F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
37
di. Əslində mərifət sözü biılik sözünün ərəf dilindəki ekviva-
lentidir və
ərəfə felindən [فشػ] törəmişdir. Mərifət sözü onun
məsdəridir. Sufi terminologiyasında mərifət əhli birləşməsi də
işlənilir. Bundan başqa bilik nəzəriyyəsi [
alm. Erkenntnistheorie;
fr. Theorie de la connaissance, gnoseologie, ing. Theory of
knowledge, epistemology; osm. tr. marifet nazeriyesi;
حَشظَ
حفشؼي
]
ifadəsi də mövcuddur. Bilik problemi [
Alm. Erkenntnisproblem;
ər.
حفشؼًنآ
حهكشي
] – bilmənin mahiyyəti, ortaya çıxması və olması
ehtimalına aid olan bütün problemlər bütününə deyilir. Bu
problem siyasi, ictimai, maddi və ya mənəvi ola bilər. Biliyin
qaynağına yaxud da nəticəsinə uyğun olan hər şeyi əhatə edir.
BUDDĠZM – Etiqad edənlərin sayına görə dünya ən böyük-
qeyri-ilahi mənşəli dinlərindən biridir; istəklərdən imtina etmək
yolu ilə iztirablardan azad olmağı və ―nicat‖a – nirvanaya çatmağı
təbliğ edən din. Buddizmdə digər səmavi dinlərdə olan xüsusi
ayinlərə, rutuellərə bənzəyən müəyyən xüsusiyyətlər mövcuddur.
Sözün kökündə dayanan Budda kəlməsi sözü gedən dinlərdə
Tanrı rolunu oynayan məbuda verilən addır. Dində inanc sistemi-
nin əsasını Budda təşkil etdiyi üçün din bu cür adlandırılmışdır.
BURJUAZĠYA [fr. Bourgeoisie – son. Lat. burgus] Bəşəriy-
yətin inkişaf mərhələlərindən biri olan kapitalizm – ictimai,
iqtisa-
di formasiyalarının əsas siniflərindən biridir. Burjuaziya istehsal
vasitələri üzərində mülkiyyətə malik olan təbəqədir. Marksizm –
Leninizm fəlsəfəsində burjuaziya və fəhlə sinfi haqqında geniş
məlumat verilməkdədir. Latın dilində
burgus möhkəmləndirilmiş
şəhər anlamına gəlir. Sözün kökü buradan əmələ gəlmişdir, və
dilimizdə avropa dillərinə uyğun biçimdə səslənməkdədir.