Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   2   3   4   5   6   7   8   9   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 

ABIZ  -  əski  türkcədə  ruhlarla  bağlı  işlənirdi,  ―mənəvi,  ruhi‖ 
mənalarını ifadə edir.  
ABSTRAKSĠYA  –  [ing.  Abstraction;  ru.  Абстрактный;  lat. 
Abstractio  –  ayırma,  təcridetmə;  ər.  ذَشجذ]  –  mücərrədlik.  Elmi 
tədqiqat  metodudur.  Obyektiv  aləmi  dərk  etməyə  istiqamətlən-
mişdir.  
ABSTRAKT  [lat.  Abstractio  –  mücərrəd;  ər.  دشجي]  tamın  bir 
tərəfi, birtərəfli,  sadə, inkişaf etməmiş  olan hissəsi. Dilimizdə  iş-
lək ifadə kimi, ərəbcədən keçmə mücərrəd ifadəsi də mövcuddur.  
AÇIĞ – oğuz mənşəlidir. İntiqam, kin, qərəz, istirab, ələm və 
s.  mənaları  vardır.  Bəzi  yerlərdə  ―acıh‖  yaxud  ―açuv‖  kimi  də 
keçmişdir. Əski türkcədə ələm, əziyyət anlamlarında keçər. Misal 
üçün Orhon Yenisey yazılı abidələrində ―iltin kantın açığ bolur‖ – 
ifadəsi mövcuddur.  
AÇIQLAMA  –  [fr.  ing.  explication;  lat.  explicatio].  Müasir 
dilimizdə  çox  işlənir,  türkcə  kəlmədir.  Məna  olaraq  izah,  şərh, 
yaxud hər hansı bir hadisəni, bir halı vəziyyəti həll etdikdən sonra 
onun  detalları  ilə  olan  bağı  və  əlaqələri  ortaya  çıxarmaq  şərtilə 
deyilən fikirlər, yaxud aydınlatmağa deyilir. Bir şeyin mahiyyəti-
nin  dəlilini  aşkar  edib  ortaya  çıxarmaqdır.  Bəzən  anlaşılmaz  bir 
vəziyyətin  səbəb  və  şəraitini  izah  etmək  üçün  açıqlamalara  ehti-
yac duyulur. 
ACĠVĠKA  –  kəlmə  etibarı  ilə  hind  mənşəlidir.  Ruhun 
yaşadığını  irəli  sürən  qeyri-ortodoksal  qədim  hind  təlimlərin-
dəndir.  
ACUN  –  əski  türkcədə  çox  işlənənən  kəlmələrdəndir. 
―Dünya‖, ―yer üzü‖ mənalarına gəlir. Acun sözünün daha müasiri 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 

―kürrey-i ərz‖ sözü də işlənirdi. Bu söz acun sözünə ekvivalentdir 
və ərəbcədən keçən birləşmədir.  
AD [ing. Name; ər. ىعإ] – əski türkcədən gəlmədir, hal-hazırda 
çox  işlənən  və  müxtəlif  mənalara  gələn  sözlərdən  biridir.  Dili-
mizdə adlar əşyalara məxsus ən böyük xarakterik xüsusiyyət olub, 
bilavasitə onun mahiyyətini tərif edir. Adlar vasitəsilə biz canlı və 
cansız  təbiətdə  və  kainatda  olan  hər  var  olanı  tanıyır,  bilirik. 
Adlar  və  sifətlər  bütün  var  olanların  ən  mühüm  xüsusyyətlərini 
təşkil  edir.  Doğulduğu  zaman  adama  verilən  şəxsi  isim.  Ad  və 
soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək və s.  
ADAPTASĠYA –  [ing.  Adaption;  tr.  adaptasyon]  insanların 
yeni  etnik  mühitə  uyğunlaşmasına  deyilir.  Ümumi  mənada 
fəlsəfədə  uyğunlaşma,  həmahəng  olmağa  deyilir.  Adaptasiya  və 
ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin 
adaptasiyası.  
ADƏT     [ing.  Habit;  ər.  جدآ]–  müəyyən  etnik  birlik  daxilində 
qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı 
bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu 
sosial  birliklərin  yüz,  hətta  min  illərdən  süzülüb  gələn  köklərə 
malikdir.  
ADDĠTĠV  və  Qeyri-Additiv  [lat.  Additivus  –  budaq  əlavə; 
hərfən toplama  yolu  ilə  alınan]  –  tam və  onu təşkil edən hissələr 
[hissə və tam] arasındakı nisbətin tiplərini əks etdirən anlayışlar. 
ADEKVAT  [adäquat;  fr.  Adèquat;  ing.  Adequat;  lat. 
Adaequatus; osm. tr. mutabık; ər. كتاطي] – bir-birinə uyan, uyğun 
gələn,  həmahəng  olan  deməkdir.  Latın  dilindən  avropa  dillərinə 
keçən  və  dilimizdə  də  çox  rastlanan  bu  kəlməyə  bərabər  bölün-


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
10 
müş, bir-birinə uyğun gələn müəyyən şeyləri  yaxud məziyyətləri 
ifadə  etmək  üçün  işlədilir.  Misal  üçün  adekvat  tədbirlər,  adekvat 
fikirlər  və  s.  Adekvatlıq  [lat.  Adaeguatus  –  bərabərləşdirilmiş  – 
uyğunluq,  bərabərlik  ekvivalentlik]  mahiyyət  etibarı  ilə  digər 
qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir.  
AĞIL  [alm.  Vernunuft;  fr.  Raison;  ing.  Rèason;  lat.  Ratio; 
osm. tr. akıl; tr. Us; ər. ممؼنأ] [intellekt] [lat. Intellectus – anlama, 
başa  düşmə,  dərrakə]  –  hissiyyatın  qarşılığı  olaraq  düşünmə, 
anlamaq,  dərk  etmək  qabiliyyəti  arasında  məcburi  əlaqələr 
qurmaq  qabiliyyəti.  Ağıl  insanın  ən  yüksək  təfəkkür  qabiliyyəti 
hesab  edilir  və  insanın  məhz  insan  olma  xüsusiyyətini  özündə 
təcəssüm  etdirir,  onu  digər  canlılardan  fərqləndirir.  Ağıl  kəlməsi 
bəzən  ərəb  dilindən  keçmə  əql  sözü  ilə  eyniləşdirilir  ki,  bu  da 
əslində doğrudur, lakin orta əslər Şərq peripatetizmində əqllər ülvi 
varlıqlar  kimi  xarakterizə  olunrudu.  Fəlsəfədə  isə  yüksək  inkişaf 
etmiş  və  mürəkkəb  differensiya  edilmiş  beynə  malik 
orqanizmlərin  psxi  fəalliyyətlərinin  xüsusi  funksiyası  Əql  sözü 
ərəb dilində ə`qələ [ممػ] felinin I bab məsdəridir. Bu feldən aqil, 
məqul  və s.  kimi sözlər  də əmələ  gəlmişdir. Ərəb dilindən Azər-
baycan  türkcəsinə  tərcümədə  anlamaq,  başa  düşmək,  haqqında 
fikir yürütmək və s.mənalarla tərcümə edilir.. 
AĞRUK [ağruk] – mənaları  çoxdur. Oğuzca  kəlmədir. Əşya, 
şey, yük, ağırlıq anlamları vardır. Aarık – avruk – ağruk – ağurluq 
– ağırlıq.  
AFFEKT [alm. Affekt, affektion; fr. = ing. Affection; osm. tr. 
teessür]  –  insanın  əhvaldan  və  ehtirasdan  (hissdən)  fərqli  olaraq 
güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə