Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə47/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

136
BEŞINCI  HISSƏ
fonunda son gerisayma əmrini eşidirik.  “Mən 16-3 beş dəqiqəli hazırlığı 
elan  edirəm”.  Əvvəlcədən  sözləşmiş  kimi,  eyni  vaxtda  dəbilqəmizin 
şəffaf hissəsini aşağı salırıq, kreslolarda bərkitmə kəmərlərini yoxlayırıq 
və  kəmərlərlə  ayaqlarımızı  bağlayırıq.  Pyotr  əmrə  cavab  verir:  “Mən 
“Qafqaz”am, beş dəqiqəlik hazırlığı anladım, skafandrlar germetikdir”. 
Sonra eşidirik: “Açar starta”. Pyotr əmri təsdiqləyir. Starta hələ uzun beş 
dəqiqə  qalıb.  Gözləmək  mümkün  deyil.  Birdən  Pyotr  polyak  dilində 
danışır:  “Siz  nə  edirsiniz?”  O  dəqiqə  cavab  verirəm:  “Bunun  artıq  nə 
vaxt baş verməsini gözləyirəm. Bəlkə fikirlərindən döndülər”, – zarafat 
edirəm. 
Bir neçə saniyədən bir növbəti əmrlər səslənir:
-  PROTYAJKA ODİN (dartılma bir)
-  PRODUVKA (havalandırma)
-  KLYUÇ NA DRENAJ (açar drenaja)
-  PUSK (start)
-  PROTYAJKA DVA (dartılma iki)  
Bədənim  boyu  ürəyimin  döyüntüsünü  və  raketin  titrəməsini  hiss 
edirəm.  Raketi  enerji  və  oksidləşdirici  ilə  təmin  edən  dirəklər  artıq 
lazımsız olduğundan aşağı salınır. Yüksəkdən sanki təntənə ilə eşidirəm:
 - ZAJİQANİYE (alışdırma)
Kreslolara  basılırıq.  Saniyələr  çox  yavaş  keçir.  Qeyri-iradi  olaraq 
kəmərləri sıxıram. 
 - İLKİN (qüvvə).
Ucalan səsləri və yüngül titrəmə hiss edirik. 
 - ORTA.
Gürultu əlavə edildi, titrəmə artdı.   
- ƏSAS.
Əmr  hərəkətlərimizə  sanki  qadağa  qoyur.  Bədənlərimiz  boyu 
raketin canlanmasını hiss edirik.  Bizdən əlli metr aşağıda nələrin baş 
verməsini  təsəvvür  edirəm.  Orada  alov  dənizi  və  qeyzerləri  yaranıb. 
Saniyəyə bir ton yarım yanacaq yanır. Qüdrətli mühərriklərin qüvvəsi 
artır,  raket  güc  eləyir. Artan  vibrasiyanı  hiss  edirəm,  çoxalan  səs-küy 
sonunda qulaqbatıran nərəyə çevrilir. Beləcə təbiətin hüquqları bir-biri 
ilə mübarizə aparır. Eşitdik: - Podyom! (Start)
Tərpəndi. Hərəkət hiss etdim. İstəmədən, təlimata uyğun olmayaraq, 
polyak  dilində  dedim:  “Tərpəndik,  gedirik”,  bir  an  keçəndən  sonra 
isə, Pyotr hər bir sözü vurğulayaraq hesabat verdi: “Ya Kavkaz – yest 
podyom, (Mən Qafqaz – start baş tutdu), heyət özünü yaxşı hiss edir”. 
Moskva  vaxtı  ilə  27  iyun  1978-ci  il  dəqiq  saat  16:27’21”  göstərir. 
Tanınmayam məkana, həyatımızın ən böyük macərasına uçuruq.


KABİNƏDƏ HƏBS
K
abinədə  yarıqaranlıqdır.  Cihazlar  lövhəsində  nəzarət 
lampaları  yanıb-sönür.  Göstəricilərin  əqrəbləri  fırlanır. 
Skafandrda olan ventilyatorların yüksək səsini eşidirəm. Qulaqcıqlarda 
bizim  uçuş  nəzarətçisi  Suvorovun  sakit  səsini  mühərriklərin  artan 
uğultusu  batırır.  Hər  şey,  raket,  bədənimiz  və  saplardan  asılmış 
oyuncaqlar titrəməyə başlayır. Əzələlərimiz və sinirlərimiz gərgindir. 
Kovalyonok və İvançenkov ilə iki həftə bundan öncə uçmuş raketi 
gözümün qabağına gətirirəm. Alov qeyzeri, mühərriklərin dözülməz, 
dəhşətli nəriltisi və qalxan raketi gizlədən toz və buxar buludu. Sanki 
raket  bir  anlıq  havaya  qalxdı,  sonra  isə  yenidən  partlayan  vulkana 
oxşayan işəsalma sisteminə düşdü.     
Mənə  elə  gəlir  ki,  bizim  raketimizdə  nəsə  problem  var,  deyəsən, 
arxaya əyilib, düşürük. Daha da büzüşürəm. Xilasetmə raketinin şiddətli 
açılmasını gözləyirəm. “Ya 16-3 – 10 sekund, polyot normalnıy” (Mən 
on  altı-üçüncüyəm,  10  saniyə,  uçuş  normaldır)  -    Suvorov  məlumat 
verir.  Bu  xəbər  məni  sakitləşdirir.  İllüziyalar  itir.  Birdən  anlayıram 
ki, raketdə uzanıqlı vəziyyətdəyik və belimdə təyyarədə olduğundan 
fərqli yüklənmə hiss edirəm. Klimuk qoşulur: “Ya “Kavkaz“– rabota 
dviqateley na slux ustoyçivaya” (Mən “Qafqaz“ -mühərriklərin işi səsə 
görə sabitdir). Radio vasitəsi ilə əlavə edirəm: “Ya Kavkaz 2“ – raket 
rəvan  gedir,  artıq  yüklənmə  baş  verir”.  Tək  radiostansiya  düyməsi 
olan idarəetmə dəstəyini iki əllə sıxıram. Bütün xırdalıqlaradək əzbər 
bilsəm də, sol əlimin altında orbitə çıxma trayektoriyalarının müvafiq 
sxemləri ilə olan lövhələri tuturam. Orada həmçinin qəza baş verdiyi 
zaman  bizim  etməli  olduğumuz  hərəkətlərin  ardıcıllığı  qeyd  edilib. 
Yaddaşım xəbər verir: əgər qəza indi baş verərsə, 288 saniyəyədək aran 
yerlərə  enəcəyik;  282-dən  512  saniyəyədək  –  enmə  dağlıq  zonasında 
baş  verəcək,  ondan  bir  az  sonra  isə  Sakit  okeanda;  494-dən  və  510-
dan 512 saniyəyədək – enmə SSRİ ərazisində baş verəcək. Ən böyük 
narahatlığı 494 və 510 saniyə arası olan müddət yaradırdı, məhz onu 
sarı  ilə  qeyd  etdim  –  Çin  ərazisində  enmə,  bəlli  səbəblərdən  bunun 
olmasını istəməzdik.           


138
BEŞINCI  HISSƏ
İlk səkkiz saniyə ərzində raket əzəmətlə şaquli vəziyyətdə qalxır, 
bundan sonra tədricən əyilərək şərqə yönəlir. Titrəmələr artır, yavaş-
yavaş artan yükləmə artıq bezdirməyə başlayır. Kosmodromla daimi 
əlaqə saxlayırıq. Yer kürəsi tez-tez mühərriklərin işi və uçuşun gedişatı 
haqqında məlumat verir. Biz də əhval-ruhiyyəmiz, qeydlər və kosmik 
gəminin texniki vəziyyəti barədə hesabat veririk. “Ya 16-3 – 26 saniyə, 
uçuş  düzgündür”  –  deməli,  bir  kilometr  yarım  yüksəklikdəyik  –  pis 
deyil.  Növbəti  məlumat:  “60  saniyə  -  yanma  kameralarında  təzyiq 
normadadır, stabilizasiya düzgündür” – stratosferə çatdıq, yüksəklik 
12,5  km.  Səs  baryerini  keçirik.  Gəmini  əhatə  edən  havanın  səs-küyü 
azalır. Yüksələn yüklənmə bizi kreslolara daha da sıxır, nəfəs almaq 
çətinləşir,  havanı  udum-udum  alıram.  Qarnımın  əzələlərini  daha 
da  bərk  sıxıram.  Oyuncaqlar  yüklənmə  nəticəsində  asıldıqları  ipi 
tarıma  çəkir,  titrəməyə  və  narahatlıq  yaradan  şiddətli  sıçrayışlara 
uyğun  olaraq  atılıb-düşür.  Yan  dərəcələrdən  birinin  qopmasından 
qorxuram. Yüklənmə 5G-yə yaxındır. Sinə və qırtlaqda dəhşətli sıxılma 
hiss edirəm. Ətrafda olan hər şey titrəyir, səs də eləcə. Deyəsən, hər 
şey  pisdir.  Tanrım!!!  Uçuşun  118-ci  saniyəsi  –  quru  çartıltı  eşidirəm. 
Yüklənmə  itir,  bizi  dəhşətlə  qabağa  atır,  pərçimlənmiş  kəmərlər 
bədənimizi kəsir. Uçuşun sonu – düşünürəm. Heyf. Planşetə baxıram – 
QƏZA siqnalizatoru yanmır. Klimuk rahat-rahat I dərəcənin ayrılması 
haqqında xəbər verir. İnana bilmirəm. Sakitlik. Lakin görünməyən bir 
qüvvə  tərəfindən  yenidən  kresloya  sıxıldığımı  hiss  edirəm,  belimlə 
titrəməni  duyuram  –  böyük  deyil,  lakin  əhəmiyyətli  tezlikdədir. 
Deməli, hər şey qaydasındadır. Klimuka baxıram. Gülümsəyir. Əl ilə 
işarə edirəm: ƏLA! və II dərəcənin mühərriklərinin sabit işi haqqında 
hesabat verirəm. Yaddaşımdakı məlumatları xatırlayıram: yüksəklik 46 
kilometr – qət edilmiş məsafə 44 kilometr, sürət saniyədə 1700 metr.
Kosmodromdan  bizim  uçuşu  müşahidə  edənlər  həmin  məqamda 
yüksəkdə, mavi səmada birinci dərəcənin bloklarını yana düşən işıqlı 
xaç kimi görürdülər. Birinci dərəcəyə məsuliyyət daşıyan texniklər və 
mühəndislər artıq yabanı araqla, çöl yabanı bitkilərindən düzəldilmiş 
texniki  spirtlə    sağlıq  deyirlər.  İşəsalma  sisteminin  xidmətçiləri  öz 
işlərini görərək artıq iki dəqiqədir ki, arağın dadına baxırlar. Yazıqlar, 
üçüncü  dərəcənin  xidmətçiləri  haqqında  fikirləşirəm,  onların  öz 
vaxtları var, hələ yeddi dəqiqələri qalıb. Həqiqi “əzab”dır.
Saniyəölçəni  təqib  edirəm.  157-ci  saniyə  yaxınlaşır.  Birdən  yavaş, 
lakin  ucalan  nərilti  eşidilir.  Bu,  artıq  lazımsız  olan  raket  xilasetmə 
sisteminin  düşməsi  deməkdir.  Dörd  saniyə  sonra  yenə  partlayış 
eşidirik, güclü titrəmə və sankı kəsilən     metal səsi gəlir. Məhz bu 
ssenari  ilə  incə  gəmimizi  dinamik  hücumdan  qoruyan  3,5  ballistik 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə