Bəxtiyar tuncay



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   ...   32   33   34   35   36   37   38   39   ...   149

 
76 
as  ~  (-ma,  -mağa,  -ıyıx,  -ınqız,  -tım,  -tınq,  -tı,  -tıx,  -tılar,  -armen,  -arlar,  -ıy 
edilər, -ıyırmen, -ıyırlar, -qaylar, -mağaylar, -qanın, -acax, -ıp) fel. – asmaq 
asant (-tır) sif. (< azərb.< frs.) – asan, çətin olmayan: 
asbarez ism. (orta fars) – cıdır meydanı, ippodrom 
asber Bax: aspra 
asbra Bax: aspra 
Asduacacin  x. ism. (yun.) – Tanrı anası. Həzrət Məryəmin alban mətnlərində 
işlənən  epitetlərindən  biri:  Surp  Asduacacinninq  Kökkə  alıngani.  Müqəddəs 
(Tanrı  anasının)  Məryəmin  göylər  tətəfindən  qəbulu  (albanlar  inanırdılar  ki,  bu 
hadisə köhnə tarixlə avqustun 15-də, yeni tarixlə avqustun 28-də baş verib və həmin 
günü bayram edirdilər). 
Asduacacin–Ana  x.  ism.    –  Tanrı  anası-Ana.  Həzrət  Məryəmin  alban 
mətnlərində  rastlanan  epitetlrindən  biri.  Bu  ifadə  Vyanadakı  788  saylı  əlyazmada 
(39v) keçməkdədir. 
Aser  //  Aseray  x.  ism.  (<  aşer  yəh.)    –  Asir.  Ad  yəhudi  dilində  “xoşbəxt” 
anlamna gəlir. Bu adı Bibliya personajlarından biri – Həzrət Yaqubun (ə) səkkizinci 
oğlu daşımşdır. 
Asingrideay  (-ga)  x.  ism.  (yun.)  –  Asinkrit.  Bibliya  personajlarından  biri 
(Rom. 16: 14) 
Asiya  (-da)  x.  ism.(yun)  –  Asiya.  Roma  imperatorluğunun  Kiçik  Asiyadakı 
(Anadoludakı)  əyalətlərindn  biri.  Bu  əyalətə  Misiya,  Lidiya,  Friqiya  və  Kariya 
ölkələri daxil idi. 
asiyalı  (-larnınq)  ism.  –  asiyalı.  Roma  imperatorluğunun  əyalətlərindən  olan 
Asiyanın sakini (Bax: Asiya): Oğçoyn bersin sizgə yığövü asiyalilarnnq (1Коr. 6: 
19). Asiyalıların kilsələri sizi salamlayır. 
ası  (-ğa,  -da,  -sı,  -sın)  ism.  –  qazanc,  gəlir,  artım,  fayda.  Bu  kəlməyə  yalnız 
1788  (48r,  78v,  79r)  saylı  Vyana  əlyazmalarında  rast  gəlinməkdədir:  Asıdan  ya 
davidən  yamanlarnınq  xutxarğay  canların  alarnınq    (Məz.  71/72:  14).  Onları 
qazancın, varlanmanın fəsadlarından qurtar. 
asıx Bax: azıx 
asıl (-ı) ism. (< azərb. < ər.) - əsil, kök, təməl, səbəb: Bunda kelgəninq izninq 
asılı nedir? Gəlişinizin əsil səbəbi nədir? 
asıl  ~  (-dım,  -dı,  -dılar,  -ıptır,  -ıptırlar,  -ıp  edi,  -ır,  -ıyır,  -ıyırlar,  -ğay,  -sa,  -
salar, -sar, -ıp, -ğan, -ğandır, -ğan edi, -ğan boldu, -ğan boldı, -max) fel. – asılmaq: 
Temirdən  terəklər  da  butaxlarından  aşağa  asılıptırlar  baş-teban  adamilər  da 
xatınlar.  Dirəklər  dəmirdəndir,  budaqlarından  kişi  və  qadınlar  baş-ayaq  asılıblar. 
Ayaxlarından  asılıptırlar.  Ayaqlarından  asılıbdırlar.  Tərəcədən  ip  bilə  asıldım 
murdan  aşağa  da  xaçtım  xolundan  anınq  (ll  Коr.  11:  33).  Səbət  içində  şəhər 
divarlarının  pəncərələrinin  birindən  yerə  sallandım  və  onun  əlindən  qaçdım.  Ki 
nemə oğurlasa, furqa bilə ögütlənməx kerək da asılğan tenni asılmax kerəkməs 
keçə uzun furqa üsnə. Kimsə nə isə oğurlayarsa onu dar ağacı ilə cəzalandırmaq 
lazımdır  və  asılmış  şəxsin  bədəninin  gecə  uzunu  dar  ağacndan  asılmış  qalması 
gərəkməz. 
asısız  sif.  –  qazancsız,  gəlirsiz,  artımsız,  faydasız.  Bu  kəlməyə  yalnız  1788 
(78v) saylı Vyana əlyazmalarında rast gəlinməkdədir. 


 
77 
Aşqazan  x.  ism.  (<  Aşkenaz  yəh.)  –  Aşkenaz  //  Askenaz.  Bibliya 
personajlarından  biri.  Yəhudi,  xristian  və  müsəlman  ənənəsinə  görə,  türklərin  ulu 
babası  hesab  edilən  Yafəsin  (Bax:  Apet)  oğullarndan  biri  olmuşdur.  “Alban 
tarixi”nin  müəllifi  Musa  Kağankatlı  onu  əski  türk  soylarından  sarmatların  cəddi 
hesab  etməkdədir:  Aşqazan  –  sarımataylarnınq  atası  edi.  Aşkenaz  sarmatların 
cəddi idi. 
aslam (-dır, -ğa, -ı, -ına) ism. (< azərb. sələm < ər.) – sələm. müamilə: Barça 
dünyanınq aslamı üçün ant içmənbiz. Biz dünyanın bütün sələmləri müqabilində 
də  and  içmrik.  Aslam  etsə,  dovlətidir,  ziyan  etsə,  dövlətsizdir.  Sələm  edərsə 
dövlətlənər, ziyan edərsə, dövlətlənmz.. Törə buyurıyır ki, aslam almağay. Qanun 
əmr edir ki, sələm almayın. Axçasın aslamğa berüçilər. Axçasını (pulunu) sələmə 
verənlər. 
aslamlı  sif.  –  sələmli:  Xaysılari  ki  aslamlı  alış-beriş  kibik  sağışlarlar 
Tenqrigə  xulux etməxni  (1Тim. 6: 5). Tanrıya ibadəti qazanc mənbəyi kimi zənn 
edənlər.  
aslamsız  sif.  –  sələmliz,  faizsiz:  Zera  kləməs  edi  aslamsız  da  eksik  etüçi 
birlikni  Çünki o qazancsaız və güzəştsiz birliyi istəmirdi. Tek  kensininq axçasın 
aslamsız almax kerək. Yalnız öz pullarını, özü də faizsiz alması gərəkir. 
aslan  (-dır,  -nınq,  -ğa,  -nı,  -dan,  -ı,  -lar,  -larnınq,  -larğa,  -larnı)  ism.  –  aslan, 
şir:  Oğlum  menim  Juta,  oxşaşsen  aslan  balasina...  Oğlum  mənim  Yəhuda,  sən 
aslan balasına bənzəyirsən (oxşayırsan). Neçik aslan da xaplan, ayuv da börulər 
da  börüxatırğına,  it,  tülkü,  çaxal,  xoyan,  maçı,  kocan,  kirpi  da  özgə  bularğa 
oxşaşlar,  evet  dirlər  kimlər  xısxaayaxlılar,  neçik  vevurqa,  sıçxan  da  kret  da 
borsuk...  Bunlar  aslan  və  pələng,  ayı,  canavar  və  canavarla  tülkünün  qarışığı,  it, 
tülkü, caqqal, dovşan, pişik, sünbülqıran, kirpi və digər bunun kimilərdirlər, amma 
dələ, sıçan, kosdəbək və porsuq kimi qısaayaqlılar da var... 
Aslan  x.  ism.  –  Aslan  bürcü.  12  zodiak  bürcdən  biri.  Günəş  bu  bürcdə  23 
iyulla  22  avqust  arasında  olur:  Üsnə  köknünq  xoydular  Tərəcü  ortasına 
Aslannınq da Xıznınq. Göydə Tərəzi bürcü Aslan və Qız bürcləri arsında bərqərar 
oldu. 
aslanğına ism. – aslan balası: yerin aslanğınası – buqələmun 
asli ism. – aslı, As (Yassı) şəhərinin sakini Bax: As 
asor  //  asori  ism.  –  aysor.  Qədim  aşşurluların  (assurların)  davamı  olduğu, 
çağdaş Suriyaya adını verdiyi, Suriyanın ərəblərəqədərki əsas əhalisi olduğu hesab 
edilən  samidilli  xalqın  etnik  adı.  Hazırda  əsasən  Suriya,  İraq, Türkiyə,  Gürcüstan, 
Rusiya  və  Ermənistanda  yaşayırlar.  Qafqaz  xalqları,  eynən  haylara,  xristian 
(monofizit,  qriqoryan)  tatlara,  boşlara  (Ermənistan  qaraçılarına)  və  qafqazdilli 
udinlərə  “erməni”  dediyi  kimi,  onları  da  “erməni”  adlandırır  və  bu  xalqı 
ermənilərdən (haylardan) fərqləndirməkdə çətinlik çəkirlər. Bu xalq da adı çəkilən 
xalqlar kimi erməniləşmək üzrədir. Suriyada yaşayan aysorların da xristian hissəsi 
ermənləşməyə  meyllidir  və  bu  ölkədə  də  onları  “erməni”  adlandırırlar:  Eprem  də 
asor edi. Yefrem də (milliyyətcə) aysor idi. 
Asoresdan //  Asorestan  //  Asorilix // asori  ulusu x. ism. (orta fars) – qədim 
Aşşur  (Assuriya)  dövlətinin  alban  mənbələrindəki  adı:  Eski  Törə  da  xanlar 
vaxtına  Senekərim  atlı  xan  bar  edi  Ninove  kermənninq  da  Asoresdannınq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə