"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

 3. Bu  Protokola əlavələr və protokol əlavələrinə edilən düzəlişlər bu Protokolun Tərəflər 

müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının  növbəti  sessiyasında  qəbul 

edilir.  Katiblik  iclasın  başlanmasına  ən  azı  6  ay  qalmış  təklif  olunan  istənilən  əlavənin  və 

yaxud əlavəyə edilən istənilən düzəlişin mətnini Tərəflərə bildirir. Katiblik həm də istənilən 

təklif  olunana  əlavə  və  yaxud  əlavələrə  edilən  istənilən  düzəlişin  mətnini  Tərəflərə 

Konvensiyanı imza edən Tərəflərə və məlumatlandırmaq üçün depozitari Tərəfə bildirir.  

 4.  Tərəflər  təklif  olunan  istənilən  əlavə  və  yaxud  istənilən  düzəliş  üzrə  konsensus 

əsasında razılıq əldə etmək üçün əlindən gələni əsirgəmir.  

 5.  Konsensusa  yönəlmiş  bütün  cəhdlər  boşa  çıxdıqda,  razılaşma  əldə  olunmadıqda  bu 

zaman əlavə və yaxud əlavəyə düzəliş son çıxış yolu kimi Tərəflərin qeyd olunan iclasında 

səs  vermədə  iştirak  edənlərin  3/4  hissəsinin  böyük  əksəriyyət  səsi  ilə  qəbul  edilir.  Katiblik 

qəbul  olunmuş  əlavə  və  yaxud  əlavəyə  düzəlişin  mətninin  qəbul  olunması  üçün  bütün 

Tərəfləri müşayiət edən depozitari Tərəfə bildirir.  

 6.  Yuxarıda  göstərilən  3  və  4-cü  bəndlərə  müvafiq  olaraq  qəbul  edilmiş  (a)  və  (b) 

bəndlərindən  başqa,  əlavə  və  yaxud  əlavəyə  düzəliş  bu  Protokolun  bütün  Tərəfləri  üçün 

depozitari tərəfindən qeyd olunan əlavə yaxud əlavəyə düzəlişin qəbul olunması haqqında 

Tərəflərə göndərdiyi bildirişdən yalnız 6 ay sonra qüvvəyə minir, bu müddət ərzində qeyd 

olunan  əlavə  və  yaxud  əlavəyə  edilən  düzəlişi  qəbul  etmələri  haqqında  depozitari  tərəfə 

yazılı  şəkildə  öz  bildirişini  göndərən  Tərəflər  istisna  olmaqla.  Əlavə  və  yaxud  əlavəyə 

düzəliş onları qəbul etmək haqqında öz bildirişini ləğv edən Tərəflər üçün yalnız depozitor 

Tərəfin bu bildirişin ləğvi barədə aldığı xəbərin 90-cı günü qüvvəyə minir.  

 7.  Qəbul  edilmiş  əlavələr  və  yaxud  əlavələrə  düzəlişlər  bu  Protokola  düzəlişlərin 

edilməsi ilə bağlı olduğu təqdirdə bu cür əlavə və yaxud əlavəyə bu Protokola edilən düzəliş 

qüvvəyə minənədək fəaliyyət göstərmir.  

 8. Bu Protokolun (a) və (b) əlavələrinə edilən düzəlişlər, (b) əlavəsinə istənilən düzəlişin 

yalnız  sözügedən  Tərəfin  yazılı  şəkildə  yazıldıqdan  sonra  qəbul  edilməsi  şərti  ilə  20-ci 

maddədə göstərilən proseduralara uyğun olaraq qəbul edilir və qüvvəyə minir.  

  

M a d d ə   2 2    



   

 1. Aşağıda göstərilən 2-ci bənddə nəzərdə tutulan hallar istisna olmaqla hər bir Tərəf bir 

səsə malikdir.  

 2. İqtisadi inteqrasiya üzrə regional təşkilatlar bu Protokolun Tərəfləri hesab olunan üzv 

olan  dövlətlərin  ümumi  miqdarına  bərabər  olan  səs  çoxluğu  ilə  onların  səlahiyyətinə  aid 

olan məsələlər üzrə səsvermədə iştirak edirlər. Bu cür təşkilat onun üzvü olan hər hansı bir 

dövlət  öz  səs  hüququnun  istifadəsindən  asılı  olaraq  səs  hüququndan  istifadə  etmir  və 

əksinə.  

  

M a d d ə   2 3    



  

 Bu  Protokolun  depozitari  funksiyalarını  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibi 

yerinə yetirir. 

  

M a d d ə   2 4    



  

 1. Bu  Protokol Konvensiyanın Tərəfləri hesab olunan iqtisadi inteqrasiya üzrə regional 

təşkilatlar  və  dövlətlər  tərəfindən  qəbul  edilməsi  və  yaxud  bəyənilməsi,  təsdiq  edilməsi  və 



imza  olunması  üçün  açıq  hesab  olunur.  O,  1998-ci  il  16  mart  tarixindən  15  mart  1999-cu 

ilədək Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən mərkəzi idarəsində imzalanmaq 

üçün  açıq  hesab  olunur.  Bu  Protokol  imzalanması  üçün  bağlanıldığı  tarixin  növbəti  günü 

birləşmək  üçün  açılır.  Təsdiq  olunma,  qəbul,  bəyənilmə  və  yaxud  birləşdirilmə  haqqında 

sənədlər mühafizə olunmaq üçün depozitariyə təhvil verilir.  

 2.  Bu  Protokolun  Tərəfi  hesab  olunan,  lakin  bununla  yanaşı  heç  bir  üzv  dövləti 

Protokolun  tərəfi  hesab  olunmayan  iqtisadi  inteqrasiya  üzrə  istənilən  regional  təşkilat  bu 

Protokolda göstərilən bütün öhdəlikləri daşıyır. Bir və ya bir neçə üzv dövləti bu Protokolun 

Tərəfləri  hesab  olunan  bu  cür  təşkilatlar  və  onun  üzv  dövlətləri  bu  Protokol  üzrə 

götürdükləri  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  müvafiq  vəzifələrin  həyata  keçirilməsini 

qərara  alır.  Bu  cür  hallarda  göstərilən  təşkilat  və  onun  üzv  dövlətləri  bu  Protokola  uyğun 

olaraq eyni zamanda müvafiq hüquqlardan istifadə etmək hüququna malik olmur. 

 3.  Təsdiq,  qəbul,  bəyənilmə  və  yaxud  qoşulma  haqqında  olan  sənədlərində  iqtisadi 

inteqrasiya üzrə regional təşkilatlar bu Protokolla nizama salınan məsələlərə münasibətdə öz 

səlahiyyət hüdudlarını bildirir. Bu təşkilatlar həmçinin depozitari Tərəfini məlumatlandırır, 

o  isə  öz  növbəsində  səlahiyyətləri  çərçivəsində  hər  hansı  mühüm  dəyişikliklər  haqqında 

Tərəfləri xəbərdar edir. 

  

M a d d ə   2 5    



   

 1.  Bu  Protokol  Konvensiyanın  ən  azı  55  Tərəfi,  o  cümlədən  karbon  dioksid  qazlarının 

ümumi  tullantısının  ən azı  55%-nin  öhdəsinə  düşdüyü,  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  və 

1990-cı  il  üçün  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  tərəfindən  təsdiq,  qəbul,  bəyənilmə  və  ya 

qoşulma sənədlərini mühafizə etmək üçün təhvil verdikdən 90 gün sonra qüvvəyə minir. 

 2.  Bu  maddənin  məqsədlərinə  görə  1990-cı  il  üçün  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflərin 

karbon  dioksidin  ümumi  tullantıları  bu  Protokolun  qəbul  olunduğu  gün  və  yaxud 

Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq təqdim olunan ilk milli məruzələrdən əvvəllər 

Əlavə 1-ə daxil edilmiş Tərəflərin bildirdiyi miqdar deməkdir. 

  

 3.  Yuxarıda  göstərilən  1-ci  bəndə  uyğun  olaraq,  Protokolun  qüvvəyə  minməsi  üçün 



lazım  olan  şərtlərin  yerinə  yetirilməsindən  sonra  bu  Protokolu  təsdiqləyən,  qəbul  edən, 

bəyənən  və  yaxud  ona  qoşulan  iqtisadi  inteqrasiya  üzrə  hər  bir  regional  təşkilat  və  yaxud 

dövlət  üçün  bu  Protokol  təsdiq,  qəbul,  bəyənilmə  və  yaxud  qoşulma  haqqında  sənədlərin 

mühafizəyə təqdim edilməsindən 90 gün sonra qüvvəyə minir. 

 4.  İqtisadi  inteqrasiya  üzrə  regional  təşkilat  tərəfindən  mühafizə  olunmağa  təqdim 

edilən  heç  bir  sənəd  bu  maddənin  məqsədləri  üçün  bu  təşkilatın  üzv  dövlətləri  tərəfindən 

qorunmaq üçün təhvil verilmiş sənədlərə əlavə kimi nəzərdən keçirilmir. 

  

M a d d ə   2 6    



  

 Bu  Protokola düzəlişlərə yol verilmir. 

  

  

M a d d ə   2 7    



  

 1. Bu və ya digər Tərəf üçün Bu  Protokolun qüvvəyə mindiyi 3 il ərzində istənilən vaxt 

bu Tərəf depozitari tərəfə yazılı bildiriş göndərmək Protokoldan çıxa bilər. 



Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə