Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
150 
ÖNGÖRMƏ  [alm.  Ahnung;  fr.=ing.  Pressentiment;  osm.  tr. 
hissikablelvuku;  tr.  Önsezi;  ər.  عٛلٌٛأ  ًجل  ٌّ
 ظد]  əsaslandırılmayan 
və izah edilməsi mümkün olmayan hiss. Verilməmiş olanın, bilin-
məyənin,  xüsusilədə  gələcəklə  əlaqəli  olanın  əvvəldən  hiss  edil-
məsi, doğru kimi hesab edilməsi.  


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
151 
 
Q  
 
QABĠLĠYYƏT  [ər.  خٍٍثبل]–  geniş  mənada  fərdin  davranışını 
tənzim  edən  və  onun  həyat  fəaliyyətini  şərtləndirən  psixi  xüsu-
siyyəti.  
QAVRAYIġ  [alm.  =  ing.  Apprehension;  r.  apprèhension;  lat. 
Apprehensia;  osm.  tr.  tasavvur-i  sazec;  tr.  kavrayış]  –  hər  hansı 
bir  dərk  edilənin  mahiyyətinin  birbaşa  qavranılması.  Kantda  isə 
idrak  növlərinin  eyni  bir  məcrada  birləşməsinə  deyilirdi.  Maddi 
aləmin hiss üzvlərinə bilavasitə təsir göstərən predmet və proses-
lərinin xarici struktur xüsusiyyətlərinin hissi obrazı. 
QANUN [alm. Gesetz; fr. Ioi; ing. Law; yun. Nomos; lat. Lex; 
tr. Yasa; osm. tr. kanun; ər. ْٛٔبل] – hadisələrin mühüm daxili və 
sabit  əlaqəsi  olub,  onların  müəyyən  qaydada  dəyişilməsini  şərt-
ləndirir. Hadisələr arasında sistemli olaraq bir  əlaqəni  təyin  edən 
və  bir  şeyin  vacibliyini  dilə  gətirən  ümumi  hökm.  Hadisələrin 
gedişatında  fövqəladəliyə  yer  verməyən,  dəyişməzlik  və  məcbu-
rilik göstərən qayda.  
QAYDA [alm. Regel; fr. Règle; ing. Rule; lat. Regula – özü ilə 
doğru xətt izlənilə bilən]  
QEYRĠ-müəyyən  [alm.  Indefinit,  unbestmmit.  Fr.  Idifinite; 
lat.indefinitus; osm. tr. qayri-muayyen. ər. ٍٓعٌِّشٍغ]. 1.Sonu harda 
bitəcəyi naməlum olan, sonlu və ya sonsuz olduğu bilinməyən şey.  
QƏBĠLƏ  [ər.  خٍٍجل]  –  insanların  ibtidai  icmalarda  iqtisadi 
münasibətlər  zəminində  meydana  gəlmiş  və  qan  qohumluğu 
əlaqələrinə əsaslanan birlik forması.  


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
152 
QƏDƏR [ər. سذل] – ərəb-islam fəlsəfəsində müxtəlif mənalarda 
işlədilən termin; islamın erkən dövründə ilahi buyruq, qüdrət, qis-
mət  mənasında,  VIII  əsrin  əvvəllərindən  isə  həmçinin  insanın  öz 
əməllərinə  ixtiyar  olması,  iradə  sərbəstliyinin  sinonimi  kimi 
işlənirdi. 
QƏRAR  [alm.  Enscgeidung;  fr.  Dèecision;  ing.  Decision;  ər. 
ٌّ ساشل]. – aralarında bir seçim etmə məcburiyyəti olan imkanlardan 
birini seçmək fəaliyyəti və bu fəaliyyətin nəticəsi yaxud da insan 
həyatının  ayrı-ayrı  mühüm  nöqtələrində  içinə  düşdüyü  sarsıntılı 
hal və bunun nəticəsi olanı seçmək.  
QNOSEOLOGĠYA  [alm.  Gnoseologie;  fr.  Gnosèologie;  ing. 
Gnoseology;  yun.  Gnosis  –  bilik,  məlumat,  logos  –  təlim].  Bilik 
haqqında  təlim.  Yunan  dilində  gnosis  kəlməsi  əslində  episteme 
sözü  ilə  eyni  mənada  işlənir.  Qnoseologiya  və  epistemologiya 
ümumiyyətlə  öz  şərtləri  və  nəticələri  daxilində  bilik  prosesini 
tədqiq edən, fəlsəfəni araşdıran sahədir.  
QNOSTĠKLƏR  [alm.  Gnostiker;  fr.  Gnostiques;  ing. 
Gnostics; osm. tr. irfaniyan; yun. Gnosis – bilik, gnostikos – bilik 
haqqında]  –  dini-fəlsəfi  cərəyanın  Xristian  teologiyasını  Qədim 
Şərqin  dinləri  ilə,  həmçinin  neoplatonizm  və  pifaqorçuluqla 
birləşdirən  nümayəndələri.  I  əsrdə  dini  fəlsəfə  cərəyanlarına  və 
təriqətlərinə  verilən  ad.  Onlar  xilas  yolunu  spekulyativ  bilikdə 
axtarırdılar.  
QNOSTĠSĠZM  [alm.  Gnostizismus;  fr.  Gnosticizme;  ing. 
Gnosticism; yun. Gnostikoi – bilənlər. Gnosis – bilik, gnostikos – 
biliklə  bağlı;  osm.  tr.  irfaniye;  ər.  bilinirciler]  –  İnsanla  Tanrı 
arasındakı əlaqəni spekulyativ biliklərlə bağlayan təlimlər. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
153 
QRUP [alm. Gruppe; fr. Groupe; ing. Group; tr. Öbek] – bir-
birilə  az  və  ya  çox  dərəcədə  bağlılığı,  əlaqəsi  olan  toplu.  İctimai 
elmlərdən  olan  sosiologiyanın  geniş  istifadə  olunan  bir  termini, 
qrup, qruplaşma və s. 
QÜRBĠYYƏT – Tanrı dərgahına yaxınlıq məqamıdır. 
QÜDRƏT  [alm.  Macht;  puvoir,  puissance;  ing.  Power;  osm. 
tr. iktidar, kudret; ər. حسذل] – fiziki güclə əlaqələndirilməyən ruhi, 
mənəvi və təsiredici güc. 
QURAN [ər. ْآشمٌأ]– Müsəlmanların müqəddəs kitabı. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə