Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
140 
 
N  
 
NATURALĠZM  [alm.  Naturalismus;  fr.  Naturalisme;  ing. 
Naturalism; ər. خٍعٍجطٌأlat. natura – təbiət + ism] – hər şeyi təbiətə 
əsaslandıraraq  tədqiq  edən  dünyagörüşü.  Təbiətə  verilən  anlam 
baxımından  fərqli  anlamlar  verir.  Təbiətin  xaricində  heç  bir 
həqiqət və dəyər olmadığını irəli sürən doktrina   
NATÜRĠZM  [naturisme]  –  Təbiətpərəstlik:  Dinin  başlan-
ğıcında  Günəş,  Ay,  Ulduzlar  və  Od  kimi  təbii  varlıqlarla  Fırtına 
kimi  təbiət  hadisələrindən  eşidilən  qorxu  və  gözlənən  ümid 
nəticəsində  onlara  bir  şəxsiyyət  verib,  tapma  surətiylə  ortaya 
çıxdığını irəli sürən görüş. 
NƏFS-i Natika: Düşünən və düşündüyünu söyləyən nəfs,ruh. 
NOMĠNALĠZM [nominalisme] – İsimcilik: Ümumi fikirlərin 
və  küllülərin  nə  zehində,  nə  zehnin  xaricində,  özündən  və  ya 
təcrübənin  məhsulu  olaraq  olmadıqlarını,  onların  bir  xəyal  və 
addan  yəni,  yalnızca  əşyanın  adları  olduğunu  və  bir  termindən 
ibarət olduğunu qəbul edən görüş. 
NOUS: Aləmi tənzim edən və maddi olmayan mebde prinsip. 
NAĠTĠVĠZM – İdrakın mistik-dini xarakteri haqqında idealist 
təlim;  təlimdə  həqiqət  realist-məntiqi  yolda  və  ya  diskursiv  qay-
dada  deyil,  guya  qəflətən  heç  bir  hazırlıq  olmadan,  təkcə  qeyri-
şüuri ilhamın, yəni ilhamlanmanın nəticəsində yaranmış, ilahi təl-
qin şəklində insana yuxarıdan söylənilmiş fikrin köməyilə açılır. 
NAMUS  –  Fərd  tərəfindən  özünün  ictimai  əhəmiyyətini, 
dəyərini  dərk  etməsini  və  bu  dəyərin  cəmiyyət  tərəfindən  qəbul 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
141 
edilməsi  anlarını  özünə  daxil  edən  əxlaqi  şüur  anlayışı;etik 
kateqoriya. 
NATURA  [alm.  Natur;  fr.  Nature;  lat.  Natura;  yun.  Physis; 
osm.  tr.  tabiat;  ər.  خعٍجط;  tr.  doğa]  –  1.Hər  bir  var  olan  şeyin  sırf 
özünü  təşkil  edən  şey  yaxud  struktur.  2.Insanın  əsasını  qoyduğu 
sistemlər, formalarla  [mədəni,  sosial,  texniki] əksliklər içərisində 
öz-özünə  meydana  gələn,  formalaşan.  3.İnsanın  qarşısında  olan, 
ona yad olan və buna görə də məlum olmayan, naməlum qalan, öz 
qüdrətindən üstün olan, onun xaricində olan. 4.Hiss edilən və dərk 
edilən,  qavranılan  hər  şey.  5.Kainat.  6.Hər  şeyi  öz  mahiyyətində 
ehtiva  edən  bütün  həqiqətlər.  7.Yaradıcı,  xəlq  edici  varlıq.  8. 
Dünyaya gətirən, formalaşdıran, inkişaf etdirən, qoruyub bəsləyən 
―ana  təbiət‖.  9.Təbiət  elmlərinin  mövzusu  olan,  dəyərlərin 
xaricində olan həqiqət – canlı, cansız təbiət mənasında.  
NAFĠ – Olmaq – boş olmaq, mənasız gəlmək. 
NƏHV - Ərəb dilinin qrammatikasına verilən addır. 
NƏSĠL [alm. Generation; fr. Gènèration; ing. Generation; lat. 
Generatio; generare – doğurmaq; osm. tr. nesil; ər. ًٍغٔ] – ümumi 
olaraq eyni illərdə doğulan və eyni zəmanənin şərtlərini və beləcə 
bir-birinə bənzəyən sıxıntıları, taleləri yaşamış, oxşar tapşırıqlarla 
məsul olmuş insanların toplusu.  
NƏSĠL  –  Sosial  həyatın  ən  mühüm  anlayışlarından  biridir. 
Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının 
ittifaqıdır.  Antik  dünyada  nəsil  sözünə  ―gens‖  anlayışı  uyğun 
gəlir.  Ana  nəsli (Matriarxat –  latınca  ―mater‖-  ana,  yunanca 
―arxe‖ – hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir. 
Ananın hökmüranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki, bu 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
142 
vaxt  qadınlar  sosial  quruluşun  yüksək  pilləsində  dururdular. 
Matriarxatizm  ana  xətti  ilə  qohum  olan  qan  qohumlarının 
ittifaqıdır.  Ata  nəsli   (Patriarxat   –  yunanca  ―patriarxe‖-nəslin 
başçısı)  kişilərin  hakimiyyəti  mənasında  işlədilir.  Etnoqrafiyada 
bu  quruluş  sinifsiz  cəmiyyətdən  sinifli  cəmiyyətə  keçid  dövrü 
kimi  xarakterizə  olunur.  Burada  qohumluq  ata  xətti  ilə 
müəyyənləşdirilir.  Bununla  belə  ana  nəsli  qalıqları  güclü  olur. 
Patriarxatizm  isə  ata  xətti  ilə  qohum  olan  qan  qohumlarının 
ittifaqıdır.  Qərbi  Avropa  ədəbiyyatında  ―klan‖  termini  ata  nəsli 
termini ilə sinonim sayılır. 
NƏZARƏT  –  bu  termin  sufi  terminologiyasında  orijinal  adı 
ilə ―mürakəbə‖ adlanır. Nəzarət Allah-təaladan qullara istiqamət-
lənən  bir  hal  olduğu  kimi,  qulun  da  öz  nəfsi  üzərində  nəzarəti 
mümkündür.  Bunu  həyata  keçirən  sufi,  nəfsini  daim  nəzarət 
altında  saxlayaraq,  onu  günah  əməllərdən,  şəhvani  duyğu  və 
düşüncələrin  əsirliyindən  azad  edir.  Qul  nəfsini  nəzarət  altında 
saxlamaqla öz üzərində ilahi nəzaərti unutmur.  
NƏZƏRĠ  [alm.  Theoretisch;  fr.  Thèoretique;  ing.  Theoretic; 
yun.  Theorikos  –  nəzəriyə  ilə  bağlı;  theoretikos  –  gözləməni, 
tədqiq  etməyi  sevən;əs.tr.  شظٔ]  –  nəzəriyyə  ilə  bağlı  olan,  teorik 
düşünmə ilə biliyə yönələn şey.  
NÜBÜVVƏT  –  Peyğəmbərlik.  İslam  dininə  etiqad  edən 
müsəlmanların iman əsaslarından biri də peyğəmbərlərə imandır. 
Peyğəmbər  insanla  Tanrı  arasında  vasitəçidir.  Peyğəmbərlərə 
iman,  insanlara  doğru  yolu  göstərmək  üçün  Allah  tərəfindən 
seçilmiş  şəxslərin  göndərilməsinə  və  onların  Allahdan  gətirdiyi 
hər  şeyin  doğru  və  həqiqət  olduğuna  inanmaq,  peyğəmbərlər 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə