Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
71 
əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti və mü-
barizəsi. İnkişaf əksliklərin mübarizəsidir. 
ƏL-Ġxvan  [ər.  ْأٛخلإأ]–  İslamiyyətdə  [misir]  şeyx  həsən  əl-
Bənnanın  yaratdığı  [1928]  ―Müsəlman  Qardaşlar‖  cəmiyyəti  adlı 
dini-siyasi  təşkilatın  üzvlərinin  adı.  İslam  Şərqində  ―İxvan  əs-
Səfa‖ [Saflıq qardaşları] adı ilə məşhurdur.  
ƏLƏVĠLĠK  [ər.  حَىهػ]  –  şiəliyə  mənsub  dini-fəlsəfi  təlim. 
Əliallahilik  isə  [ər.  حُهّنآُهػ]-  şiəlik  təriqətidir.  Orta  əsrlərdə 
İranda,  Azərb.  və  digər  ölkələrdə  geniş  yayılmış  dini-mistik 
cərəyandır.  Ələvilik  Türkiyədə  sünnilik  sonra  ən  çox  mənsubu 
olan ikinci müsəlmançılıq inanc sistemidir. Əhli-sünnə məzhəbin-
də Allah - Məhəmməd vəhdətindən fərqli olaraq, ələvilikdə Allah 
- Məhəmməd - Əli ilə tamamlanan və Əhl-i Beyt, On iki İmamları 
əsas alan bir inancdır. Ələvilik daxilində müxtəlif təriqətlər möv-
cuddur.  Bunlardan  ən  tanınmışı  Anadoludan  qaynaqlanan  Bəkta-
şilikdir.  Bektaşilik  ələvəlik  içində  bir  təriqət  olması  səbəbiylə 
ələviliyi bütünlükdə tərif edə bilməz. Ələvilik təməl inanc sistemi 
kimi Ələvilik , Allah - Məhəmməd - Əli üçlüyü və Əhl-i Beyt, On 
iki  İmamlara  ciddi  olaraq  əhəmiyyət  verən  Şiəliyin  On  ikicilik 
məzhəbi  ilə  ortaq  nöqtələrə  sahib  bir  yoldur.  Ələvilikdə  araşdır-
ılması lazım olan əsl inanc varlığın birliyidir. Ələvilikdə Tanrının 
insan  daxil  kainatdakı  hər  şeyin  içində  olduğu  inancı  vardır. 
Ələvilik  Allah  qorxusu  yerinə  sevgisini  mənimsəyən,  təməlində 
insan sevgisi ilə hərəkət edən, Quranın şəklini deyil özünü qəbul 
etdiklərini ifadə edən, məqsədi ruhi yetkinləşmə olan bir təsəvvüf 
yoludur.  Özünü  insan  sevgisində  tapan,  Tanrının  insanda  təcəlli 
etdiyinə və zərrəsindən meydana gəldiyinə, onun üçün də insanın 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
72 
ölümsüzlüyünə  inanan,  ibadətlərində  qadın  kişi  ayrı-seçkiliyi 
etmədən , öz diliylə, musiqisiylə inancını icra etmə formasıdır. 
ƏMƏK [ing. Labour; fr. Ouvrage; ru. Работа; tr. Iş; ər. ًّع] – 
insanın  məqsədyönlü  fəaliyyətinin  adıdır.  Bir  şeyin  yaradılması 
və ya çıxarılması üçün xərclənən bədən və baş gücü, yaxud uzun 
və yorucu, diqqətli iş yaxud da insanın şüurlu olaraq müəyyən bir 
məqsədə  çatmaq üçün  girişdiyi  həm  təbii və ictimai  ətrafını  həm 
də özünü dəyişdirən iş prosesi, səy. 
ƏRDƏM  [alm.  Tugend;  ing.  Virtue;  fr.  Vertu;  yun.  Arete; 
osm.  tr.  fazilet;  ər.  خٍٍضف]  –  İnsanın  mənəvi  və  ruhani  yetkinliyi, 
istəyin  əxlaqi  yaxşılığa  yönəlməsi.  Fəlsəfə  tarixində  ərdəmə  və 
ərdəmliyə  müxtəlif  mövqelərdən  münasibət  bildirilmişdir. 
Ümumiyyətlə  isə  ərdəmi  –  fəziləti  əxlaqi  yaxşılıq  kimi 
qiymətləndirmişlər.  
ƏRƏZ  [cəm  صآسآ;  ing.  Accident]  –  fəlsəfi  terminologiyaya 
aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan 
her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini 
təşkil  edənə  cövhər,  ona  əlavə  olunanlara  isə  ərəz  deyilirdi. 
Müasir  fəlsəfi  dildə  bu  sözün  əvəzində  aksidensiya  ifadəsindən 
istifadə  olunur.  Şeyin  zatında  mövcud  olan,  lakin  onun 
mahiyyətindən  kənarda  qalan  hər  şey  ərəzdir.  Ərəzlərin  müstəqil 
var  ola  bilmə  xarakterinə  malik  deyil,  çünki  ərəzlər  cövhərlərin 
təbiətinə  əlavə  olunduqda  varlıq  əldə  edirlər.  Misal  üçün,  taxta 
şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə 
ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə 
bərabərdirlər,  onları  cövhərlərdən  ayrı  düşünmək  mümkün  deyil. 
Bu  ərəzlərə  lazım  ərəz  deyilir.  Əşyanın  mahiyyətindən  fərqlənən 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
73 
və  xarakterik  olaraq,  onlardan  ayrıla  bilən  ərəzlərə  isə  fərqlənən 
ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün 
lazım  ərəz  olduğu  halda,  geyimi,  tipi,  yaxud  hərəkəti,  sükunəti 
fərqlənən ərəzdir. 
ƏRġ  –  Yer  kürəsi,  yaxud  göy,  asiman.  Tez-tez  Quranda 
işlədilən ərş sözündən mıəqsəd ilahi hakimiyyət, yaxud da Tanrı-
nın dərgahı deməkdir. 
ƏRMIġ – Müdrik, mütəfəkkir,  yetişkin, Tanrıdan ilham alan. 
Əski türkcədir. Türkiyə türkcəsində hazırda işlənir və övliya anla-
mına gəlir.  
ƏSRĠMĠġ  –  Əski  türkcədə  özündən  geçmiş,  vəcdə  gəlmiş 
adam deməkdir.  
ƏSAS  [alm.  Grund,  Grundlage,  Fundament;  fr.  Fondament; 
ing.  Foundation;  lat.  Fundamentum;  osm.  tr.  esas;  tr.  Temel;  ər. 
ظعأ]  –  bir  şeyin  üzərində  təməlləndiyi,  təşkil  olunduğu  şey. 
Müəyyən hadisələrin [nəticələrin] mövcudluğunun ilkin şəraiti və 
onların  izahından  ibarət  zəruri  şərt.  Əsas  kökündən  ərəbcədə  bir 
neçə söz də əmələ gəlir; təsis, müəssisə və s.  
ƏġƏRĠLĠK [ər. خٌسبعشأ] – X əsrin əvvəllərində yaranmış dini-
fəlsəfi  təlim;  ortodoksal  islam  sxolostikası  [kəlam].  Əşərilik, 
islami  etiqadı  məzhəblərindən  biridir.  Əqlə  Mötəzilə  qədər 
əhəmiyyət  verməsə  belə,  Sələfiyyə  qədər  də  kiçik  ölçüdə  tədqiq 
etməz.  Bunu  belə  təsvir  etmək  mümkündür.  Əgər  Sələfiyyə  ilə 
mötəzilə  arasında  əql  və  nass  mövzusunda  bir  sərhəd  qoysalar 
məhz  söü  gedən    əşərilik  bu  sərhəddə  ortada  qalacaq  lakin  Sələ-
fiyyəyə  daha  yaxın  mövqedədir.  Əbu  Həsən  Əşaridən  (öl.  B.e. 
935  )  qurduğu  bu  təlim,  ağılın  heç  bir  zaman  gerçəyə  çata 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə