"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

Fransa ......................................................................................................................................   

92 


Xorvatiya .................................................................................................................................   

95 


Çexiya 

Respublikası ...............................................................................................................   92 

İsveçrə .....................................................................................................................................   

92 


İsveç .........................................................................................................................................   

92 


Estoniya ..................................................................................................................................   

92 


Yaponiya .................................................................................................................................   

94 


Bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən Tərəflər 

  

  



  

TƏRƏFLƏR KONFRANSININ QƏBUL ETDİYİ 

QƏRARLAR 

(12-ci plenar iclası, 11 dekabr 1997-ci il) 

  

QƏRAR 1/SR.3 



  

İqlim Dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının  

Çərçivə Konvensiyasına Kioto Protokolunun qəbulu 

  

 Tərəflər Konfransı 



  

 İqlim  dəyişmələri  üzrə  Birləşmiş  Millətlər  Təşkilatının  Çərçivə  Konvensiyasının  4-cü 

maddəsinin  (b)  və  2-ci  maddəsinin  (a)  bəndlərini  1-ci  sessiyada  nəzərdən  keçirərək  və  bu 

yarımbəndlərin müvafiq olmadığı nəticəsinə gələrək, 

 3-cü  sessiyada  protokol  və  ya  digər  hüquqi  sənəd  qəbul  edərək  2000-ci  ildən  sonrakı 

dövr  ərzində  müvafiq  tədbirlər  həyata  keçirmək  üçün  ona  imkan  verən  prosesi  başlamaq 

qərarına  gəldiyi  Berlin  mandatı:  protokol  üzrə  təkliflər  və  sonrakı  fəaliyyət  üzrə  qərarlar 

nəzərə  alınmaqla  Konvensiyanın  4-cü  maddəsinin  2a  və  b  bəndlərində  göstərilən 

öhdəliklərin uyğunluğunun araşdırılması adlandırılan 1/TK.1 qərarına istinad edərək

 bu prosesin məqsədlərindən birini Əlavə 1-ə daxil edilmiş inkişaf etmiş digər ölkələrin 

Konvensiyanın  Tərəflərinin  öhdəlikləri  üzrə  4-cü  maddəsinin  a  və  b  bəndlərində 

göstərilənlərin möhkəmləndirilməsi, siyasət və tədbirlərin işlənib hazırlanması, o cümlədən 

miqdar  məhdudiyyətləri  göstəricilərinin  müəyyənləşdirilməsi  və  Monreal  Protokolu  ilə 

nizama  salınmayan  mənbələrdə  antropogen  tullantıların  və  parnik  qazlarının  uducularla 

absorbsiyasının,  məsələn,  2005,  2010,  2020-ci  illər  üçün  konkret  şəkildə  razılaşdırılmış 

müddət ərzində ixtisarının olduğunu aşağıda qeyd edərək, 




 Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  üçün  hər  hansı  yeni  öhdəliyə  gətirib  çıxarmayacaq  bu 

proses  Berlin  mandatına  müvafiq  olmasına  baxmayaraq,  4-cü  maddənin  1-ci  bəndi  üzrə 

mövcud  öhdəliyi  təsdiqləyə  və  4-cü  maddənin  3-5  və  7-ci  bəndlərini  nəzərə  alaraq  stabil 

inkişafa  nail  olmaq  üçün  bu  öhdəliklərin  yerinə  yetirilməsinə  köməklik  göstərəcəyini  də 

xatırladaraq, 

 Berlin mandatı üzrə xüsusi qrupun 8-ci sessiyasındakı işi haqqındakı məruzəsini nəzərə 

alaraq, 

 Berlin  mandatı  üzrə  xüsusi  qrup  sədri  tərəfindən  təqdim  edilən  məruzəni 

məmnuniyyətlə nəzərdən keçirərək, 

 komitə fəaliyyətinin yekunu haqqında tam heyətli komitə sədrinin məruzəsini razılıqla 

nəzərə alaraq, 

 İqlim  dəyişmələri  üzrə  Birləşmiş  Millətlər  Təşkilatının  Çərçivə  Konvensiyasının  Kioto 

Protokolunun tezliklə qüvvəyə minməsi üçün zəruri hazırlığın aparılmasını başa düşərək, 

 Argentinanın  Buenos-Ayres  şəhərində  keçiriləcək  Tərəflər  Konfransının  sessiyasının 

uğurla başa çatması üçün vaxtında görülən tədbirlərin arzu olunduğunu anlayaraq, 

 1. Kioto Protokolunu qəbul etmək qərarını verir. 

 2.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibinin  bu  Protokolun  hazırkı  qərara  əlavədə 

göstərilən  Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  dəyişmələri  üzrə  Çərçivə  Konvensiyasının 

depozitarisi  olmasını  və  16  mart  1998-ci  ildən  15  mart  1999-cu  ilədək  Nyu-York  şəhərində 

imzalanması üçün açılmasını xahiş edir. 

 3. İqlim dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının bütün 

Tərəflərini 16 mart 1998-ci ildə və yaxud bundan sonrakı müddət ərzində ilk əlverişli vaxtda 

bu  Protokolu  imzalamağa,  təsdiq,  qəbul  və  ya  bəyənilmə,  müvafiq  hallarda  isə  qoşulma 

haqqında  sənədlərin  mühafizə  olunması  üçün  mümkün  qədər  tez  bir  zamanda  təqdim 

etməyə dəvət edir. 

 4.  Konvensiya  Tərəfləri  olmayan  dövlətləri  Protokolun  Tərəfləri  olmaq  üçün 

təxirəsalınmadan Konvensiyanı təsdiq etməyə və yaxud ona qoşulmağa dəvət edir. 

 5.  Elmi-texniki  aspektlər  üzrə  məsləhətləşmələr  aparan  köməkçi  orqanın  sədrinə  və 

Protokolun  yerinə  yetirilməsi  üzrə  köməkçi  orqanın  sədrinə  1998-1999-cu  illəri  əhatə  edən 

ikiillik  proqram  üzrə  təsdiq  olunmuş  büdcə  və  onunla  bağlı  olan  katibliyin  fəaliyyət 

proqramı  nəzərə  alınmaqla  aşağıda  göstərilən  məsələlər  üzrə  Tərəflər  Konfransının  4-cü 

sessiyasında baxılması zəruri olan hazırlıq işləri üzrə katibliyə rəhbər göstərişlər verilməsini 

və bu işin müvafiq köməkçi orqanlar arasında müvafiq şəkildə bölüşdürülməsini xahiş edir: 

 a)  mənbələrdən  çıxan  tullantılar  və  parnik  qazlarının  uducularla  absorbsiyası  ilə  bağlı 

olan insan fəaliyyətinin bu və ya digər əlavə növlərinə aid olan rəhbər prinsiplərin, qayda və 

şərtlərin  müəyyənləşdirilməsi,  kənd  təsərrüfatı  torpaqları,  torpaqdan  istifadə  və  meşə 

təsərrüfatında  istifadə  olunan  dəyişikliklər  miqdarı  Konvensiyanın  1-ci  əlavəsinə  daxil 

edilmiş Protokolun Tərəfləri üçün nəzərdə tutulan miqdara əlavə edilir və yaxud Protokolun 

3-cü maddəsinin 4-cü bəndində nəzərdə tutulduğu kimi bu miqdardan çıxılır; 

 b)  Protokolun  17-ci  maddəsinin  yerinə  yetirilməsi  zamanı  tullantı  satışının  hesabatı  və 

məruzələrin yoxlanılması və təqdim olunması üçün müvafiq prinsiplər, qayda və şərtlər və 

xüsusi ilə də rəhbər prinsiplərin müəyyənləşdirilməsi; 

 c)  Konvensiyanın  1-ci  əlavəsinə  daxil  edilmiş  Protokolun  istənilən  Tərəfi  hər  hansı  bir 

digər  Tərəfə  Protokolun  6-cı  maddəsində  nəzərdə  tutulduğu  kimi,  iqtisadiyyatın  istənilən 

bölməsində  mənbələrdən  çıxan  antropogen  tullantıların  ixtisarına  və  yaxud  parnik 

qazlarının uducularla antropogen absorbsiyasının artırılmasına yönələn layihələr nəticəsində 




əldə  olunan  tullantı  ixtisar  vahidlərinin  təqdimi  və  yaxud  qəbulu  üçün  rəhbər  prinsiplərin 

hazırlanması; 

 d)  öhdəliklərin  fəaliyyət  dövrü  ərzində  ayrı-ayrı  layihələrin  tullantılara  göstərdiyi 

mühüm  proporsional  təsirin  olduğu  protokolun  (b)  əlavəsində  göstərilən  Tərəflərin 

qərarlarının nəzərə  alınması  üçün  lazım  olduqda  bu  cür  metodologiyalarla  bağlı qərarların 

qəbul edilməsi; 

 e) Protokolun 12-ci maddəsinin 10-cu bəndinin nəticələrinin analizi. 

 6.  Elmi-texniki  aspektlər  üzrə  məsləhətləşmələr  aparan  köməkçi  orqanın  sədri  və 

Protokolun  yerinə  yetirilməsi  üzrə  köməkçi  orqanın  sədrinin  Protokola  müvafiq  olaraq 

üzərinə  qoyulan  öhdəliyi  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 

Konfransının  Protokolu  qüvvəyə  mindiyi  1-ci  sessiyada  yerinə  yetirilməsi  üçün,  onlar 

arasında  hazırlıq  işlərinin  aparılması  üçün  bölgünün  edilməsi  haqqında  bu  orqanların  8-ci 

sessiyasında birgə təklif irəli sürməsini xahiş edir. 

  

  



QƏRAR 2/SR.3 

Kioto Protokolu ilə bağlı olan metodoloji məsələlər 

  

Tərəflər Konfransı 



  

 4/TK.1 və 9/TK.2 qərarlarına istinad edərək, 

 elmi-texniki  aspektlər  üzrə  məsləhətləşmələrin  aparılması  üçün  köməkçi  orqanın  4-cü 

sessiyasında qəbul edilmiş müvafiq nəticələrini bəyənərək

 1.  Monreal  Protokolu ilə  nizamlanmayan  mənbələrdən  çıxan  antropogen  tullantıları  və 

parnik  qazlarının  uducularla  absorbsiyası  haqqında  göstəricilərin  hesaba  alınması  və 

təqdimi  zamanı  İqlim  Dəyişmələri  üzrə  Hökumətlərarası  Ekspertlər  Qrupunun  1996-cı  il 

parnik qazlarının milli kadastrı üçün Tərəflərin yenidən nəzərdə keçirilən rəhbər prinsipləri 

tətbiq etməsinin zəruriliyini yenidən təsdiq edir; 

 2.  Göstəricilər  mövcud  olduqda  karbonhidroftor,  karbonperftor  və  kükürd  heksoftorid 

tullantıların  faktiki  olaraq  hesablanması  və  tullantılar  haqqında  göstəricilərin  təqdimi 

zamanı  onlardan  istifadə  etməyin  zəruriliyini  təsdiqləyir.  Zəruri  göstərici  mənbələrinin 

yaradılması üçün Tərəflər bütün qüvvələri səfərbərliyə almalıdırlar; 

 3.  Qlobal  istiləşmə  potensiallarının  (1995-ci  ildə  MQEİK  PQP-nin  həcminin) 

qiymətləndirilməsi haqqında İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 

100  illik  dövr  ərzində  parnik  qazlarının  təsirinə  əsaslanan  qlobal  istiləşmə  potensialının 

hesablanması ilə bağlı immanent və mürəkkəb qeyri-müəyyənlik amillərini nəzərə alaraq 2-

ci məruzəsində təqdim edilən potensial kimi qəbul etməyin zəruri olduğunu yenidən təsdiq 

edir. 

 4.  1996-cı  il  parnik  qazlarının  milli  kadastrı  üçün  İqlim  dəyişmələri  üzrə 



Hökumətlərarası Ekspertlər Qrupunun yenidən baxılmış rəhbər prinsiplərinə uyğun olaraq 

beynəlxalq daşımaları həyata keçirən, dəniz və ya hava gəmilərinə satılan bunker yanacağı 

ilə  bağlı  olan  tullantıları  milli  yekun  göstəricilərinə  daxil  etmək  yox,  ayrıca  xəbər  verməyi 

xatırladır,  o  cümlədən  elmi-texniki  aspektlər  üzrə  məsləhətləşmələr  aparan  köməkçi  orqan 

Tərəflərin  parnik  qazlarının  ümumi  kadastrına  bu  tullantıların  daxil  edilməsi  haqqında 

məsələyə yenidən baxılmasını davam etdirməyə israrla dəvət edir. 




 5.  Birləşmiş  Millətlər  Təşkilatının  nizamnaməsinə  uyğun  olaraq  həyata  keçirilən 

çoxtərəfli əməliyyatlar nəticəsində yaranan tullantıların milli göstəricilərə daxil edilməyərək 

ayrıca xəbər veriləcəyini qərara alır; əməliyyatlarla bağlı digər tullantılar bir və ya daha çox 

iştirakçı Tərəfin tullantılar haqqında milli yekun göstəricilərinə daxil edilir

  

  

QƏRAR 3/TK.3 



  

Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərinin həyata keçirilməsi 

  

Tərəflər Konfransı, 



  

İqlim  dəyişmələri  üzrə  Birləşmiş  Millətlər  Təşkilatının  Çərçivə  Konvensiyasının  4-cü 

maddəsinin 8 və 9-cu bəndlərinin qərarını göstərərək

 «Berlin  mandatı»nın  1  (b)  bəndi  və  Konvensiyanın  3-cü  maddəsinin  qərarını  qeyd 

edərək,  

 1. Protokolun yerinə yetirilməsi üzrə Köməkçi orqanın 8-ci sessiyasında Konvensiyanın 

4-cü maddəsinin 8 və 9-cu bəndlərində göstərilən inkişaf etməkdə olan ölkələr hesab edilən 

Tərəflərin  iqlim  dəyişmələrin  mənfi  nəticələri  və/  yaxud  cavab  tədbirlərinin  icra  edilməsi 

nəticələri ilə yaranan xüsusi tələb və ehtiyacının nəzərə alınması üçün zəruri olan tədbirlərin 

müəyyən və aşkar edilməsi prosesini başlamağı xahiş edir. 

 2.  Protokolun  yerinə  yetirilməsi  üzrə  Köməkçi  Orqandan  bu  prosesin  yekun  nəticələri 

haqqında Tərəflər Konfransının 4-cü sessiyasına məruzə təqdim etməyi xahiş edir. 

 3.  Tərəflər  Konfransının  4-cü  sessiyasında  bu  prosesin  gedişində  çıxarılan  nəticə  və 

təkliflər əsasında tədbirlər haqqında qərar qəbul etməyə çağırır. 

  

  

ÜÇÜNCÜ SESSİYANIN İŞİ HAQQINDA  



TƏRƏFLƏR KONFRANSININ HESABATI 

  

C ə d v ə l :          



Kioto Protokolunun 25-ci maddəsinin məqsədləri üçün 1990-cı ildə 

əlavə 1-ə daxil edilmiş, Tərəflərin karbon dioksidin ümumi 

tullantıları 

  

                                                                             



Tərəf

 

Tullantılar



 

FAİZ hİssəsİ

 

Avstraliya



 

288 965


 

2,1


 

Avstriya


 

59 200


 

0,4


 

Belçika


 

113 405


 

0,8


 

Bolqarıstan

 

82 990


 

0,6


 

Macarıstan

 

71 673


 

0,5


 

Almaniya


 

1 012 443

 

7,4


 

Yunanıstan

 

82 100


 

0,6


 

Danimarka

 

52 100


 

0,4


 

İrlandiya

 

30 719


 

0,2


 

İslandiya

 

21 72


 

0,0


 

İspaniya


 

260 654


 

1,9


 


İtaliya

 

428 941



 

3,1


 

Kanada


 

457 441


 

3,3


 

Latviya


 

22 976


 

0,2


 

Lixtenşteyn

 

208


 

0,0


 

Lüksemburq

 

11 343


 

0,1


 

Monako


 

71

 



0,0

 

Niderland



 

167 600


 

1,2


 

Yeni Zelandiya

 

25 530


 

0,2


 

Norveç


 

35 533


 

0,3


 

Polşa


 

414 930


 

3,0


 

Portuqaliya

 

42 148


 

0,3


 

Rusiya Federasiyası

 

2 388 720



 

17,4


 

Rumıniya


 

171 103


 

1,2


 

Slovakiya

 

58 278


 

0,4


 

Böyük Britaniya Və Şimali 

İrlandiya Birləşmiş Krallığı

 

58 4078



 

4,3


 

Amerika Birləşmiş Ştatları

 

4 957 022



 

36,1


 

Finlandiya

 

53 900


 

0,4


 

Fransa


 

366 536


 

2,7


 

Çexiya Respublikası

 

169514


 

1,2


 

İsveçrə


 

43 600


 

0,3


 

İsveç


 

61 256


 

0,4


 

Estoniya


 

37 797


 

0,3


 

Yaponiya


 

1 173 360

 

8,5


 

Cəmi

 

13 728 306



 

100,0


 

  

 Göstəricilər  1997-ci  il  11  dekabr  və  ya  daha erkən  tarixli  ilk  milli  Xəbərlərdə,  əlavə  1-ə 



daxil  edilmiş  34  Tərəf  tərəfindən  təqdim  olunan  və  katiblik  tərəfindən  bir  neçə  sənəddə 

(A/AS.237/81;  FCCC/CP/1996/12  Əlavə  2  və  FCCC/V/1997/6)  qruplaşdırılan  informasiyaya 

istinad edir. Məlumatların bəzisi mənbələrdən çıxan karbon dioksid tullantıları və torpaqdan 

istifadə  və  meşə  təsərrüfatı  sahəsində  baş  verən  dəyişiklik  kateqoriyaları  ilə  tullantıların 

uducularla absorbsiyası üzrə göstəriciləri özündə cəmləşdirir. Lakin informasiyanın müxtəlif 

ötürülmə yollarını nəzərə alaraq bu göstəricilər cədvələ daxil edilməmişlər. 



 

 

 



 

 

Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə