Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə4/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   2   3   4   5   6   7   8   9   ...   73

16                                                                       G iriş 
                          
etməklə,  Ə.Bəndəroğlunun nöqteyi-nəzərinin yanlış  və 
ziyanlı olduğunu göstərmək lazımdır. Çünki «Kitabi-Dədə 
Qorqud» dövründən formalaşan «türkman» etnonimini 
beləcə dəyişmək heç cür məqbul sayıla bilməz. 
Təsadüfı deyildir ki, «Dədə Qorqud» tədqiqatçıları 
F.Zeynalov və S.Əlizadə yazmışlar: «Drezden nüsxəsində 
aydın-aşkar  əliflə yazılan sözün «türkman» oxunması 
xüsusi  əhəmiyyət kəsb edir. Məlumdur ki, türkmanlar, 
İraqdakı azərbaycanlılar - kərküklülərdir» (136, 250). 
Kərküklü tədqiqatçı Mahir Naqib Osmanlı türkcəsinə 
çevirdiyi və İstanbulda çıxan «İraq türkman folkloru» 
kitabımıza yazdığı «Abidə bir əsər» adlı məqaləsində bu 
məsələyə xüsusi diqqət yetirmişdir: «Əsər oxunarkən 
görünəcək ki, hörmətli Q.Paşayev «türkmən»i «türkman»-dan 
ayırmaqdadır. Hətta kitabın azəri çapında ona «İraq-türkman 
folkloru» adı vermişdir. Q.Paşayevin çeşidli qaynaqlara 
dayanaraq müdafiə etdiyi qənaəti dəstəkləmək gərəkdir
Ancaq Türkiyədə «türkman» kəlməsinin heç işlənməməsi və 
İraq türklərmin «türkmənlər» olaraq tanınması bizi 
«türkman» yerinə «türkmən» kəlməsini işlətmək zorunda 
qoydu» (180% 12). 
Göründüyü kimi, prof. Mahir Naqib də «türkman» 
etnoniminin işlənməsini dəstəkləyir. 
Xoşbəxtlikdən  Ə.Bəndəroğlu qənaətində yanıldığını 
dərk edərək 2003-cü ildən «Yurd» qəzetində  və başqa 
mətbu orqanlarda «türkman» etnonimini işlədir. 
Onu da deyək ki, «türkman» etnomminin etimologiyası 
barədə  də  tədqiqatçılar arasında fıkir ayrılığı vardır. XI 
əsrdən başlayaraq bu söz fars mənbələrində «türkmanənd» 
biçimində  işlənmişdir ki, bu da türkcə «türk», farsca 
«manənd» - bənzər, yəni «türkəbənzər» deməkdir 
  Kərkük folkorunun janrları                            17                                
(255, 176-177; 359, 24). 
Başqa bir məxəzdə göstərilir ki, ərəb dilini bilməyən 
türklərlə  ərəblər arasında tərcümanlıq etdiklərinə görə 
«tərcüman» adı verilmiş, vaxt keçdikcə «tərcüman» kəlməsi 
«türkman» kimi işlənmişdir (357, 9). 
Bir qism tədqiqatçılar isə qeyd edirlər ki, türk+man -
türk+mən - «türk adamı», «türk əsgəri» mənasında 
işlənmişdir (83, 18-19). 
Məlumdur ki, yarımköçəri həyat keçirən    türkmanlar    
tərəkəmə adlanmışlar. «Oğuz» və «türkman» anlayışlarının 
bir etrıik topluma daxil olduğundan, «Dədə Qorqud» 
 boylarından ilk söz açanlardan. biri - Əbülqazi Xan 
Xivəli 
 «Şəcəreyi-tərakəmə» - Tərəkəmələrin şəcərəsi - soykökü 
əsərində bu məsələyə də toxunmuşdur (136, 5). 
       «Türkman» etnoniminm «tərəkəmə» sözünün cəmi 
«tərakəmun»dan olması və «türkman» şəklinə düşərək 
sabitləşməsini də düşünmək lar. 
Lakin biz «man» sözünün əzəmət, ululuq, xalis, əsil, 
böyük, qüdrətli mənasında işləndiyini bildirən tədqiqatçılara 
(357, 10) haqq qazandırırıq. Türkman sözünün lap qədim 
zamanlardan məlum olduğunu nəzərə alsaq, onun «ulu türk», 
«əzəmətli 
türk», «qüdrətli türk», «xalis türk», «əsil türk» 
anlamlarında işlənməsi şübhə doğurmur. 
Azərbaycan dilində və Kərkük dialektində indi də işlənən 
qocaman, azman, ataman, keçəman (böyük kərtənkələ), 
şişman və s. kimi sözlərdə «man»ın böyük, ulu, əzəmətli 
mənasında işlənməsi deyilənlərə dayaq olur. 
Onu da deyək ki, İraq-türkman ləhcəsi ilə Orta Asiya 
türkmənlərinin dili arasında  əsaslı  fərqlər vardır. Türkmən 
dilində ilkin uzanan saitlər geniş yayılaraq sözün mənasını 
dəyişiı:. Məsələn: baş - baş; baaş - yara; qör - gör; qöör - gor 
və s. Bu xüsusiyyət nə Azərbaycan dilində, nə  də


18                                                                        ____G iriş 
Kərkük dialektində özünü göstərir.  Ərəb və ingilis 
dillərində yer alan dişarası s, z səslərinə eynilə türkmən 
dilində də rast gəlinir. Bu səslər də nə Azərbaycan dilində, 
nə  də  ərəb dili əhatəsində olan İraq türkmanlarının 
dialektində müşahidə olunur. 
Azərbaycan dilində  də,  İraq türkmanları arasında da 
geniş yayılan g səsinə də türkmən dilində təsadüf edilmir. 
Bir çox başqa xüsusiyyətlərdə  də türkmən dili tamamilə 
fərqləndiyi halda, İraq-türkman ləhcəsinin fonetik quruluşu 
Azərbaycan dilinin fonetik quruluşu ilə üst-üstə düşür 
(174, 14-16; 115, 355). 
Təsadüfı deyildir ki, iraqlı  tədqiqatçı  Ə.Bəndəroğlu 
yazmışdır: «İraq türkmanlarının ləhcəsi Azərbaycan di-
lindən fərqlənmir. Lakin İraq türkmanlarının ləhcəsində 
bəzi xırda fərqlər nəzərə çarpır. Onlar çox cüzidir və qeyri-
adi bir şey kimi sayılmamalıdır» (338, 14). 
Maraqlıdır ki, əslən Ərbildən olan dünya şöhrətli alim, 
professor  İhsan Doğramacı 1995-ci ildə Azərbaycan 
Elmlər Akademiyasında davamlı olaraq Ərbil ləhcəsində, 
daha doğrusu, azərbaycanca danışanda Türkiyədən gələn 
qonaqların onu yaxşı anlamadığını hiss etdi və birdən 
Akademiyanın prezidentinə  tərəf çevrilərək dedi: «İcazə 
versəniz, Akademiyanızın fəaliyyətini Türkiyədən gələn 
qonaqlarımıza onların öz ləhcələri ilə anladaram» (358
a

149). 
Televiziya müxbirinin: İkinci vətəniniz Azərbaycanda 
80 illik doğum gününüzün bayram edilməsini necə 
qarşılayırsınız? - sualına Doğramacı çoxmənalı  və düşün-
dürücü cavab verdi: «Azərbaycan mənim ikinci vətənim 
deyildir.  О  mənim iki vətənimdən biridir. Öz vətənimdə 
doğum ilimi keçirmək qədər də real və təbii bir şey ola 
Kərkük folklorunun janrları                                              19 
bilməz» (358
a
, 153). 
Göründüyü kimi, İhsan Doğramacı haqlı olaraq 
Azərbaycanı doğma vətəni, Azərbaycan dilini öz doğma 
dili hesab edir. 
Heç  şübhəsiz, bir bütövün parçaları olduğumuzdandır 
ki, onlar haqlı olaraq Nəsimi və Füzulini İraq-türkman 
şairi, biz isə Azərbaycan  şairi kimi tanıyır, buna təbii 
baxır, biri-birimizə etiraz səsimizi ucaltmırıq. 
Bəlkə elə buna görədir ki, XX əsrin I yarısında 
Nizaminin Tehranda farsca çap olunan və Nizami Gəncəvi 
adına Azərbaycan  Ədəbiyyatı Muzeyinin Nizami daimi 
ekspozisiyasını bəzəyən «Xosrov və Şirin» (1934), «Sirlər 
xəzinəsi» (1934), «Yeddi gözəl» (1937), «İqbalnamə» 
(1939) kitablarının üzərində Nizami İraq şairi kimi təqdim 
olunmuş, yalnız «Leyli və  Məcnun» (1939) əsərinin 
üzərində İraqi-əcəm şairi kimi göstərilmişdir. 
Bütün bunlar о deməkdir ki, söhbət tarixin 
burulğanlarında parçalanmağa məruz qalmış bir xalqdan 
gedir. Kərküklü tədqiqatçılardan Fazil Hüseyn və Sinan 
Səid qeyd edirlər ki, bu elatın türkman olması  və 
azərbaycanca danışması  məsələsi XX əsrin birinci 
rübündə  İraqda Osmanlı hakimiyyətinə son verildiyi, 
İraqın  İngiltərənin müstəmləkəsinə çevrildiyi vaxt Mosul 
vilayətinin müqəd-dəratı  həll olunanda ortaya çıxdı. 
Türkiyə hökuməti onlan türk sayır, İngiltərə hökuməti isə 
türkman olduqlarını gostərirdi.  İngiltərə hökuməti onların 
osmanlı olmadıqlarını, dillərinin  İstanbul ləhcəsinə deyil, 
Azərbaycan ləhcəsinə oxşar olduğunu, onların  əslində 
türkman olub, Osmanlı  İmperatorluğu quraluşundan çox-
çox əvvəl Irandan köçürülərək burada məskərı salmalarını. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə