"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

xərclərin ödənilməsi üçün, o cümlədən adaptasiya ilə bağlı xərclərin ödənilməsində və iqlim 

dəyişmələri xoşagəlməz təsirlərinə qarşı xüsusən həssas olan inkişaf etməkdə olan ölkələrlə 

təmsil olunan Tərəflər köməklik göstərilməsi məqsədi ilə istifadə edilməsini təmin edir. 

 9.  Təmiz  inkişaf  mexanizmində,  o  cümlədən  yuxarıda  qeyd  olunan  3  (a)  bəndində 

göstərilən fəaliyyətdə və tullantıların sertifikatlaşdırılmış ixtisarının alınmasında özəl və/ və 

ya  dövlət  subyektləri  iştirak edə  bilər,  bu  iştirak  təmiz  inkişaf mexanizminin icra şurasının 

verəcəyi istənilən göstərişə müvafiq olaraq həyata keçirilir. 

 10. 2000-ci ildən öhdəliklərin 1-ci fəaliyyət dövrünün başlanmasınadək olan mərhələdə 

tullantıların  sertifikatlaşdırılmış  ixtisarı  öhdəliklərin  1-ci  fəaliyyət  dövründə  yerinə 

yetirilməsinin təmin olunması məqsədi ilə kömək göstərilməsində istifadə edilə bilər. 

  

M a d d ə   1 3    



  

 1.  Konvensiyanın  ali  orqanı  olan  tərəflər  Konfransı  bu  Protokolun  Tərəflər  müşavirəsi 

sifəti ilə fəaliyyət göstərir. 

 2.  Bu  Protokolun  Tərəfləri  olmayan  Konvensiyanın  Tərəfləri  bu  Protokolun  Tərəflər 

müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının  istənilən  sessiyanın  işində 

müşahidəçi sifəti ilə iştirak edə bilər. Tərəflər Konfransı bu Protokolun Tərəflər müşavirəsi 

sifəti  ilə  fəaliyyət  göstərdiyi  təqdirdə  bu  Protokol  haqqında  qərarlar  yalnız  bu  Protokolun 

Tərəfləri tərəfindən qəbul edilir. 

 3.  Tərəflər  Konfransı  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərdiyi 

təqdirdə  bu  Protokolun  Tərəfi  olmayan  və  Konvensiya  Tərəfini  təmsil  edən  Tərəflər 

Konfransı  Rəyasət  heyətinin  istənilən  üzvü  bu  Protokol  Tərəflərinin  öz  aralarından  seçdiyi 

əlavə üzvlə əvəz olunur. 

 4.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı  bu 

Protokolun həyata keçirilməsini mütəmadi olaraq nəzərdən keçirilir və Protokolun səmərəli 

iştirakının  yerinə  yetirilməsi  üçün  zəruri  olan  qərarları  öz  mandatı  çərçivəsində  verir. 

Bu  Protokola müvafiq olaraq Konfrans öz üzərinə düşən funksiyaları yerinə yetirir; və  

 a)  Bu  Protokolun  qərarlarına  müvafiq  olaraq  ona  təqdim  edilən  bütün  informasiyanı, 

Tərəflər  tərəfindən  bu  Protokolun  həyata  keçirilməsi  prosesini,  bu  Protokolun  yerinə 

yetirilməsi  üçün  keçirilən  tədbirlərin  ümumi  və  xüsusən  də  ekoloji  iqtisadi  və  sosial 

səmərəliliyini, o cümlədən Konvensiyanın məqsədlərinə nail olunmasına onların kumulyativ 

təsiri və inkişaf səviyyəsini qiymətləndirir; 

 b)  Konvensiyanın  7-ci  maddəsinin  2-ci  bəndi  və  4-cü  maddəsinin  2  (d)  bəndinə  uyğun 

olaraq  nəzərdə  tutulan  istənilən  məsələləri  Konvensiyanın  məqsədi  və  yerinə  yetirilməsi 

müddətində  əldə  olunan  təcrübə,  elmi-texniki  biliklərin  inkişafı  baxımından  lazımi 

səviyyədə  bu  Protokol  üzrə  Tərəflərin  öhdəliklərini  mütəmadi  olaraq  nəzərdən  keçirir  və 

bununla əlaqədar olaraq bu Protokolun yerinə yetirilməsi haqqında daimi məruzələr qəbul 

edir və onları araşdırır. 

 c)  Tərəflərin  mövcud  şərait,  məsuliyyət  və  imkanlarında  meydana  çıxan  mövcud  fərqi 

və bu Protokol üzrə onların müvafiq öhdəliklərini nəzərə alaraq iqlim dəyişmələri və onun 

nəticələri probleminin həlli üçün Tərəflərin həyata keçirdiyi tədbirlər haqqında informasiya 

mübadiləsinə şərait yaradır və onu genişləndirir

 d)  iki  və  daha  artıq  Tərəfin  xahişi  ilə  Tərəflərin  mövcud  imkan,  şərait  və  məsuliyyət 

sahəsində  meydana  çıxan  fərqləri  bu  Protokol  üzrə  onların  müvafiq  öhdəliklərini  nəzərə 

alaraq  iqlim  dəyişmələri  və  onun  nəticələri  probleminin  həll  olunması  üçün  Tərəflərin 

həyata keçirdiyi tədbirlərin koordinasiyası kömək göstərir



 e)  Konvensiyanın  məqsədləri  və  bu  Protokolun  qərarlarına  uyğun  olaraq, 

Konvensiyanın  Tərəflər  Konfransının  müvafiq  qərarlarının,  bu  Protokolun  Tərəflər 

müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəf Konfransı tərəfindən bəyəniləcək bu Protokolun 

səmərəli  həyata  keçirilməsi  üçün  müqayisəli  metodologiyaların  işlənməsi  və  mütəmadi 

olaraq  dəqiqləşdirilməsini  tam  dolğunluğu  ilə  nəzərə  alaraq  fəaliyyəti  genişləndirir  və 

istiqamətləndirir; 

 f) bu  protokolun yerinə yetirilməsi üçün zəruri olan istənilən məsələlər üzrə tövsiyələr 

verir; 


 g)  11-ci  maddənin  2-ci  bəndinə  uyğun  olaraq  əlavə  maliyyə  vəsaitinin  səfərbərliyə 

alınması üçün tədbirlər həyata keçirir

 h) bu  Protokolun yerinə yetirilməsi üçün tələb olunan köməkçi orqanları təsis edir. 

 i)  lazım  gəldikdə  səlahiyyətli  beynəlxalq  təşkilatlar  hökumətlərarası  və  qeyri-hökumət 

orqanlarının  xidmət  və  əməkdaşlığını  və  onların  təqdim  etdiyi  informasiyanı  sorğu  və 

istifadə edir; 

 j) bu  Protokolun yerinə yetirilməsi üçün tələb olunan digər funksiyaları yerinə yetirir və 

Tərəflər Konfransının qərarlarının nəticəsi olan istənilən məsələni nəzərdən keçirir. 

 5.  Konvensiyaya  uyğun  olaraq,  həyata  keçirilən  Tərəflər  Konfransının  prosedur 

qaydaları  və  maliyyə  prosedurları  mutatis  mutandis  Protokoluna  tətbiq  edilir. 

Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 

konsensus əsasında digər bir qərara gəldiyi hallar istisna olmaqla

 6.  Katiblik  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 

Konfransının  birinci  sessiyasını  bu  Protokolun  qüvvəyə  mindiyi  vaxtdan  etibarən 

başlanılması  nəzərdə  tutulan  Tərəflər  Konfransının  1-ci  sessiyası  ilə  eyni  vaxtda  çağırır. 

Bu  Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının növbəti 

sessiyaları  hər  il  və  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 

Konfransı digər qərar çıxarmadığı təqdirdə Tərəflər Konfransının növbəti sessiyaları ilə eyni 

vaxtda keçirilir. 

 7.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 

növbədənkənar  sessiyaları  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən 

Tərəflər Konfransının bunu zəruri hesab etdiyi təqdirdə və yaxud katibliyin bu tələbnaməni 

Tərəflərə  göndərdiyi  vaxtdan  keçən  altı  ay  ərzində,  əgər  bu  tələb  Tərəflərin  ən  azı  1/3-i 

tərəfindən dəstəklənərsə, bu zaman Tərəflərdən 1-in yazılı tələbnaməsi əsasında çağırılır. 

 8.  Birləşmiş  Millətlər  Təşkilatı,  Atom  Enerjisi  üzrə  beynəlxalq  agentlik,  BMT-in 

ixtisaslaşmış  müəssisələri  və  o  cümlədən  Konvensiyanın  Tərəfləri  hesab  olunmayan  belə 

təşkilatların üzvü olan və yaxud onlarda müşahidəçi sifəti ilə iştirak edən istənilən dövlət bu 

Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 

sessiyalarında müşahidəçi sifəti ilə təmsil oluna bilər. Bu Protokolun fəaliyyət dairəsinə aid 

olan  məsələlər  üzrə  səlahiyyət  daşıyan  və  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə 

fəaliyyət  göstərən  Tərəflər  Konfransının  sessiyalarında  müşahidəçi  sifəti  ilə  təmsil 

olunmaları haqqında öz arzularını katibliyə bildirmiş, milli və yaxud beynəlxalq hökumət və 

yaxud  qeyri-hökumət  olmaqla  istənilən  orqan  və  yaxud  təşkilatlara,  yalnız  iştirakçı 

Tərəflərin ən azı 1/3-nin narazılığı istisna olunmaqla, Konfransın bütün sessiyalarında iştirak 

etməyə icazə verilir. Müşahidəçilərin buraxılması və iştirakı yuxarıda göstərilən 5-ci bənddə 

nəzərdə tutulduğu kimi prosedur qaydaları ilə nizamlanır. 

  

M a d d ə   1 4    



  


Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə