"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

qaydası  haqqında  öhdəliklərin  birinci  fəaliyyət  dövrünün  başlanmasınadək  də  qərar  qəbul 

edir. 


  

M a d d ə   8    

   

 1. Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən 7-ci maddəyə uyğun olaraq, təqdim olunan 



informasiya  Tərəflər  Konfransının  müvafiq  qərarlarının  həyata  keçirilməsi  üzrə  ekspertlər 

qrupu  tərəfindən  və  aşağıda  göstərilən  4-cü  bəndə  uyğun  olaraq  bu  Protokolun  Tərəflər 

müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı  tərəfindən  bu  məqsədlə  qəbul 

edilən rəhbər prinsiplərə uyğun olaraq nəzərdən keçirilir. Əlavə 1-ə daxil edilmiş Tərəflərin 

7-ci maddənin 1-ci bəndinə uyğun olaraq təqdim etdiyi informasiya tullantılar və müəyyən 

edilmiş miqdarın illik kompilyasiyası və kadastr hesabının bir hissəsi kimi nəzərdən keçirilir. 

Buna  əlavə  olaraq  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  tərəfindən  7-ci  maddənin  2-ci  bəndinə 

uyğun  olaraq  təqdim  edilən  informasiya  nəzərdən  keçirilən  məlumatların  bir  hissəsi  kimi 

qəbul edilir. 

 2. Araşdırma üzrə ekspertlər qrupu katiblik tərəfindən koordinasiya olunur və Tərəflər 

Konvensiyası tərəfindən nümayəndələr irəli sürülən nümayəndələrdən seçilən ekspertlərdən 

ibarət  olur  və  lazım  olduqda  Tərəflər  Konvensiyası  tərəfindən  bu  məqsədlə  qəbul  edilən 

rəhbər göstərişlərə uyğun olaraq hökumətlərarası təşkilatlar tərəfindən nümayəndəliyi irəli 

sürülən ekspertlərdən ibarət olur. 

 3.  Araşdırma  prosesi  ərzində  mövcud  Protokolun  bütün  aspektlərinin  bu  və  ya  digər 

Tərəf  tərəfindən  dəqiq  və  hərtərəfli  texniki  qiymətləndirilməsi  aparılır.  Tərəflərin 

öhdəliklərinin  həyata  keçirilməsinə  təsir  göstərən  istənilən  potensial  problem  və  amilləri 

aşkar  çıxaran  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 

Konvensiyası  üçün  araşdırma  üzrə  ekspertlər  qrupu  məruzə  hazırlayır.  Bu  cür  məruzələr 

katiblik  Tərəfindən  Konvensiyanın  bütün  Tərəfləri  arasında  yayılır.  Katiblik  bu  Protokolu 

Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konvensiyasının  gələcək 

araşdırmaları üçün bu cür məruzələrdə meydana çıxan və öhdəliklərin yerinə yetirilməsinə 

aid olan məsələlərin siyahısını tutur. 

 4.  Bu  Protokolu  tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 

müvafiq qərarlarını nəzərə alaraq araşdırma üzrə ekspertlər qrupunu bu Protokolun yerinə 

yetirilməsinin  nəzərdən  keçirilməsi  məqsədi  ilə  1-ci  sessiyasında  rəhbər  prinsipləri  qəbul 

edir və sonralar mütəmadi olaraq onları nəzərdən keçirir. 

 5.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 

(köməkçi orqanın) öhdəliklərin yerinə yetirilməsi üzrə köməkçi orqanın iştirakı ilə və elmi-

texniki  aspektlər  üzrə  məsləhətləşmələrin  aparılması  üçün  köməkçi  orqanın  imkanlarından 

asılı olaraq nəzərdən keçirilir: 

 a)  7-ci  maddəyə  uyğun  olaraq  Tərəflər  tərəfindən  təqdim  edilən  informasiya  və  bu 

maddə əsasında aparılan araşdırmalar haqqında ekspertlərin məruzəsi; və  

 b)  yuxarıda  göstərilən  3-cü  bəndə  uyğun  olaraq  katiblik  tərəfindən  siyahıya  daxil 

edilmiş öhdəliklərin yerinə yetirilməsi haqqında məsələlər və o cümlədən Tərəflər tərəfindən 

qaldırılan istənilən məsələlər. 

 6.  Yuxarıda  göstərilən  5-ci  bənddə  qeyd  olunan  informasiya  nəzərdən  keçirildikdən 

sonra  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı  bu 

Protokolun yerinə yetirilməsi üçün zəruri olan istənilən məsələlər üzrə qərar qəbul edir. 

  

M a d d ə   9    




  

 1.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı  bu 

Protokolun  mövcud  olan  ən  müasir  elmi  informasiya  və  iqlim  dəyişmələri  və  onun 

nəticələrinin qiymətləndirilməsi, o cümlədən bu amillərlə bağlı olan texniki, sosial və iqtisadi 

informasiyanı  mütəmadi  olaraq  nəzərdən  keçirir.  Bu  cür  araşdırmalar  Konvensiya 

Çərçivəsindən  müvafiq  müzakirələr  və  xüsusi  ilə  Konvensiyanın  4-cü  maddəsinin  2  (d) 

bəndi və 7-ci maddəsinin 2 (a) bəndində nəzərdə tutulan müzakirələr ilə koordinasiya edilir. 

Bu  cür  müzakirələr  əsasında  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən 

Tərəflər Konfransı müvafiq qərarlar qəbul edir. 

 2.  İlk  müzakirə  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 

Konfransının  2-ci  sessiyasında  keçirilir.  Növbəti  müzakirələr  mütəmadi  olaraq  vaxtlı-

vaxtında təşkil olunur. 

  

M a d d ə   1 0    



  

 Öz  ümumi,  lakin  fərqli,  məsuliyyətli,  səciyyəvi,  milli  və  regional  üstünlükləri,  inkişaf 

sahəsində  məqsəd  və  məramları  nəzərə  alaraq,  əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  üçün  yeni 

öhdəlikləri  işə  salmadan,  lakin  Konvensiyanın  4-cü  maddəsinin  1-ci  bəndi  üzrə  mövcud 

öhdəlikləri  yenidən  təsdiqləyərək  və  konvensiyanın  4-cü  maddəsinin  3,  5,  7-ci  bəndlərini 

nəzərə  alaraq  sabit  inkişafa  nail  olmaq  üçün  bu  öhdəliklərin  yerinə  yetirilməsinə  köməklik 

məqsədi ilə bütün Tərəflər: 

 a)  Tərəflər  Konfransı  tərəfindən  qəbul  edilmiş  milli  məruzələrin  hazırlanması  üçün 

rəhbər prinsiplərə uyğun olaraq Tərəflər Konfransı bəyəniləcək müqayisəli metodologiyaları 

istifadə  edərək,  Monreal  Protokolu  ilə  nizama  salınmayan  mənbələrdən  çıxan  antropogen 

tullantıların  və  parnik  qazlarının  uducularla  absorbsiyasının  milli  kadastrının  mütəmadi 

olaraq yeniləşməsi və tərtib olunması məqsədi ilə, hər bir Tərəfin sosial iqtisadi göstəriciləri 

əks edilən fəaliyyət növləri və yaxud modelləri lazım gəldikdə və iqtisadi nöqteyi-nəzərdən 

mümkün  qədər  səmərəli,  milli  və  müvafiq  hallarda  tullantıların  yerli  göstəricilərin 

keyfiyyətinin yüksəldilməsi üzrə regional proqramlar formalaşdırır; 

 b) İqlim dəyişmələrin nəticələrinin mülayimləşdirilməsi və iqlim dəyişilmələrinə uyğun 

adaptasiya  üzrə  tədbirlərin  keçirilməsini  nəzərdə  tutan  milli  və  regional  tərtib  edir,  həyata 

keçirir, nəşr etdirir və mütəmadi olaraq yeniləşdirir

 1. Belə proqramlar əsasən energetika, nəqliyyat və sənaye, o cümlədən kənd təsərrüfatı, 

meşə  təsərrüfatı  və  tullantıların  ayrılması  sahələrinə  aid  olur.  Bununla  yanaşı,  iqlim 

dəyişmələrinə olan adaptasiyanı ərazi, məkan planlaşdırılması təkmilləşdirmə metodları və 

adaptasiya texnologiyaları sahəsində təkmilləşdirmək mümkündür. 

 2. Əlavə 1-ə daxil edilmiş tərəflər 7-ci maddəyə uyğun olaraq milli proqramlar da daxil 

olmaqla bu Protokola əsasən fəaliyyət öhdəlikləri haqqında informasiya təqdim edir. Digər 

Tərəflər  isə  müvafiq  hallarda  parnik  qazı  tullantılarının  artması  və  uducuların 

absorbsiyasının  yüksəldilməsi,  potensialın  möhkəmləndirilməsi  və  adaptasiya  tədbirləri 

daxil olmaqla, müvafiq Tərəfin fikrincə, iqlim dəyişmələri və onun xoşagəlməz nəticələrinin 

aradan qaldırılması probleminin həllinə şərait yaradan tədbirləri nəzərdə tutan proqramlar 

haqqında öz milli məruzələrinə informasiya daxil edirlər. 

 c) ekoloji cəhətdən  təhlükəsiz  olan  texnologiyaların  tətbiq  olunması və yayılması,  nou-

hau,  iqlim  dəyişmələrinə  aidiyyəti  olan  proseslərin  araşdırılması  üçün  əlverişli  şəraitin 

yaradılmasında  əməkdaşlıq  edir  və  dövlətin  mülkiyyətində  olan  və  yaxud  ictimai  əmlak 

sayılan ekoloji cəhətdən təhlükəsiz texnologiyaların səmərəli şəkildə ötürülməsi, proqram və 



Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə