənəffüs orqanlarının xəstəlikləri, həzm orqanlarının xə\stəlikləri, əsəb sistemi və hiss orqanlarının xəstəlikləri, yolxusu və parazit xəstəliklər üstünlük təşkil etmişdir.

Ölkəmizdə ambulatoriya və poliklinikaların sayı 2012-ci ildə 1692 və 2013-cü ildə 1688, 2014-cü ildə 1690 olmuşdur. Qadın məsləhətxanaları, uşaq ambulatoriyaları ilə poliklinikaların sayı 455-ə çatmış, yəni 2012-ci ildəkindən 452 vahid azalmışdır. Xəstə uşaqlar üçün çarpayıların sayı 5,9 minə enmişdir və s. Hamilə qadınlar üçün çarpayıların sayı 2014-cü ildə 5,9 min təşkil etmişdir.

Azərbaycanda səhiyyənin inkişafı və əhaliyyə tibbi xidmətin yaxşılışdırılmasına dövlətin qayğısı ildən-ilə artır. Azərbaycan hazırda keçid dövrünü yaşayır. Təcavüzə məruz qalmış, çoxu sayda qaçqını, məcburi köçkünü, müharibə əlilləri olan ölkədə səhiyyənin inkişafına ayrılmış vəsaitin səmərəli istifadəsi üçün ən mühüm istiqamətlər müəyyən edilmişdir.

Bu məqsədlə diaqnostik tədqiqatların və müalicə üsullarının paketi, eləcə də büdcə vəsaiti hesabına alınacaq zəruri dərman pereparatlarının, tibbi ləvazimatınların siyahısı hazırlanıb təsdiq olunmuşdur.

Bakı şəhərinin əksəriyyət xəstəxanaları zəruri avadanlıqla, dərman pereparatları və tibbi ləvazimatlar ilə tam təchiz olunmuşdur. Hazırda bütün xəstələr həmin stasionarlarda, eləcə də ambulator-poliklinika müəssisələrində pulsuz müayinəyə müalicə olunurlar. Beləliklə, ilk dəfə olaraq, dövlət tərəfindən zəmanət verilmiş pulsuz ilkin tibbi yardım, təcili, təxirəsalınmaz stasionar müalicəsi və dojuşayardım tam həcmdə təmin edilmişdir. Bundan əlavə, imtiyazlı və aztəminatlı əhali təbəqəsinə pulsuz tibbi yardım göstərmək üçün digər klinik mərkəzlərdə də çarpayılar ayrılmışdır və onlar tam həcmdə dövlət tərəfindən təmin olunur.

Azərbaycanda səhiyyənin maliyyələşdirilməsində büdcə əsas rol oynayır. Səhiyyə müəssisələri və təşkilatlarının xərcləri smeta əsasında maliyyələşir. Smeta üzrə nəzərdə tutulan xərcləri düzgün planlaşdırmaq və məqsədyönlü istifadə etmək üçün onları büdcə xərclərinin təsnifatına müvafiq surətdə qruplaşdırmaq lazımdır.

Səhiyyənin inkişaf etdirilməsində, tibbi xidmətin yaxşılaşdırılmasında, tibb elminin inkişafında dövlət büdcəsi xüsusi rol oynayır. Dövlətin sosial vəzifələri sırasında əhəmiyyətli yer tutan tibbi xidmət və əhalinin sağlamlığının qorunması tədbirlərinin həyata keçirilməsi, sanitariya-profilaktiki tədbirlərin həyata keçirilməsində dövlətin maliyyə təminatı əvəzsiz rola malikdir.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hələ 1998-ci ildən etibarən səhiyyə sistemində islahatlar üzrə dövlət Komissiyası yaradılmışdır. Ölkədə əhalinin kompleks şəkildə sağlamlaşdırılmasına dair proqramlar hazırlanmış və həyata keçirilməyə başlanmışdır.

Respublikada son illərdə dövlət büdcəsinin, büdcədənkənar fondların, dünya bankının və Yaponiya hökümətinin vəsaitləri hesabına Respublika kliniki xəstəxanası tikilib istifadəyə verilmiş, «Respublika onkoloji mərkəzi»nin, Elmi tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun, 2 saylı Uşaq Klinik xəstəxanası, «Ailə sağlamlıq mərkəzi»nin, 5 saylı doğum evinin və digər tibb müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.

Respublika əhalisinə səhiyyə xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə şəhər və rayon səhiyyə idarələrində struktur dəyişiklikləri aparılmışdır.

2014-cü ildə büdcədənkənar fondların vəsaiti hesabına 300-dən çox tibb müəssisəsində əsaslı və cari təmir aparılmış və onlar tibb avadanlığı ilə təchiz edilmişdir.

2014-cü ildə dünya bankının krediti hesabına 5 rayonda tibb müəssisəlirinin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Səhiyyə üzrə xərclər smeta əsasında planlaşdırılır və maliyyələşdirilir. Xərclərin planlaşdırılması və məqsədəuyğun maliyyələşdirilməsi büdcə xərclərinin təsnifatına uyğun aparılır.

Səhiyyə idarələrinin xərc smetası onların fərdi xüsusiyyətləri əsasında tərtib edilir. Xərc smetası dedikdə həmi idarə və təşkilatların saxlanması üçün büdcədən ayrılmış vəsaitin illik məbləğini və məqsədli təyinatı üzrə rüblük bölüşdürülməsini əks etdirən maliyyə-plan sənədidir.

Büdcə təsnifatına uyğun olaraq səhiyyə üzrə idarə, müəssisələr aşağıdakı qaydada qruplaşdırılmışdır.

1. «Xəstəxanalar» paraqrafına aşağıdakı xərclər aid edilir: xəstəxanalar və onların tərkibinə daxil olan struktur bölmələri, çarpayı şəbəkəsi olan mərkəzlər və dispanserlər, süd mətbəxləri, sanitar avivsiya, balneoloji müalicə ocaqları, müharibə əlilləri üçün qospitallar, ali məktəblər, elmi-tədqiqat i7nstituları və həkimləri təkmilləşdirmə institutları nəzdində olan klinikalar, su nəqliyyatında gəmi həkimlərinin və tibbi sanitar hissələrinin saxlanması xərcləri.

2. «Poliklinikalar və ambulatoriyalar» paraqrafında şəhər, qəsəbə və kənd yerlərində yerləşən müstəqilpoliklinikalar, çarpayısı olmayan ambulatoriya, diaqnostika mərkəzləri və dispanserlərin saxlanması xərcləri aid edilir.

3. «Feldşer-mama məntəqələri» paraqrafında şəhər, qəsəbə və kəndlərdə yerləşən feldşer mama məntəqələrinin saxlanması xərcləri aiddir.

4. «Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları» paraqrafına yalnız müstəqil təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının saxlanması xərcləri aiddir.

5. «Qanköçürmə stansiyaları» paraqrafına müstəqil yanköçürmə stansiyalarının saxlanması xərcləri aiddir.

6. « Vərəm xəstəlikləri üçün sanatoriyalar» paraqrafına birinci paraqrafda əks etdirilən vərəm sanatoriya-profilaktoriyaların saxlanması xərcləri istisna olmaqla vərəm xəstəliyi olan böyüklər, yeniyetmələr və uşaqlar üçün sanatoriyaların saxlanması xərcləri aiddir.

7. «Uşaqlar və yeniyetmələr (vərəmli olmayan) üçün sanatoriyalar» paraqrafında uşaqlar və yeniyetmələr (vərəmli olmayan) üçün sanatoriyalar, eləcə də uşaqlı valideynlər üçün sanatoriyaların saxlanması xərcləri aid edilir.

