Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
26 
ASSOSĠASĠYA  [ing.  Assosiation;  lat.associatio  –  birləşmə; 
osm. tr. ittifak; ər. قبفرإ] – birləşmə, əlaqələnmə və s. Tamın hissə-
ləri  arasında  olan  bağllılıq,  əlaqələnmə,  birləşmə  və  s.  Müasir 
anlamda  assosiasiyalar  qruplaşmış  birliklər,  ittifaqlar,  təşkilatlar 
mənasında işlədilir.  
ASTRONOMĠYA  [ing.  Astronomy;  fr.  Astronomi;  yun. 
Astron+nomos;
َٛجٌٕآ
ٌّ
ٍُع
]  –  göy  cisimləri,  onların  sistemləri  və 
kosmik materiyanın başqa formalarının vəziyyəti, hərəkəti, quru-
luşu və inkişafı haqqında elm. Yunancada astron ulduz, nomos isə 
qanun,  qayda  deməkdir.  Astronomiya  elmi  Şərqdə  özünəməxsus 
adla  nücum  elmi  adlandırılmışdır.  Nücum  hərfi  mənada  ulduzlar 
deməkdir.  Bu  elm  qədimdən  bəzi  xalqlarda  tayfalarda  mövcud 
olmuşdur.  
ATARAKSĠYA  [alm.  Ataraxie;  fr.  Ataraxie;  ing.  Ataraxia; 
yun. Ataraksia; osm. tr. itminan – i nefs; yun. Atarakia – təmkin-
lilik]  –  ruhi  rahatlıq  və  sakitlik  vəziyyəti,  bəzi  qədim  yunan 
filosoflarının  fikrincə  ataraktiv  hala  mütəfəkkir,  dühalar,  sufilər 
nail  ola  bilir.  Xüsusilə  də,  Stoa  fəlsəfəsində  insanın  davranışları 
ilə  psixoloji  təlimin  məqsədi,  ideyası  olaraq  ortaya  çıxan  və 
mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərd-
lərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox 
sufilərin  asketik  hallarına  bənzəyir.  Belə  ki,  bütün  bu  hal  və 
məziyyətlər  əslində  insan  ruhunun  maddi  olanlardan  arınaraq 
onlardan  üstün  olan,  onların  fövqündə  dayanan  ruhi  halları  kəsb 
etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik 
verir  və  maddi  gərginliklərdən  və  sıxıntılardan  xilas  olur.  Bu  və 
ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islam-


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
27 
da, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də 
müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.  
ATEĠZM  [alm.  Atheismus;  fr.  Ethèisme;  ing.  Atheism;  yun. 
A-theos;  tr.  Tanrıtanımazçılık;  ər.  داهنإ]  –  Tanrını  rədd  etmək, 
təbiətdə  və  kainatda  Tanrının  rolunu  danmaq.  Sovet  hakimiyyəti 
dövründə  Sovet  İttifaqına  daxil  olan  ölkələrdə  və  kommunizmin 
hakim olduğu dövlətlərdə Marksizm – Leninizm fəlsəfəsi əsasın-
da  elmi  ateizm  geniş  tədris  edilirdi.  Elmi  ateizm  Tanrının  varlı-
ğının  təhrif  edilməsi  ideyasını  elmi  dəlillər  və  arqumentlərə 
dayanaraq  əsaslandırırdı.  Ərəbcədə  isə  daha  çox  ilhad  termini 
işlədilir.  Ateizm  a  –  teos  –  yəni  hərfi  anlamda  Tanrının  inkarı 
deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan 
və  yəhudilikdən  bizə  məlum  olan  Tanrı  anlayışını  deyil,  hər  növ 
dini  iman  və  etiqadi  sistemlərdə  Tanrı  və  Tanrı  adına  olan  hər 
varlığı inkar edir.  
ATƏġGAH  –  atəşpərəst  məbədi,  ibadətgah.  Sözün  sonuna 
artırılan  atəş+gah  şəkilçisi  fasrcada  yer  və  məkan  bildirir.  Misal 
üçün  xanəgah,  ibadətgah  və  s.  Atəşgah  sözünün  özündən  də 
göründüyü kimi bu məbəddə əsas olan od, alov olmuşdur. İndi də 
dünyanın  fərqli  yerlərində  mövcud  olan  atəşgahlarda  insanlar 
toplaşaraq oda, alova sitayiş  edirdilər. Azərbaycanda da zərdüşt-
lərin  qədim  sitayiş  yerləri  olan  atəşgahlar  tarixi  abidələr  kimi 
qorunub saxlanılır.  
ATOM  [alm.  Atom;  fr.  Atome,  ing.  Yun.  A-tomos;  osm.  tr. 
cüz-i fərt; ər.حّسص] – bölünməyən, parçalanmayan. Qədim dövrdən 
bəri  mütəfəkkirləri,  filosofları  düşündürən  əsas  məsələlərdən  biri 
də təbiətin  ən kiçik bölünməyən parçası,  hissəsi  olmuşdur.  Antik 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
28 
yunan  filosofları  bunlara  a-tomos  [bölünməyən,  parçalanmayan] 
deyirdilər.  Daha  sonraları  atomlar  maddənin  ən  kiçik  bölünməz 
zərrəcikləri  kimi  xarakterizə  edilirdi.  Bu  ideyanın  əsasını  qoyan 
filosof alim isə Jon Dalton olmuşdur. Bu təlim elmdə atomistika 
[alm.  Atomismus;  fr.  Atomisme;  ing.  Atomism.  osm.  tr.  cüz-i 
fərdiyyə. ər. خٍذشف ﺀضﺟ] kimi məşhur idi. 
ATRĠBUT  [alm.=fr.  Attribut;  ing.  Attribute;  osm.  tr.  sıfat, 
sıfat-i zatiye; lat. attribuo; ər. 
خٍرآص
ٌّ
خفص
; tr. öznitelik] – qalıcı, əsas 
xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada verirəm, 
bəxş  edirəm  deməkdir.  Müasir  anlamda  çox  işlənir.  Misal  üçün, 
dövlətin  atributları,  təşkilatın  atributları  və  s.  Azərbaycan 
dövlətinin  himninin  atributlarını  onun  sözləri  və  musiqisi  təşkil 
edir.  Atributlar  elə  şeylərdir  ki,  onlarsız  həmin  varlıq,  şey  yaxud 
predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz.  
ATA – ata, ulu əcdad, bilgə. Əski bir kəlmə olub, qədim oğuz 
dilindən bu yana işlədilməkdədir. Valideyn mənasında çox işlənir. 
Lakin fərqli anlamlarda da daşıyır. Misal üçün; ulu, hörmətə layiq 
insan,  dədə,  baba  mənasında,  ad  və  soyadın  bağlandığı  əcdad 
yaxud da bilgə, mütəfəkkir mənalarını verir.  
ATAHAN  –  qurucu,  böyük.  Ata+han  sözlərinin  kombinasi-
yasından  yaranmışdır.  Əski  türklərdə  atahan  deyimi  əsasən 
dövlətin ilk qurucusuna deyilirdi, çünki bəzən dövlət onun adı ilə 
adlandırılırdı. Misal üçün; Osmanlı dövləti – Osman; Teymurilər 
Dövləti – Əmir Teymur və s.  
ATALAY-  məşhur  olan  adam.  Bəzi  qədim  türkcəni  araşdıran 
tədqiqatlarda  bu  sözün  əslində  Atillanın  adından  atilay  şəklində 
törədiyini  iddia  edənlər  var.  Hərfi  anlamda  isə  məşhur  olmuş, 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə