Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   59   60   61   62   63   64   65   66   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
209 
XĠLĠAZM  [yun.  Chilias  – min;  ру. хилиазм]  – Yer üzərində 
dünyanın  sonundan  əvvəl  gələn  minillik  ―Allah  səltənəti‖ 
haqqında  dini  təlim.  Xiliazm  dini  –  fəlsəfi  təlimində  tanrının 
əzəli-əbədiliyindən  bəhs  olunur  və  Tanrının  rəqibsiz  iradəsindən 
asılı olaraq onun uzun müddətə hakimiyyəti təbliğ edilirdi. 
XOġBƏXTLĠK [alm. Glück; fr. Bonheur; ing. Hapiness; osm. 
tr.  Saadet;  جداؼع]  –  ümumiyyətlə  insanların  özlərinə  ən  yüksək 
missiya  olaraq  ortaya  qoyduqları  dəyər.  Şüuru  dolduran 
doyğunluq  halı.  Yaxud  xoşbəxtlik  hissi.  Xoşbəxtlik  məfhumunu 
insanın  hissləri  arasında  zikr  edən  filosoflara  görə,  bu  məfhum 
demək olar ki, bir anlıq hissləri ehtiva edirlər.  
XURAFAT  –  (ər.  دبفآشخ)  hərfən;  idraka  zidd,  qeyri-yənqidi, 
düşüncəsiz  qavranılan  nöqteyi-nəzər.  İctimai  və  fərdi  şüurun 
irrasional  tərkib  hissələri  [dini  mövhumat,  yanlış  fikir]  Xurafat 
adlanır. Sovet dövründə Azərbaycanda, o cümlədən, bütün Sovet 
Sosialist  Respublikaları  İttifaqında  hər  növ  dini  ayinləri  və 
ibadətləri,  geriliyin  qalıqları  və  xurafat  adlandırır  və  geniş 
allahsızlıq təbliğatı aparırdılar.  
XÜRRƏMĠLĠK – Abbasilər xilafətinə qarşı Azərbaycanda və 
qonşu  ölkələrdə  yaranmış  təriqət.  Ərəb  mənbələri  Xürrəmiliyin 
islama qədərki dövrdən mövcud olduğunu göstərərək məzdəkiliyi 
də  ona  aid  edir.  Azərbaycanda  bu  hərəkata  Babək  əl-Xürrəmidin 
başçılıq edirdi. 
XÜSUSĠ  [alm.  Besondere;  fr.  Spècial;  ing.  Special;  osm.  tr. 
hususi; ər.  
 ٍطىظخ; tr. özel] – ümumidən ayrı olan, hər hansı bir 
şeyə  aid  olan,  ona  xas  olana  deyilir.  Ərəb  dilindəki  xassə  [ ّضخ] 
şəddəli felinin [I babda] məsdəridir. Xüsusi sözü dilimizdə geniş 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
210 
anlamlarda işlədilməkdədir. Bu sözün daha müasir olan və müasir 
türkcədən keçmə olan özəl sözü də hazırda istifadə olunur.  
XÜTBƏ - orta əsrlərdə islam ölkələrində cümə, bayram və b. 
əlamətdar günlərdə məsciddə hökmdarın adına oxunan dua, hitq; 
hökmdarın  tərəfindən,  Quran  ayələrindən,  peyğəmbərin 
həyatından bəhs edən ibrətamiz hadisələrdən və s. ibarət olurdu. 
 
 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
211 
 

 
YADDAġ  [alm.  Gedatnis;  fr.  Mèmorie;  ing.  Memory;  lat. 
Memoria, osm. tr. hafıza; ər. خظفبد] - orqanizmin xarici aləm və öz 
daxili vəziyyəti haqqında informasiyanı sonradan həyat fəaliyyəti 
prosesində 
istifadə 
etmək 
üçün  saxlamaq  və  yenidən 
canlandırmaq  qabiliyyəti,  yaxud  müşahidələrin,  qavranəlanların 
və.s.lərin  saxlandığı  yer.  Yaddaş  anlamında  hafizə  -  yəni  hifz 
edən, qoruyub saxlayan, tutub saxlayan kəlməsi də işləni. Yaddaş 
xatirələrin  canlanmasına  rəvac  verən  nöqtədir.  Onun  sayəsində 
kemişi  xatırlayırıq,  yaxud  əqlin  vasitəsilə  öyrəndiklərimizi  yada 
salırıq.  
YALAN – şeylərin əsl vəziyətini təhrif edən fikir, mülahizə. 
YALNIġ [alm. Falsch; fr. Faux; ing. Wrong; lat. Falsus; osm. 
tr.  hatalı]  –  doğru  olmayan,  formal  düşünmə  qaydalarına  uyğun 
gəlməyən. Düşünülən şeylə uyğun gəlməyən.  
YANILMA  –  gerçəkliyin  illuziyalı  dərk  edilməsi;  hər  bir 
mövcud anda ictimai-tarixi praktikanın məhdudluğu ilə şərtlənir. 
YARADICILIQ – insan fəaliyyətinin keyfiyyətcə yeni maddi 
və  mənəvi  sərvətlər  yaradan  prosesi.  Yaradıcılıq  sayəsində  insan 
özünün əqli qabiliyyətlərini, mənəvi keyfiyyətlərini ortaya qoyur. 
Yaradıcılıq  elə  bir  məfhumdur  ki,  onunla  şairin,  ədibin,  yaxud 
elm adamının bütün əsərlərini, çalışmalarını ehtiva etmək olur.  
YAZGAN  –  Yazan,  yazıcı,  taleyi,  qədəri  təyin  edən.  Əski 
zamanlarda,  qədim  oğuzlarda  Tanrının  ad  ve  sifətlərındən  hesab 
olunurdu.  


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
212 
YAZGI – 1- Yazı, qədər, müqəddərat, alın  yazısı 2- Tanrısal, 
ilahi. Daha çox yazı kimi dilimizdə işlənir. Misal üçün; Tanrıdan 
yazısı belə imiş.  
YAġUK – işıq, şua, fövqəl, aşmış.  
YAġAM – həyat, ömür, dirilik. Misal üçünyaşamını bitirmək. 
YASUT  –  [yasıt]  şərəf,  ləyaqət,  heysiyyət.  Müasir  dilimizdə 
demək olar ki, işlənmir. 
YASA – [Yasağ, yasak] Yasa, kanun, nizam, qaidə, yasaq 
YAMAN  –  1-  Müthiş,  dehşetli,  etki  ve  beceri  bakımından 
fövqəladə 2- pis, fəna, üzücü. Misal üçün, o kəs yaman adam idi, 
yəni  üstün məziyyətlərə  sahib  idi. Və  yaxud;  yaman işə  düşdüm, 
yəni çıxılmaz vəziyyətə düşdüm. 
YAKARI  –  Dua,  təmənni,  yalvarış,  dilək.  Bəzən  dilimizdə 
yalvarmaq, yaxarmaq sözü də işlənir ki, mənşəcə türk mənşəlidir, 
yakarmak kəliməsindən törəmişdir. 
 
YAXġI  [alm.  Gut;  fr.  Bien;  ing.  Good;  lat.  Bonus;  yun. 
Agathos;  osm.  tr.  hayır;  ər.  ٌّ
 شٍخ]  –  geniş  mənada  işə  yarayan, 
özünə uyğun, doğru görülmüş, təbiətinə uyğun, istənməyə dəyərli 
olan. Əxlaqın və əxlaq fəlsəfəsinin əsas termini. Din fəlsəfəsində 
Tanrıya aid edilən Mütləq Yaxşı məfhumu da mövcuddur. 
YƏQĠN  [alm.  Gewissheit;  fr.  Certitude;  ing.  Certainty, 
certitudo;  osm.  tr.  yakin,  mevsukiyet;  ər.  ٍٓمٌٍأ]  –  hər  hansı  bir 
informasiyanın, bir qənaətin şübhəyə salmadan təsdiq etməsi halı. 
Bu  mənada  düşüncənin  heç  bir  yanılma  qayğısı  olmadan  bir 
qənaətə qatılması halı. Misal üçün nə barəsində isə yəqinlik hasil 
olmaq və s.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə