18
Təxirə salınmış vergi
Təxirə salınmış vergi konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan aktiv və öhdəliklərin
balans dəyəri ilə vergiyə cəlb olunan mənfəətin hesablanmasında istifadə edilən müvafiq vergi
bazası arasındakı müvəqqəti fərq əsasında tanınır. Təxirə salınmış vergi öhdəlikləri, ümumi hal
olaraq, vergiyə cəlb olunan bütün müvəqqəti fərqlər üçün tanınır. Təxirə salınmış vergi aktivləri,
ümumi hal olaraq, gəlirdən çıxarılan bütün müvəqqəti fərqlər üçün tanınır bu şərtlə ki, belə müvəqqəti
fərqlərin hesaba alınması üçün gələcəkdə vergiyə cəlb olunacaq mənfəətin əldə olunması ehtimal
edilsin. Müvəqqəti fərqlər qudvildən, yaxud da nə vergiyə cəlb olunan mənfəətə, nə də ki, uçotda əks
olunmuş mənfəətə təsir göstərən əməliyyatlar üzrə digər aktiv və öhdəliklərin ilkin tanınmasından
(müəssisə birləşmələri istisna edilməklə) irəli gələrsə, təxirə salınmış vergi aktivləri və öhdəlikləri
uçotda tanınmır.
Qrupun müvəqqəti fərqlərin geri bərpa edilməsinə nəzarət imkanı olduğu və müvəqqəti fərqlərin
proqnozlaşdırıla bilən gələcəkdə geri bərpa olunmayacağı ehtimal edildiyi hallar istisna olunmaqla,
təxirə salınmış vergi öhdəlikləri törəmə və əlaqəli müəssisələrə investisiya qoyuluşları və birgə
müəssisələrin kapitalındakı paylar ilə bağlı vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır. Sözü
gedən investisiya qoyuluşları və paylar ilə bağlı gəlirdən çıxılan müvəqqəti fərqlərdən yaranan təxirə
salınmış vergi aktivləri yalnız gələcəkdə belə müvəqqəti fərqlər əsasında tətbiq olunması üçün
kifayət məbləğdə mənfəətin yaranacağı mümkün hesab edildikdə və onların proqnozlaşdırıla bilən
gələcəkdə geri bərpa olunacağı gözlənildikdə tanınır.
Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat dövrünün sonunda təhlil edilir və aktivin
bütün və ya müəyyən hissəsinin bərpa olunması üçün yetərli mənfəətin yaranacağı ehtimal
edilməyən həddə qədər azaldılır.
Təxirə salınmış vergi aktivləri və öhdəlikləri hesabat dövrünün sonuna qanuni qüvvəsinə minmiş və
ya qismən minmiş vergi dərəcələrinə (və vergi qanunlarına) əsaslanmaqla aktivin satıldığı və ya
öhdəliyin yerinə yetirildiyi dövrdə tətbiq olunacağı gözlənilən vergi dərəcəsi ilə ölçülür. Təxirə
salınmış vergi aktivləri və öhdəliklərinin ölçülməsi Qrup hesabat dövrünün sonunda aktiv və
öhdəliklərin balans dəyərini bərpa edəcəyi və ya ödəcəyini gözlədiyi halda yarana biləcək vergi
nəticələrini özündə əks etdirir.
İl üzrə cari və təxirə salınmış vergi
Cari və təxirə salınmış vergi digər məcmu gəlirlər haqqında hesabatda, yaxud birbaşa olaraq
kapitalda göstərilən müddəalarla bağlı olduğu və nəticə etibarı ilə, müvafiq olaraq digər məcmu
gəlirlər və ya birbaşa kapital bəndi kimi tanındığı hallar istisna edilməklə, mənfəət və zərər
hesabatında tanınır. Cari vergi və ya təxirə salınmış vergi müəssisələrin birləşməsi üzrə ilkin uçotdan
yarandıqda, müəssisələrin birləşməsi üzrə ilkin uçota daxil edilir.
Əməliyyat vergiləri
Qrupun fəaliyyət göstərdiyi ölkələrdə qrupun fəaliyyəti ilə əlaqədar olaraq hesablanan bir sıra digər
vergilər tətbiq edilir. Belə vergilər əməliyyat xərcləri müddəası olaraq məcmu gəlirlər haqqında
konsolidə edilmiş hesabata daxil edilir.
Ehtiyatlar
Ehtiyatlar Qrupun keçmişdə baş vermiş hadisənin nəticəsi olaraq hazırda öhdəliyi (hüquqi yaxud
konstruktiv) olduqda tanınır; bu zaman Qrupdan öhdəliyin yerinə yetirilməsinin tələb olunacağı
ehtimal edilir və öhdəlik məbləği etibarlı şəkildə hesablana bilir.
Ehtiyatlar kimi tanınan məbləğ öhdəliklə bağlı risk və qeyri-müəyyənlikləri nəzərə almaqla hesabat
dövrünün sonunda cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məbləğlərin ən düzgün
hesablanmasıdır. Ehtiyat ayrırmaları hazırkı öhdəliyin yerinə yetirilməsi üçün hesablanmış pul
vəsaitləri axınına istinad etməklə ölçülərsə, onun balans dəyəri (pulun vaxt üzrə dəyərinin təsiri
əhəmiyyətli olduqda) həmin pul vəsaitlərinin cari dəyərinə bərabər olur.
Ehtiyatların yerləşdirilməsi üçün tələb olunan müəyyən və ya bütün iqtisadi mənfəətin kənar qurum
tərəfindən bərpa ediləcəyi gözlənilirsə, bu vəsaitin qaytarılması və alınacaq belə vəsaitlərin düzgün
qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ uçotda aktiv kimi tanınır.
19
Şərti aktiv və öhdəliklər
Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınmır, lakin, onların
yerinə yetirilməsi ilə bağlı xərclərin yaranmasına ehtimallar reallıqdan uzaq olmayana qədər belə
öhdəliklər açıqlanmalıdır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatlarda
tanınmır, lakin, onlarla bağlı iqitsadi mənfəətin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır.
Sığorta əməliyyatları
Sığorta müqavilələri – təsnifatı
Qrup sığorta risklərini ötürən müqavilələr tərtib edir. Sığorta müqavilələri əhəmiyyətli sığorta riskini
ötürən müqavilələrdir. Ümümi qayda olaraq, Qrup əhəmiyyətli sığorta riski kimi sığorta hadisəsi baş
verməsinə görə sığorta hadisəsi baş vermədiyi halda ödəniləcək mükafatlardan ən azı 10% yuxarı
olan mükafatların ödənilməsi imkanının yaradılmasıdır.
Mükafatlar
Müqavilənin başlanmasından sonra, polisin əhatə etdiyi müddət ərzində cəmi alınacaq mükafatlar
pro-rata əsasında polisin əhatə etdiyi dövrdə qazanılmış kimi hesab olunur. Qazanılmamış
mükafatlar üçün ehtiyat vaxt bölgüsü əsasında hesabat dövrünün sonunda qüvvədə olan polisin
vaxtı bitməmiş şərtlərinə aid olan ildə silinmiş mükafatların bir hissəsinin təşkil edir.
Zərərlər
Zərərlər, zərər tənzimləmə xərcləri daxil olmaqla baş verdikdə məcmu gəlirlər haqqında konsolidə
edilmiş hesabata daxil edilir. Zərər üzrə ehtiyatlar çəkilmiş zərərə görə yığılmış hesablamalardan
ibarət olan iki növ ehtiyata ayrılır: bildirilmiş, lakin ödənilməmiş zərərlər ehtiyatı (BÖZE) və baş
vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE). BÖZE ödənilməmiş hər bir iddia üçün
hesablanır. BÖZE üzrə qiymətləndirmə, hesabat dövrü başa çatdıqdan sonra yerinə yetiriləcək
sığorta hadisələrinin araşdırılması zamanı Qrup tərəfindən alınmış məlumatlara əsasən irəli sürülür.
Əgər zərərin məbləği müəyyən olunmayıbsa, sığorta polisində qeyd edilmiş sığorta limitindən çox
olmayan zərərlərin maksimal mümkün məbləği BÖZE kimi qeyd edilir. BVBZE əvvəlki dövrün
məlumatlarına, gözlənilən zərər əmsalllarına və bildirilmiş iddiaların inkişaf amillərinə əsaslanan
zərərin inkişafı sxemini müəyyənləşdirmək üçün istifadə olunan aktuari metoduna əsasən müəyyən
olunur. BVBZE, Qrup tərəfindən hər bir sığorta növü üzrə hesablanır; hesablama əvvəlki illərin
zərərlərinin tənzimlənməsi üzrə gəlir və xərclərin tənzimlənməsi statistikasına əsaslanır. Gələcək pul
vəsaitlərinin hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə olunan metodologiya və
fərziyyələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm
olaraq nəzərdən keçirilir. Ehtiyatların həcminin qiymətləndirilməsi və müəyyən edilməsi üsulları
müntəzəm olaraq nəzərdən keçirilir və yenidən baxılır. Nəticədə, edilən düzəlişlər yarandığı zaman
konsolidə edilmiş məcmu gəlirlər haqqında hesabatda (vergidən əvvəlki mənfəətdə azalma və ya
artım kimi) əks etdirilir. Zərər üçün ehtiyat iddiaların kifayət qədər tez bir zamanda bildirılməsi və
ödənilməsi ilə əlaqədar olaraq diskontsuz qaydada təxmin edilir.
Təkrarsığorta
Qrup adi fəaliyyət gedişində təkrarsığorta öhdəliklərini üzərinə götürür, yaxud da digər tərəfə
ötürür. Lakin, ötürülmüş təkrarsığorta müqavilələri Qrupu sığortalılar qarşısındakı öhdəliklərindən
azad etmir.Təkrarsığorta üzrə debitor borclarına sığorta ödənişləri ilə əlaqədar təkrarsığorta
şirkətlərindən alınacaq məbləğlər, o cümlədən iddiaların tənzimlənməsi üzrə xərclər və Qrupa
ötürülmüş təkrarsığorta haqları daxildir. Təkrarsığortaçılardan əldə edilə biləcək məbləğlər,
təkrarsığortalama polisi ilə bağlı olan iddia öhdəliyinə uyğun qaydada müəyyən edilir. Təkrarsığorta
üzrə kreditor borcları Qrupun təkrarsığorta haqlarının təkrarsığortaçılara ötürülməsi üzrə öhdəliklərini
əks etdirir.
Xarici valyutalar
Qrupun hər fərdi müəssisəsinin maliyyə hesabatları hazırlanarkən, müəssisənin əməliyyat
valyutasından başqa digər valyuta (xarici valyutalar) ilə aparılan əməliyyatlar belə əməliyyatların
aparıldığı tarixdə üstünlük təşkil edən mübadilə məzənnələri ilə qeydə alınır. Hər hesabat dövrünün
sonunda, xarici valyuta ilə ifadə olunmuş monetar müddəaların valyuta mövqeyi ədalətli dəyərin
müəyyən olunduğu tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. Xarici valyutada
ədalətli dəyər ilə uçota alınmış qeyri-monetar müddəalarin valyuta mövqeyi ədalətli dəyərin