8. «Sanitariya-epidemioloji stansiyalar» paraqrafında sanitar-epidemioloji stansiyaların, respublikanın gigiyena və epidemiologiya mərkəzolərinin saxlanması xərcləri daxildir.

9. «Dezinfeksiya stansiyaları» paraqrafında müstəqil dezinfeksiya stansiyalarının və nəqliyyat müstəqil izolyasiya – buraxılış məntəqələrinin saxlanması xərcləri daxildir.

10. «Epidemiyalara qarşı mübarizə tədbirləri» paraqrafına aşağıdakı xərclər aiddir: müvəqqəti infeksiya çarpayılarının yerləşdirilməsi və saxlanması, müvəqqəti epidemiya əleyhinə dəstələrinin təşkili və saxlanması, infeksiya xəstəlikləri mənbələrində müvəqqəti səyyar hamam-dezinfeksiya qurğularının və izolyasiya məntəqələrinin təşkili və saxlanması, respublikanın səhiyyə orqanları tərəfindən infeksiya məntəqələrinə epidemiyaları ilə mübarizə üçün göndərilən tibbi heyətin ezamiyyət xərclərinin ödənilməsi aiddir.

11. «Sağlamlıq mərkəzləri və sanitariya maarifi evləri» paraqrafında sağlamlıq mərkəzlərinin, o cümlədən müəssisələrin, o cümlədən müəssisələrin nəzdində olan sağlamlıq-istirahət mərkəzlərinin, sanitariya-gigiyena tədbirlərinin, sanitar-maarif evlərinin saxlanması xərcləri nəzərdə tutulur.

12. «Körpə evləri» paraqrafına körpələr evləri, eləcə də vağzallarda, limanlarda, dəmir yolu stansiyaları nəzdində, su, hava, avtomobil nəqliyyatında olan ana və uşaq otaqlarının saxlanması xərcləri aiddir.

«Səhiyyə üzrə sair idarə və tədbirlər» paraqrafında aşağıdakı xərclər aid edilmişdir: xəstələrin müalicə üçün başqa şəhərlərə göndərilməsi, kənd doğum evlərinin, mama həkimlərinin saxlanması, protezləşdirmə (diş protezləri də daxil olmaqla) uşaqlara tibbi quluq etmə, uşaqların və səhiyyə məntəqələrinin pasportlaşdırılması, səhiyyə hesabat blanklarının mərkəzləşdirilmiş ödənişli, hesablama mərkəzlərinin saxlanması, tibbi heyətin yerinin dəyişdirilməsi, tibbi konfransların keçirilməsi, dəmir yolu nəqliyyatında sərnişin qatarlarını müşayət edən daimi heyətin tibbi statistika bürosunun saxlanması, müharibə əlillərinə xidmət göstərilməsi tədbirləri, tibb həkim-ekspertiza bürolarının saxlanması, SPİD ilə mübarizə tədbirləri, informatika mərkəzlərinin saxlanması, hökümətin ayrı-ayrı qərarları əsasında tibbi tədbirlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üzrə xərclər və sair.

Səhiyyə idarələri üzrə xərclərin maliyyələşdirmə məbləği iqtisadi-sosial inkişaf proqramının göstəriciləri əsasında müəyyən olunur. Hər il sosial-iqtisadi inkişaf proqramında əhalinin sosial ehtiyaclarının ödənilməsi xərclərinə olan tələbat və onların ödənilmə mənbələri müəyyən edilir. Səhiyyənin şəbəkə-ştat və xidmət göstəriciləri hesabat məlumatlarının təhlili əsasında dəqiqləşdirilir və xərc normaları nəzərə alınmaqla bu məqsədə dövlət büdcəsindən ayrılması vəsait müəyyən edilir.

Səhiyyə müəssisələrinin saxlanılmasına dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Səhiyyənin maliyyələşdirilməsinə büdcədən ayrılmış vəsaitin ildən-ilə artmasını aşağıdakı məlumatlardan görmək olar.


Yüklə 498,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə