Бисмиллаһир-рәһманир-рәһим



Yüklə 1,72 Mb.
səhifə18/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

ÖPMƏYİN HÖKMLƏRİ


Məsələ (Sual) 200: Bəzi məntəqələrdə məhrəm-naməh­rəm məsələlərinə çox da əhəmiyyət verilmir, xüsusilə kənd yerlərində. Misal üçün, öz arvadını ərin qar­da­şından qorumurlar və onu həqiqi qardaş hesab edir­lər. Belə ki, qarşılıqlı olaraq onu öz bacısı hesab edir, çox hallarda əl verib, yaxud bir-birinin üzündən öpürlər, yaxud əmi qızı və dayı qızı, xala oğlu və əmi oğlu ilə görüşüb bir-birinin üzündən öpür və bu əməl sadəlikdən irəli gəldiyinə, ləzzət və reybə qəsdi olmadan baş verdiyinə görə işkalı vardırmı? Əgər haram olduğu fərz edilsə parçanın üstündən bu işləri görməyin hökmü nədir?

Cavab: Yuxarıda qeyd olunan halların heç biri caiz deyildir və yaxşı olar ki, parçanın yanından görüşməkdən də çəkinsinlər.



İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Fazil: "Camiul-məsail", cild, 1, sual 1716.

Məsələ 201: Məhrəm şəxsləri öpməyin işkalı yoxdur. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın (həyat yoldaşı istisna olunur ki, bu halda mütləq şəkildə caizdir.)



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 16-cı məsələdən istifadə etməklə.
* NƏTİCƏDƏ: Bacı uşağını, nəvəni, yaxud hər bir uşağı və ümumi şəkildə hər bir məhrəmi ləzzət və reybə məqsədi ilə öpmək haramdır. Əlbəttə, həyat yoldaşı istisna olunur.

Məsələ 202: Əgər insan başqasını – istər uşaq olsun, yaxud onun məhrəmlərindən – öpdüyü təqdirdə günaha düşəcəyini bilirsə, onu öpməməlidir



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Sistani: "Minhacus-salehin", "nikah", 16-cı məsələdən istifadə etməklə

Məsələ 203: Məhrəmlərin, görünməsi caiz olan hər yerindən öpməyin işkalı yoxdur. İstər alın olsun, istər çiyin, yaxud əl və sair. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. (Həyat yoldaşı istisna olunur ki, onda mütləq şəkildə caizdir.)



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

Sistani: "Minhacus-salehin", "nikah", 16-cı məsələdən istifadə etməklə

Məsələ 204: Hər bir şeyi ləzzət və şəhvət qəsdi ilə öpmək haramdır, istər daş olsun, istər taxta, istər dəmir, istər heykəl və sair.



İmam, Bəhcət, Xamenei, Fazil: İstifta

Bəhcət: Bu hökm heykəl və ya gəlinciyə aiddir. İstifta.

Təbrizi: Əgər bu öpməklə inzal baş verməzsə, heç bir haramlığı yoxdur. İstifta

ÜMUMİ BİR QANUN


Məsələ 205: Hər hansı bir şeylə, yaxud hər bir kəslə bədənin hər hansı üzvü ilə olursa olsun, ləzzət və reybə qəsdi ilə təmas tutmaq haramdır. (Həyat yoldaşı istisna olmaqla).

İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim, İstifta

Təbrizi: Əgər bir kəs şəhvət üzündən bir şeyə toxunsa, lakin inzal baş verməzsə, haram yoxdur; əgər inzal baş verərsə, istimna hesab olunur və istimna da haramdır. Əgər bir şəxsi şəhvət üzündən ləms edərsə, istər qadın, istərsə də kişi; istər həddi-büluğa çatsın, istərsə də çatmasın, haramdır, hətta inzal baş verməsə də. Əlbəttə, həyat yoldaşı istisna olunur. İstifta


* NƏTİCƏDƏ:

Şəhvətlə hər hansı bir şeyi yemək, hər hansı bir şeyə, yaxud bir kəsə (şəhvətlə) əl vurmaq, yaxud hər hansı bir şeyi (şəhvətlə) öpmək, yaxud hər hansı bir səsə (şəhvətlə) qulaq asmaq – istər insan səsi olsun, istərsə də başqa bir şey – hər hansı bir sözü bir kəsə (şəhvətlə) demək, hətta uşaqlara belə, bir sözlə, hər bir iş ləzzət, reybə və şəhvət qəsdi ilə olsa haramdır.

Məsələ (Sual) 206: Mərhum İmamın və şəhidlərin şəkillərini öpmək biz qadınlar üçün bizə naməhrəm olduğuna görə işkalı varmı?

Xamenei: Ümumi şəkildə bir şəxsin şəkli onun özünün hökmündə deyil. Buna görə də şəkli ehtiram və təbərrük, eləcə də məhəbbət göstərmək məqsədilə öpmək reybə qəsdi ilə və günaha düşmə qorxusu olmadan baş verərsə, qorxusu yoxdur.



"Əcvibətul-istiftaat", 2-ci ci cild, sual106

İSTİMNA


Məsələ 207: İstimna etmək haramdır və ondan çəkinmək lazımdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

Fazil }ameul-məsail 2-ci cild, sual 152

(Buna görə də əgər bir kəs mübarək Ramazan ayında qəs­dən öz orucunu istimna pozsa, cəm kəffarəsi vermə­lidir.)

Bəhcət, Təbrizi, Məkarim: Ehtiyata görə gərək cəm kəffarəsi versin.

İzah: İstimna o əməldir ki, insan özü ilə məninin xaric etmək üçün edir.

Məsələ (Sual) 208: Mən bir cavanam ki, təhrikedici səhnələr barəsində fikirləşdikdə məndən məni xaric olur. Bu iş (fəqət fikirləşmək) məninin xaric olması məqsədi ilə edilən bu iş istimna hökmünə malikdirmi?

}avab: Əgər qəsdən məni xaric etmək məqsədi ilə olarsa və fikirləşməklə məninin xaric olacağını bilirsə, gərək ondan çəkinsin.



İmam, Xamenei, Fazil, Sistani: İstifta

Məkarim: Əgər bu iş həmin məqsədlə əncam verilsə və məni xaric olsa istimna hesab olunur. İstifta

Məsələ 209: Haram şəhvətbazlıq məqsədilə hər hansı bir şey tədarük görmək caiz deyildir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

Məsələ 210: Bir nəfər istimna edirmiş, onun hökmü nədir? Onun bu əməli qusla səbəb olurmu?

Cavab: Bu əməl haramdır və məninin xaric olmasına yəqin edibsə, qüsl etməlidir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

İmam: "Tovzihul-məsail" məsələ 345

Bəhcət: "Tovzihul-məsail" məsələ 349

Təbrizi: "Tovzihul-məsail" məsələ 351

Fazil: "Cameul-məsail" 2-ci cild, sual 152, "Tovzihul-məsail" məsələ347

Sistani: "Tovzihul-məsail" məsələ 351

Məkarim: "Tovzihul-məsail" məsələ 360

Məsələ (Sual) 211: Şəhvətin qarşısını almaq üçün nə etmək lazımdır? Bu barədə istimna caizdirmi?

Bəhcət: Harama düşmə qorxusu olan halda izdivac etməlidir ki, günaha düşməsin. İstifta

Xamenei: Şəhvəti təhrik edən səhnələrə baxmamaq, şəhvət yaradan məclislərdə və mərkəzlərdə iştirak etməmək, oruc tutmaq, sağlam idmanlarla məşğul olmaq, ibadət və vacibatlara əhəmiyyət verməyin özünə məxxsus təsiri vardır. İstifta

Məsələ (Sual) 212: İnsanı şəhvətə salan təhrike­dici səhnələri göz önünə gətirmək və bu barədə fikir­ləşmək caizdirmi?

Təbrizi: Sadəcə fikirləşməyin haramlığı yoxdur. "Siratun-nəcat", sual 881

Məsələ (Sual) 213: Risalənizdə qeyd olunmuşdur ki, istimna şərən haramdır, lakin buyurun görək, istimna edən şəxs barəsində islamın nəzəri nədir?

Bəhcət, Sistani, Fazil və Məkarim: Vacibdir ki, tövbə etsin və tövbə etməzdən qabaq onun hökmü təzirdən13 ibarətdir. Əgər şəriət hakimi üçün onun günahı sübuta yetmiş olsa.



Fazil: "Cameul-məsail" 2-ci cild, sual 1178-dən istifadə etməklə.

Bəhcət, Sistani, Məkarim: İstifta

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə