Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
81 
məqsədyönlülük  qaydasına  görə  olub-bitdiyini  qəbul  edən  görüş. 
Sözün kökündə final sözü son, axır deməkdir.  
FĠRAQ  [قاشف]  –  yrılık,  ayrılma,  kader,  hüzün.  Sözün  kökü 
ərəbcədəki  fərəqə-dir.  Hərfi  mənada  ayırmaq,  bölmək  deməkdir.  
Furqan  [ٌالشف]  sözü  də  buradan  əmələ  gəlmişdir.  Bu  söz  Quran-i 
Kərim  haqqında işlədilir. Sözdən məqsəd də  yaxşıyla pisi, doğru 
ilə yalnışı, haqq ilə batili ayırd edən deməkdir. ―Təfqiqə‖ sözü də 
buradan əmələ gəlmişdir, ayrılıq, bölücülük deməkdir. 
FĠTRĠ [alm. Angerbaren; fr.  Innè; ing. Innate; osm. tr. vehbi, 
fitri; ər. ٌشرف] – hər hansı bir varlığın təbiətində olan, var olandan 
sonra  özünün  qazandığı  öyrənilmiş  şeylərin  nəticəsi  olmayan, 
anadanolma  özü  ilə  var  olan.  Fitrət  [ər.  جشرف]  isə  yaradılma,  xəlq 
olunmaq deməkdir. Bəzən də insanın anadangəlmə xasiyyətlərinin 
məcmusu mənasında da işlədilir. 
FƏTVA  /  fitva  [
ف
يىر ]  –  hökm,  fitva,  qanun.  Daha  çox  dini-
fəlsəfi  mətnlərdə  qarşılaşılan  termindir.  Ərəbcədən  hərfi  mənada 
görüşünü,  məsləhətini  almaq  yaxud  kiməsə  məsləhət  vermək 
anlamındadır.  İslam  dinində  xüsusilə  İslam  hüququnda  dini 
məsələlərlə  əlaqəli,  bu  məsələlərdən  başı  çıxan,  yaxud  məsul 
tutulan  şəxsin  verdiyi  hökm  və  qanunlara  deyilir.  İslam  dövlət 
modelinə xas olan bu cəhət şəhərlərdə və bölgələrdə dini məsələ-
lərə,  şəriətə  nəzarət  edən  qazılar,  mollalar  tərəfindən  verilirdi. 
Müasir  dünyamızda  fitvaların  sayı  demək  olar  ki  yox  dərəcə-
sindədir.  Müftü  sözü  də  buradan  əmələ  gəlmişdir.  Kəlmə  olaraq 
mənası fətva verən deməkdir.  
FEODALĠZM  [ру.  Феодализм;  lat.  feodum  –  malikanə]  – 
ümumdünya  tarixi  tərəqqinin  gedişində  ictimai-iqtisadi  forma-


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
82 
siyaların  əvəz  olunmasından  ibarət  bütöv  dialektik  prosesin  orta 
həlqəsini təşkil edən ictimai-iqtisadi formasiya. Orta əsrlər dövrü 
üçün xarakterikdir.  
FETĠġĠZM [alm. Fetischismus; fr. Fètichisme; ing. Fetichism; 
tr.  Tapınakçilik;  ər.  خٌّرٛجٌأ,  portuqalca  feitice  –  cadugərlik]  – 
maddi  şeylərə  səciyyəvi  sosial  keyfiyyətlər  aid  edən, 
mədəniyyətin  yaratdığı  xassələri  isə  təbiətə  aid  bir  şey  kimi 
nəzərdən  keçirən  ictimai  [iqtisadi,  ideoloji  və  i.  a.]  münasibət  və 
buna uyğun baxış. 
FƏAL [ər. لاؼف] – aktiv, Çox çalışan, çalışqan, canlı, hərəkətli, 
aktiv.  Fəaliyyət  [ər.  حُناؼف]–  aləmə  yanaşmanın  səciyyəvi  üsulu, 
predmet üsulu; elə bir prosesdir ki, bunun gedişində insan təbiəti 
təcəssüm etdirir və  yaradıcı sürətdə  dəyişdirir, bununla da özünü 
fəal subyektə çevirir və mənimsəməkdə olduğu təbiət hadisələrini 
öz fəaliyyətinin obyektinə çevrilir. 
FƏLSƏFƏ [alm.=fr. Philosophie; ing. Philosophy: yun. Philia 
– sevgi və sophia – bilik, hikmət] – istər varlığın [yəni təbiət və 
cəmiyyətin],  istərsə  də  insan  təfəkkürünün,  idrak  prosesinin  tabe 
olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm.Var olanların 
varlığı,  mənası  və  səbəbləri  haqqında  ortaya  çıxan  sualları 
cavablandırır.  İlk  əvvəllər  bu  suallara  dindən  və  müdriklərin 
söhbətlərindən  cavab  tapmağa  çalışırdılarsa,  fəlsəfə  onları  daha 
doğru  və  ətraflı  cavablandırdı.  Fəlsəfə  termininə  ilk 
dəfə Pifaqorda təsadüf  edilir.  Xüsusi  elm  kimi  onu  ilk 
dəfə Platon işlətmiş və onu fərqlənmişdir. Fəlsəfə formalaşmış bir 
elm  kimi quldarlıq  cəmiyyətində  meydana  gəlsədə  feodalizmdə 
fəlsəfə  demək  oalr  ki  özünün  zirvəsində  olmuşdur.  İlkin  fəlsəfi 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
83 
görüşlərin  Şərqə  məxsus  olmasına  baxmayaraq,  fəlsəfə  sistemli 
bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilməyə çalışlımışdır. 
Filo" və "sofiya" yunan 
sözləridir. "Sofiya" hikmət, "filo" isə 
sevmək deməkdir."Filosofiya" - "hikməti sevmək" mənasını verir. 
"Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə 
uyğun  demələrindən  yaranıb.  Ərəblər  filosofa  feyləsuf  deyirlər. 
İlk  dəfə  Pifaqor  özünü  "filosof"  adlandırıb  və  "Mən  öz  yerimi 
bilirəm.  Bilirəm  ki,  hikmət  yalnız  Tanrı  biliyidir  və  məndə  ola 
bilməz. Mən ancaq hikməti sevə bilərəm" deyib. 
FƏRD  individuum  [lat.  individuum  –  bölünməz]  – 
Obyektlərin müəyyən növündən, cinsindən və ya sinfindən seçilib 
ayrılmış təkcə, ayrıca obyekt. 
FĠDEĠZM [fr. Fideisme, lat. fides – etiqad, inam] – elmi dinə 
tabe  etməyə,  elmi  biliklərdən  dini  ehkamların  müdafiəsində 
istifadəyə  çalışan  mürtəce  təlim.  Fideizm  –  inanma,  möminlik: 
Məlumatı  ilahi  vəhyə  və  imana  dayandıran  fəlsəfi  görüş.  Daha 
çox  irrasional  bilikləri  və  informasiyanı  əsaslandırmaq  üçündür. 
Fideistlərə  görə  insanın  qəbul  etdiyi  rasional  biliklərə  irrasional 
biliklər də  daxil edilməlidir. Bu səbəbdən vəhy ilahi  biliyi  təmsil 
edir  və  bizə  həm  bilmədiyimiz  həm  də  əldə  edilməsi  qeyri-
mümkün olan məlumatları çatdırır.  
FĠNĠTĠZM [ing. finitisme; lat. finitus – müəyyən, məhdudlaş-
dırılmış,  bitmiş]  –  Sonsuzluq  kateqoriyasının  [sonsuz  və  sonlu] 
obyektiv  real  məzmununu  inkar  edən  fəlsəfi  kateqoriya;  bu 
kateqoriya onu əsas tutur ki, nə kainatda, nə mikroaləmdə, nə də 
təfəkkürümüzdə  sonsuzluq  mövcud  deyil.  İngilis  dilində  ―finish‖ 
sözü də eyni kökdəndir, son, axır deməkdir.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə