Бисмиллаһир-рәһманир-рәһим


MƏCLİSLƏRİN, QONAQLIQLARIN, GEDİŞ-GƏLİŞLƏRİN HÖKMLƏRİ



Yüklə 1,72 Mb.
səhifə19/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

MƏCLİSLƏRİN, QONAQLIQLARIN, GEDİŞ-GƏLİŞLƏRİN HÖKMLƏRİ


Məsələ 214: Naməhrəm qadın ilə kişinin bir-birinə qarışması məkruhdur, lakin qoca kişi və qoca arvadlar istisna olunur.

İmam, Fazil "Ürvə", "Nikah", məsələ: 49

Bəhcət: Bir-birinə qarışması haramdır. İstifta

Təbrizi: Naməhrəm qadın və kişinin bir-birinə qarışması fəsada zəminə yaradır və insanın harama düşməyinə səbəb olur, caiz deyildir: İstifta

Məkarim: Əlbəttə həcc mərasimində qadın kişinin bir-birinə qarışması məkruh deyil: İstifta



Diqqət: Bu məkruh olmaq o zamandır ki, məclisdə heç bir vəch ilə haram bir iş baş verməsin. Əks halda, qadınla kişinin bir-birinə qarışması haramdır. Misal üçün, əgər bir məclisdə qadınların kamil hicabı olmazsa, yaxud zinətlənmiş olarsa və yaxud qadınla kişilər arasında haram təmaslar baş verərsə, onların bir-birinə qarışması haram olacaqdır.

Məsələ 215: İnsanın günaha mürtəkib olduğunu bil­diyi məclislərə getməsi caiz deyildir.



İmam, Bəhcət, Xamenei, Məkarim, İstifta

Fazil: "Cameul-məsail", 1-ci cild, 2231-ci sualdan istifadə etməklə və 2-ci cild, sual 750

Sistani: Əgər günaha düşəcəyindən qorxarsa, hökmən onun məclisə getməsi caiz deyildir. İstifta

Misal üçün: İnsanın gedəcəyi təqdirdə, naçar qalıb hicabsız naməhrəm şəxslərə baxacağına, qeybət edəcəyinə, yalan danışacağına, yaxud hər hansı bir digər harama düşəcəyinə bildiyi qonaqlıq məclislərinə getməsi caiz deyildir.

Aşağıdakı hallarda və məclislərdə və kişi qadının bir-birinə qarışmasında günah ehtimalı var və başqa hal­lar­da olduğundan daha artıq ehtiyatlı olmaq lazım­dır.

Arvad-kişinin qarışıq olduğu qonaqlıq məclis­lərini təşkil etmək, xüsusilə əgər iştirakçılar cavan olsa, naməhrəmlərlə birlikdə yemək yeyərkən, naməhrəmlə əyləncəyə, o cümlədən bağa, parka, dağa səfərə getmək, xüsusilə əgər naməhrəm qadın və kişi maşında tək olarsa; namahrəmlə zarafat etmək, iki naməhrəm şəxsin bir işdə bir-birilə həmkarlıq etməsi və s.

Məsələ 216: Əgər iki bir-birinə naməhrəm olan qadın və kişi xəlvət bir yerdə olsalar və onlardan başqa bir kəs də orada olmasa və başqası da ora daxil ola bil­məsə bu halda harama düşəcəyindən qorxsalar, gərək ora­dan bayıra çıxsınlar. Onların həmin yerdə qalması haram­dır.



İmam "Tovzihul-məsail" 2445-ci məsələ

Təbrizi "Tovzihul-məsail" 2454-cü məsələ

Bəhcət, Xamenei: İstifta

Fazil "Tovzihul-məsail" 2511-ci məsələ

Sistani: Naməhrəm qadınla kişinin başqasının olmadığı bir yerdə olması, fəsad ehtimalı verilən zaman, haramdır. Hətta başqası ora daxil ola biləcəyi təqdirdə olsa belə. Lakin əgər fəsad ehtimalı olmazsa, işkalı yoxdur. "Tovzihul-məsail", 2454- məsələ

Məkarim: Ehtiyac vacib budur ki, naməhrəm qadın və kişi başqalarının daxil ola bilmədiyi bir yerdə olmasın, hətta əgər orada namaz qılsalar belə, onların namazı işkallıdır. "Tovzihul-məsail" 2095-ci məsələ

Məsələ (Sual) 217: Biz elə bir tayfa ilə gediş-gəliş edirik ki, onlar namaz qılmamaqdan əlavə, məsihilərlə gediş-gəliş də edirlər. Onların qadınları və qızları kamil hicaba riayət etmir, saçları həmişə görünür, nə qədər nəsihət etsək də təsiri yoxdur. Əgər evdə öz gözümüzü bağlamaq istəsək, mümkün olmur əgər baxmaq istəsək, günaha düşürük. Bu halda nə etməliyik? Onlarla gediş-gəliş etmək baxımından vəzifəmiz nədir?

Məkarim: Sizin əmr be məruf və nəhy əz münkər14 etməkdən əlavə – təsir qoyacağına ehtimal verdiyiniz halda – başqa bir vəzifəniz yoxdur. Onlarla gediş-gəliş etdiyiniz halda ehtiyatlı olmalısınız ki, sizin özünüz naməhrəmə günah nəzəri salmayasınız və onlarla gediş-gəlişi kəsmək lazım deyildir. Bu ehtimalla ki, bəlkə müəyyən qədər gediş-gəliş etmək onların dinlərinə təsir qoya bilsin. Allah onları hidayət və şəri vəzifələrinə tanış etsin! İstifta

ÖZÜNÜ GÖSTƏRMƏYİN HÖKMLƏRİ


Məsələ 218: Başqasını günaha salmaq məqsədilə özünü göstərmək haramdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Misal üçün: Əgər bir qadın özünü naməhrəm kişinin diqqətini ona cəlb olacağı, yaxud ona üz gətirəcəyi şəkildə özünü göstərsə haramdır. Xüsusi şəkildə yol getmək, xüsusi şəkildə danışmaq, xüsusi hərəkətlər göstərmək, təbəssüm etmək, naməhrəmlə xüsusi şəkildə gülmək, zarafat etmək, yaxud hətta naməhrəmin qarşı­sında onun nəzərini cəlb etmək və onu harama salmaq məqsədilə mütaliə etmək, xüsusi libaslar geyinmək, müxtəlif əşyaları götürmək o cümlədən çanta, kitab, gül və s. götürmək, yaxud başqasını günaha salmaq məqsədilə onları xüsusi şəkildə götürmək, naməhrəmə xüsusi baxışla baxmaq və. s kimi halların hamısında əgər başqasının nəzərini cəlb etmək və onu harama salmaq məqsədi olarsa haramdır.


* NƏTİCƏDƏ: Xüsusilə əziz cavanlar özünü göstərmələrdən və buna oxşar hallardan ciddi şəkildə çəkinməlidirlər.

Məsələ 219: Əgər özünü göstərmək başqalarını günaha salmaq məqsədilə olmazsa, haram deyildir.

Misal üçün: Bir qadın naməhrəm qonaq olduğu zaman daha yaxşı yemək bişirir, evi daha yaxşı səliqəyə salır ki, naməhrəmin nəzər-diqqəti onun yaxşı qadın olduğuna yönəlsin, yaxud yaxşı danışır ki, başqalarının nəzərlərini öz fəzilətinə cəlb etsin və s. bu qəbildən olan hallar haram deyildir.

Diqqət: Əlbəttə, hər hansı bir iş özünü göstərmək məqsədi ilə olarsa, əxlaq cəhətindən məzəmmət olunur və yaxşı bir iş sayılmır, əxlaq alimlərini bundan çəkindirmişlər. Lakin əgər bu özünü göstərmək başqalarını harama salmaq məqsədi ilə olarsa, haram da olacaqdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, İstifta

Məsələ (Sual) 220: Əgər bir qadın naməhrəmin diqqətini cəlb etmək üçün bir iş görərsə bu iş caizdirmi?

Əgər kişi müəyyən bir iş görsə, yaxud müəyyən bir paltar geyib naməhrəmin diqqətinin cəlb etmək istəsə, bu caizdirmi?

Məkarim: Hər iki halda caiz deyildir: İstifta

Bəhcət: Əxlaq, ehtiyatın xilafınadır. Əgər şəhvə­tin təhrik olunmasına səbəb olarsa, haramdır. İstifta

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Məsələ 221: Kişilər də qadınları harama salmaq məqsədi ilə özlərini göstərməməlidirlər.


* NƏTİCƏDƏ: Naməhrəm şəxsi harama salmaq məqsədilə xüsusi paltarlar geymək, xüsusi şəkildə danışmaq, baxmaq, yol getmək, naməhrəmin diqqətini cəlb etmək məqsədi ilə şəhvət yaradan rəftarlar göstərmək, sürücülük etmək, yaxud naməhrəmin müqabilində xüsusi şəkildə motosiklet sürmək, zarafat etmək, naməhrəmin qarşısında xüsusi şəkildə idman etmək, onu harama salmaq məqsədi ilə boyunbağı salmaq, yaxud naməhrəmin diqqətini cəlb etmək üçün biləkləri, sinəni açıq qoymaq bütün bunların hamısı və onun oxşarları hamısı haramdır və ondan çəkinmək lazımdır.

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə