"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
1   2   3   4   5   6   7   8   9   10   11

 1.  Konvensiyanın  8-ci  maddəsinə  uyğun  olaraq  təsir  edilmiş  katiblik  bu  Protokolun 

katibliyi sifəti ilə fəaliyyət göstərir. 

 2.  Konvensiyanın  katibliyinin  funksiyaları  haqqında  8-ci  maddənin  2-ci  bəndi  və 

katibliyin  fəaliyyətinin  təşkili haqqında  Konvensiyanın  8-ci  maddəsinin 3-cü  bəndi  mutatis 

mutandis  Protokoluna  tətbiq  edilib.  Bununla  yanaşı  katiblik  bu  Protokola  uyğun  olaraq, 

üzərinə qoyulan funksiyaları da yerinə yetirir. 

  

M a d d ə   1 5    



  

 1.  Konvensiyanın  9  və  10-cu  maddələri  əsasında  təsis  olunmuş  elmi-texniki  aspektlər 

üzrə  məsləhətləşmələrin  aparılması  üzrə  köməkçi  orqan  və  onların  həyata  keçirilməsi  üzrə 

köməkçi  orqan  bu  Protokolun  yerinə  yetirilməsi  üzrə  köməkçi  orqan  kimi  müvafiq  olaraq 

fəaliyyət  göstərir.  Konvensiyaya  uyğun  olaraq  bu  iki  orqanın  fəaliyyətinə  aid  olan qərarlar 

mutatis  mutandis  Protokoluna  tətbiq  edilir.  Elmi-texniki  aspektlər  üzrə  məsləhətləşmələr 

aparan köməkçi orqanın sessiya iclasları elmi-texniki aspekti üzrə məsləhətləşmələr aparan 

köməkçi  orqan  və  Konvensiyanın  yerinə  yetirilməsi  üzrə  köməkçi  orqanın  iclaslarına 

müvafiq olaraq həyata keçirilir.  

 2. Bu Protokolun Tərəfləri sayılmayan Konvensiya Tərəfləri köməkçi orqanların istənilən 

sessiyasının işində müşahidəçi sifəti ilə iştirak edə bilər. Köməkçi orqanların bu Protokolun 

köməkçi orqanlar sifəti ilə fəaliyyət göstərdiyi tədbirdə bu Protokolla bağlı qərarlar yalnız bu 

Protokolun Tərəfləri hesab olunan Tərəflər vasitəsi ilə qəbul edilir.  

 3. Konvensiyanın 9 və 10-cu maddələrinə uyğun olaraq təsis edilmiş köməkçi orqanlar 

bu Protokola aid olan məsələlər üzrə öz funksiyalarını həyata keçirərkən, bu Protokolun hal-

hazırda  tərəfi  hesab  edilməyən  Tərəflər  Konvensiyasını  təmsil  edən  köməkçi  orqanlar 

Bürosunun  istənilən  üzvü  bu  Protokolun  Tərəfləri  tərəfindən  öz  sırasından  seçilmiş  əlavə 

üzvlə əlavə olunur.  

  

M a d d ə   1 6    



  

 Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 

Konvensiyasının  13-cü  maddəsində  göstərilən  çoxtərəfli  məsləhətləşmələrin  bu  Protokola 

tətbiq olunması məsələsi Tərəflər Konfransı tərəfindən qəbul edilə biləcək müvafiq qərarlar 

baxımından  lazım  gəldikdə  bu  prosesin  modifikasiyası  məsələsini  mümkün  olan  kimi 

nəzərdən  keçirəcək.  Bu  Protokola  tətbiq  oluna  biləcək  istənilən  çoxtərəfli  məsləhətləşmə 

prosesi  18-ci  maddəyə  uyğun  olaraq  təsis  edilmiş  prosedur  və  mexanizmlərə  xələl 

gətirmədən fəaliyyət göstərir. 

   

M a d d ə   1 7    



  

 Tərəflər  Konfransı  tullantıların  satış  hesabatı  və  məruzələrin  araşdırılması  və  təqdim 

olunması  üçün  müvafiq  prinsip,  şərt,  qayda  və  rəhbər  prinsipləri  müəyyənləşdirir.  B 

əlavəsinə daxil edilmiş Tərəflər 3-cü maddəyə əsasən öhdəliklərini yerinə yetirmək məqsədi 

ilə  tullantıların  satışında  iştirak  edə  bilərlər.  İstənilən  bu  cür  satış  forması  bu  maddəyə 

uyğun  olaraq  tullantıların  məhdudlaşdırılması  və  ixtisarı  üzrə  müəyyən  say  öhdəliklərinin 

yerinə yetirilməsi məqsədi ilə daxili fəaliyyəti tamamlayır. 

  

M a d d ə   1 8    




  

 Bu  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı  1-ci 

sessiyasında  bu  protokol  qərarlarının  yerinə  yetirilməsi  hallarının  aşkara  çıxarılması  üçün 

müvafiq səmərəli prosedur və mexanizmləri və riayət etməmək hallarının səbəb, növ, dərəcə 

və  tezliyini  nəzərə  alaraq  baş  verəcək  nəticələrin  təxmini  sadalanmasının  işlənib 

hazırlanması  yolu  ilə  bu  cür  qərarlara  riayət  etməmə  hallarına  müvafiq  reaksiyalar  verir. 

Bu  maddəyə  uyğun  olaraq  icbari  xarakter  daşıyan  nəticələrlə  bitən  istənilən  prosedur  və 

mexanizmlər bu Protokola düzəlişlər vasitəsi ilə daxil edilir. 

  

M a d d ə   1 9    



  

 Konvensiyanın  mübahisələri  nizama  salınması  haqqında  14-cü  maddəsinin  qərarları 

mutatis mutandis protokoluna tətbiq edilir. 

  

M a d d ə   2 0    



  

 1. İstənilən Tərəf bu Protokola düzəlişlər etmək təklifini verə bilər.  

 2. Bu  Protokola düzəlişlər bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən 

Tərəflər  Konfransının  növbəti  sessiyasında  həyata  keçirilir.  Katiblik  qəbul  olunmaq  üçün 

təqdim  edilən  və  müşavirənin  başlamasına  ən  azı  6  ay  qalmış  bu  Protokola  təklif  olunan 

istənilən düzəlişin mətnini Tərəflərə bildirir. Katiblik Konvensiyanın Tərəfləri və imza edən 

Tərəflərinə və məlumatlandırmaq üçün depozitari Tərəfə təklif olunan düzəlişlərin mətnini 

də bildirir.  

 3. Tərəflər bu Protokola təklif olunan istənilən düzəlişlər üzrə razılıq əldə olunması üçün 

konsensus əsasında mümkün olan hər bir işi görür. Konsensusun əldə olunmasına yönələn 

bütün  cəhdlərin  boşa  çıxdığı  və  razılaşmanın  əldə  olunmadığı  təqdirdə,  düzəliş  son  çıxış 

yolu kimi Tərəflərin qeyd olunan müşavirəsində səsvermədə iştirak edənlərin 3/4 hissəsinin 

əksəriyyət səsi ilə qəbul edilir. Katiblik qəbul olunmaq üçün onu bütün Tərəflərə müşayiət 

edən depozitari Tərəfə qəbul olunmuş düzəliş mətnini bildirir.  

 4.  Düzəlişlərin  qəbul  olunması  haqqında  sənədlər  mühafizə  olunmaq  üçün  depozitari 

Tərəfə təhvil verilir. Yuxarıda göstərilən 3-cü bəndə uyğun olaraq qəbul edilmiş düzəliş bu 

Protokolun  Tərəflərin  ən  azı  3/4  hissəsi  Tərəfindən  qəbulu  haqqında  sənədin  depozitari 

Tərəfindən qəbul edildiyi 90-cı gün bu sənədi qəbul edən Tərəflər üçün qüvvəyə minir.  

 5.  Düzəliş  göstərilən  Tərəfin  sözügedən  düzəlişin  qəbul  edilməsi  haqqında  sənədlərin 

depozitari  Tərəfə  mühafizə  üçün  təqdim  olunduğu  təhvil  gününün  90-cı  günü  bütün 

Tərəflər üçün qüvvəyə minir.  

  

M a d d ə   2 1    



  

 1.  Bu  Protokola  əlavə  onun  ayrılmaz  hissəsini  təşkil  edir  və  əgər  digər  məsələlər 

nəzərdə tutulmursa, mövcud Protokola əsasən eyni zamanda ona edilən istənilən əlavələrə 

iqtibas deməkdir. Mövcud Protokolun qüvvəyə minməsindən sonra qəbul edilmiş istənilən 

əlavələr elmi, texniki, prosedur və yaxud inzibati məsələlərə aid olan təsviri xarakter daşıyan 

sadalama, forma və ya hər hansı digər materialla məhdudlaşır.  

 2. Hər bir Tərəf bu Protokola əlavənin qəbul edilməsi haqqında təklif irəli sürə bilər və 

bu Protokola olan əlavələrə düzəliş etmək təklifini verə bilər.  




Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə