Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   59   60   61   62   63   64   65   66   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
200 
dakılarla sosial kontakta girir və öz yaşayışını təmin edir. Ünsiy-
yət insanın bəşəri sosiallaşma ehtiyacıdır. İnsan təkbaşına var ola 
bilməz, o sosial bir varlıq olduğu üçün cəmiyyətin yaşam qanun-
ları əsasında doğlulmalı, yaşamalı və ömrünü başa vurmalıdır.  
ÜNSÜR [element]: Ümumiyyətlə mürəkkəb bir şeyin, ən sadə 
parçalarindan biri. 
ÜRÜNG  [əs.tr.]  –    mənəviyyət,  mənəvi  güc.  Qədim  oğuz 
dillərində təmiz, pak, qəlbən saf adamlara da deyilirdi.  
ÜSLUB [ər.ةٍٛصأ; tr. teknik; ing. method] – bədii ifadəliliyin 
obrazlı  sistminin,  vasitə  və  üsullarının  ideya-estetik  və  ictimai-
tarixi  məzmununun  vəhdətindən  asılı  olaraq  tarixən  təşəkkül 
tapmış ümumiliyi.  
ÜSUL-Ġ  CƏDĠD  yeni  üsul  –  Azərbaycanda  1920  -  ci  ilədək 
məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi 
pedaqoji  cərəyan.  ―Üsul‖  ərəbcədən  tərcümədə  qayda,  metod, 
üsul; ―cədid‖ isə yeni, təzə mənalarını verir.  
ÜZLƏT  [ər.  حنضػ,  tr.  inziva,  uzlet]  –  inzivaya  çəkilmə, 
asketizm.  Sufilərin  xəlvətə  çəkilmələri,  cəmiyyət  həyatından 
uzaqlaşmalarıdır.  Sufilər  ruhi  tərəflərini  gücləndirmək,  cəmiyyət 
həyatından  uzaqlaşmaq,  nəfsani  şəhvət  duyğu  və  hisslərini  tərk 
etmək və mənəvi xəstəliklərdən arınaraq Tanrı dərgahına daha da 
yaxınlaşmaq arzusundadırlar. 
ÜZLÜNÇÜĞ [əs.tr.] – fövqəladə, qeyri-təbii, yaxud qeyri-adi 
olan hal və hadisələrlə əlaqəfar işlədilirdi və əski türkcəyə aiddir.  


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
201 
 
V  
 
VARLIQ  [alm.  Sein;  ètre;  ing.  Being;  lat.  Ens,  esse;  yun.  To 
on,  einai;  əs.t.  mevcudiyet;  ər.  دىﺟو]  -  Şüurdan  asılı  olmayaraq 
mövcud  olan  obyektiv  aləmin,  materiyanı  ifadə  edən  fəlsəfi 
anlayış.  Fəlsəfənin  əsas  anlayışlarından  biri,  ilk  dəfə  Parmenid 
tərəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən 
şey.  Var  olanın  var  olması.  Aristoteldə  var  olanların  varlığı 
mənasında  işlənirdi.  Yoxluğun  əski.  Qalıcı  olan  və  müvəqqəti 
olmayan.  Təzahürün  qarşılığı  olaraq  reallıqda  var  olan.  Varlığın 
Analogiyası  [lat.  analogiya,  entis]  –  katolik  fəlsəfəsində 
[Hetomizm,  Sxolastikaoma,  Tomizm,  Foma  Akvinalı]  mərkəzi 
metodoloji anlayış. Varlıq haqqında elm [alm.= fr. – ontologie; 
ing.  Ontology;  lat.  Ontologia;  yun.  On,  entos  –  varlıq;  osm.  tr. 
mebhas-i  vücut]  –  var  olan  olaraq  var  olan  haqqında  təlim.  Var 
olanın  varlığı  və  ümumiyyətlə  varlıq  ideyaları  haqqında  XVII 
əsrdən  bəri  istifadə  edilən  anlam.  Mövzu  olaraq  yunan 
fəlsəfəsindən  bəri  və  ələ  alınan  və  Aristotelin  ―ilk  fəlsəfə‖  adını 
verdiyi  var  olanların  özü  haqqında  elm.  Mövcudiyyət  [alm. 
Dasein, existenz; fr.=ing. Existance; lat. Existentia; osm. tr. vücut, 
mevcudiyet; ər.  ٌحَدىﺟىي] – var olan, həqiqətə əsaslanan varlıq, bir 
şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. Belə yaxud 
da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq, 
xasiyyətcə müəyyənləşməmiş sırf var olma faktı.  
VASĠTƏ  –  (ing.  Mean;  tr.  Araç)  vasitə  sözünün  anlamları 
çoxdur.  Ərəb  mənşəlidir.  Vəsət  sözündən  törəmişdir.  Cəmi  isə 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
202 
vəsait  –  dir.  Fəlsəfi  anlamda  isə  hər  hansı  bir  məqsədə,  mərama 
çatmaq  üçün,  yaxud  fikir  bəyan  etmək  üçün  istifadə  olunan    və 
işin  –  prosesin  gedişatına  kömək  edən  müəyyən  əlavələrdir. 
Vasitə  sözü  dilimizdə  çox  geniş  işlədilməkdədir.  Vasitəsizlik– 
sübutun köməyi olmadan alınmış bilik, həmişə nəinki təcrübənin 
məlumatları  ilə,  eyni  zamanda  məntiqi  düşüncə  ilə  vasitələnən 
diskursiv və demonstrativ bilikdən fərqli olaraq həqiqətin bir başa 
seyri. 
VACĠB  [ةﺟاو]  –  dəlil  cəhətindən  fərz  qədər  qəti  olmayan, 
lakin  yerinə  yetirilməsi  yenə  vacib  olan  ibadətlərdir.  Qurban 
kəsmək vacibdir, ancaq fərz deyil. Vacib sözü dində və fəlsəfədə 
xeyli anlamlar ifadə edir. Misal üçün, fəlsəfədə varlığın mümkün 
forması ilə birlikdə vacib formasından da sözhbət açılır, bununla 
belə  dində  də  şəri  hökmlər  vacib  yaxud  fərz  və  ya  müxtəlif 
ifadələrlə  edilməsinin  qətiliyi  dərəcələrlə  şərtləndirlir.  Fəlsəfədə 
vacib varlığa vacib əl-vücud deyilir.  
VERBALĠZM  [alm.  Verbalismus;  fr.  Verbalisme;  ing. 
Verbalism; lat. Verbum – söz, kəlmə; osm. tr. lafziye; ər. خٍظفٌ] – 
sözəbasma,  sözlərlə  oynama,  Əsas  məqsədi  və  məramı  olmadan 
sözlər  söyləmək.  Yaxud  da  kiminsə  bilmədiyi  mövzuda  boşuna 
sözlər  söyləyib,  çərənçilik  etməsi.  Latın  mənşəlidir.  Fəlsəfədə 
verballıq  hər  şeydən  danışıb  əsas  məqsədin  üzərinə  gələ 
bilməməkdir. 
VƏRDĠġ  [fr.  Habitude;  alm.  Gewohnheit;  ing.  Habit;  yun. 
Heksis,  əs.trk.  itiyat;  trk.  alışkanlık]  -  Bir  şeyə  alışmış  olma 
vəziyyəti,  xasiyyət;  daxili  və  xarici  təsirlərlə  hərəkət  və 
davranışların  təkrarlanılması,  həmişə  eyni  şəkildə  reallaşması 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə