Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   2   3   4   5   6   7   8   9   ...   73

 
12 ______________________________________ Giriş 
xalqın folkloru xüsusi əhəmiyyət kəsb edir. 
Biz «azərbaycanca danışan xalq» terminini təsadüfı 
işlətmirik. Başda «Böyük Sovet Ensiklopediyası» (277, 
277), «Sovet Ensiklopediya lüğəti» (296, 26) olmaqla, 
keçmiş Sovet və əcnəbi mənbələr İraqda azərbaycanlıların 
yaşadığını göstərirlər. 
Görkəmli türkoloq Karl Menqes «Türk dilləri və türk 
xalqları» kitabında yazır: «Azərbaycanlılar həmçinin 
İraqın  şimalında da yaşayırlar. Sayları 100 mindən 
artıqdır» (351, 12-13). 
Türkiyəli tədqiqatçı, prof. Cəlal Ərtuq isə bu 
münasibətlə yazmışdır: «Ərbil və Kərkük vilayətlərində bu 
gün iki milyon yarım türkmən-azəri yaşamaqdadır (358
a
, 8). 
Demək lazımdır ki, onlar toplu halda əsasən Kərkük 
vilayətində: Kərkük şəhərində, Tuz Xurmatu (qəza), Altun 
Körpü (nahiyə), Təzə Xurrnatu (nahiyə), Badava, Bəşir, 
Böyük Hasar, Bilava Qarabulaq, Qızılyar, Yaycı, Yarvoli, 
Yengicə, Kərküz, Kümbətlər, Leylan, Ömər Məndən, Tərcil, 
Gögtəppə, Tisin, Toxmaxlı, Türkalan, Çardaxlı və eləcə də 
«Bayat köyləri» sahəsi adlanan və 64 kəndi əhatə edən Kifri 
(qəza), Qərətəppə (nahiyə), Daquq (nahiyə), Abud, Cambur, 
Birauçılı, Bastamlı, Qalxanlı, Qaranaz, Əmirli, Əski Kifri, 
Zəngili, Yeşiltəpə, Kəhriz, Kingirban, Kötəburun, Laqum, 
Aştökən, Pirəhməd, Səyyad, Süleyman bəg (Muratlı), Tel 
Mənzil, Üştəpə, Xasadarlı, Hasarlı, Cabarlı kimi şəhər, 
rayon, qəsəbə və kəndlərdə yaşayır. Bundan əlavə, Diyala 
vilayətinin Xanaqin (qəza), Şahraban (qəza), Dəlli Abbas 
(nahiyə), Məndəli (nahiyə), Qarağan, Qizlarbat, Qizilca, 
Susuzbulaq kəndlərində, Ərbil vilayətinin mərkəzi Ərbil 
şəhərində, Mosul vilayətinin Tiləfər qəzasında, Mosul 
şəhərində və ölkənin paytaxtı 
Кərкüк folklorunun janrları_______________________ 13 
Bağdad şəhərində yaşayırlar. 
Demək lazımdır ki, vaxtaşırı ölkədə inzibati-ərazi 
bölgüsündə  dəyişikliklər edilir. Məsələn,  əvvəllər Kərkük 
vilayətinə daxil olan Tuz Xurmatu qəzası indi yeni təşkil 
edilmiş Salahəddin vilayətinə, Kifri qəzası isə Diyalə 
vilayətinə qatılmışdır. Bir qism kəndlər isə ya ləğv olunub, 
ya da başqa kəndlərlə birləşdirilib. 
Bəzi tədqiqatçılar türkmanlar yaşayan  ərazilərin 
ərəblər yaşayan  ərazilərə qatılmasının siyasi məqsəd 
güddüyünü qeyd edirlər (356
a
, 17). 
Keçmişdə olduğu kimi, onlar özlərini də, bizi də 
«türkman» adlandırırlar (73, 27; 74, 8; 211, 6). 
Demək vacibdir ki, Atabəylər, Qaraqoyunlular, 
Ağqoyıunlular, Səfəvilər dövründə  və sonralar da geniş 
mənada işlənən «türkman» etnonimi indiki mənadan 
fərqlənir. Məhz buna görədir ki, prof. Ə.Dəmirçizadə 
«Azəri ədəbi dili tarixi» kitabında yazmışdır: «O dövrlərdə 
«türkman» etnonimi indiki mənadan bir qədər fərqli iş-
lənmiş, hətta indiki Bağdad ətrafındakı azərilərin türkman 
adlanmaları da bu sözün əvvəlki mənası ilə  əlaqədardır» 
(89, 72). 
Başqa məxəzlərə 
nəzər saldıqda professor 
Ə.Dəmirçizadənin bu fikrinin tamamilə doğru olduğu 
aşkara çıxır. 
V.Bartold «Kitabi-Dədə Qorqud»un «Qafqaz 
türkmanlan»na - azərbaycanlılara məxsus olduğundan söz 
açır (136, 6). 
Tarixdən məlumdur ki, Şəmsəddin Eldəniz 
Azərbaycan və  İraqın taxt-tacına sahib olduqdan sonra 
«bütün böyük hökmdarları  əzdi və çoxlarını özünə tabe 
etdi. Türkmənlərin qiyamçı başçılarını tamamilə 
darmadağın etdi»(186, 17; 59, 45). 


14                                                                               G ir i ş        
Şairlərimizdən Nəsimi və  Xətainin yaradıcılığında da 
bu terminə təsadüf edilir: 
 
Ərəbin nitqi bağlandı dilindən  
Səni kimdir deyən kim, türkmansan? 
(Nəsimi) 
Getdikcə tükənir ərəbin kuhi-məskəni 
Bağdad içrə hər necə kim türkman qonar. 
(Xətai) 
İngilis tarixçisi S.Lonqriq isə göstərir ki, Şah  İsmayıl 
Şirvanı tutduqdan sonra Naxçıvan yaxınlığındakı vuruşda 
türkmanları birdəfəlik darmadağın etdi (349, 16). 
Kərküklü tədqiqatçı Əta Tərzibaşının araşdırmalarında 
da «türkman» etnoniminə  sıx-sıx rast gəlirik. Görkəmli 
folklorşünas alim yazır ki, xoyratın (bayatı) kökləri İraqda 
türkmanların yaşadığı bölgələrdə meydana çıxmış, Ağ-
qoyunlu və Qaraqoyunlu Türkman dövlətləri zamanı 
inkişaf edərək sonralar İraqdan Türkiyəyə, İranın quzeyinə, 
xüsusən də əhalisi türkman olan Təbrizə və eləcə də Azəri 
və ya Azərbaycan deyə adlandırılan və türkmanlardan 
ibarət Azərbaycan torpaqlarına yayılmışdır (74, 8; 197, 
203). 
Ziya Bünyadovun «Azərbaycan Atabəylər dövləti» 
kitabında da «türkman» etnonimi ilə bağlı bir çox bilgilər 
vardır. Kitabda göstərilir ki, III Toğrul dayısı Qızıl Arslana 
qarşı çixır. Qızıl Arslan III Toğralun və İzzəddin Həsənin 
türkmanlardan ibarət ordusunu darmadağın edir. Onlar 
döyüş meydanından qaçır,  İzzəddin Həsənin Kərkük 
yaxınlığındakı Kərxın qalasına gəlirlər (59, 84). 
Kərkük foklklorunun janrlarınrları _________________  15 
Kərküklü alim Hidayət Kamal Bayatlı da bu məsələyə 
öz münasibətini bildirir: «Əslən Azərbaycan türklərindən 
olan  İraq türkmənlərinin bir qismi də miladi 1505-1524 
tarixlərində Şah İsmayıl tərəfindən İraqa yerləşdirilmişdir» 
(356% 20). 
Adı  çəkilən tədqiqatçıların «türkman» adı  altında 
azərbaycanlıları və İraq türkmanlanın nəzərdə tutduqları 
şübhə doğurmur. Təsadüfi deyildir ki, Azərbaycanın 
Prezidenti cənab Heydər Əliyev «Qardaşlıq» dərgisinə 
verdiyi müsahibədə bu məsələ ilə bağlı demişdir: «Tarixi 
araşdıranda gördüm ki,Güney Azərbaycan,Quzey Azər- 
baycan və İraq türkmanları bir bütövün parçalarıdır» (77
a
,  
4).    Burada diqqəti cəlb edən bir məsələni xüsusi qeyd 
etmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, bəzi 
tədqi-qatçılar «türkman», bəziləri isə «türkmən» etnonimini 
işlətmişlər.  Görkəmli İraq türkman tədqiqatçılarından Əta 
Tərzibaşı, Şakir Sabir Zabit, İbrahim Daquqi, Rza Dəmirçi, 
Sinan Səid, Mövlud Taha Qayaçı və bir çox başqaları da 
«türkman» etnonimini işlətdiyi halda, Ə.Bəndəroğlu son 
vaxtlar «türkmən» etnoniminə üstünlük vermişdir. Onun 
redaktor olduğu «Yurd» qəzeti və rəhbərlik etdiyi 
«Türkmən mədəniyyət müdirliyi» xətti ilə buraxılan 
kitablarda da bu söz «türkmən» şəklində yazılır. Əvvəllər 
hətta «İraq-türkman ədəbiyyatı yolunda bir addım» (92) və 
«Türkmanlar inqilabi İraqda» (336) kitablarının adında belə 
«türkman» etnonimini işlədən tədqiqatçi «Iraq-türkman 
folkloru» (180) adlı əsərimizi redaktə edərkən bildirdi ki, 
ərəblərin də bu sözü «türkman» kimi ışlətdiklərinə   görə   
fərqlənmək   naminə,   son   vaxtlar «turkmən» etnoniminə 
üstünlük vermişdir. Həqiqətən də ərəblərin də bu sözü 
«türkman» şəklində yazdığını qeyd 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə