Бисмиллаһир-рәһманир-рәһим



Yüklə 1,72 Mb.
səhifə15/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

3-Təhrikedici libas


Məsələ 160: Camaat arasında (şəhvəti) təhrik edən və naməhrəmlərin diqqətini cəlb edən paltarların geyil­məsi haramdır. İstər qadın üçün, istərsə də kişi üçün.

İmam: "Əhkami banovan" kitabının istiftasından istifadə etməklə, səh.37.

Bəhcət, Xamenei, Sistani: İstifta.

Fazil: "Camiül-məsail", cild, 2, sual 1067.

Təbrizi: Əgər qadın zinət hesab olunan bir paltar geyərsə o libası da naməhrəmdən örtməlidir. İstifta.

Məkarim: İnsanın abır-heysiyyətinin getməsinə səbəb olan, yaxud fəsad mənşəyi olan paltarların geyilməsi işkallıdır. "Tovzihul-məsail", məsələ 771.

Məsələ 161: Paltarın təhrikedici olması istər rən­ginə görə olsun, istər moduna (dəbinə) görə, istərsə də libasın materialına görə, yaxud hər hansı digər şeyə görə olsa da, fərqi yoxdur. Buna görə də bəzən mümkündür ki, yaylıq, manto, məqnəə, yaxud ayaqqabı qadın üçün bir for­mada olsun ki, naməhrəmlərin nəzərini cəlb və (şəh­vət hissini) təhrik etsin. Bu halda onu geymək caiz deyildir.



İmam, Bəhcət, Sistani, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.

İzah: Təhrikedici dedikdə, ayrı-ayrı fərdlər deyil, ümumiyyətlə növ nəzərdə tutulur. Yəni camaat arasında təhrikedici olması nəzərdə tutulur ki, onun geyilməsi caiz deyildir. Ola bilsin ki, bir, yaxud bir neçə nəfər bu işdən təhrik olmasın.



* NƏTİCƏDƏ: Bəzi tor əlcəklər, çadralar, yaxud nazik tordan ibarət olan baş örpəkləri geymək, yaxud gül və sair kimi şeyləri paltara vurmaq, yaxud bəzi zinət alətlərini asmaq, o cümlədən zər tikmək, baş örpəyinə tordan olan bəzi şeylər tikmək, yaxud çadraya, yaxud mantoya və sair, paltarın xüsusi yerlərində müəyyən düymələr qoymaq, paltarın düymələrini açıq saxlamaq, hətta onun altında paltar olsa belə və s. – bütün bunlar əgər təhrikedici olsa və naməhrəmlərin diqqətini cəlb etsə, haramdır və onları geyməkdən çəkinmək lazımdır.

4-Qəsbi paltar


Məsələ 162: Qəsbi paltarı geymək caiz deyildir və şərən haramdır, onunla qılınan namaz batildir.

İmam: "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

İmam: "Tovzihul-məsail", məsələ 815.

Bəhcət: "Tovzihul-məsail", 686-cı məsələdən istifadə etməklə və İstifta

Xamenei: İstifta.

Sistani: "Minhacus-salihin", "səlat" bölməsi, məsələ 521.

Təbrizi: Əgər hal-hazırda satir11 olan paltar qəsbi olar­sa, namaz onunla batildir. "Minhacus-salihin", 521-ci məsələdən qabaq.

Fazil və Məkarim: Qəsbi paltarı geymək haramdır və ehtiyat-vacibə görə onunla namaz qılmaq batildir.

Fazil: "Tovzihul-məsail", məsələ 821k "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

Məkarim: "Tovzihul-məsail", məsələ 746k "Ürvə", Namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

Məsələ 163: Əgər paltar qəsbi pulla alınmış olsa qəsbi paltar hökmünə malikdir və onu geymək caiz deyil­dir.



İmam, Bəhcət, Fazil, Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.

Təbrizi: Əgər camaat arasında qayda olan kimi paltarı külli12 (ümumi) bir qiymətə alsa və qəsbi pul malın qiymətini ödəmək ünvanı ilə verilsə, bu paltarda təsərrüf etməyin işkalı yoxdur və onunla qılınan namaz səhihdir. Hərçənd malın qiymətini ödəmək üçün verdiyi qəsbi pula zamindir və onu sahibinə qaytarmalıdır.



İstifta.

Sistani: "Minhacus-salihin", səlat bölməsi, məsələ 521.

Məsələ 164: Əgər paltarın bir hissəsi qəsbi olsa da onu geymək caiz deyildir, hətta əgər onun bir sapı, yaxud bir düyməsi, yaxud zamoku, yaxud astarı da olsa belə.



İmam, Fazil, Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.

Bəhcət: "Tovzihul-məsail", 688-ci məsələdən istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "səlat" bölməsi, məsələ 521.

Məsələ 165: Xums borcu olan şəxslərin xumsu verilməmiş pulun eyni ilə aldıqları hər bir libas qəsbidir və onu geymək caiz deyildir. Onunla qılınan namaz da batildir. Yalnız şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə aldığı hallar istisna olunur.



İmam, Fazil, Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ 9.

Bəhcət: "Tovzihul-məsail", məsələ 691.

Təbrizi: Əgər xumsunu vermədiyi pulun eyni ilə paltar alsa, onunla namaz qılmağın hökmü qəsbi paltarda namaz qılmağın hökmüdür. "Tovzihul-məsail", məsələ 828.

Sistani: Amma əgər malı xumsu verilməmiş pulun eyninin müqabilində almasa, əksinə bir malı pul ödəmək müqabilində alsa, əgər alıcı pulu xumsu verilməmiş puldan versə, müamilə səhih və işkalsızdır. İstifta.

5-Kafirlərə məxsus olan Paltarlar


Məsələ 166: Yalnız kafirlərin istifadə etdiyi paltarları geymək haramdır.

İmam, Fazil: İstifta.

Bəhcət: Əhvət kafirlərə oxşatmaqdan çəkinməkdir. İstifta.

Xamenei: Ümumi şəkildə, qeyri-müsəlman paltarı he­sab olunan paltarların geyilməsi, yadların azğın mədə­niy­yətlərinin yayılmasına səbəb olarsa, caiz deyildir. Əcvibətül-İstiftaat, cild, 2, sual 300 istiftadan istifadə etməklə.

Sistani: Əgər küfrün şüarı və məxsus əlaməti hesab olunarsa, caiz deyildir. İstifta.

Məkarim: Kafirlərin mədəniyyətinin yayılmasına səbəb olan təqdirdə caiz deyildir, bundan qeyri hallarda eybi yoxdur.
* NƏTİCƏDƏ: Pankilərə məxsusluğu ilə məşhur olan paltarlar, yaxud keşişlərin və rahiblərin paltarı, yaxud hinduların və bə’zi kafir qəbilələrinin məxsus paltarı olmaqla məşhur olan paltarların hamısı bir müsəlman şəxs üçün istər kişi olsun, istərsə də qadın, caiz deyildir.

Məsələ 167: Müsəlmanlarla kafirlər arasında müş­tərək olan paltarları geyməyin işkalı yoxdur.



İmam, Bəhcət, Təbrizi Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Məsələ (Sual) 168: İslam nəzərində qalstuk taxmağın hökmü nədir?

Bəhcət: Özünü yadlara oxşatmaq ehtiyatın əksinədir. İstifta.

Təbrizi: Mömin şəxs üçün layiq deyildir ki, onu möminlərin şənindən çıxaracaq paltarlar geysin. İstifta.

Xamenei: Ümumi şəkildə qalstuk, yaxud qeyri-müsəlmanlara məxsus olan paltar sayılan şeyləri geymək, belə ki, onların geyilməsi yadların azğın mədəniy­yət­lərinin yayılmasına səbəb olarsa, caiz deyildir.

Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.

Sistani: Öz-özlüyündə onun haramlığına heç bir dəlil yoxdur. İstifta.

Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarıdır. Buna görə yaxşı olar ki, müsəlmanlar ondan çəkinsinlər. Baxmayaraq ki, onun müsəlmanlar arasında yayılması nəticəsində bu yöndən xaric olmuşdur.

"Camiül-məsail", 253 və 2237-ci məsələlər.

Məkarim: Bizim ölkə kimi mühitlərdə qalstukdan istifadə etmək işkallıdır, lakin ümumi və adi bir paltar hesab olunan ölkələrdə eybi yoxdur. İstifta.




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə