Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
190 
şüurlu  təhsilin  elmi  olan  təhsil  elmindən  [pedaqogikadan]  daha 
çox ehtivaedicidir.  
TƏKAMÜL  [alm.  Enwicklung;  evolution;  fr.  Evolution;  ing. 
evolution ər. ميؤكذ; tr. Evrim] –geniş mənada varlıq və şüurun istər 
kəmiyyət və istərsə də keyfiyyət dəyişmələrini özündə birləşdirən 
dəyişmə  kimi  başa  düşülür.  [bu  mənada  Təkamül  anlayışı 
məzmunca inkişaf anlayışına yaxındır].  
TƏKAMÜLÇÜLÜK  [alm.  Evolutionismus;  fr.  Èvolutionis-
me; ing. Evolutionism; ər. حُهياكذ] –Təkamül nəzəriyyəsi. Hər şeyi, 
bütün yaradılışı təkamül baxımından dəyərləndirən dünyagörüşü. 
TƏKLĠF [alm. Satz; fr.=ing. Proposition; lat. Propositio; osm. 
tr. kaziye; ər. حُػآل] – ittihamın sözlərlə dilə gəlməsi, doğru yaxud 
da yalnış ola bilən bir izah.  
TƏLƏBAT  [ər.  خؤثهؽ]  –orqanizmin  normal  həyat  fəaliyyəti 
üçün  lazım  olan  zəruri  tələblərin  ödənilməsi  ilə  bağlı  və  bu 
ödənilmənin aradan qaldırılmasına yönəldilmiş vəziyyət. 
TƏƏSSÜRAT  [alm.  Eindruck;  fr.=ing.  Impression;  lat. 
Impressio; osm. tr. intiba] – vasitəsiz olaraq alınan şüur.  
TƏMAYÜL  [alm.  Neigung;  fr.  =  ing.  Inclination;  lat. 
Inclinatio;  osm.  tr.  temayül].  Bir  obyektə  bir  varlığa  qarşı  hiss 
edilən  duyğuların  təyin  etdiyi  vəziyyət.  Hisslərin  təsiri  altında 
müəyyən bir məqsədə yönəlmə.  
TƏNQĠD [alm. Kritik; osm. tr. tenkit; ər. ذُمُذ; fr. Critique; ing. 
Critical;  yun.  Kritike[tekhne]  ayırd  etmək,  qanun  qarşısına 
çıxarmaq,  tənqid  etmək,  günahlandırmaq].  Ümumi  mənada 
kimisə,  nəyisə,  hər  hansı  bir  mövzuda  doğru  və  yaxud  səhv 
tərəflərini  araşdırıb  ortaya  çıxartmaq.  Fəlsəfədə  isə  xüsusilə 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
191 
biliyin  əsaslarını  və  doğruluq  dərəcəsini  tədqiq  edib  araşdırmaq, 
sınamaq,  günahlandırmaq.  Kanta  görə  isə  əqlin  günahlandırıl-
masıdır. Ərəb dilində olan bu kəlmə fə`ələ مؼف modelində nəqədə 
ذمَ  felinin  II  babda  fə`ələ  مَّؼف  modelində  nəqqədə  ذَّمَ  felinin 
məsdəridir.  
TƏRĠF [alm.=ing. Defintion; fr. Dèfinition; lat. Defintio; yun. 
Horos,  horismos;  osm.  tr.  tarif;  ər.  فَشؼذ]  –  [definisiya]  –  bir 
anlamın yaxud da bir şeyin məhdudlaşdırılması, müəyyənləşməsi, 
anlamın  ehtivasını  təşkil  edən  təyinlərin  göstərilməsi.  Müəyyən 
obyektiv  fərqləndirməyə,  axtarıb  tapmağa,  təşkil  etməyə,  elmə 
yeni  gətirilən  terminin  mənasını  formulə  etməyə  və  ya  mövcud 
olan  terminin  mənasını  dəqiqləşdirməyə  imkan  verən  məntiqi 
üsul. 
TƏSADÜF [alm. Zufail; fr. Hasard; ing. Chance, hazard; osm. 
tr.  tesadüf;  tr.  Raslantı;  ər.  فدؤظذ]  –  gözlənilməyən,  planda 
olmayan,  əvvəlcədən  proqnozlasşdırılması  mümkün  olmayan  hal 
və  hərəkətlər.    Təsadüfi  [alm.  Akzidentell;  fr.  Accidental;  ing. 
Accidental;  osm.  tr.  arazi;  ər.  فدؤظذ]  –  dəyişən,  rastlanmış  olan, 
təsadüflə bağlı olan, özlə əlaqəsi olmayan.  
TƏSVĠR  [Alm.  Beschreibung;  fr.,  ing.  Description;  lat.  Des-
criptio;  osm.  tr.  tasvir  ər.  شَىظذ]  –  tədqiqatın  elmdə  qəbul  olun-
muş  müəyyən  işarələr  sisteminin  köməyilə  eksperimentin  və  ya 
müşahidənin məlumatlarının qeyd edilməsindən ibarət mərhələsi. 
TƏSƏVVÜR [ər. Vorstellung; fr. Reprèsentation; ing. Repre-
sentation;  lat.  Repreaesentio;  osm.  tr.  tasavvur;  tr.  Tasarım; 
ərسىظذ] gerçəkliyin predmet və hadisələrinin predmet və hadisə-
lərin özlərinin hiss orqanlarına bilavasitə təsiri olmadan da şüurda 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
192 
saxlanılan və yenidən canlandırılan hissi-əyani, ümumiləşdirilmiş 
obrazı. 
TƏSƏVVUF [ər. فىظؽ] –bax Sufilik. 
TƏFƏKKÜR [alm. Denken; fr. Pensèe; ing. Thought; lat. Co-
gitare, cogitatio; yun. Noein, diaonoia; osm. tr. tefekkür, fikir; ər. 
 ٌشُّكفذ]  yaxud düşünmə, fikrə dalmaq – obyektiv aləmin anlayışlar-
da, mühakimələrdə, nəzəriyələrdə və s. əks olunmasından ibarət, 
bu və ya digər məsələlərin həlli ilə bağlı fəal proses, xüsusi qay-
dada təşkil olunmuş materiyanın – beynin ən yüksək məhsulu. Tə-
fəkkür  insanı  digər  canlılardan  fərqləndirən  ən  birinci  xarakterik 
xüsusiyyətdir.  İnsan  bu  qabiliyyəti  vasitəsilə  hər  hansı  bir  şey 
haqqında  mühakimə  yürüdür,  müqayisələr  aparır,  bir-birindən 
fərqləndirir,  ayırır,  bölür,  bağlantı  qurur  və  s.  bütün  bu  proses 
şüurun məhsuludur. Təfəkkür kəlmə etibarı ilə dilimizə ərəbcədən 
keçmişdir.  
TƏXƏYYÜL  [tr.  Imgelem;  alm.  Einbildungskraft;  fr.=ing. 
Imagination; lat. Imaginatio;  yun. Öhantasia; osm. tr. mühayyile; 
ər. مُخذ] – bir obyekti, o obyekt qarşımızda olmadan proqramlaş-
dırmaq bacarığı.  Gerçəklikdən  alınmış təəssüratların  yenidən də-
yişdirilməsi əsasında insan şüurunda yeni hissi və ya fikri obrazlar 
yaratmaq qabiliyyəti.  
TƏHTƏLġÜUR  [ər.  ىؼشنآ  دحذ
س
]  ––  müəyyən  anda  şüurun 
məna fəaliyyətinin mərkəzi olmasa da, şüurlu proseslərin gedişinə 
təsir göstərən fəal psixi proseslərin xarakteristikası. Ərəb dilindən 
hərfi mənada şüurun altındakı deməkdir.  
TƏCRÜBƏ  [ing.  Experiment;  fr.  Expérience;  ru.  Опыт;  ər. 
حتشجذ]  –fəlsəfədə  ənənəvi  mənada  xarici  aləmin  hissi  empirik 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə