Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə46/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

134
BEŞINCI  HISSƏ
onun  mehriban  yalanını  tuturam  –  çünki  burdan  bütün  düzənlik 
görünür və kiçicik göl belə gözə dəymir. Gəmiyə girməmişdən əvvəl 
ancaq 40 rəmzi addımı keçmək üçün xidmət göstərmiş ayaqqabılarımızı 
soyunuruq. Beynimdən fikir keçir: nə qəşəngdir bu ayaqqabılar, kimsə 
bunları  xatirə  olaraq  götürəcək?  Bir  neçə  toplu  gəmi  sənədlərini 
götürürəm və ilk əvvəl heyvanlar kimi dörd ayaq üstə yumru girişlə 
gəminin “yaşayış” hissəsinə keçirəm. Bir neçə dəqiqə ərzində baqajın 
bərkidilməsini və xidmətimdə olan cihazları, aqreqat və mexanizmləri 
yoxlayıram. Hər şey qaydasındadır. Soyutma sistemi də işləyir. İçəridə 
xoş sərinlik var. Artıq lazımsız olan çamadan ventilyatorunu çıxardıram 
və  çölə  verirəm.  Pyotru  çağıraraq,  aşağı,  yaşayış  hissəsinin  altında 
yerləşən eniş kapsulasına ensiz girişlə keçməyə cəhd göstərirəm. Sən 
demə, Yer kürəsində dəfələrlə məşq etmiş olsaq da, elə də asan bir iş 
deyilmiş. Kapsul daxildən sanki daha balacadır, çünkü imkan olan hər 
bir yerə orbitdə yaşamaq və işləmək üçün tələb edilən bütün əşyalar 
qoyulub. 
Sıxlaşaraq  öz  kreslom  tərəfə  keçirəm  və  otururam.  Bərkdir, 
lakin  ideal  rahatlığı  var,  çünki  bədənimin  formasına  uyğun  olaraq 
düzəldilib.  İşıqlandırma  sistemini,  skafandrın  havalanma  sistemini, 
tibbi  bağlayıcıları  qoşuram,  start  komandanlığı  nöqtəsi  ilə  əlaqə 
yaradıram,  şəxsi  əşyalarımı  gizlədirəm,  alət  panelinin  üzərində  isə 
qızım Emiliyanın verdiyi kiçik oyuncaqları asıram və ağır nəfəs alaraq 
dincəlirəm.
On  saatlarla  məşq  etdiyim  tanış  otağa  baxıram.  Önümdə  böyük 
alətlər  lövhəsi  var,  üzərində  ekranlar,  siqnalizatorlar,  monometrlər  və 
idarəetmə  üçün  bütün  düymələr  yerləşib.  Qreypfrut  böyüklüyündə, 
1:60 000 000 miqyasında olan kiçik qlobusu naviqasiyayönəldicinin işçi 
masasında görürəm. 
Parametrləri yoxlayıram – ilkin nöqtə kimi orbiti göstərirlər. Yanında 
gəmi saatı var (mexaniki möcüzə), onun əqrəbləri saat 18.35’05” üstünə 
qoyulub  –  artıq  hesab  edilmiş  orbitə  daxil  olma  vaxtı  –  bu  zaman 
saat işləməyə başlayacaq. Sağ tərəfdə əsas iş masam – gəminin bütün 
sistemlərinin vəziyyətinə nəzarət və onları idarə edən mexaniki-elektrik 
cihazdır. Onun üzərində çoxlu siqnalizator və düymələr var – bəlkə iki 
yüzə  yaxındır.  Üzbəüz  gəminin  sürücülük  sisteminin  nəzarət  ekranı, 
mühərrikin  işinin  rəqəmsal  məlumatları  daxil  etmək  üçün  blok  və 
digər cihazlar yerləşir. Sağ tərəfdən düz üzümün yanında odadavamlı 
şüşədən illüminatordur – indi ballistik pərdə ilə bağlıdır. Onun altında 
komandirin  periskopunun  böyük  linzası  üçün  cib  var.  Kreslom  sağ 
böyürdə və kapsulun ehtiyat  paraşütü olan böyük konteyner arasında 
sığışdırılıb.  Sol,  mərkəzi  tərəfdə  Klimukun  kreslosu  yerləşir,  onun 


135
qabağında, sağ tərəfdə kosmik gəminin üfüqə nisbətən mövqeyini təyin 
etmək üçün istifadə edilən, eləcə də orbital stansiyaya birləşmə zamanı 
işlədilən  periskopun  vizoru  qoyulub.  Kresloları  xilasetmə  konteyneri 
ayırır (istənilən iqlim zonasında və yerdə qəza enişi zamanı sağqalmanı 
təmin  edir),  o  biri  konteyner  kreslomun  sağ  tərəfində  yerləşdirilib. 
Klimukun  illüminatoru  gecə  görmə  naviqasiya  cihazları  ilə  örtülüb. 
Atmosferin  tərkibini,  temperatur,  təzyiq,  nəmlik  və  CO
2
  miqdarını 
yoxlayıram.  Belimi  kresloda  rahatlaşdırıram,  ayaqlarımı  kreslonun 
dəstək hissəsinə qoyuram və birdən yadıma düşür  – gəncliyimdə mavi 
səmalara uçan pilot kimi özümü hiss edim deyə, taxtın üstünə kresloları 
qoyurdum və indiki vəziyyəti alırdım. 
Pyotrun öz tabeçiliyində olan avadanlığın elementlərini yoxladığını 
eşidirəm.  Bir  azdan  onun  ayaqlarını  görürəm,  ehtiyatla  kapsulun 
aşağı  hissəsinə  düşür,  ortada  yerləşən  kresloda  əyləşir  və  dincəlir. 
Cəld skafandrın havalanma nəqlini ona verirəm və öz işçi masamdakı 
ventilyatoru qoşuram. Mənə təşəkkür edir, üz-gözündən rahatlıq yağır. 
Yuxarı girişdə yola salanların üzləri peyda olur. Onlarla sağollaşırıq, bir 
azdan isə yerüstü xidmətçilər yaşayış hissəsinə girişi çöldən bağlayırlar. 
Bağlanan lyukun gurultusu eşidilir. Bir o qədər də xoş hiss deyil, çünki 
pis fikirlərlə assosiasiya edilir. Hormonoqrama uyğun olaraq, cəld işlərə 
başlayırıq.  Pyotr  bizi  yaşayış  hissəsi  ilə  ayıran  lyuku  bağlayır,  sonra 
germetizasiya edirik. Boyuma uyğun olmayan bir məkanda qalırıq.     
İşimiz çoxdur, iki saatdan çox vaxt aparar, çünki elə bir o qədər vaxtımız 
var.  Komandanlıq  bunkeri  ilə  daimi  əlaqə  saxlayırıq.  Narazılığımız 
yoxdur.  Kosmik  gəminin  və  raketin  bütün  sistemləri  düzgün  işləyir. 
Gəmi  germetikdir.  Skafandrlar  da  eləcə.  Ardıcıl  olaraq  (mən  də  rus 
dilində)  hökumətimiz  və  partiyanın  rəhbərliyinə  bizə  göstərdikləri 
etimada  görə  minnətdarlığımız  barədə  start  əvvəli  hesabatları  veririk. 
Bu missiyanı yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməyəcəyimizi 
söyləyirik. Baş konstruktor – Valentin Qluşkodan təbrikləri qəbul edirik.      
Starta on beş dəqiqə qalır. Onu idarə edən instruktor Viktor Suvorov 
xəbər verir: “Ya 16-3 (mən on altı-üçüncü) SAS vzvedyon”, yəni qəza 
xilasetmə  sistemi  qoşulub.  Starta  on  beş  dəqiqə  qalıb.  Rahatçılıq  hiss 
edirəm,  çünki  iki  saat  yarım  xilasetmə  imkanı  olmadan  bir  vulkanda 
oturmuşduq.  İndi  isə  ciddi  qəza  zamanı  gəminin  yuxarısında 
yerləşdirilmiş  xilasetmə  raketi  bizi  işəsalma  sistemindən  təhlükəsiz 
hündürlüyə və məsafəyə atacaqdır.   
Son  gerisaymanı  gözləyirik.  Vaxt  uzanır.  Yer  kürəsi  musiqi 
səsləndirir. Rodoviç “Rəngarəng yarmarkalar”ı oxuyur. Anna German 
isə geoloqların, əsasən də kosmonavtların  sevdikləri “Ümid” mahnısını 
ifa edir. Onun gözəl, büllur səsi, həqiqətən də sakitləşdirir. Musiqinin 
BAYKONUR KOSMODROMU – 27 İYUN  - “2 SAYLI PERRON”


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə