"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

layihələrinin  hazırlanmasını  nəzərə  alaraq  xüsusən  inkişaf  etməkdə  olan  ölkələr  üçün 

mövcud  şəraitdən  asılı  olaraq  bu  cür  texnologiyanın  nou-hau,  tətbiqi  proseslərinin 

genişləndirilməsi, asanlaşdırılması, maliyyələşdirilməsi məqsədi ilə əməli cəhətdən mümkün 

ola biləcək tədbirlər ekoloji cəhətdən təhlükəsiz texnologiyadan istifadənin genişləndirilməsi 

və yayılması ilə bağlı özəl sektor üçün əlverişli şəraitin yaradılması yolunda addımlar atır; 

 d)  elmi-texniki  tədqiqatların  aparılmasında  əməkdaşlıq  edir  və  mütəmadi  müşahidə 

sisteminin  mühafizəsi  və  inkişafına,  iqlim  sistemi,  iqlim  dəyişmələrinin  xoşagəlməz 

nəticələri  və  müxtəlif  reaksiya  strategiyalarının  iqtisadi  və  sosial  nəticələri  ilə  bağlı  olan 

qeyri-müəyyənliklərin  azaldılması  üçün  arxiv  məlumatlarının  inkişafına  şərait  yaradır,  o 

cümlədən  Konvensiyanın  5-ci  maddəsini  nəzərə  alaraq,  elmi-tədqiqatlar  və  mütəmadi 

müşahidələr  sahəsi  üzrə  beynəlxalq  və  hökumətlərarası  proqram  və  şəbəkələrdə  iştirak 

etmək  imkanının  əldə  olunması  və  daxili  potensialın  inkişafı  və  möhkəmləndirilməsini 

təmin edir; 

 e) 


insan 

ehtiyatları 

və 

təşkilati 



imkanlar 

timsalında 

milli 

potensialın 



möhkəmləndirilməsi  yolunda  fəaliyyətini  nəzərə  alaraq  kadrların  hazırlanması  və 

maarifləndirilməsi  üzrə  proqramların  işlənilməsi  və  həyata  keçirilməsi  sahəsində  yeri 

gəldikdə mövcud orqanların qüvvəsindən istifadə edərək beynəlxalq səviyyədə əməkdaşlıq 

üzrə  tədbirlər  həyata  keçirir,  xüsusi  ilə  inkişaf  etməkdə  olan  ölkələrin  bu  sahə  üzrə 

ekspertlərin  hazırlanması  üçün  əməkdaşların  mübadiləsi  və  yaxud  onların  ezamiyyətə 

göndərilməsi  həyata  keçirilir  və  o  cümlədən  iqlim  dəyişmələri  haqqında  informasiyanın 

ictimaiyyətə  çatdırılması  və  ictimaiyyətin  milli  səviyyədə  məlumatlandırılmasına  şərait 

yaradır.  Konvensiyanın  müvafiq  orqanları  çərçivəsində  həyata  keçiriləcək  bu  fəaliyyəti 

uyğun şərtlərlə Konvensiyanın 6-cı maddəsini nəzərə almaqla araşdırılmalıdır. 

 f)  Tərəflər  Konvensiyasının  müvafiq  qərarlarına  uyğun  olaraq,  bu  maddənin  həyata 

keçirilməsi  üçün  proqram  və  fəaliyyət  haqqında  informasiyanı  öz  milli  məruzələrinə  daxil 

edirlər; və  

 g)  bu  maddə  üzrə  öhdəliklər  yerinə  yetirilərkən  Konvensiyanın  4-cü  maddəsinin  8-ci 

bəndi tam dolğunluğu ilə nəzərə alınır. 

  

M a d d ə   1 1    



  

 1. 10-cu maddəni həyata keçirərkən Tərəflər Konvensiyanın 4-cü maddəsinin 4, 5, 6, 7, 8 

və 9-cu bəndlərinin qərarlarını nəzərə alırlar. 

 2.  Konvensiyanın  4-cü  maddəsinin  1-ci  bəndinin  həyata  keçirilməsi  kontekstində 

Konvensiyanın 11-ci maddəsi və 4-cü maddəsinin 3-cü bəndinin qərarlarına uyğun olaraq və 

Konvensiyanın  maliyyə  mexanizminin  idarəçiliyi  ilə  məşğul  olan  bir  orqan  və  ya  orqanlar 

vasitəsi ilə, inkişaf etmiş ölkələr olan Tərəflər və Konvensiyanın 2-ci əlavəsinə daxil edilmiş 

digər inkişaf etmiş Tərəflər

 a) 10-cu maddənin (a) bəndində göstərilən Konvensiyanın 4-cü maddəsinin 1 (a) bəndi 

üzrə  öhdəliklərin  yerinə  yetirilməsində  inkişaf  etməkdə  olan  ölkələri  təmsil  edən  Tərəflər 

tərəfindən  sərf  olunan  razılaşdırılmış  xərclərin  ödənilməsi  üçün  yeni  və  əlavə  maliyyə 

ehtiyatları təqdim edir; və  

 b)  inkişaf  etməkdə  olan  ölkəni  təmsil  edən  Tərəf  və  Konvensiyanın  göstərilən  11-ci 

maddəsinə  uyğun  olaraq  qeyd  olunan  beynəlxalq  orqan  və  ya  orqanlar  arasında 

razılaşdırılmış  və  10-cu  maddə  ilə  haşiyələnən  Konvensiyanın  4-cü  maddəsinin  1-ci  bəndi 

üzrə  öhdəliklərin  yerinə  yetirilməsi  ilə  bağlı  olan  razılaşdırılmış  bütün  əlavə  xərclərin 




ödənilməsi üçün inkişaf etməkdə olan ölkələri təmsil edən Tərəflər üçün zəruri hesab edilən 

texnologiyaların təqdim olunması üçün belə maliyyə vəsaitini həmçinin təqdim edir. 

 Mövcud  öhdəlikləri  yerinə  yetirərkən  müvafiq  və  proqnozlaşdırılan  və  sair  axınına 

yaranan  tələbat  və  inkişaf  etmiş  ölkələr  hesab  olunan  Tərəflər  arasında  yükün  bu  günün 

müvafiq  şəkildə  bölüşdürülməsinin  mühümlüyü  nəzərə  alınır.  Konvensiyanın  maliyyə 

mexanizmi  və  idarə  olunması  ilə  məşğul  olan  bir  orqan  və  orqanlar  üçün  Tərəflər 

Konfransının  müvafiq  qərarlarında  göstərilən  və  o  cümlədən  bu  Protokolun  qərar 

razılaşdırılan rəhbər göstərişlər bu bəndin qərarlarına təqdim olunur. 

 3.  İnkişaf  etmiş  ölkələr  sayılan  Tərəflər  və  Konvensiyanın  2-ci  əlavəsinə  daxil  edilmiş 

digər  inkişaf  etmiş  Tərəflər  10-cu  maddənin  həyata  keçirilməsi  üçün  ikitərəfli  regional  və 

digər çoxşaxəli kanallar üzrə maliyyə vəsaiti verə, inkişaf etməkdə olan ölkələr hesab edilən 

Tərəflər isə maliyyə vəsaiti ala bilər. 

  

M a d d ə   1 2    



  

 1. Bu maddə ilə təmiz inkişaf mexanizmi müəyyənləşdirilir. 

 2.  Təmiz  inkişaf  mexanizminin  məqsədi  stabil  inkişafın  təmin  olunması  və 

Konvensiyanın  son  məqsədinə  nail  olmaq  üçün  köməklik  göstərilməsində  əlavə  1-ə  daxil 

edilməmiş  Tərəflərə  yardım  etmək,  3-cü  maddəyə  uyğun  olaraq  tullantıların 

məhdudlaşdırılması və ixtisarı üzrə müəyyən say öhdəliklərinin yerinə yetirilməsinin təmin 

olunmasında Əlavə 1-ə daxil edilməmiş Tərəflərə kömək göstərilməsindən ibarətdir. 

 3. Təmiz inkişaf mexanizmi çərçivəsində: 

 a)  Əlavə  1-ə  daxil  edilməmiş  tullantıların  sertifikatlaşdırılmış  ixtisarına  gətirib  çıxaran 

layihələr üzrə fəaliyyətin həyata keçirilməsi nəticəsində alınan gəlirdən istifadə edirlər; və  

 b) Əlavə 1-ə daxil edilmiş Tərəflər bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət 

göstərən  Tərəflər  Konfransının  müəyyən  etdiyi  kimi  3-cü  maddəyə  uyğun  olaraq 

tullantıların  məhdudlaşdırılması  və  ixtisarı  üzrə  müəyyən  say  öhdəliklərinin  bir  qisminin 

yerinə  yetirilməsinə  kömək  məqsədi  ilə  layihələr  üzrə  bu  cür  fəaliyyət  nəticəsində 

tullantıların sertifikatlaşdırılmış ixtisarınndan istifadə edə bilərlər. 

 4.  Təmiz  inkişaf  mexanizmi  bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət 

göstərən  Tərəflər  Konfransı  tərəfindən  təyin  ediləcək  operativ  orqanlar  vasitəsilə 

sertifikatlaşdırılır. 

 5.  Layihələr  üzrə  hər  bir  fəaliyyət  növü  nəticəsində  tullantıların  ixtisarı  bu  Protokolun 

Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı  tərəfindən  təyin  ediləcək 

operativ orqanlar vasitəsi ilə sertifikatlaşdırılır: 

 a) hər bir iştirakçı Tərəf tərəfindən bəyənilən könüllü iştirak əsasında; 

 b) iqlim dəyişmələri nəticələrinin yüngülləşdirilməsi ilə bağlı olan real ölçülə biləcək və 

uzun müddətli üstünlüklər; və  

 c)  layihələr  üzrə  sertifikatlaşdırılmış  fəaliyyət  növü  mövcud  olmadığı  təqdirdə  ola 

biləcək istənilən ixtisarlara əlavə edilən tullantı ixtisarları əsasında. 

 6.  Təmiz  inkişaf  mexanizmi  lazım  gəldikdə layihələr  üzrə  sertifikatlaşdırılmış  fəaliyyət 

növlərinin maliyyələşdirilməsi üçün təşkilat daxili kömək göstərir. 

 7.  Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 

layihələr  üzrə  fəaliyyətin  yoxlanılması  və  azad  təftiş  vasitəsi  ilə  şəffaflıq,  səmərəlilik  və 

hesabatların verilməsi məqsədi ilə 1-ci sessiyasında müvafiq üsul və şərtləri hazırlayır. 

 8.  Bu  Protokolun  tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 

layihələr  üzrə  sertifikatlaşdırılmış  fəaliyyət  növlərində  alınan  gəlirin  bir  hissəsinin  inzibati 



Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə