Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə50/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
157 
mağa  və  əlindən  gəldiyi  zaman  dəyişdirməyə  hüququ  çatan  hər 
şey.  
PESSĠMĠZM  [alm.  Pessimismus;  fr.  Pessimisme;  ing. 
Pessimism; lat. Pessimus – ən pis, osm. tr. bədbinlik] – ümumiy-
yətlə hər şeyi ən pis tərəfindən, hər vəziyyəti qaranlıq hesab edən 
və həmişə ən pis olanı gözləyən dünyagörüşü. Əksi optimizmdir.  
PLURALĠZM  [lat.  pluralis  –  çoxlu]  –  monizmə  əks 
konsepsiya: mövcud olan hər şey eyni hüquqlu, bir-birindən təcrid 
olunmuş,  vahid  başlanğıca  müncər  edilməyən  mahiyyətlərin 
çoxluğundan ibarətdir 
POLĠSĠLLOGĠZM  –  Mürəkkəb  sillogizm  [Sillogistika]; 
sillogizmlərin  ardıcıllığını,  zəncirini  ifadə  edir;  bu  ardıcıllıqla  və 
zəncirdə  əvvəlki  sillogizmlərin  nəticələri  sonrakı  sillogizmlərin 
müqəddimələrinin tərkibinə daxil olur. 
POLĠTEĠZM  [alm.  Polytheismus;  fr.  Politheisme;  ing. 
Polytheism;  ər.  خٍَ٘إ  حشثو  yun.  Poly  –  çox,  theos  –  alllah;  tr. 
çoktanrıcılık] – çoxallahlılıq və təkallahlılıq, bir neçə allaha və ya 
bir allaha sitayiş edilməsi. 
POSTULAT [alm.=fr. Postulat; ing. Postulate; lat. postulatum 
– tələb; osm. tr. mevzua] – müəyyən elmi nəzəriyyənin baçlanğıc 
nöqtəsi  kimi  qəbul  edilən  və  bir  qayda  olaraq,  həmin  nəzəriyyə 
çərçivəsində isbat olunmayan prinsip və ya hökm. 
PROSTAVLIQ  [yun.  Orthodoxia]  –  xristianlığın  mühüm 
cərəyanlarından biri; başlıca olaraq Şərqi Avropa, Yaxın Şərq və 
Balkanlarda yayılmışdır. 
PRAQMATĠZM  [alm.  Pragmatismus;  fr.  Pragmatisme;  ing. 
Pragmatism;  yun. Pragma – iş, hadisə, faydalı; tr. pragmaçilik] – 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
158 
düzgünlüyü  və  həqiqəti  təktərəfli  olaraq  ancaq  doğurduğu  hərə-
kətlərin  nəticələri  və  uğurları  ilə  dəyərləndirilən  fəlsəfi  təlim. 
müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan 
PRAQMATĠKA Semiotikanın bölməsi. 
PARLAMENT –  (fransız  parler,  yəni  danışmaq  sözündən)  – 
hakimiyyətin  ali  təmsilçi  orqanıdır.  Orta  əsrlər  Avropada  yüksək 
təbəqələrin nümayəndələrindən formalaşan məşvərət və qanunve-
rici  orqan  idi.  Müasir  mənasını  XVII-XIX  əsr  burjua  inqilablar-
ından sonra almışdır. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik 
sistemidir.  O,  parlamentin  başqa  hakimiyyət  qanadlarına  müna-
sibətdə  üstün  mövqeyə  malik  olması  ilə  yanaşı,  qanunverici  və 
icraedici  funksiyaların  dəqiq  şəkildə  müəyyənləşdirilməsi  ilə 
xarakterizə olunur. 
PARTĠYA – ―Partiya‖ termini, ―pars‖ – hissə və ya ―partire‖ – 
bölmək olan latın  sözlərindən meydana  gəlmişdir. Partiya  adlan-
dırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar 
da, müasir dövrdə onların yeri və rolu bilavasitə demokratiyanın 
inkişafı  və  təmsili,  hakimiyyət  orqanlarının  möhkəmlənməsi  ilə 
bağlıdır. 
PATRONĠMĠYA –  Sinifsiz  cəmiyyətin  son  dövründə,  patri-
arxal  ailələrin  dağılması  zamanı  daha  yaxın  qohumluq  telləri  ilə 
bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür 
ailə  qrupları  patronimiya  adlanırdı.  Nəsli  və  ya  qəbiləni  ağsaq-
qallar  idarə  edirdilər.  Nəsli  Şura  nəslin  tam  bərabər  hüquqlu 
üzvlərinin  ümumi  yığıncağı  idi.  Qəbilə  Şurası  isə  qəbiləyə  daxil 
olan nəsil ağsaqqallarının yığıncağı idi. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
159 
PERSONALĠZM  (latınca  şəxsiyyət  sözündəndir)  müasir 
fəlsəfədə  teistik  istiqamətdir.  Adından  göründüyü  kimi,  burada 
şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. 
Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət – 
Allah yaradıcılıq fəallığının təzahürüdür. 
PROSES – Latınca, irəliyə doğru hərəkət. 
POLĠTOLOGĠYA  Yunanca, politika – siyasət, loqos – elm. 
Cəmiyyətin  siyasi  həyatının  müxtəlif  təzahür  formalarını  tədqiq 
edir. Politologiya  siyasət haqqında elmdir. Qədim Yunanıstanda  
Politika  dövlət  və  hakimiyyət  münasibətlərinin  tənzimlənməsi, 
insanların,  cəmiyyətin  idarə  olunması  haqqında  elm  hesab 
olunurdu.  
PRAQSĠOLOGĠYA  [yun.  Praktikos  –  fəal]  –  müxtəlif 
hərəkətlərin və ya hərəkətlər məcmusunun onların səmərəliliyinin 
müəyyən edilməsi baxımından nəzərdən keçirilməsi metodikasını 
öyrənən sosioloji tədqiqatlar sahəsi. 
PREDĠKABĠLĠYALAR  [lat.  praedicabilia]  –  Aristotel 
məntiqində xəbərin növləri. 
PREDĠKAT  [lat.  praedication]  –  ənənəvi  məntiqdə  hökmün 
iki  terminindən  biri.  XIX  əsrin  sonuna  qədər  məntiqdə  hökm 
subyekti,  bir  qayda  olaraq,  qrammatik  mübtəda  ilə,  Predikat  isə 
məs.,  sifətlə  istifadə  olunan  qrammatik  xəbərin  adlıq  hissəsi  ilə 
eyniləşdirilirdi.  
PREDMETLĠLĠK – hər hansı bir hadisənin, hərəkətin, vəziy-
yətin  və  s.-nin  predmetlərlə  bağlı  olduğunu  və  ya  bu  hadisənin, 
hərəkətin  və  vəziyyətin  özünün  subyektin  fəaliyyətinə  cəlb  edil-
məsi yolu ilə predmet kimi çıxış etdiyini ifadə edən anlayış. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə