Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
164 
RASĠX  –  Sağlam,  əsaslı,  sağlam  təməlli.  Din  fəlsəfəsində 
rasix  çox  dərin  elmə  malik  olan  bir  şəxs  kimi  qəbul  edilir.  Bu 
termin  öz  əsasını  səmavi  kitab  –  Qurandan  almışdır.  Şərq 
filosofları dini və fəlsəfəni bilənləri bu cür adlandırırdılar (rasixun 
- نوخس ار). 
RĠHLƏ  –  Hədis  axtaran  insanların  çıxdıqları  səyahətlərə 
verilən addır.  
RĠZA  –  Razı  olmaq,  bəyənmək,  icazə  vermək.  Riza  təsəvvüf 
məqamlarından ən üstün olanıdır. Riza iki cür olur. Qulun Allah-
dan razı olması. b] Allahın quldan razı olması. 
REAKTOLOGĠYA [lat. re - əksinə və actio – hərəkət, təsir] – 
yüksək  inkişaf  etmiş  heyvanların  və  insanın  psixikasını  xarici 
təsirlərlə cavabların hesabı məcmusu, cəmi kimi nəzərdən keçirən 
mexanistik konsepsiya. 
REALĠZM  [lat.  realis  –  gerçək,  cismani]  –  incəsənətin 
obyektiv idraki və estetik-dəyişdirici təbiətini daha dolğun şəkildə 
təcəssümləşdirən bədii metod. 
REALLIQ [alm. Wirkicheit; fr. Rèalitè; lat. Realitas; osm. tr. 
şeniyet;  ər.  خمٍمذٌأ]  –  Həqiqi  olan,  var  olan  şeylərin  hamısı.  Bu 
mənada  həqiqətin  şüurdan,  düşüncədən  asılı  olan  və  olmayan 
varlıqlar mövcuddur.  
REDUKSĠYA  [alm.  Reduktion;  rèduction;  ing.  Reduction; 
osm. tr. irca; ər. ءآﺟسإ; tr. Indirgeme; lat. reductio – qayıtma, geri-
yə  dönmə]  –  məntiqdə  ikinci,  üçüncü  yaxud  da  dördüncü  qisim 
fiqurlardan  birinin  [Baroco,  Bocardo]  birinci  fiqurun  dörd  bağ-
layıcısından  birinə  geri  qaytarması.  Bir  sıra  məlumatların,  vəzi-
fələrin onların təhlili və ya həlli üçün əlverişli olan bir şəklə salın-


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
165 
masından,  həmçinin  əvvəlki  vəziyyətin  bərpa  edilməsindən,  mü-
rəkkəbin  daha  sadəyə  çatdırılmasından  ibarət  olan  məntiqdə, 
riyaziyatda, biologiyada, dilçilikdə tətbiq olunan metodoloji üsul. 
RELYATĠVĠZM  [lat.  relativus  -  nisbi]  –  insan  idrakının 
nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist təlim. 
REFLEKSĠYA  [lat.  replexio  –  geriyə  dönmə,  geriyə  nəzər 
salma] – idrak inikasını, tədqiqini bildirən təlim. 
REFORMASĠYA  [lat.  reformatio  –  yeniləşdirmək,  islah 
etmək]  –  XVI  əsrin  birinci  yarısında  Avropada  protestantizmin 
əsasını qoymuş geniş antifeodal və antikatolik hərəkatı. 
REFORMĠZM  –  Fəhlə  hərəkatında  sinfi  mübarizənin,  sosia-
list inqilabı və proletar diktaturasının zəruriliyini inkar edən siyasi 
cərəyan.  
RES  [lat.  Res-  şey]  –  Res  cogitans  –  düşünən  varlıq,  nəfsi 
natiqə, düşünən özres extensa – məkan tutan varlıq.  
RƏY  [ər.  ءيس]–  antik  fəlsəfədə  səhih  bilikdən  –  həqiqətdən 
fərqli olaraq səhih olmayan, subyektiv bilik. 
ROMANTĠZM [fr. Romantisme; lat. romanus – Romaya aid] 
– mədəniyyətin ən müxtəlif sahələrini əhatə etmiş ideya hərəkatı 
və bədii hərəkat;XIX əsrin əvvəllərində klassisizmi əvəz etmişdir. 
REQRUTASĠYA –  latınca,  cəmiyyət  üzvlərinin  siyasi  fəaliy-
yətə cəlb olunması. 
RESPUBLĠKA –  (latınca  republic  –  ―dövlət  işləri,  ictimai 
işlər‖ deməkdir) elə idarəçilik formasıdır ki, burada dövlət başçı-
sını  seçmək  və  dəyişdirmək  mümkündür,  onun  hakimiyyəti  isə 
seçicilərin iradəsi  və  ya  nümayəndələr qurumu tərəfindən müəy-


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
166 
yən  edilir.  Prezidentli,,  parlamentli  və  qarışıq  formalı  respubli-
kalar var. 
RUH  [alç.  Geist;  fr.  Espirit;  ing.  Spirit;  lat.  Spiritus;  yun. 
Pneuma,  nous  –  nəfəs;  osm.  tr.  ruh;  ər.  حٚس]  –  Kainatın  qanunu. 
Xüsusilə də stoa fəlsəfəsində kainat, əqli, kainat ruhu, təsir edən 
canlılıq verən, forma verən, canlandıran ideya.  
RUH [alm. Seele; fr. Ame; ing. Soul; lat. Anima; yun. Psykhe 
– nəfəs alma, üfləmək, nəfəs dərmək ər. حٚس] – bədəni daima canlı 
qılan, ona həyat verən, yaşadan, lakin maddi olmayan varlıq. Dini 
fəlsəfədə ruh ölümsüz və insanın əbədi həyatını təmin edən varlıq. 
Aristotelə  görə  ruh  təbii  –  canlı  həyatın  ideyasıdır.  Sözün  geniş 
mənasında  ideal  olanla,  şüurla,  maddi  başlanğıcdan  fərqli  olaraq 
qeyri-cismani başlanğıcda eyniyyət təşkil edən anlayış; sözün dar 
mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
167 
 

 
SABĠT  fikir  [alm.  Fixe  idee;  fr.  Idèe;  ing.  Fixed  idea;  lat. 
Fixus – sabit, dəyişməz olan; osm. tr. fikr-i sabit] – şüurun taxılıb 
qaldığı, xilas ola bilmədiyi və düzəldə bilmədiyi yalnış bir sistem.  
SAF [alm. Rein; fr. Pur; ing. Pure; lat. Purus; osm. tr. sırf, saf, 
mahz]  –  içinə,  daxilinə  qərib  başqa  heç  bir  şey  qarışmayan,  ari. 
Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya [alm. Reine 
Anschauung;  fr.  Intuition  pure;  ing.  Pur  intuition]  isə  Kantın 
fəlsəfəyə  gətirdiyi  bir  termindir.  Daxilində  hisslərin  nizama  gir-
dikləri sağ hiss, biliyin ilkin şərtidir.  
Saf əql [alm. Reine Vernuft] – ilkin bilik qabiliyyəti, təcrübə-
dən  asılı  olmayan  qabiliyyəti  üçün  Kantın  istifadə  etdiyi  termin. 
İçərisində hisslə əlaqədar heç bir şey olmayan əql.  
SANSÜALĠZM  [sensualisme]  –  Duyumculuk:  Sahib  olduğu-
muz  bütün  məluatların  əslində  bir  duyğunun  nəticəsi  olduğunu, 
ağıl  qanunlarının  və  fikirlərinin  duyğularla  əldə  edildiyini  irəli 
sürən görüş. 
SAXTALAġDIRMA  –  Nəzəri  müddəaların  [hipotezlərin, 
nəzəriyyələırin]  təcrübə  nəticəsində  alınmış  emprik  dəlillərə 
tutuşdurulması yolu ilə təkzib edilmələri vasitəsilə onların həqiqi-
liyinin yoxlanılması üsullarından biri. 
SAY [alm. Zahl; fr. Nomre; ing. Number; lat. Numerous; yun. 
Arithmas; osm.  tr. adet;  ər.  دذع]  –  bir çoxluğun bir qrupla təyini. 
Saymaq zamanla əlaqədar bir hadisədir, halbuki sayın özü heç bir 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə