Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
43 
Hindistanda  xüsusi  dini  qrup  təşkil  edirdilər.  Adın  kökü  Hindis-
tandan  gəlmədir.  Hindistanda  ən  çox  yaşadıqları  ərazilər  Uttar, 
Pradeş  və  Madhyadır.  Hazırda  caynistlərin  sayı  təqribən  3  mil-
yona  çatır.  Caynizm  ―qalib‖  mənasında  olan  Cina  və  ya  ―böyük 
qəhrəman‖  mənasında  olan Mahavira ləqəbli  bir  şahzadə  olan 
Vardhamana  Jinata  tərəfindən  qurulan  dini  bir  hərəkatdır. 
Caynizm  doktrinası  əsasən  Tirtankara  deyilən  keçid  edən,  keçid 
tapan  və  yol  göstərən  olaraq  Mahaviraya  sitayişdir.  Mahaviranın 
Nirvanaya çatması caynist təqviminin başlanğıcı olmuşdur. Onun 
Budda ilə eyni dövrdə yaşadığı üçün inancları və əsərləri arasında 
oxşarlıqlar vardır. 
CAN  insanı  var  edən.  Əski  türkcədən  gəlmədir.  Ərəb  dilli 
fəlsəfədə  bu  sözün  qarşılığı  olaraq  hayy  yaxud  da  ruh  sözləri 
işlənir.  Bəzən  psixika  termininin  sinonimi  kimi  işlədilən  termin. 
Fəlsəfə  tarixində  bu  anlayışla  insanın  idealizmdə  xüsusi  qeyri-
maddi  substansiya  ilə  eyniləşdirilən  daxili  aləminə  baxış  ifadə 
olunmuşdur. Can insanı varlı tutan, diri saxlayandır.  
CƏBƏRĠLĠK dini-fəlsəfi təlim. Qurana münasibətdə sifatilərə 
zidd  mövqe  tuturdu.  Cəbəriliyin  tərəfdarları  iddia  edirdilər  ki, 
Allahın  heç  bir  qədim  atributu  yoxdur,  Quran  isə  sonradan 
yaradılmışdır.  Cəbəri  sözü  hərfi  anlamda  məcburi  deməkdir. 
Cəbərilik  dini  təlimi  Allahı  tanıdığı  və  onu  qəbul  etdiyi  halda, 
onun  atributlarını  tanımır.  Onlar  Quranın  vəhy  vasitəsi  ilə 
Məhəmməd  peyğəmbərə  endiyini  qəbul  etdiyi  halda  onun 
Məhəmməd  (s.a.s)  əsəri  olduğunu  təsdiq  edirlər.  Hədisləri  isə 
sonralar  yardılmış  böyük  vəlilərin  və  övliyaların  əsəri  hesab 
edirlər. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
44 
CƏMĠYYƏT [alm. Gesselschaft; fr. Sociètè; ing. Society; lat. 
Societas; osm. tr. cemiyet; ər. حًُّﺟ] – şüurlu fərdlərdən və xüsusilə 
aralarında  təşkilatlanma  əlaqələri  və  qarşılıqlı  əməllər  olan 
insanlardan ibarət topluluq. Ərəb dilindən keçmişdir, kökü cəmə`a 
[غًﺟ]  felidir,  toplaşmaq,  cəm  olmaq,  yığışmaq  deməkdir.  İnsan-
ların birgə fəaliyyətinin tarixən qərarlaşmış formalarının məcmu-
su.  Dar  mənada  ümumi,  xüsusi  və  təkcə  əlamətlərinin  vəhdəti 
halında götürülmüş konkret cəmiyyət kimi və ayrıca region, ölkə 
kimi  nəzərdən  keçirilə  bilər.  Tarixən  müəyyənləşmiş  iqtisadi 
quruluş  və  ona  uyğun  üstqurum.  İbtidai  cəmiyyət.  Sosializm 
cəmiyyəti.  Kapitalizm  cəmiyyəti.  Bir  yerə  yığışan  insanlara  və 
dini terminologiyada məscidə namaz qılmaq üçün bir yerə yığışan 
insanlara da camaat [حػايﺟ] – deyilir. 
ÇEVRĠLMƏ  [alm.  Genesis;  fr.  Devenir,  genèse;  ing. 
Becoming,  genesis;  lat.  Fieri;  in  fiere  –  var  olma;  yun.  Genesis; 
osm.  tr.  sayruret;  tekevvün;  tr.  Oluş;  ər.  حسٚشٍص]  –  dəyişmə, 
dönüşmə prosesi, belə vəziyyətdə bir haldan digər bir hala keçmə, 
yaxud  imkandan  reallığa  keçid.  Daimi  olaraq  dəyişmə  prosesinə 
də çevrilmə deyilir.  
 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
45 
 

 
 
     DAOĠZM (  Taosizm),  Çin  dilindən:  pinyin:  Daojia  iki  ayrı 
sözün  Türkcədəki  qarşılığı  olaraq  istifadə  edilməkdədir.  Daojiao 
Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə, 
düşüncə  məktəbini  izah  edir.  Daonun  qurduğu  təlimə  Daosizm 
deyilirdi. Daoriszm dao və yaxud ―yollar‖ haqqında təlim; e.ə. VI 
-V  əsrlərdə  Çində  meydana  gəlmişdir.  Ancaq  ikisi  də  qaynağını 
Laozinin  əsəri  Tao  Te  Chingdən  götürmüşdür.  Düşüncə  məktəbi 
olaraq Taoizmin qurucusu Laozinin ardından Zhuangzi də bu axı-
nın  ən  əhəmiyyətli  nümayəndəsidir.  DAO  –  Çin  klassik  fəlsəfə-
sində  mühüm  kateqoriyalarından  biridir  onunda  mənası  yol 
deməkdir.  
DALAY - [Talay] Genişlik, ululuq, sonsuzluq məcaz edən, əsl 
mənası , böyük dəniz, okean. Əski türkcədir. 
DAVAMĠYYƏT  [alm.  Kontinutiöt;  fr.  Continuitè;  ing. 
Continuity;  lat. Continuitas;  osm.  tr.  temadi;  ər.  يدآّر]  – davamlı 
olaraq  sürüb  getmək.  Daimi  olmaq,  sürüb  getmək.  Ayrı-ayrı 
elementlərdən  mütəşəkkil  olmayan  bir  reallıq  qurma.  Davam 
sözünə  artırılan  iyyət  şəkilçisi  ərəbcədə  mövcud  olan  nisbi  sifət 
şəkilçisinin  qadın  cinsində olan formasıdır. Bu şəkilçi ərəbcədən 
dilimizə  transfer  olunan  xeyli  sözdə  mövcuddur  [Müqayisə  et: 
mədəniyyət, bəşəriyyət, qalibiyyət, məğlubiyyət və s.]. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə