"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

  

 1.  1-ci  Əlavəyə  daxil  edilmiş  hər  bir  Tərəf,  3-cü  maddəyə  müvafiq  olaraq,  tullantıların 

məhdudlaşdırılması  və  ixtisar  edilməsi  üzrə  müəyyən  say  öhdəliklərini  yerinə  yetirdiyi 

müddətdə stabil inkişafa nail olmaq məqsədi ilə: 

 a) öz milli xüsusiyyətlərinə uyğun olaraq bu cür siyasət və tədbirlər planı həyata keçirir 

və yaxud sonralar işləyib hazırlayır: 

 1)  milli  İqtisadiyyatın  müvafiq  bölmələrində  enerjinin  istifadəsində  effektivliyin 

artırılması; 

 2)  təbiətin  mühafizəsi  üzrə  müvafiq  beynəlxalq  razılaşmalara  əsasən  öhdəliklərini 

nəzərə alaraq, Monreal Protokolu ilə nizama salınmayan uducu və yığıcıların mühafizəsi və 

keyfiyyətinin  yüksəldilməsi;  meşə  təsərrüfatı  idarəçiliyi,  meşələrin  qırılması  və  stabil 

zəmində meşələrin bərpası üzrə səmərəli metodların təşviqi; 

 3) iqlim dəyişmələri ilə bağlı fikir və mülahizələr baxımından kənd təsərrüfatının sabit 

formalarının genişləndirilməsi; 

 4) tədqiqat işlərinin aparılması, onların tətbiqinə köməklik göstərilməsi, yeni və yenidən 

bərpa  olunan  enerji  növləri,  karbon  dioksidinin  udulması  texnologiyaları  və  ekoloji 

baxımdan təmiz innovasiya texnologiyalarının hazırlanması və daha geniş istifadə olunması; 

 5)  bazar  uyğunsuzluqları,  fiskal  stimulları,  vergi  və  rüsumlardan  azad  edilmə  halları, 

Konvensiyanın  məramına  zidd  olan  subsidiyalar  və  bütün  tullantı  mənbələri  olan 

bölmələrdə  parnik  qazlarının  tədricən  ixtisar  edilməsi  və  ya  aradan  qaldırılması  və  bazar 

əməliyyatlarının tətbiqi; 

 6)  Monreal Protokolu  ilə  nizama  salınmayan  parnik qazı tullantılarını məhdudlaşdıran 

və  ya  ixtisara  salan  siyasət  və  tədbirlərin  həyata  keçirilməsinə  kömək  məqsədi  ilə  müvafiq 

bölmələrdə lazımi müvafiq islahatların geniş tətbiqi; 

 7)  Monreal  Protokolu  ilə  nizama  salınmayan  nəqliyyatda  daşınan  parnik  qazı 

tullantılarının məhdudlaşdırılması və yaxud ixtisar edilməsi üzrə tədbirlər

 8)  Tullantıların  ayrılması,  həmçinin  enerjinin  istehsalı,  daşınması  və  paylaşdırılması 

zamanı  rekuperasiya  yolu  ilə  metan  qazı  tullantılarının  məhdudlaşdırılması  və/yaxud 

ixtisarı; 

 b)  Konvensiyanın  4-cü  maddəsinin  2/e/1/  bəndinə  uyğun  olaraq  bu  maddə  əsasında 

həyata keçirilən siyasət və tədbirlərin şəxsi və ümumi səmərəliliyinin artırılması məqsədi ilə 

digər  bu  cür  Tərəflərlə  əməkdaşlıq  edir.  Bu  məqsədlə  Tərəflər  müqayisə  olunma  dərəcəsi, 

şəffaflıq  və  səmərəliliyi nəzərə  alınmaqla  bu  tədbirlər  haqqında  informasiya  mübadiləsi  və 

təcrübələrinin  yayılması  üçün  addımlar  atırlar.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə 

fəaliyyət  göstərən  Tərəflər  Konfransı  bütün  müvafiq  informasiya  nəzərə  alınmaqla  (birinci 

sessiyasında  və  yaxud  sonralar,  praktiki  cəhətdən  mümkün  ola  biləcək  vaxtda)  belə  bir 

əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçirəcək. 

 2.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər,  müvafiq  surətdə  Beynəlxalq  Mülki  Aviasiya  və 

Beynəlxalq Dəniz təşkilatları ilə fəaliyyət göstərərək, hava və dəniz yolu ilə daşınma zamanı 

bunker yanacağının istifadə olunması nəticəsində Monreal Protokolu ilə nizama salınmayan 

parnik qazı tullantılarının məhdudlaşdırılması və ya ixtisarına çalışırlar. 

 3. Əlavə 1-ə daxil edilmiş Tərəflər, digər Tərəflər xüsusi ilə inkişaf etməkdə olan ölkələr 

hesab  edilən  Tərəflər  və  o  cümlədən  Konvensiyanın  3-cü  maddəsi  nəzərə  alınmaqla, 

Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində sadalanan Tərəflər üçün xoşagəlməz 

nəticələrin, həmçinin iqlim dəyişmələrinin xoşagəlməz nəticələrinin, beynəlxalq ticarətə təsir 

edən  sosial,  ekoloji  və  iqtisadi  nəticələrin  minimuma  endirilməsi  üçün  bu  maddəyə  uyğun 

siyasət və tədbirlər həyata keçirməyə çalışırlar. Bu Protokolun Tərəfləri müşavirəsi sifəti ilə 



fəaliyyət  göstərən  Tərəflər  Konfransı,  hazırkı  bəndin  əsasnaməsini  həyata  keçirməyə  şərait 

yaradılması məqsədi ilə zəruri vaxtlarda müvafiq addımlar ata bilər. 

 4.  Bu  Protokolun  Tərəfləri  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 

müxtəlif  milli  xüsusiyyət  və  potensial  nəticələri  nəzərə  alaraq:  1  a)  bəndində  göstərilən 

istənilən  icra  və  tədbirlərin  əlaqələndirilməsinin  səmərəliliyi  haqqında  qərar  çıxararsa,  bu 

zaman  o,  bu  cür  icra  və  tədbirlərin  koordinasiyasını  nizamlama  yollarını  və  vasitələrini 

nəzərdən keçirir. 

  

M a d d ə   3    



  

 1.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər,  A  əlavəsində  adı  çəkilən  parnik  qazlarının  ümumi 

antropogen  tullantılarının  karbon  dioksidlə  ekvivalentdə  B  əlavəsində  qeydə  alınmış 

tullantıların məhdudlaşdırılması və ixtisar edilməsi üzrə müəyyən say öhdəliklərinin yerinə 

yetirilməsini nəzərdə tutaraq, onlar üçün təyin olunmuş miqdarı ötməməsi və bu maddənin 

əsasnaməsinə  uyğun  olaraq  öhdəliklərin  qüvvədə  qaldığı  2008-2012-ci  illərdə  1990-cı  il 

səviyyəsi  ilə  müqayisədə  belə  qazların  ümumi  tullantılarının  ən  azı  5%  azadılmasına  ayrı-

ayrılıqda və ya birgə təminat verirlər. 

 2.  Əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf,  bu  Protokol  üzrə  öhdəliklərinin  yerinə 

yetirilməsində 2005-ci il üçün əhəmiyyətli uğurlar qazanmağa çalışır. 

 3.  Əlavə  1-ə  daxil edilmiş hər  Tərəfin  bu  maddə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirməsi 

üçün 1990-cı ildən başlayaraq meşəsalma, meşələrin yenidən bərpası və meşələrin qırılması 

ilə məhdudlaşan meşə təsərrüfatı və torpaqdan istifadədə baş verən dəyişikliklər sahəsində 

insan  fəaliyyətinin  birbaşa  nəticəsi  olan  parnik  qazlarının  uducularla  absorbsiyası  və 

mənbələrdən  atılan  tullantılar  həcmində  təmiz  dəyişdiricilərdən  istifadə  edilir.  Bunlar 

öhdəliklərin qüvvədə qaldığı hər bir dövrdə karbon tullantılarında baş verən dəyişikliklərin 

yoxlanılması ilə ölçülür. Fəaliyyətin bu növləri ilə bağlı olan mənbələrdən edilən tullantılar 

və  parnik  qazlarının  uducularla  absorbsiyası  haqqında  məruzələr  diqqətlə  yoxlanılaraq 

təqdim edilir, 7 və 8-ci maddələr əsasında nəzərdən keçirilir. 

 4.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 

birinci  sessiyasına  qədər,  əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  1990-cı  ildə  karbon  tullantıları 

səviyyəsinin  müəyyənləşdirilməsi  və  sonrakı  illərdə  karbon  tullantı  ehtiyatlarında  gedən 

dəyişikliklərin qiymətləndirilməsi üçün köməkçi orqana elmi və texniki aspektlə məşvərətlər 

aparmaq  məqsədi  ilə  göstəricilər  təqdim  edir.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə 

fəaliyyət göstərən Tərəflər Konfransı, ilk sessiyasında və yaxud sonralar mümkün olduqda 

kənd təsərrüfatı torpaqlarının istifadəsi, torpaqdan istifadə və meşə təsərrüfatında baş verən 

dəyişiklik kateqoriyalarında parnik qazlarının uducularla absorbsiyası və mənbələrdən axan 

tullantılardakı  dəyişmələrlə  bağlı  insanın  hansı  əlavə  fəaliyyət  sahəsinin,  əlavə  1-ə  daxil 

edilərək Tərəflər üçün müəyyən edilmiş kəmiyyət göstəricilərinin üstünə gəlməsi və yaxud 

məruzələrin  təqdimatı  zamanı  qeyri-müəyyənlik,  şəffaflıq,  yoxlamaların  aparılmasının 

mümkünlüyü,  iqlim  dəyişmələri  üzrə  hökumətlərarası  ekspertlər  qrupunun  metodoloji  işi, 

Tərəflər  Konfransının  5-ci  maddəsi  və  qərarlarına  uyğun  olaraq  elmi-texniki  aspektdə 

məsləhətləşmələr aparmaq məqsədi ilə köməkçi orqan tərəfindən təqdim edilən və keçirilən 

konsultasiyalar amilini nəzərə alaraq onlardan çıxılması ilə bağlı rəhbər prinsiplər, şərtlər və 

qaydalar  haqqında  qərar  çıxaracaq.  Bu  cür  qərar  öhdəliklərin  ikinci  və  sonrakı  fəaliyyət 

dövrlərində  həyata  keçirilir.  Tərəf,  öhdəliklərinin  ilk  fəaliyyət  dövrü  ərzində,  fəaliyyət 

növlərinin  1990-cı  ildən  mövcud  olması  şərti  ilə  insan  fəaliyyətinin  bu  əlavə  növləri 

haqqında əsasnaməni həyata keçirmək qərarına gələ bilər. 




Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə