Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   2   3   4   5   6   7   8   9   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
17 
dur – hər şey təbiətin qanunları daxilində hərəkət edər. 4. Kainatın 
səbəbi olan vacib bir varlıq vardır, belə bir varlıq yoxdur.  
ANALĠZ  və  SĠNTEZ  [alm.=fr. Analyse; ing. Analysis; osm. 
tr.  tahlil;  yun.  Analysis  –  synthesis;  ər.  ًٍٍذر]  Analiz  elə  bir 
prosesin  məcmusudur  ki,  tamı  hissələrinə  bölüb  ayırma,  yəni  ən 
ümumi  mənada  bütövün  fikrən,  yaxud  faktik  olarak  tərkib 
hissələrinə  bölünməsi  və  bütövün  tərkib  hissələrinin  birləşib 
bütövü əmələ gətirməsi prosesləri. Yunan mənşəlidir. Yunancada 
fəlsəfi  aspektdə  analiz  parçalama,  ayırma,  sintez  isə  birləşdirmə, 
bütövləşdirmə  deməkdir.  Sintez  isə  [yun.  synthesis  –  birləşmə] 
həm  birşeyi  və  ya  hadisəni  küll  halında,  onu  təşkiledən  hissələri 
arasındakı  qarşılıqlı  əlaqə  vəvəhdəti  daxilində  tədqiq  etmə  üsulu 
ya da  bəsit maddə və  ya elementləri birləşdirmə  yolu ilə mürək-
kəb kimyəvi birləşmələr alma.
 
 
ANALĠTĠK  [alm.  Analityk,  fr.  Analytique.  Ing.  Analytic. 
Yun.  analytike]-  1.  Aristoteldə  formal  məntiqlə  eyni  mənada 
işlədilir.  //  birinci  analitiklər,  ikinci  analitiklər  və  s.  XX  əsr 
fəlsəfəsində  cərəyandır,  mahiyyət  etibarı  ilə  fəlsəfənin  ənənəvi 
qrupları,  istiqamətləri,  həmçinin  problemlərin  məzmununun 
aydınlaşdırılmasını  dilin  təhlilində  görən  ayrı-ayrı  filosofları 
birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox 
işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.  
ANALOQ  [alm.  Analog;  fr.  Analogue;  ing.  Analogus;  yun. 
Analogos  –  uyğunluq,  oxşarlıq,  loqosa  uyğun  olan;  osm.  tr. 
mümasil;  ًعبِّ]  –  idrak  nəzəriyyəsi  terminidir.  Hərfi  mənada 
bənzəyən,  oxşar  olan  deməkdir.  Yunan  dilindən  alınmışdır. 
Aristotelə  görə  müxtəlif  şeylərə  uyğunlaşa  bilib  eyni  mənada 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
18 
onun  əvəzinə  də  keçərli  olan  termindir.  Misal  üçün  yaxşı  hava 
yaxud  yaxşı  əşya  və  s.  Digər  mənada  isə  bir  terminin  bir 
başqasına olan nisbətinin, bir üçüncünün dördüncüyə olan nisbəti 
ilə  eyni  əlaqədə  olmasına  deyilir.  Aralarında,  xüsusilə  də 
təsirlərində oxşarlıq olan [az və ya çox] iki mənalı sözlər.  
ANALOGĠYA  [Alm.,  fr.  Analogie;  ing.  Analogy;  yun. 
Analogia  –  uyğunluq;  osm.  tr.  temsil;  ər.  ًٍثّر]  –  eyniyyət  təşkil 
etməyən  obyektlərin  bəzi  cəhətlərdən  keyfiyyətcə,  münasibətcə 
oxşarlığı deməkdir. Hərfi mənada bənzərlik mənasını verir.  
ANARXĠZM [yun. Anarchia – rəhbərsizlik, hakimiyyətsizlik] 
–  hərc-mərclik,  başıpozuqluq,  kütlənin  nəzarətindən  kənar, 
demokratizm  prinsiplərinə  uymayan  hərəkətlər.  Hər  cür 
hakimiyyətə  və  dövlətə  düşməncəsinə  yanaşan,  xırda  xüsusi 
mülkiyyətin  mənafeyini  və  xırda  kəndli  təsərrüfatını  cəmiyyətin 
iri istehsala əsaslanan tərəqqisinə qarşı xırda burjua ictimai-siyasi 
cərəyanıdır. Anarxiya hər hansı bir kiçik sosial cəmiyyətdə də ola 
bilər.  
ANĠMĠZM [alm. Aimismus; fr. Animismè; ing. Animism; lat. 
Animismus  =  anima  –  ruh;  osm.  tr.  ervahiye;  tr.  Canlıcılık;  ər. 
خٍداٚسأ]  –  ruhlardan  qaynaqlanan  hal  və  ya  hərəkətlərin  varlığını 
önə  sürən  dünyagörüşü.  Şamanist  dini  təlimlərdə  mövcuddur. 
Olan  hadisələrin,  baş  verənlərin  ruhlar  aləminə  bağlı  olan 
qüdrətdən  qaynaqlandığını,  bilavasitə  ruhlarla  əlaqələndirldiyi 
dini  təsəvvür.  Yaxud  da  tək  və  eyni  ruhun  təfəkkür  və  təbii 
həyatımızın  qaynağı  olduğunu  irəli  sürən  görüş.  Animizm  bəzən 
uşaqlarda  maddi  və  cansız  əşyaları  canlı  göstərə  bilmək 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
19 
bacarığına  da  deyilir.  Guya  ruhlar  insanların,  heyvanların 
həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir. 
ANLAM  [türk.  Alm.  Bedeutung,  sinn;  fr.  Sens,  signification; 
ər.  ىٕعِ  ,  osm.  tr.  mana]  –  məna,  sözün  mənası.  Bir  sözün, 
kəlmənin,  təyin  etdiyi,  düşündürdüyü  şeydir.  Yaxud  gerçəkliyin 
mənimsənilməsini  şüura  xas  olan  və  predmetin  mənaca  məzmu-
nunun  açılmasını  və  yenidən  canlandırılmasını  ifadə  edən 
forması. Türkcədir, dilimizdə daha çox bu terminin ərəbcə versi-
yası olan məna sözündən istifadə edirik.  
ANLAMA  [alm.  Verstehen;  fr.  Verstehen;  os.  tr.  idrak;  ər. 
نسد]  -  Anlayış  idrakın,  dilin  tətbiqi  ilə  bağlı  pilləsində  aləmin 
iniaks  formalarından  biri,  predmet  və  hadisələri  ümumiləş-
dirməyin forması. Anlama və anlamlardan çıxarılan mənalar həm 
məcazi, həm də həqiqi ola bilər. Dilçilər bəzən anlamanın tərifini 
belər  verirlər:  ―Ağlımıza  gələn  ilk  mənadır‖.  Anlamanın  vasitə-
çiliyi  sadəcə  sözlərlə  olmur,  hiss  üzvləri  ilə,  əqli  qabiliyyətlə  də 
mümkündür. 
ANTAQONĠST  [ru.  Антогонист;  yun.  Antagonistes  – 
düşmən]  ictimai  inkişaf  ziddiyyətlərinin  keyfiyyətcə  müxtəlif 
tipləri.  Antoqonizm  isə  bir-birinə  tam  ziddiyət  deməkdir. 
Məsələn,  fəhlə  sinifi  ilə  burjuaziyanın  münasibəti,  ya  da 
liberalizm ilə totalitarizmin münasibəti.  
ANTROPOMORFĠZM  [alm.  Anthropomorprhismus;  fr. 
Anthropomorphisme;  ing.  Anthropomorphism;  yun.  Anthropos  –
insan,  morphe  –  forma;  osm.  tr.  müşebbihe;  ər.  خٙجشِ]  –  insane 
xüsusiyətləri başqa bir varlığa, xüusilə də Tanrıya aid edilməsi.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə