Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
29 
ortaya  çıxmış,  öz  cəsarəti  və  şücaətinə  görə  fərqlənmiş  şəxslərə 
şamil edilirdi.  
ATASAGUN  –  ulu  həkim.  Ata+saqun  sözlərinin  kombina-
siyasından  əmələ  gəlmişdir.  Saqun  şamanist  təlimlərdə  ən  yaxşı 
özünü  göstərən  fərqlənən  qamlar  üçün  işlədilirdi.  Hərfi  anlamda 
ən yaxşı müalicə edən, dərdə dərman edən adam deməkdir. 
AVERROĠZM  –  Orta  əsrlərdə  Qərbdə  ortaya  çıxmış  fəlsəfi 
təlim. Sözün kökündə dayanan Averroes müsəlman aləmində İbn 
Rüşd  kimi  tanınır.  Orta  əsr  fəlsəfəsində  İbn  Rüşdün  ideyalarını 
tədris edən və  yayanlara averroistlər adını verirdilər. Qərbin ənə-
nəvi  kilsə  fəlsəfəsi  Orta  əsrlər  Avropa  Universitetlərinə  nüfuz 
edən  və  tədris  edilən  averroizmin  qarşısını  alır,  bu  təlimin 
ardıcılını isə lənətləyib yandırırdılar.  
AVESTA  –  Zərdüştiliyin  müqəddəs  kitablar  külliyyatı.  Bəzi 
tədqiqatlara  görə  bu  kitab  Makedoniyalı  İsgəndərin  səfəri  əsna-
sında onun tərəfindən  yararlı hesab edilməmiş və  yandırılmışdır. 
Tarixçilər  Avestanın  inək  dərilərinə  yazıldığını  iddia  edirlər. 
Lakin  sonrada  onun  vedalar  adlanan  müxtəlif  parçaları  bərpa 
edilmişdir.  
AVROPASENTRĠZM 
(ing. 
Europecentrism; 
ru. 
Европасент-ризм) – avropasayağılıq. Sözün kökündən də görün-
düyü  kimi,  bu  dünyagörüşü  formasında  Avropa  elmi-mədəni 
məkan  olaraq  önə  çəkilir.  Tarixi  etibarı  ilə  daha  müasir  olan  bu 
təlimdə  cəmiyyətdə  mövcud  olan  bütün  yaxşı  dəyərlərin,  elmin, 
incəsənətin,  fəlsəfənin,  ədəbiyyatın  və  s.  Avropadan  qaynaq-
landığı və ya oradan təsirləndiyi qeyd olunur.  


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
30 
AVTOXTONLUQ  (yun.  Autochthon;  ru  – местный –
 коренной)  –  yaxud  aborigenlik;  bir  xalqın,  yaxud  millətin  hər 
hansı  bir  yerə,  bölgəyə,  regiona  aid  olması,  yerli  əhali  hesab 
edilməsi.  
AVTONOMĠYA  [yun.  auto  –  öz  və  nomos]  –  yunancadan 
digər  Avropa  dillərinə  keçən    bu  terminin  hərfi  mənası  özünü 
idarə etmə deməkdir. Termnin ingiliscədən dilimizə bir mənası da 
autonomous -  muxtariyyət anlamındadır.  
AVTORĠTARIĠZM –  Latın  dilində  təşəbbüscü,  müəllif  bani 
yaradıcı  və  s.mənaları  verən  avtoritarlıq  qeyri-demokratik 
rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək 
üçün  işlədilir.Avtoritarizm  nəzəriyyəsi  XIX  əsrin  başlanğıcında 
J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər 
tərəfindən  işlənib  hazırlanmışdır.  (Fransa  inqilabına  və  sosialist 
hərakatına cavab olaraq ). 
AVTORĠTET  [  lat.  Autoritas  –  ləyaqət,  qüvvə,  hakimiyyət]  
termin  olaraq  nüfuz,  etibar,  səlahiyyət  və  s.  Anlamlar  ifadə  edir.  
Misal  üçün,  Avtoritet  qazanmaq.  Avtoritetdən  düşmək.  Nüfuzlu 
adam. 
AZADLIQ  [alm.  Freiheit;  fr.  Libertè;  ing.  Liberty,  freedom; 
lat. Libertas; osm. tr. hürriyet; ər. حَّ ّشح] – bağlı olmamaq, kiminsə 
təsiri  altında  qalmamaq,  məcbur  edilməmək,  hər  növ  xarici 
istəkdən  arınmış  olmaq.  Fəlsəfi  anlayış;  insanların  idrak  və 
zərurətə  yiyələnməsi  vasitəsi  ilə  nail  olduğu  real  sərbəstlik. 
Azadlıq anarxiya və hərcmərclikdən ciddi şəkildə fərqlənir. Azad-
lığın  əsasında  demokratizm  və  humanizm  dayanmırsa  azadlıq 
başıpozuqluğa  və  hərcmərcliyə  çevrilir.  Dilimizdə  azadlıqla 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
31 
yanaşı hürriyyət terminindən də istifadə edilirdi. Misal üçün; hürr 
insan = azad insan.  
AVVAM  [وىا]  –  kütlə,  insan  təbəqəsi,  avamlar.  Ərəbcədə 
avvam  adlandırılan  bu  insan  təbəqəsi  guya  Haqdan  xüsusi  bilik, 
işarə, yaxud zəka almamışlar. Bu səbəbdən onlar sözlərin daxilinə 
nüfuz edə bilmir, onlar ancaq hərfi anlamda qəbul edirlər.  
AYƏ  [حُآ]  –  ayə.  ərəbcədən  hərfi  mənası  ―işarə‖,  ―əlamət‖ 
deməkdir.  Qurani  Kərimin  surələri  təşkil  edən  cümlələrə  ayə 
deyilir.  Allahın  varlığını  və  peyğəmbərlərin  peyğəmbərliyini 
təsdiq etmək üçün göstərilən möcüzələrə də ayə deyilir. 
ARXETĠP  [ing.  Archetype;  yun.  Archetupos]  –  ideya  yaxud 
ilkin  başlanğıc.  Antik  fəlsəfənin  sonlarında  timsal,  ideya. 
Yunancada  arche  –  başlanğıc,  əvvəl,  tupos  –  forma,  nümunə 
demək idi.  
AFFEKT  [ing.  Affect;  lat.  affectus]  –  ruhi  həyəcan.  İnsanın 
hallardan  və  ehtirasdan  [hissdən]  fərqli  olaraq  güclü,  gərgin  ola-
raq baş verən və nisbətən qısa müddətli olan emosional həyəcanı, 
qəzəbi,  dəhşəti  və  s.  Affekt  kəskin  ifadəli  hərəkətlərlə  [spesifik 
mimika və əl hərəkətləri] və səs reaksiyaları [ağlama, qışqırıq] ilə 
də müşayiət olunur. 
AYAN-ı  sabitə  [
حرتاع
 
ٌاُْػأ
]  –  sabit  olan  varlıqlar.  Əyan 
sözünün  kökündə  dayanan  eyn  [ٍُػ]  kəlməsinin  hərfi  mənaları 
göz, nəzər, bulaq, mənbə və s. dir. Müsəlman Şərqi fəlsəfəsində 
zatı mümkün olan varlıqların Allahın elmindəki həqiqətləri əyani 
sabitələrdir.  
AFFITSĠRLƏġMƏ  [lat.  Afficere;  es.  Tr.  Sebebiyet;  ər.  خججع
– səbəbi  olma. Qərb filosofu Kant  tərəfindən ortaya çıxarılan və 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə