Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
193 
inikası.  Təcrübə  hər  cür  biliyin  yeganə  məmbəyidir  [Empirizm, 
Sensualizm].  Təcrübə,  sınaq  və  türkiyə  türkcəsindən  yeni  daxil 
olan  deneyim  kəlmələri  dilimizdə  demək  olar  ki,  eynihüquqlu 
sözlərdir.  Təcrübə  sözünün  fəlsəfi  terminologiyada  eksperiment 
kimi xarici ekvivalenti də mövcuddur.  
TƏQLĠD [alm. Nachahmung; fr.=ing.  Imitation; lat. Imitatio; 
yun. Mimesis; osm. tr. taklit; ər. ذُهمذ] – Nəyinsə, kiminsə roluna, 
obrazına girmək. Yaxud onun izindən getmək, özünü ona bənzət-
mək. Təqlid sadəcə bir kəsin xarakterik xüsusiyyətlərini və mimi-
kasını deyil, eləcə də hansısa şəxsiyyətin yolunu, filosofun məktə-
binin  və  ideyalarını  davam  etdirməyə  də  deyilir.  Bu  anlamda 
təqlid edən şəxs müqəlləd adlanır.  
TƏVĠL  –  xüsusi  izah  yoludur.  İslam  məzhəblərində  və  Şərq 
peripatetik  fəlsəfəsində  Quran  ayələrini  əqlin  prinsiplərinə  əsas-
lanaraq izah etməkdir. Təfsir və şərh anlamlarını  da verir,  yalnız 
bir  xüsusiyyəti  vardır  ki,  təvil  adətən  məhz  Quran  ayələri  üçün 
işlədilir, təfsir və şərh isə hər hansı bir məsələ üçün işlədilə bilər.  
TƏġƏKKÜL  [alm.  Bildung;  fr.=ing.  Formation;  osm.  tr. 
oluşum; tr. Oluşum; ər. ًىشر] – insan ruhu və fikrinin mədəni də-
yərlərə böyük bir məna verərək qoşulacaq formada mənəvi inkişa-
fı  və  formalaşması.  şeylərin  və  hadisələrin  öz-özünə  dəyişməsini 
–  onların  digər  şeylərə  və  hadisələrə  fasiləsiz  çevrilməsini  ifadə 
edən  fəlsəfi  kateqoriya.  Təşəkkül  sözündən  düzəlmiş  mütəşəkkil 
sözü də dilimizdə işlənir. Təşəkkkül hərfi mənada əslində yaran-
maq,  ortaya  çıxmaqdan  daha  çox  təşkilatlanmaq  kimi  də  başa 
düşülə bilər. Mütəşəkkil sözü də bu anlamda təşkilatlanmış kimi 
hərfi tərcümə olunur. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
194 
TƏZAD [alm. Gegansatz, opposition; fr.=ing. Opposition; lat. 
Oppositio;  osm.  tr.  tezat,  tekabül,  mühalefet]  –  bir-birinin 
qarşısında  olan,  bir-birini  qarşılıqlı  olaraq  bayıra  atan  iki  kəlmə, 
yaxud  da  qərar  arasındakı  bağlantı.  Təzadlar  fəlsəfədə  mühim 
hesab  olunur.  Təzad  və  ziddiyyətin  dialektik  materialimzdə 
inkişafın əsas qanunauyğunluqlarından hesab olunurdu.  
TOVHĠD  [ər.  ذُحىذ]  –  [birləşdirmə,  birləşmə,  təkalllahlılıq, 
monteizm  mənasındadır]  –  islam  dinində  allahın  yeganəliyi  və 
təkliyini [―La ilahə illəllah‖] təbliğ edən dini-siyasi təlim. Tövhid 
islamın əsas şərtlərindən hesab olunur. Bəzən islama təkallahlı din 
kimi tövhid dini də deyirlər. Tövhid həm də bu dini qəbul etmənin 
əsasını  təşkil  edir,  çünki  onun  ziddi  Tanrıya  şərik  qoşmaqdır  ki, 
bu da əsla qəbul olunmur və dindən çıxmış hesab olunur. 
TOMĠZM [alm. Thomismus; fr. Thomisme; ing. Thomizm tr. 
Thomasçilik]  –  katolik  fəlsəfsində  Foma  Akvinalının  əsaslandır-
dığı və onun ardıcıllarının əsaslandırdığı aparıcı cərəyan. Tomizm 
dominikan ordeninin müxtəlif məktəblərində məşhur idi. Tomiz-
mə görə insan iradəsi ilə Tanrının əvvəldən təyinatını təbii-fövqə-
ladə  bir  varlıq  sistemi  içərisində  birləşdirən,  əqlin  üstünlüyünü 
istək və və iradə üzərindəki suverenliyini önə sürən bir təlimdir.  
TOTALĠTARĠZM [lat. totalis – bütün, tam, bütöv] – avtoritar 
bürokratik  dövlətin  ictimai  orqanizmin  bütün  həyat  fəaliyyəti 
sahələrinə və ayrı-ayrı şəxsiyyətlərin həyatına hər şeyi əhatə edən 
despotik müdaxiləsilə səciyyələnən ictimai-siyasi quruluş. 
TOTEMĠZM  [alm.  Totemismus;  fr.  Totèmisme;  ing.  Tote-
mism; tr. Totemcilik; ―ototeman‖ sözündən olub Şimali Amerika 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
195 
hindi  tayfası  olan  ocivelərin  dilində  –  onun  tayfası,  qəbiləsi 
deməkdir] – ibtidai cəmiyyətin ən erkən dini formalarından biri. 
TRANSSENDENTAL  [alm.  Transzendental;  fr.=ing.  Trans-
cendental; lat. Trancendere – aşmaq, üstündən ötüb keçmək; osm. 
tr. müteal; ər. لاؼري] – əqli tənqid etmə metodu. 
TRANSANDANS  [fr.  Trancendence;  tr.  Aşkın  ər. 
ري
مػا ]  – 
fövqəl olma: Görünüş və hadisələrin arxasında və üstündə davam-
lı olan cövhərlərin varlığına inanan görüş. 
TRANSSENDENT [alm. Tranzsendent; fr. Transcendant; ing. 
Transcendent;  osm.  tr.  müteal;  ər.  ماؼري  lat.  transcendere  – 
üstündən  adlayıb  keçmək,  pozmaq]  –  1.  Bir  sistemin  xaricinə 
yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri olanlar-
dan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər 
növ  eksperimentin  kənarına  çıxan,  şüurun  xaricinə  adlayan.  4. 
Təbiətdən  kənarda  olan  və  onun  sərhədlərini  aşan,  fövqəlbəşəri 
olanlara  deyilir.  İmmanent  termininin  əksinə  olaraq  şüurun  və 
idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.  
TRADĠSĠONALĠZM  [alm.  Traditionalismus;  fr.  Traditio-
nalisme; ing. Traditionalism; tr. Gelenekçilik; osm. tr. ananeviye; 
ər. حَىُؼُػ] - ənənələrə ifrat dəyər vermə təmayülü, köhnəlmiş ola-
na, vərdişlərə, köhnə inanclara yaxınlıq duyan həyat tutumu. XIX 
əsrdə  Fransada katolik  ruhaniləri maarifçiliyə qarşı inkişaf etdir-
dikləri,  doğruluğun  ənənəylə,  xüsusilə  kilsə  ənənəylə  bilinə 
biləcəyini önə sürən təlim.  
TRANSSENZUS  –  subyektivdən  obyektivə  keçid,  şüur  sahə-
sindən  obyektiv  aləm  sahəsinə  insan  praktikasının  gedişində 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə