Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
32 
onun  fəlsəfəsində  işlək  bir  söz  olan  bu  termin  məna  olaraq 
predmetin hiss üzvlərinə təsir etmə qabiliyyətini ifadə edir. 
AKÇORA – Yaxşılıq mələyi. Ak və çora sözlərinin birləşmə-
sindən  əmələ  gəlmişdir.  Şamanizmdə  daha  çox  təsadüf  olunur. 
Şamanist  adət  ənələrdə  akçora  xeyir  gətirən  mələk  kimi  xarak-
terizə edilirdi.  
AKSĠOM  [alm.  Axiom;  fr.  Axiome;  ing.  Axiom;  yun. 
Axiama.  osm.  tr.  mütearife;  ər.  ]  dəlilə  ehtiyac  olmadan  qəbul 
edilən  müddəadır.  Aksiomlar  irəli  sürülən  elə  təkliflərdir  ki, 
onların  düzgünlüyü,  dəqiqliyi  müzakirə  mövzusu  deyil.  Aksi-
omlar adətən məlum həqiqətlər olur. Adətən riyaziyyata hər hansı 
bir yeni bölmə və ya anlayış daxil edildikdə bu yeni bölmə bir sıra 
qəbul edilmiş mülahizələr əsasında qurulur. Belə mülahizələr sis-
tem daxilində aksiom adlanır. 
AVAR  –  Heybətlilik,  inadkarlıq.  Əski  türkcədə  abar  şəklində 
işlənilirdi. Bu sözdən törəyən abartmaq, abartı ifadəsi də mövcud-
dur.  Abartmaq  –  nəyisə  şişirtmək.  Mübaliğə  etmək  deməkdir. 
Avar adında xalq da mövcuddur.   
AYIRD  –  Fərq,  müxtəliflik.  Dilimizdə  hazırda  ayırd  etmək 
ifadəsi mövcuddur.  


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
33 
 

 
BACARIQ  [alm.  Vernögen;  fr.  Facultè;  ing.  Faculty;  lat. 
Facultas; osm. tr. meleke; ər. خ
ٍٍّثبل] – insanda var olan bir şeyi edə 
bilmə  gücü,  qabiliyyəti.  Bacarıq  əski  türkcədəki  beceri  sözündən 
qaynaqlanır.  
BAĞIMSIZ  –  Müstəqil.  Türk  mənşəli  qədim  sözdür.  Bağlı 
olmayan, özgür, müstəqil deməkdir. Bağı, əlaqəsi olmayan, bağla-
rından xilas olmuş anlamına gəlir.  
BARIġ  –  Sülh,  sükunət  və  s.  anlamlara  gəlir.  Türk  mənşəli 
qədim sözdür. Varış, gediş, gedişat; Sukunət, sülh; Sərvət, xəzinə 
mənalarını da verir.  
BAY  –  varlıq,  zənginlik.  Türk  mənşəli  qədim  sözdür.  Varlıq, 
zənginlik, ərlik, üstünlük, bolluq sözlərinin mahiyyətini ifadə edir. 
Türk adlarının vacib birləşmələrindən başqa sözlərlə istifadə olu-
na bilən, işlədilən kəlməni tamamlayıb, gücləndirən, həm  əvvəli-
nə, həm də sonuna əlavə olunan ad. 
BƏY – Əski türkçdə beğ işlədilirdi. Bəy, ərlik, güc, idarəedici 
yığıcılıq, liderlik, nəcabətlik və s. mənaları verir.  
BENGI: Türk mənşəli qədim sözdür. Bengü, mengü – sonsuz, 
sonsuzluq, əbədiyyət, əbədi.  
BĠLGƏ:  Türk  mənşəli  qədim  sözdür.  Bilgili,  filosof,  alim, 
bilgin, ulu kişi deməkdir. Sözün kökü bil-dir. Bilgin isə türk. Elm 
adamı, filosof, mürdik insan deməkdir. 
BĠRLĠK [alm. Einheit; fr. Unitè; ing. Unity; lat. Unitas = unus 
–  bir;  osm.  tr.  vahdet;  ər.  حذدٚ].  Çoxluğun  birliyi  [buna  bəzən 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
34 
kəsrət  də  deyilir]  yaxud  da  birlik  halında  olan  çoxluq.  Özündə 
çoxluğu və bölünməzliyi də əhatə edən sırf bütün. Birlik müxtəlif 
formalarda  və  müxtəlif  anlamlarda  təzahür  edə  bilər.  Məsələn, 
məntiqi  birlik,  fikir  birliyi,  kateqorial  anlamda  birlik  –  vəhdət, 
transandent-spekulyativ  birlik  və  s.  Kəlmə  olaraq  türk  dilinə 
məxsusdur və müasir Azərbaycan dilində də həm fəlsəfi anlamda, 
həm  də  çox  işlək  söz  kimi  ittifaq  mənasında  geniş  işlənir.  Birlik 
terminini  vəhdət  mənasında  filosoflar  çox  işlətmişlər.  Varlığının 
birliyi,  yaxud,  vəhdəti  mənasında  İslam  mədəni  bölgəsi  fəlsəfə-
sində,  Plotində  hər  növ  müxtəlifliyi  əhatə  edən  mənasında  və 
Spinozada bütünlük mənasında işlənmişdir.  
BĠOLOGĠZM  [alm.  Biologismus;  fr.  biologisme].  Həqiqəti 
tək tərəfli olaraq ancaq bioloji baxımdan tədqiq edən təbii, dialek-
tik  həyatın  anlamlarını  digər  real  sahələrə  də  tətbiq  edən  dünya-
görüş.  
BĠTĠM  –  Türk  mənşəli  qədim  sözdür.  Qayə,  hədəf,  ideya 
deməkdir.  
BOYDA[ğ]  –  Türk  mənşəli  qədim  sözdür.  Mücərrəd,  absurd 
mənalarını verir.  
BÜYÜ  –  Türk  mənşəli  qədim  sözdür.  Sehir,  gizlinlərdən, 
qeybi olanlardan xəbərdar olmağa, agah olmağa deyilir.  
BABUVĠZM  –  XVIII  əsrdə  Fransada  ―Bərabərlik  Respub-
likası‖  –  vahid  mərkəzdən  idarə  edilən,  vahid,  ümummilli 
kommuna uğrunda aparılan inqilabi hərəkat.  
BAĞ  [Alm.  Relation,  Beziehung,  fr.  ,  ing.  Relation;  lat. 
Relatio;  ər.  خمﻼع]  –  bağ,  əlaqə.  əski  türkçədir.  Hər  hansı  bir 
düşüncə çərçivəsində arxa-arxaya sıralanaraq gələn iki və ya daha 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
35 
artıq  şey  arasında  var  olan  birlik,  vəhdət,  əlaqə,  və  s.şeylər. 
Aristotel bağı on kateqoriyadan biri hesab edirdi. Filosofa görə bir 
başqa şeylə əlaqədə qavranılan şeydir.  
BAZĠS  və  ustqurum  –  Hər  bir  ictimai-iqtisadi  formasiyanın 
struktur  ünsürlərini  səciyyələndirən  kateqoriyalar.  Marksizm  – 
Leninizm  nəzəriyyəsində  geniş  şəkildə  öz  əksini  tapmış-
dır. Marksizmdə siyasi-iqtisadi sistemin əsas elementləridir. Bazis 
ingiliscədəki basic – əsas, qaynaq sözündən törəmədir.  
BƏRABƏRLĠK [alm. Gleischeit; fr. Ègalitè; fr. Equality; lat. 
Aequalitas;  ər.  داٚبغِ  ;  tr.  eşitlik]  –  Eyni  zaman  kəsiyində  eyni 
xüsusiyyətlərə malik olma. Cəmiyyətdə insanların bərabər vəziy-
yətdə  olduqlarını  ifadə  edən  anlayış,  lakin  müxtəlif  tarixi  dövr-
lərdə  və  müxtəlif  siniflərdə  ayrı-ayrı  məzmuna  malik  olur.  Buna 
ictimai bərabərlik deyilir. Bundan başqa siyasi bərabərlik də möv-
cuddur.  Ölkənin  idarəsində  iştirak  etməyə  hamının  eyni  siyasi 
hüquqa  malik  olmasına  deyilir.  İmkan  bərabərliyi  isə  fərdlərə 
mümkün  mərtəbədə  özlərini  inkişaf  etdirmələri  yaxud  istək  və 
planlarını  həyata  keçirə  bilmələri  üçün  eyni  imkanların  təmin 
edilməsidir.  
BƏRTƏRƏFLĠLĠK [alm. Athebuag – ləğv etmə, kənar etmə, 
qoruyub  saxlama].  –  kənarlaşdırma,  uzaqlaşdırma,  aradan 
götürmək. Hegel fəlsəfəsində geniş işlədilən termindir. Dilimizdə 
nadirən  işlədilən  bir  kəlmə  olaraq  daha  çox  uzaqlaşdırma  anla-
mında işlənir. 
BƏHANƏ  -  digər  hadisələrin  baş  verməsi  üçün  sövqedici 
təkan  kimi  çıxış  edən  xarici,  çox  vaxt  təsadüfi  hadisə,  vəziyyət. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə