"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

  

 1. Əlavə 1-ə daxil edilmiş hər Tərəf öhdəliklərin birinci fəaliyyət dövrünün başlanmasına 

ən  azı  bir  il  qalmış  Monreal  Protokolu  ilə  nizamlanmayan  mənbələrdən  çıxan  antropogen 

tullantılarının  və  bütün  parnik  qazlarının  uducularla  absorbsiyasının  qiymətləndirilməsi 

məqsədi ilə milli sistem yaradır. Aşağıdakı 2-ci bənddə göstərilən metodologiyaları özündə 

cəmləşdirən  bu  cür  milli  sistem  üçün  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət 

göstərən Tərəflər Konfransının 1-ci sessiyasında rəhbər prinsiplər Konfrans tərəfindən qəbul 

edilir. 


 2.  Monreal  Protokolu  ilə  nizamlanmayan  bütün  parnik  qazlarının  uducularla 

absorbsiyası  və  mənbələrdə  çıxan  antropogen  tullantıların  qiymətləndirilməsi  üçün  iqlim 

dəyişmələri  üzrə  hökumətlərarası  ekspertlər  qrupu  tərəfindən  qəbul  edilən  və 

Konvensiyanın  Tərəflər  Konfransının  3-cü  sessiyasında  bəyənilən  metodologiyalar  əsas 

götürülməlidir. Bu cür metodologiyalar istifadə olunmadığı təqdirdə bu Protokolun Tərəflər 

müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının  1-ci  sessiyasında  bəyənilən 

metodologiyalara  müvafiq  olaraq  lazımi  düzəlişlər  edilir.  İqlim  dəyişmələri  üzrə 

hökumətlərarası  ekspertlər  qrupunun  apardığı  iş  və  elmi-texniki  aspektlər  üzrə 

konsultasiyaların aparılması üçün köməkçi orqan tərəfindən təşkil olunan məsləhətləşmələr 

əsasında  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 

mütəmadi olaraq bü cür metodologiya və düzəlişlərin şərhini verir və lazım olduqda onları 

yenidən  nəzərdən  keçirir  və  Tərəflər  Konfransının  istənilən  müvafiq  qərarını  tam 

dolğunluğu ilə nəzərə alır. Metodologiya və düzəlişlərin istənilən nəzərdən keçirilmə prosesi 

yalnız  öhdəliklərin  istənilən  fəaliyyət  dövrü  baxımından  3-cü  maddə  üzrə  öhdəliklərin 

yerinə yetirilməsinin nizamlanması məqsədi ilə tətbiq olunur. 

 3.  Mənbələrdən  çıxan  antropogen  tullantıların  və  A  Əlavəsində  göstərilən  parnik 

qazlarının  uducularla  absorbsiyasının  karbon  dioksidlə  ekvivalentdə  hesablanması  üçün 

istifadə olunan qlobal istiləşmə potensialı iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər 

qrupu  tərəfindən  qəbul  edilən  və  Konvensiyanın  Tərəflər  Konfransının  3-cü  sessiyasında 

bəyənilən  potensial  hesab  olunur.  İqlim  dəyişmələri  üzrə  hökumətlərarası  ekspertlər 

qrupunun  əməli  işi  və  elmi  texniki  aspektdə  konsultasiyaların  aparılması  üçün  köməkçi 

orqan tərəfindən təşkil olunan məsləhətləşmələr əsasında bu Protokolun Tərəflər müşavirəsi 

sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konvensiyası  bu  cür  parnik  qazlarının  hər  birinin 

potensial qlobal istiləşmə həcmini mütəmadi olaraq və zərurət yarandıqda nəzərdən keçirir 

və Tərəflər Konfransının istənilən müvafiq qərarını tam dolğunluğu ilə nəzərə alır. Bu və ya 

digər  qlobal  istiləşmə  potensialı  həcminin  hər  bir  halda  nəzərdən  keçirilməsi  öhdəliklərin 

istənilən fəaliyyət dövrü baxımından yalnız 3-cü maddə üzrə öhdəliklərə tətbiq edilir. 

  

M a d d ə   6    



  

 1.  Əlavə  1-ə  daxil  edilmiş  istənilən  Tərəf  3-cü  maddə  üzrə  öz  öhdəliklərini  yerinə 

yetirmək  məqsədi  ilə  mənbələrdən  çıxan  antropogen  tullantılarının  ixtisarına  və  ya 

iqtisadiyyatın  istənilən  bölməsində  parnik  qazlarının  uducularla  absorbsiyasının 

artırılmasına  yönələn  layihələr  nəticəsində  əldə  olunan  tullantıların  ixtisar  vahidlərini 

istənilən bu cür Tərəfə ya verə, ya da qəbul edə bilər, bir şərtlə ki:  

 a) istənilən bu cür layihə iştirakçı Tərəflər tərəfindən təsdiq edilsin; 

 b)  digər  halda  ola  biləcəklərə  əlavə  olaraq,  istənilən  bu  cür  layihə  mənbələrdən  çıxan 

tullantıların ixtisarını və ya uducularla absorbsiyanın artırılmasını nəzərdə tutur; 



 c)  5  və  7-ci  maddələr  üzrə  öhdəliklərini  yerinə  yetirmədiyi  təqdirdə  o,  heç  bir  tullantı 

ixtisarı vahidi əldə etmir

 d)  3-cü  maddə  üzrə  öhdəliklərin  yerinə  yetirilməsi  məqsədi  ilə  tullantıların  ixtisar 

vahidinin əldə olunması daxili fəaliyyəti nizamlayır. 

 2. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı əməli 

cəhətdən mümkün olduqda özünün 1-ci sessiyasında və yaxud sonralar bu maddənin həyata 

keçirilməsi,  o  cümlədən  məruzələrin  yoxlanılması  və  təqdim  edilməsi  üçün  sonrakı  rəhbər 

prinsipləri hazırlaya bilər. 

 3.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəf  bu  maddəyə  uyğun  olaraq  tullantıların  ixtisar 

vahidlərinin  əldə  olunması,  təqdim  olunması  və  ya  qəbuluna  gətirib  çıxaran  fəaliyyətlərdə 

hüququ şəxsləri öz nəzarəti altında səlahiyyətləndirə bilər. 

 4.  Əlavə  1-ə  daxil  edilmiş  bu  və  ya  digər  Tərəf  tərəfindən  bu  maddədə  göstərilən 

tələblərin  yerinə  yetirilməsinə  aid  olan,  8-ci  maddənin  qərarlarına  müvafiq  olaraq  məsələ 

meydana  çıxarsa,  öhdəliklərə  riayət  etmək  haqqında  məsələ  həll  olunana  qədər  heç  bir 

Tərəfin  3-cü  maddə  üzrə  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  bu  cür  vahidlərdən  istifadə 

etməməsi şərti ilə, tullantıların ixtisar vahidinin qəbulu, əldə olunması və ötürülməsi prosesi 

bu məsələ aşkar olunduqdan sonra da davam edə bilər. 

  

M a d d ə   7    



  

 1.  Əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  aşağıda  göstərilən  4-cü  bəndə  əsasən  müəyyən 

edilən  Konvensiyanın  Tərəflər  Konfransının  müvafiq  qərarlarına  uyğun  olaraq,  təqdim 

edilən Monreal Protokolu ilə nizama salınmayan mənbələrdən çıxan antropogen tullantıları 

və  parnik  qazlarının  uducularla  absorbsiyasının  illik  kadastrına  3-cü  maddənin  qərarlarına 

əməl olunması məqsədi ilə zəruri əlavə informasiyanı daxil edir. 

 2.  Əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  aşağıda  göstərilən  4-cü  bəndə  müvafiq  olaraq 

müəyyən  edilən  Konvensiyanın  12-ci  maddəsinə  müvafiq  olaraq  təqdim  edilən  öz  milli 

məruzəsinə  bu  Protokol  üzrə  öhdəlikləri  yerinə  yetirdiyini  nümayiş  etdirmək  məqsədi  ilə 

zəruri olan əlavə informasiyanı daxil edir. 

 3.  Əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  öhdəliklərin  fəaliyyət  dövrü  ərzində  həmin  Tərəf 

üçün  bu  Protokolun  qüvvəyə  minməsindən  sonra  Konvensiyaya  uyğun  olaraq  təqdim 

edilməsi  nəzərdə  tutulan  ilk  kadastrdan  başlayaraq,  hər  il  yuxarıda  göstərilən  1-ci  bəndə 

uyğun  olaraq  tələb  olunan  informasiyanı  təqdim  edir.  Aşağıda  göstərilən  4-cü  bənddə 

nəzərdə  tutulduğu  kimi,  bu  Protokolun  mövcud  Tərəf  üçün  qüvvəyə  minməsi  və  rəhbər 

prinsiplərin  qəbul  edilməsindən  sonra  hər  bir  belə  Tərəf  yuxarıda  göstərilən  2-ci  bəndə 

uyğun  olaraq  tələb  olunan  informasiyanı  təqdim  edir.  Tərəflər  Konfransı  tərəfindən  milli 

məruzələrin  təqdim  olunması  üçün  qəbul  edilmiş  istənilən  cədvəli  nəzərə  almaqla  bu 

maddəyə  uyğun  olaraq  tələb  olunan  informasiyanın  dövri  olaraq  sonrakı  təqdimatı  bu 

Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 

müəyyənləşdirir. 

 4.  Bu  Protokolun  Tərəflər  Konfransı  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 

Konfransı  1-ci  sessiyasından  və  mütəmadi  olaraq  əlavə  1-ə  daxil  edilmiş,  Tərəflərin  milli 

məruzələrinin  hazırlanması  üçün  Tərəflər  Konfransı  tərəfindən  qəbul  edilmiş  rəhbər 

prinsipləri  nəzərə  alaraq  bu  maddəyə  uyğun  olaraq  tələb  olunan  informasiyanın 

hazırlanması  üçün  aparıcı  prinsipləri  nəzərdən  keçirir.  Bu  Protokolun  Tərəflər  müşavirəsi 

sifəti  ilə fəaliyyət  göstərən  Tərəflər  Konfransı  müəyyən  olunmuş  miqdarın  nəzərə  alınması 



Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə