Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə5/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   2   3   4   5   6   7   8   9   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
14 
AQNOSTĠSĠZM  [alm. Agnostizismus;  fr. Agnosticisme;  ing. 
Agnosticism; yun. A-gnoein = bilməmək; a gnostos – bilinməyən; 
osm.  tr.  la-edriyye;  ər.  يسدأ  ِ;  a  -  inkar  və  gnosis  –  bilik]  – 
dünyanın  dərk  olunması  imkanını  tamamilə  və  ya  qismən  inkar 
edən təlim.  
ALGU əski türkcədən tərcümədə bütün, hamı, yaxud cəmiyyət 
kimi çevirmək mümkündür.  
ALP  sözü  bəzi  müsbət  keyfiyyətləri  ehtiva  edir.  Əski  türk-
cədə  çox  işlək  bir  ifadə  olmuşdur.  Ariflik,  cəsarət,  igidlik,  fəda-
karlıq, qəhrəmanlıq və s. kimi mənalara gəlir. Qədim türklər top-
lum,  cəmiyyət  içərisində  öz  müsbət  keyfiyyətləri  ilə  fərqlənən 
insanlara alp deyərdilər. Tarixi mənbələrdən məlum olduğu kimi, 
Atillanın  bir  digər  adı  da  Alp  ər  Tonqa  idi.  Kitabi  Dədə  Qorqud 
datsanlarında  da  belə  bir  ifadə  mövcud  idi:  ―Hanı  dediyim  Alp 
ərənlər, dünya mənim deyənlər‖.  
ALTERNATĠV  [alm.=ing.  Alternative;  fr.  Alternatif;  lat. 
Alter  –  ikidən  biri,  osm.  tr.  şık,  terdi;  ər.  ذٌدشر]  –  seçimdə 
müqayisə,  iki  şey  arasında  qeyri-könüllü  seçim  aparmaq. 
Fəlsəfədə  hər  hansı  biri  qəbul  olunduğu  təqdirdə  digəri  kənarda 
qalan,  keçərsiz  hesab  edilən  prinsiplərdir.  Bir-birini  qarşılıqlı 
istisna edən iki ya daha çox imkandan birini seçmək zərurəti. 
ALQORĠTM  [lat.  Algoritme  –  Orta  Asiya  riaziyyatçısı 
Məhəmməd  əl-Xarəzminin  adından  götürülmüdür]  –  eyni  tipdən 
olan  bütün  məsələlərin  həllinə  doğru  aparan  əməliyyatların,  bir 
sıra sistemin müəyyən qaydada yerinə yetirilməsi haqqında dəqiq 
göstərişdir.  


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
15 
ALLAH  [ər. للهآ;  ing. God;  ] –  dini təsəvvürlərə  görə  dünyanı 
yaradan  və  idarə  edən  fövqəltəbii  qüvvə,  hər  şeyin  səbəbi.  Allah 
adının,  kökünün  hardan  qaynaqlandığı  barədə  müxtəlif  iddialar 
mövcuddur. Qurana əsaslanan, ərəb dilçilərinə görə Allah adı ilk 
dəfə  müəqəddəs  kitabda  Allahın  özünün  məhz  özü  haqqında 
işlətdiyi  addır.  Bundan  başqa  Allah  adının  əl-ilah  müəyyənlik 
artiklı  və  ilah  sözünün  birləşməsindən  əmələ  gəldiyini  də  iddia 
edənlər  vardır.  Lakin  digər  dillərdə  bu  ad  tamam  başqa  deyim-
lərdə mövcud olmuşdur. Belə ki, türk dillərində Tenqri sözü türk 
xalqlarının  islam  dinini  qəbul  etməzdən  əvvəl  işlətdikləri  xüsusi 
ad  idi.  Rus  ilində  Бог  sözü,    ingilis  dilində  God  sözləri  Allah 
mənasını  verməkdədir.  Allaha  müxtəlif  xalqlarda  Tanrı,  Xuda, 
Pərvərdigar, Xaliq, Yaradan, Xudavənd, Rəbb və s. kimi adlar aid 
edilmişdir.  İslam  dinində  Allahı  anmaq  üçün  99  addan  istifadə 
olunur. Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökün-
dən törədiyini  güman  edirlər. Ərəb dili  ilə  qohum  olan digər dil-
lərdə "Allah" kəlməsi belə səslənir: ibrani dilində "Eloah", arami 
dilində "Elaha", süryani dilində "Ələhə". 
ALOGĠZM [yun. A-inkar və logos-zəka] – məntiqi təfəkkürün 
rolunun  həqiqətə  çatmağın  vasitəsi  olmasının  inkar  edilməsi, 
yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, 
əqli  imkanlarına  neqativ  münasibətin  formalaşmasıdır.  A  yunan-
cada  inkar  hissəcəyi  kimi  işlənir.  Loqos  isə  ağıl,  zəka  deməkdir. 
Bu  bağlamda  ortaya  çıxan  alogizm  terminin  hərfi  mənası  əqli, 
zəkanı inkar edən təfəkkür tərzi deməkdir.  
ALTRUĠZM  [lat.  Alter  -  başqa]  başqa  adamlara  təmənnasız 
xidmət  göstərilməsindən,  onların  xoşbəxtliyi  naminə  öz  şəxsi 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
16 
mənafeyini  qurban  verməkdən  ibarət  əxlaqi  prinsip.  Başqa  sözlə 
desək,  alturizm  bir  insanın  öz  həyatını  bir  digərinə  qurban 
verməsidir. Bəzən insan öz daxili mənliyində belə bir hissə qapılır 
ki, mənə özümdən heç bir fayda və xeyir olmayacaq, qoy başqa-
ları  üçün  yaşayım  ki,  onlara  bir  faydam,  xeyrim  toxunsun. 
Alturistlərə  görə  insan  gərək  daxili  təlatümünü  içində  boğsun  və 
başqaları üçün fədakarlıq etsin.  
AMĠL [ər. ًِبع] - Obyektiv və subyektiv şərtlərdən asılı olaraq 
həlledici  ünsür,  yaxud  hər  hansı  bir  şərtləndirici.  Ərəbcədə 
mövcud  olan  amələ  [ًّع]  felindən  əmələ  gəlmişdir.  Hərfi 
anlamda  amil  işi  görən,  məmul  isə  görülən  iş  mənasındadır. 
Əməli yerinə yetirən, işi görən deməkdir. Amillər müxtəlif ortam-
larda işlənir; coğrafi amil, iqtisadi amil və s.  
AMORALĠZM  [yun.  A-inkar  və  lat.  Moralis  –  əxlaqi,  və  ya 
immoralizm]  –  əxlaqsızlıq,  əxlaqdan  kənar  davranış  tərzi 
deməkdir.  Fəlsəfi  anlamda  isə  hər  cür  əxlaqın  inkarı,  əxlaq 
qanunlarından  imtina,  ―xeyir  və  şərin  fövqündə  durmağa  cəhd‖ 
olunmasıdır. 
ANTĠNOMĠYA  [alm.=fr.  Antinomie;  ing.  Antinomy;  yun. 
Antinomia; es.tr. tesavi-i nakizeyn; tr. çatışkı; ər. 
ٍُؼلاَ
 
واثذ
] – İki 
qanun  və  ya  qayda  arasındakı  təzad,  qanunların,  qaydaların, 
prinsiplərin  bir-birinə  tərs  düşməsi.  Yunan  mənşəli  kəlmədir. 
Kantda  4  növ  antinomiya  var  idi:  1.  Kainat  və  qalaktika  zaman 
baxımından  əbədi  deyil,  antitez  –  əbədidir.  2.  Hər  şeyin  özlü-
yündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez – yox-
dur. 3. Kainatda müstəqil olaraq bir özbaşınalıq mövcuddur, yox-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə