Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
40 
CƏVVAD  [ذاوج]  –  əli  açıqlıq  etməyi,  sədəqə  verməyi  sevən 
kəs.  Comərdlik,  cəsarət  və  ərdəmlik  kimi  məziyyətləri  özündə 
ehtiva  edir.  Dilimizdə  bu  termindən  törəyən  bir  v  ilə  yazılan 
cavad sözü əslində ərəbəcədə təşdidlə [hərflərin ikiləşməsi – mi-
sal üçün dəbbə, bəssə, qallə, mərra və s. ] yazılan v hərfinin Azər-
baycanda  daha  əvvəllər  mövcud  olan  əski  əlifbalı  sistemdə  bir  v 
ilə oxunuşu formasında ortaya çıxmışdır.  
CĠLMAYA    at  adı.  Əski  oğuz  dilindədir.  Türk  mifologi-
yasına görə əfsanəvi qanadlı atdır.  
CĠNS [alm. Gattung; fr. Genre; ing. Genus; yun. Genos; osm. 
tr.  cins;  ər.  ظُﺟ]  –  bir  –  birinə  yaxın  növlərin  əhatə  olunduğu 
birlik.  Bəzən  isə  öz  içində  növləri  olan  hər  növ,  o  növlər  üçün 
cinsə çevrilir. Lakin pilləvari nərdivanda ən sonda gələn növ cins 
ola  bilməz.  Orqanizmin  doğub  törəmə  prosesilə  bilavasitə  bağlı 
olan  və  orqanizmlərin  çoxunda  kişi,  və  ya  qadın  fərdlərini  ayırd 
etməyə  imkan  verən  əlamətlərin  məcmusu,  habelə  canlı  vücud-
ların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri. Kişi 
cinsi. Qadın cinsi. 
CĠHAD  [داهﺟ]–  din  uğrunda  döyüş  səfərbərliyi,  fərqli  məna-
larda  işlədilir.  Bəzən  insanın  öz  nəfsi  ilə  mübarizə  aparmasına, 
nəfsin  istək  və  arzularına  boyun  əyməməsinə  də  cihad  deyilir. 
Ərəb dilli fəlsəfədə çox işlək bir ifadədir. İslam dininə aid olan bir 
termin kimi cihadı bəzən terror sözü ilə eyniləşdirirlər, lakin cihad 
terror  deyil,  insanları  zülmdən  qurtarmaqdır.  Qanunsuz,  silahlı 
birləşmələr  bu  ad  altında  cinayətlər  törədərək,  dünyada  İslam 
barədə mənfi rəy formalaşdırır. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
41 
 CĠSĠM  [alm.  Körper;  fr.  Corps;  ing.  Body;  lat.  Corpus;  ər. 
ىغﺟ] - 1. şüur xaricində özbaşına müstəqil olaraq kainatda yer tu-
tan hər hansı bir şey. 2. Fiziki baxımından götürdükdə isə bölünə 
bilən  və  yer  tutma  qabiliyyəti  olan  maddə.  Cisim  sözündən  törə-
yən.  Cismani  isə  maddi  olan,  cismə  yaxud  bədənə  aid  olan 
deməkdir.  Dilimizdə  işlətdiyimiz  cism  sözü  ərəbcədən  bizə 
keçmədir.  .  َغَﺟ
ى   felinin  [cəsəmə]  məsdəridir.  Bu  feldən  törəmə  V 
babda  təcəssəmə  [ٌّ
َُّغ َجَر]  felinin  məsdəri  olan  təcəssüm  sözü  də 
işlənir.  Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, 
şey;  fəzada  ayrıca  şey.  Bərk  cisimlər.  Maye  cisimlər.  Cisimlərin 
düşmə qanunu. Göy cisimləri (planetlər, ulduzlar). 
CÖVHƏR [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, 
hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. ٌّ
 ش٘ٛﺟ] – yunan 
dilində  ausia  –  öz  mənasında  istifadə  olunur.  Cövhər  –  dəyişən 
əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa 
şeydə  və  ya  bir  başqa  şeylə  deyil  də  öz-özünə  yer  alan  şeydir. 
Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun 
gəlir.  Misal  üçün  stul  bir  formadır,  lakin  onun  əsası  taxtadır
Formalar və rənglər dəyişə bilər, lakin onun mahiyyəti olan taxta 
olması  faktı  əsla  dəyişməz.  Dəyişkən  hallar  və  xüsusiyyətlərlə 
müqayisədə qalıcı olan, bir başqa şeylə yaxud da bir başqa şeydə 
deyil,  öz-özülə  var  olan  (fəlsəfi  terminologiyaya  aiddir).  Cövhər 
kəlməsi  ərəb  mənşəlidir.  Bu  söz  daha  müasir  variantda  Qərb 
fəlsəfəsinə istinadla ―substansiya‖ termini  ilə ifadə  olunur. Şeyin 
mahiyyəti,  onun  əsası  demək  olan  cövhər  bütün  xarakter  və 
xüsusiyyətlərdən uzaq təsəvvür olunur. Ona  əlavə olunan forma, 
tip, xüsusiyyətlər onun təbiətinə bilavasitə aid olmadıqlarına görə 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
42 
onlara ərəz deyilir. Misal üçün taxta şeyin mahiyyəti kimi cövhər, 
sonradan ona əlavə olunan forma, rəng və s. isə ərəzdir. Digər bir 
mənada da hər hansı bir üzvi maddənin distillə və s.kimyəvi üsul-
la ayrılan yığcam məhlulu, şirəsinə də cövhər deyilir. Daha ətraflı 
bax: Substansiya.  
CÜZ  [زﺟ]–  parça,  hissə.  Çoxluğun  hissələrindən  biri  cüzdür. 
Küll halında olan bir şeyin hissələrindən biri; hissə, qisim, parça. 
Ümumi mənada isə çoxluğun tərkib hissələrindən biri, yaxud onu 
təşkil edənlərdən biri deməkdir. Quran-i Kərimin bölünmüş surə-
lərinə də cüz deyilir. Quran otuz cüzdən ibarətdir.  
CÜZĠ  [alm.  Partikular;  fr.  Particulier;  ing.  Particular;  lat. 
Particularis;  osm.  tr.  cüzi;  ər.  ٌّ
ّيزﺟ]  –  məntiqdə  bir  növün  bütün 
fərdlərinə az miqdarda olan, çoxluqla müqayisədə az olan, yaxud 
çoxluğun tamamına deyil, ancaq bir hissəsinə aid olan deməkdir. 
Cüz sözünün sonuna artırılan -i şəkilçisi ərəbcədən keçmədir. Bu 
şəkilçisi orijinal versiyasında əslində - iyyun formasındadır. Lakin 
bu  dilimizə  uzun  səslənən  i  kimi  transfer  etmişdir.  Bu  ərəbcənin 
orfoepik qaydalarına uyğundur. [müqayisə et: mülki, cüzi, dövri, 
sətri,  hissi  və  s.].    Cüzi  iradə  [alm.  Willensfreiheit;  fr.  Libre 
arbitre;  ing.  Free  will;  lat.  Liberum  arbitrium;  osm.  tr.  irade-i 
cüziye; tr.özgür istenç;  ər. جدأسإ ءضﺟ] – insana məxsus azad iradə. 
İstəyin azad olması, nədənsə asılı olmaması insanın istək və qərar 
verə bilmək müstəqilliyi. Din fəlsəfəsində isə Tanrı istəyi [iradeyi 
külliyyə]  qarşısında  insanın  istəyinin  ortaya  qoyur.  Fəlsəfədə 
azadlıq kateqoriyası ilə eyni mənaya uyğun gəlir.  
CAYNĠZM Hind fəlsəfəsi və dininin e.ə. təqr. VI əsrdə mey-
dana  gəlmiş  qeyri-ortodoksal  sistemlərindən  biri.  Caynistlər 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə