Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
74 
bilməyəcəyini,  qulların  ancaq  qeydsiz  şərtsiz  inanmaqla  xoşbəxt 
ola  biləcəkləri  ideyasını  irəli  sürür.  Təbii  hadisələr,  səbəbləri 
bilinməyən  və  bəlkə  də  əsla  bilinməyəcək  olan  bütöv  bir  ilahi 
qanunauyğunluğun  məhsuludur,  bu  belə  də  idarə  olunur.  Ağıl, 
gücsüz bir məlumatdır. Qaldı ki, ağılın bu gün biləmədiyini sabah 
da bilməyəcəyi deyilə bilməz. İmam Bakıllani, Ebu-l- Məali kimi 
mütəfəkkirlərin  rəhbərliyi  altında  getdikcə  inkişaf  edən  bu  təlim 
təzyiqini elə artırmış və yayılmışdır ki əleyhinə çıxan axınlar XII 
əsrdə Qərbə keçərək Əndülüs ərəbləri arasında yaşamağa məcbur 
qalmışlar.  Əşariliyin  ən  böyük  tənqidçilərindən  biri  də  məşhur 
filosof  İbn  Rüşddür.  Əslində  ümumiyyətlə  kəlam  və  kəlamçılara 
qarşı  çıxmış  olsa  da  İbn  Rüşd  tənqidlərini  ən  çox  Qəzali  və 
Əşarilik üzərinə yönəlir. 
ƏġYALAġMA [maddiləşmə] – predmetləşmədən fərqli olaraq 
tarixən  keçici  və  əmtəə  istehsalına,  xüsusilə  kapitalizm 
cəmiyyətinə xas sosial münasibətlərin şəxsi münasibətlərdən əşya 
münasibətlərinə, xalis rol münasibətlərinə çevrilməsi. Əşyalaşma 
yadlaşma,  qəribələşmə  ilə  sinonim  şəklində  də  işlənir.  Bir 
dəyişmənin  mövcud  olduğu  vəziyyət,  hər  şeyin  şüurlu  olaraq  bir 
tanıma  sığması  vəziyyətidir.  Bu  vəziyyətdə  cümlədə  təyinedici 
funksiyada nəyisə xarakterizə etmiş olur.  
ƏXĠLĠK [  َّىخأ
ح
] - əxilərin dini-fəlsəfi təlimi. Əxi sözünün hərfi 
mənası dilimizdə ―qardaş‖ deməkdir. Azərbaycan dilinə qardaşlıq 
kimi  də  tərcümə  olunur.  Orta  əsrlərdə  islam  mədəni  bölgəsində 
ortaya çıxmışdır. Əslində ―əxi‖ terminin mənşəyi mövzusunda dil 
alimləri  arasında  görüş  birliyi  yoxdur.  ―Əxi‖  kəlməsi  ərəbcə 
―qardaş‖  mənasını  versə  də,  ancaq  Divani  Lüğət-i  Türkdə  ―əxi‖ 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
75 
sözü,  əli  açıq,  comərd,  igid  mənasını  verən  ―ağı‖  sözündən 
törədiyi  qeyd  olunur.  Termin  olaraq  əxilik  isə  ,  XIII  əsrin  ilk 
yarısından  XIX  əsrin  ikinci  yarısına  qədər  Anadoluda, 
Balkanlarda və Krımda yaşamış olan Türk xalqının sənət və peşə 
sahəsində  yetişmələrinə,  əxlaqi  istiqamətdən  inkişaflarını  təmin 
edən bir sistemin adıdır. Bu təriflərdən yola çıxaraq əxi sözünün, 
qardaş, yoldaş, yar, dost, igid mənasını verdiyini söyləyə bilərik. 
Əxilik  həm  ictimai,  həm  də  mədəni  strukturlara  aid  bir  termin 
olaraq;  bir-birini  sevən,  bir-birinə  hörmət  edən,  kömək  edən, 
kasıbı güdən, yoxsulu saxlayan, işi müqəddəs və ibadət sayan, din 
və əxlaq qaydalarına möhkəm bağlı  olan tacir  və  sənətkarların  iş 
təşkilatı mənasını verir. Öz içərisində düzgünlük, qarşılıqlı yardım 
və  hörmət  əsasında  hərəkət  edərək  Türkiyənin  ticari  və  iqtisadi 
həyatında  böyük  rol  oynamış  ustalar,  şəyirdlər,  qısacası 
sənətkarlar  yetişdirmiş  və  yetişən  bu  biznesmen  tək  tərəfli  fayda 
təminatı ilə hərəkət etməmişdir. 
ƏXLAQ  [ər.  قُخأ]-  ictimai  şüur  formalarından  biri.  [alm.  – 
Moral,  ing.  Morals].  1.  Müəyyən  bir  zaman  ərzində  məlum 
ictimai  qrup,  yaxud  insan  kütləsi  tərəfindən  mənimsənilən, 
şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi 
davranış  qaydalarının,  qanunlarının  cəmi;  yaxud  müxtəlif 
cəmiyyətlərdə  və  zamanlarda  əhatə  dairəsi  və  məzmunu  dəyişən 
əxlaqi dəyərlər məcmusu. 2. Eyni zamanda fəlsəfənin bir qoludur. 
Ərəbcədəki xulq [كهخ] sözünün cəmidir.  
ƏHALĠ [ər. يآ٘أ] – Özünün həyat fəaliyyətini müəyyən sosial 
birliklərin:  bütövlükdə  bəşəriyyətin,  ölkələr  qrupunun,  ayrı-ayrı 
ölkələrin,  həmin  ölkələr  daxilində  konkret  yaşayış  sahələrinə 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
76 
qədər  müxtəlif  məhəlli  bölmələr  çərçivəsində  həyata  keçirən 
insanların məcmusu. 
ƏXBƏRĠLĠK  [ing.  Akhbariyya;  ər.  ساثخأ]  -  Şiə  məzhəblərin-
dən biri; yalnız hədislərə yəni şiə imamlarının dedikləri sözlərə və 
bunlar  haqqındakı  rəvayətlərə  istinad  etməyi  tələb  edən  ənənə-
çilər. Ərəbcədə ―xəbər‖ [شثخ] sözünün cəmidir. Hərfi mənada əx-
bar – xəbərlər deməkdir.  
ƏZGĠ  –  əski  türkcədə  müxtəlif  mənalar  verirdi.  1-  yaxşı, 
yaxşılıq, 2- uyum, ahəng, 3- əzab, üzüntü,  4- nəğmə, xoş səda. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
77 
 

 
FAKT  [alm.  Faktum;  fr.  Fait;  ing.  Fact;  lat.  Factum  –  edilən, 
həyata keçirilən; osm. tr. vakia; ər. حؼلاو; tr. olgu] – fikirdə olanın 
əksi,  baş  vermiş  olan,  həqiqi  olan,  həqiqətə  çevrilmiş  olan. 
Dilimizdə  işlək  ifadə  kimi  vaqiə  sözü  də  işlənməkdədir.  Vaqiə 
sözü  vaqəa-dan  [غلو]  gəlir  və  hərfi  mənada  olan  ,  baş  verən 
deməkdir.  Türkcədəki  ol+gu  sözü  də  qədim  oğuzcadakı  ol 
felindən qaynaqlanır. Misal üçün, müqayisə et: Olana çarə yoxdur 
=  Hadisə  1890-cu  ildə  uzaq  bir  mahalda  vaqe  oldu.  Obyektiv  və 
elmi  fakt  anlayışları  bir-birindən  fərqləndirilir.  Obyektiv  fakt 
insan  fəaliyyətinin  və  ya  idrakının  obyektini  dərk  edən  müəyyən 
hadisəni,  təzahürü,  reallığın  parçasını  başa  düşmək  kimi  qəbul 
olunub. 
FANTAZĠYA  [alm.  Enbildung,  phantasie;  fr.  Fantasie;  ing. 
phantasy;  lat.  =  yun.  –  phantsia;  osm.  tr.  hayal;  ər.  لاُخ]  – 
qarşılığında  bir  reallıq  olmayan  mənzərəli  görüntü.    Fantaziya, 
xəyal, görüntü sözləri ilə eyni anlamlarda Azərbaycan türkcəsində 
rast  gəlinir.  Misal  üçün:  Gözümə  nəsə  göründü.  Xəyalın 
gözlərimdə canlandı. Fantaziyalarımın qurbanı oldum.  
FASĠQ  [كعاف]  –  imanlı  adamın  kafirliyi.  Yəni  küfür  və  iman 
arasında  olan  şəxs.  Bəzi  məzhəblərə  görə,  fasiq  olan  kəs  tövbə 
etmədən  ölərsə,  əbədi  olaraq  cəhənnəmə  gedər.  Fəsəqə  [كغف] 
sözündən törəmişdir. Onun failidir [subyekt, işgörən mənasında].  
Fisq  [كغف]  isə  Haqq  yolundan  ayrılma,  üsyan  etme,  günahkarlıq, 
suç hesab olunur. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə