"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

 5.  Əlavə  1-ə  daxil  edilmiş  və  bazar  iqtisadiyyatına  keçid  prosesini  həyata  keçirən 

Tərəflər  Konvensiyanın  Tərəflər  Konfransının  2-ci  sessiyasının  9/T.K.  2-li  qərarı  ilə  əsas 

fəaliyyətlərini və ya mərhələlərini müəyyən edir, bu fəaliyyətləri və ya mərhələni bu maddə 

üzrə  öhdəliklərinin  yerinə  yetirilməsinə  həsr  edirlər.  Bazar  iqtisadiyyatına  keçid  prosesini 

həyata  keçirən  və  Konvensiyanın  12-ci  maddəsinə  uyğun  olaraq  hələ  özünün  birinci  milli 

məruzəsini  təqdim  etməyən,  əlavə  1-ə  daxil  edilmiş,  istənilən  başqa  Tərəf,  bu  Protokolun 

Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransını  bu  maddə  üzrə 

öhdəliklərini  yerinə  yetirmək  üçün  o,  1990-cı  ildəkindən  fərqli  fəaliyyət  ili  və  ya 

mərhələsindən  istifadə  etmək  niyyətində  olduğu  barədə  məlumatlandıra  bilər.  Bu 

Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı  bu  bildirişin 

qəbulu haqqında məsələni həll edir. 

 6.  Öhdəliklərin  yerinə  yetirilməsi  zamanı  Konvensiyanın  4-cü  maddəsinin  6-cı  bəndi 

nəzərə  alınmaqla,  bu  maddədə  göstərilən  öhdəliklərlə  yanaşı,  bu  Protokolun  Tərəflər 

müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən, əlavə 1-ə daxil edilmiş 

və bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən Tərəflərə müəyyən elastiklik imkanı 

verilir. 

 7.  2008-2012-ci  illərdə  tullantıların  məhdudlaşdırılması  və  ixtisarı  üzrə  müəyyən  say 

öhdəliklərinin  ilk  fəaliyyət  dövrü  ərzində  əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  üçün  müəyyən 

olunmuş  miqdar,  təkcə  parnik  qazlarının  ümumi  antropogen  tullantıları  B  əlavəsində 

göstərilən faizlə paya bərabər olub, A əlavəsində sadalanmış və 1998-ci il və ya fəaliyyət ili, 

ya  da  mərhələsi  üçün  5-ci  maddəyə  uyğun  olaraq  müəyyən  edilmiş  göstəricidən 

karbondioksidlə  müqayisədə  5  dəfə  artıqdır.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  1990-cı  ildən 

torpaq  istifadəsi  və  meşə  təsərrüfatında  baş  verən  dəyişikliklər  parnik  qazlarının  tullantısı 

üçün təmiz mənbə hesab edilən, Əlavə 1-ə daxil edilmiş, Tərəflər, müəyyən edilmiş miqdarın 

hesablanması  məqsədilə  1990-cı  il  baza  ili  və  mərhələsi  üçün  öz  tullantılarına  torpaqların 

istifadə olunmasından gedən dəyişikliklər nəticəsində 1990-cı ildə uducuların absorbsiyasını 

çıxmaq  şərtilə  karbondioksidlə  müqayisədə  mənbələrdən  edilən  ümumi  antropogen 

tullantıları da daxil edirlər. 

 8. Əlavə 1-ə daxil edilmiş hər Tərəf, 7-ci bənddə qeyd olunduğu kimi, ödəniş məqsədi ilə 

1995-ci  il  karbon  hidroftor,  karbon  perftor  və  kükürd  heksaftoridlər  üçün  fəaliyyət  ili  kimi 

istifadə edə bilər. 

 9.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  üçün  sonrakı  mərhələlər  üzrə  öhdəliklər,  21-ci 

maddənin 7-ci bəndinin əsasnaməsinə uyğun olaraq qəbul edilən bu Protokola B əlavəsinin 

düzəlişləri  ilə  müəyyənləşdirilir.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət 

göstərən  Tərəflər  Konfransı  yuxarıda  göstərilən  1-ci  bənddə  qeyd  olunduğu  kimi 

öhdəliklərin  birinci  fəaliyyət  dövrünün  sonuna  ən  azı  7  il  qalmış  bu  öhdəlikləri  nəzərdən 

keçirməyə başlayacaq. 

 10. Tullantı ixtisarının istənilən vahidi və ya hər hansı Tərəfin digər Tərəfdən əldə etdiyi 

müəyyən edilmiş miqdarın istənilən hissəsi 6-cı və ya 17-ci maddənin qərarına uyğun olaraq

qazanan Tərəfin müəyyən edilmiş miqdarına artırılır. 

 11. 6-cı və 17-ci maddələrin qərarlarına uyğun olaraq hər hansı bir Tərəfin digər Tərəfə 

verdiyi tullantı ixtisarının istənilən vahidi və ya müəyyən edilmiş miqdarın istənilən hissəsi 

ötürən tərəfin müəyyən edilmiş miqdarından çıxarılır. 

 12.  12-ci  maddənin  qərarına  əsasən  hər  hansı  bir  Tərəfin  digər  Tərəfdən  qəbul  etdiyi 

tullantı  ixtisarının  istənilən  sertifikatlı  vahidləri  qəbul  edən  Tərəfin  müəyyən  edilmiş 

miqdarına artırılır. 




 13.  Əgər  əlavə  1-ə  daxil  edilmiş  Tərəflərin  tullantıları  öhdəliklərin  bu  və  ya  digər 

fəaliyyət  dövründə  bu  maddəyə  uyğun  olaraq  onun  üçün  müəyyən  edilmiş  miqdardan  az 

olarsa,  bu  fərq  həmin  Tərəfin  xahişilə  öhdəliklərini  sonrakı  fəaliyyət  dövründə  onun 

müəyyən edilmiş miqdarına artırılır. 

 14. Əlavə 1-ə daxil edilmiş hər Tərəf, inkişaf etməkdə olan ölkələr hesab edilən Tərəflər, 

xüsusi  ilə  Konvensiyanın  4-cü  maddəsinin  8  və  9-cu  bəndlərində  adı  çəkilən  Tərəflər  üçün 

xoşagəlməz sosial, ekoloji və iqtisadi nəticələri minimuma endirmək üçün 1-ci bənddə qeyd 

olunan  öhdəliklərin  həyata  keçirilməsinə  çalışır.  Bu  bəndlərin  həyata  keçirilməsi  haqqında 

Tərəflər  Konfransının  müvafiq  qərarlarına  uyğun  olaraq,  bu  Protokolu  Tərəflər  müşavirəsi 

sifəti  ilə  fəaliyyət  göstərən  Konvensiyanın  Tərəflər  Konfransı  iqlim  dəyişmələrinin 

xoşagəlməz  nəticələrinin  minimuma  endirilməsi  üçün  hansı  zəruri  tədbirlərin  həyata 

keçirilməsi və ya yuxarıda göstərilən bəndlərdə Tərəflər üçün sadalanan cavab tədbirlərinin 

nəticələri üzrə məsələləri 1-ci sessiyasında nəzərdən keçirəcək. 

  

M a d d ə   4    



  

 1.  3-cü  maddə  üzrə  öhdəliklərinin  birgə  yerinə  yetirilməsi  haqqında  razılığa  gəlmiş, 

əlavə 1-ə daxil edilmiş istənilən Tərəflərə A-Əlavəsində göstərildiyi kimi, parnik qazlarının 

ümumi antropogen tullantılarının karbon dioksidlə ekvivalentdə müəyyən olunmuş və 3-cü 

maddənin 

qərarlarına 

əsasən 

B-əlavəsində 



göstərildiyi 

kimi, 


tullantılarının 

məhdudlaşdırılması və ixtisarı üzrə onların müəyyən say öhdəliklərinin yerinə yetirilməsini 

nəzərdə  tutan  miqdarı  aşmayacağı  təqdirdə  bu  öhdəlikləri  yerinə  yetirmiş  Tərəflər  kimi 

baxılır. Bu cür razılaşma Tərəflərin hər biri üçün təyin edilmiş tullantıların müvafiq səviyyəsi 

bu razılaşmada müəyyən edilir. 

 2.  İstənilən  bu  cür  razılaşma  Tərəfləri  bu  Protokolun  təsdiqi,  qəbulu  və  bəyənilməsi 

haqqında sənədlərin mühafizə edilməyə təqdim etdikləri gün razılaşmanın şərtləri haqqında 

katibliyə  bildiriş  göndərirlər.  Öz növbəsində  katiblik Konvensiyanın  tərəfləri və  imza edən 

iştirakçıları razılaşmanın şərtləri ilə məlumatlandırır. 

 3. Hər hansı belə razılaşma 3-cü maddənin 7-ci bəndində göstərildiyi kimi, öhdəliklərin 

fəaliyyəti dövrü ərzində qüvvədə qalır. 

 4. Əgər birgə fəaliyyət göstərən Tərəflər bunu iqtisadi inteqrasiya üzrə regional təşkilat 

çərçivəsində  və  ya  onunla  birgə  həyata  keçirirlərsə,  o  zaman  bu  Protokolun  qəbulundan 

sonra  bu  təşkilatın  tərkibində  baş  verən  hər  hansı  bir  dəyişiklik  bu  Protokol  üzrə  mövcud 

öhdəliklərə  təsir  göstərmir.  Təşkilatın  tərkibində  baş  verən  istənilən  dəyişiklik  yalnız  bu 

dəyişiklikdən sonra qəbul edilmiş 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi 

ilə istifadə edilə bilər. 

 5. Bu cür razılaşma Tərəflərin tullantıların səviyyəsinin yekun ixtisarına nail olmadıqları 

təqdirdə,  bu  razılaşmanın  Tərəfləri  razılaşmada  müəyyən  edilmiş  tullantı  səviyyəsi  üçün 

məsuliyyət daşıyır. 

 6. Əgər birgə fəaliyyət göstərən Tərəflər bunu bu Protokolun Tərəfi hesab edilən iqtisadi 

inteqrasiya  üzrə  regional  təşkilat  çərçivəsində  və  yaxud  onunla  birgə  həyata  keçirilsə,  bu 

zaman  iqtisadi  inteqrasiya  üzrə  bu  cür  regional  təşkilatın  üzvü  olan  hər  bir  dövlət  ayrı-

ayrılıqda  və  24-cü  maddəyə  uyğun  olaraq  fəaliyyət  göstərən  iqtisadi  inteqrasiya  üzrə 

regional  təşkilatla  birgə  tullantıların  yekun  ixtisarının  yerinə  yetirilmədiyi  təqdirdə  bu 

maddəyə əsasən haqqında bildiriş təqdim edilən tullantı səviyyəsi üçün məsuliyyət daşıyır. 

  

M a d d ə   5    




Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə