Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə8/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
23 
insan  ruhunun  yüksək  halı  olan  nirvana  haqqında  buddizm  və 
caynizm təlimləri təsir göstərmişdir.  
APEYRON  [yun.apeyron]  –  əbədi  hərəkətdə  olan,  sonsuz, 
qeyri-müəyyən,  keyfiyyətsiz  materiyanı  ifadə  etmək  üçün  Anak-
simandrın  tətbiq  etdiyi  anlayış.  Yunan  dilindən  Avropa  dillərinə 
keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir.  
APODEYTĠKA [yun. Apodeiktikos] – qəti sübut olunan şey, 
mütləq səhih biliyi ifadə etmək üçün anlayış. Yunan dilindən dili-
mizə hərfi tərcümədə inandırıcı mənasına uyğun gəlir.  
APOLOGETĠKA  [yun.  Apologetikos  -  ἀπολογία  –  müdafiə 
edən] – teologiyanın bir sahəsi. Termin öz başlanğıcını qədim yu-
nancadan  götürmüşdür.  Lakin  daha  sonralar  apologetiklər  xristi-
anlıqda da mövcud olmuşlar və indi bu termin daha çox xristian-
lıqda  müdafiə  mövqeyindən  çıxış  edənlər  kimi  bir  anlam  qazan-
mışdır.   
APORĠYA  [ing.  Apory;  yun.  Aporia]  çətin  vəziyyət. 
Yunancadan  avropa  dillərinə  keçmişdir.  Çətin  həll  olunan 
problemi  ifadə  etmək  üçün  qədim  yunan  fəlsəfəsində  işlədilən 
anlayış anlamını verir.  
APOSTERĠORĠ  [lat.  a  posteriori]  aprioridən  fərqli  olaraq, 
təcrübədən  alınmış  biliyi  ifadə  edən  termin.  ―Sonradan  gələn‖ 
mənasındakı latın dilindən keçmə  fəlsəfi anlayış. Tez-tez ―sonra-
dan gələn‖ məlumat mənasında istifadə edilər və təcrübə, hisslərlə 
əldə edilən məlumatı ifadə edər. Klassik alman filosofu Kantdan 
sonra məlumat  fəlsəfəsindəki  təməl  anlayışlardan birini meydana 
gətirır. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
24 
APPERSEPSĠYA [lat. ad-doğru, perseptio qavrayış] – hər bir 
yeni  qavrayışın  insanın  əvvəlki  həyat  təcrübəsindən  və  qavrayış 
anında onun psixi vəziyyətindən asılılığı. 
APRĠORĠ  [alm.=fr.=ing.  A  priori;  lat.  A  priori  -  əvvəldən, 
əvvəlcədən  olan;  osm.  tr.  kabli]  –  Təcrübədən  asılı  olmayan, 
amma  təcrübəylə  canlandırılabilən,  şüuruna  varıla  bilən  bilik. 
Apriori  bilik  təcrübəsindən  kənarda  qalan  biliyin  doğru  qəbul 
edilməsidir.  Hər  cürə  təcrübədən  əvvəl,  yalnız  ağıla  əsaslanaraq 
qəbul  olunan,  əvvəlcədən  mənimsənilən,  qanunlardan  çıxarılan 
sırf  teorik  anlamda  qəbul  edilə  bilən.  İdealist  fəlsəfədə  termin, 
aposterioridən  fərqli  olaraq  təcrübədən  əvvəl  və  təcrübədən  asılı 
olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir. 
APROBASĠYA – nəzəri olaraq qurulmuş metodların, hesabla-
maların, xüsusilədə iqtisadi  olaraq proqnozlaşdırılmış modellərin 
təcrübədə,  həqiqi  həyatda  sınaqdan  keçirilməsi.  Aprobativ  etika 
[lat.  approbatio  –  bəyənilmə]  –  əxlaq  haqqında  idealist  nəzəriy-
yədir.  
ARREQASĠYA –  siyasi  qərarları  qəbul  edənlərin  qarşılıqlı 
bərabərliyinin qorunması. 
ARXETĠP [alm. Archetyp; fr. Archètype; ing. Archetyp;  yun. 
Arkhè-typos;  osm.  tr.  enmuzec-i  evvel]  –  hər  şeyin  ona  görə 
həyata  keçirildiyi  düşünülən  əsas  ideya.  Mundus  archetypus: 
həqiqət  dünyasında  hər  şeyin  onlara  görə  həyata  keçirildiyi 
ideyalar, ilk prinsiplər dünyası.  
ARI [Arık] 1- Saf, arı, arınmış 2- irmaq, dərə. Tarix boyu bəzi 
millətlər və xalqlar öz millətinin saflığı, təmizliyi və qarışıqsızlığı 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
25 
ideyasını  əllərində  bayraq  tutaraq  irqin  ariliyi  nəzəriyyəsindən 
mənfəətlərinə uyğun faydalanmışlar. 
ARPA  -  əski  türkcədə  sehr,  tilsim,  şamanist  ənənələrdə 
qamların oxuduğu dua deməkdir.  
ARVĠġ – sehr, tilsimli, sirli hal və xüsusiyyətlər, türkcədir. 
ARQUMENT  [alm.=fr.=ing.  Argument;  lat.  Argumentum; 
osm.  tr.  delil;  ər.  مُند;  tr.  Kanıt]  –  gətirilən  dəlilin  əsası.  Nəyinsə 
tərifinin  sübutunun  əsasında  dayanan  şey.  Hər  hansı  bir  tərifin 
əsaslandığı  yaxud  onun  doğru  və  yaxud  yalnış  olduğunu  ortaya 
qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere – göstər-
mək,  tanıtmaq,  açıqlamaq  mənalarını  verir.  Dilimizdə  daha  çox 
ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydın-
laşdırmaq üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz 
arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var.  
ASSĠMĠLASĠYA (ing.  assimliation)  –  qarşılıqlı  mənəvi 
nüfuzetmə.  Assimliyasiya  müxtəlif  elm  sahələrində  mövcuddur. 
Belə ki, istər dilçilikdə, istər biologiyada, istərsə də sosiologiyada 
assimliyasiya  aid  olduğu  elmin  xarakterik  xüsusiyyətlərinə  və 
tədqiqi metodologiyasına tabe olaraq özünəməxsus anlamlar ifadə 
edir. 
ASKETĠZM  [alm.  Askese,  asketik;  fr.  Ascetisme;  ing. 
Ascetism;  osm.  tr. zühdiyye;  yun.  Askein  den  –  məşq edirəm]  1. 
Ümumi olaraq ənənəvi, ayinlərdə təbii fəaliyyətləri, hissi-yyatları 
imkan  olduğu  qədər  azaltmağa  çalışmaq  şərtilə  özünün  və 
nəfsinin  öhdəsindən  gəlmə  vərdişlərinin  aşılanmsı.  Asketizmi 
bəzən dünyəvi olanlardan uzaqlaşmaq kimi də xarakterizə edirlər. 
Asketik həyat formasını sufizmlə eyniləşdirənlər də vardır.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə