Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   2   3   4   5   6   7   8   9   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
11 
həyəcanı,  qəzəbi,  dəhşəti  və  s.  Affekt  kəskin  ifadəli  hərəkətlərlə 
(spesifik  mimika  və  əl  hərəkətləri)  və  səs  reaksiyaları  (ağlama, 
qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub 
qalma  baş  verir.  Affektin  zahiri,  xarici  ifadə  formaları,  eləcə  də 
dərinliyi  çox  cəhətdən  insanın  fərdi  xüsusiyyətlərindən,  xüsusilə 
onun  iradəsinin  tərbiyə  olunmasından,  ali  sinir  fəaliyyətinin 
tipoloji  xüsusiyyətlərindən  xeyli  dərəcədə  asılıdır.  Affekt  vəziy-
yətində insan o şeydən  mütəəssir olur ki,  o, onda həyəcan  əmələ 
gətirir  ("şüurun daralması"), nəticədə insanda intellektual proses-
lərin  gedişi  pozulur  və  onun  öz  davranışı  üzərində  nəzarəti 
zəifləyir.  Affektin  aradan  qaldırılması  xeyli  dərəcədə  iradə  gücü 
tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. 
AKKULTURASĠYA [ing.  acculturation]–  mədəniyyətlərin 
qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz 
əvvəlki modelləri dəyişikliyə məruz qalır. 
AKSĠDENSĠYA  [lat.  Accidens;  ər.  فبصر  ;  os.  tr.  tesadüf]  - 
əşyanın  mühümdən,  substansional  olandan  [substansiya]  fərqli 
müvəqqəti,  keçici,  qeyri  mühüm  xassəsi.  Aksidenisya  termini 
əvəzinə  dilimizdə  daha  çox  tarixən  ərəz    termini  işlənilirdi.  Bu 
anlamda  aksidensiya  nisbətən,  yeni,  modern  bir  termindir  və 
avropa mənşəli hesab olunur.  
AKSĠOLOGĠYA – [yun. Axia – dəyər və logos – təlim, söz] – 
dəyərlər  mahiyyətinin  fəlsəfi  tədqiqi.  Aksiologiya  termini  mədə-
niyyətşünaslığın  və  fəlsəfənin  ortaq  termini  kimi  götürülməlidir, 
çünki  hər  iki  elm  sahəsi  mümkün  imkanlarından  istifadə  edərək 
bu  vəya  digər  dərəcədə  insani  dəyərlər  sistemini  və  onun 
cəmiyyətdəki  yerini  öyrənir.  Məhz  bu  tədqiqlərin  sayəsində 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
12 
insana, onun gündəlik həyatında var olan yaxud olmayan faydalı, 
zəruri,  yaxud  zərərli  və  qeyri-zəruri  olan  dəyərlər  sistemi 
öyrənilib, üzə çıxarılmaqdadır.  
AKSĠOM  [alm.  Axiom;  ing.  Axiome;  yun.  Axioma;  osm.  tr. 
mütearife;  ər.  حفساؼري  –  qəbul  edilmiş  müddəa]  –  dəlilə,  sübuta 
ehtiyacı  olmayan  deməkdir.  Aksiomlar  elə  nəzəri  ifadələrdir  ki, 
onların  doğruluğuna,  düzgünlüyünə  etibar  etməmək  mümkün 
deyil.  Fəlsəfədə  də  hər  hansı  bir  müddəaya  və  tərifə  ehtiyacı 
olmayan,  özlüyündən  açıq-aydın  olan  və  digər  təsbitlərə  dəlil 
mahiyyəti  daşıyan,  müəyyən  elmi  nəzəriyyənin  deduktiv 
quruluşunda  isbata  ehtiyacı  olmayan,  lakin  həmin  nəzəriyyənin 
digər  müddəalarının  isbatının  əsası  kimi  qəbul  olunan  nəzəri 
təklif.  
AKSĠYA  [alm.  Aktion,  Handlung;  fr.  Action;  ing.  Action, 
activity; ər. مؼف] – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, 
insanın  hər  hansı  bir  xarici  səbəblə  deyil,  birbaşa  istəkdən 
qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya 
kəlməsi  müasir  sosioloji  anlam  kimi  daha  geniş  mənalarda 
işlənməkdədir.  İnsanların  toplaşaraq  hər  hansı  bir  məkanda 
planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada 
da işlədilir.  
AKT [alm. Akt; fr. Acte; ing. Act; lat. Actus; yun. Energia; ər. 
مًػ osm. tr. fiil, amel]  Hərəkət, iş. Sxolastik fəlsəfədə Aristotelin 
anergia  =  reallaşdırma,  aktlaşdırma,  həyata  keçirmə  mənaları  ilə 
üst-üstə düşür  
AKTĠVĠZM  [alm.  Aktivismus;  fr.  Activisme;  ing.  Activism; 
ər. خٍٍعف ]- fəallıq, yaxud qətiyyət. İnsanın həyatının və fikirlərinin 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
13 
əsas reallığının təsirdən, iş və fəaliyyətlərdən ibarət olduğunu önə 
sürən nəzəriyyə yaxud dünyagörüşü tərzidir. Aktivizm kəlməsinin 
kökü  act-dir.  İzm  prefiksi  sufiksi  isə  nəzəriyyələrin  və  müddəa-
ların sonuna artırılan şəkilçidir.  
AKTUAL [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel; 
ər.  ٌّ ًٍعف]  -  içərisində  olduğumuz  zaman  kəsiyi  üçün  bir  mənası, 
əhəmiyyəti  olan,  danışılan  anda  ortaya  çıxan,  yaxud  da  var  olan 
deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı-
rılmışdır.  Aktual  sözü  dilimizdə  müxtəlif  anlamlarda  işlənmək-
dədir. Belə ki, hər hansı  bir hal və hərəkətin,  yaxud şeyin lazım-
lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi 
olan, təsirli olan və ya ola bilən vəziyyətdə olmaq deməkdir.  
AKTUALLAġDIRMA [alm. Aktualiserung; fr. Actualisation; 
ing.  Actualizing;  lat.  Actualis  –  fəal,  təsirli]  –  anlam  olaraq 
varlığın  dəyişkənliyini  bildirən  məfhumdur.  Bu  dəyişkənlik 
əsasən  var  olan  şeyin  zərurətini  üzə  çıxartmaqdan  ötrü  istifadə 
edilir.  
AQNOZĠA [alm = fr. Agnosie; ing. Agnosia; osm. tr. fıkdan-i 
marifet-i  hissiyye;  ər. 
حُغح
 
حفشؼي
 
ٌاذمف
]    hiss  orqanlarında  hər 
hansı bir pozğunluq, yaxud, əksiklik olmamasına rəğmən idrakın 
olmaması,  pozulması.  Kəlmə  yunan  dilindən  digər  dillərə 
keçmişdir. Hərfi mənada bilinməyən, məlum olmayan deməkdir. 
Sokrata  görə  aqnozia  fəlsəfədə  sualları  cavablamaq  üçün  əsas 
istinadgahın  olmaması,  yaxud  hardan  başlayacağını  bilməməyə 
deyilir.  Söz  mənşəcə  yunan  sözüdür.  Bizim  dilimizə  isə  rus  – 
avropa kanalı vasitəsilə transfer edilmişdir.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə