Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   59   60   61   62   63   64   65   66   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
206 
 

 
XALQ [fr. Peuple; ing. People; ru. народ; tr. Toplum; ər.  ٌةؼش] 
– adi mənada dövlətin, ölkənin əhalisi; elmi mənada isə insanların 
tarixən  dəyişməkdə  olan  birliyi;  bu  birliyə  əhalinin  obyektiv 
vəziyyətinə  görə  müəyyən  dövrdə  müəyyən  ölkənin  mütərəqqi, 
inqilabi  inkişafı  vəzifələrinin  həllində  birlikdə  iştirak  etməyə 
qadir olan hissəsi, təbəqələri, sinifləri daxildir. 
XARAKTER  [alm.  Charakter;  fr.  Caractère;  ing.  Character; 
yun. Kharakter – oyulmuş, cızılmış, qəliblə basılmış – kharassein 
– yarmaq, oymaq, cızmaq; osm. tr. seciye, hasisa] – bir obyektin, 
bir  fərdin  özünə  xas  strukturu;  insanın  sabit  psixi  xüsusiyyət-
lərinin məcmusu. Bu xüsusiyyətlər onun genetik xüsusiyyətlərin-
dən asılıdır. Həyat şəraiti ilə əlaqədə və onun təsiri altında realla-
şır. Xarakter insanın xasiyyətinin anlamını da verməkdədir. Bəzən 
isə  hər  iki  məfhumu  bir-birindən  ayırırlar:  misal  üçün,  insanın 
xarakteri  və  xasiyyəti;  yaxud  insanın  xarakterik  xüsusiyyətləri. 
Xarakter  elə  bir  məfhumdur  ki,  o  demək  olar  ki,  insanın  həm 
daxili dünyasını, həm də zahiri xüsusiyyətlərini özündə cəm edir 
və insan haqqında müəyyən təsəvvür yaradır.  
XASSƏ  [alm.  Elgenschaft;  fr.  Propriètè;  ing.  Property, 
propriety, ownership;  lat. Proprietas; osm.  tr. hassa;  tr. Özgü;  ər. 
حّطاخ]  -  predmetin  digər  predmetlərdən  fərqini  və  ya  oxşarlığını 
şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi [məs., 
sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.]. Bax: xəvass


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
207 
XAOS  [alm.=fr.=ing.  Chaos;  yun.  Khaos  –  uçurum,  sonu 
görünməyən  uçurum]  –  kainatın  sistemə  girməzdən  əvvəlki 
formadan  əvvəl  kasıb,  ahəngsiz  və  qarışıq  vəziyyət,  nizamsızlıq, 
anarxiya anlamlarına da gəlir. Xais hər hansı bir sistemdə mövcud 
ola  bilər,  o  cümlədən  sosial  cəmiyyətdə.  Bu  zaman  cəmiyyətə 
hakim kəsilən qüvvələr  onu arxasınca başıpozuqluğa, anarxiyaya 
vəs.lərə  yönəldir.  Kainatın  nizama  girməzdən  əvvəlki  formadan 
məhrum, uyğunlaşmasız və qarışıq vəziyyəti. Qarışıqlıq,  anarxiya 
XATĠRƏ  [alm.  Erinnerung,  fr.  Souvenir,  memoire,  ing. 
Remembrance, osm. tr. hatıra, . ər. جشذاخ] – Platon fəlsəfəsinin əsas 
mahiyyəti  kimi,  ruhun  bədənə  girməzdən  əvvəlki  varlığında 
gördüyü ideaların şüura çevrilməsi deməkdir. Platon fəlsəfəsində 
bu  termin  ruhi  –  mənəvi  aydınlanma  il  eyni  mənada  işlənmir. 
Xatirələr  insanın  yaddaşına  həkk  olaraq  zaman-zaman  zehində 
canlanır  və  insan  keçdiyi  ömür  yolunu  varaqlayır.  İnsanın 
yaddaşındakı  xatirələr  müxtəlif  ola  bilər;  uşaqlıq  xatirələri
məktəb xatirələri, tələbəlik xatirələri və s.  
XATIRLAMA  [alm.  Anamnesis,  fr.  Reminiscence,  ing. 
Reminiscence,  yun.  Anamnesis,  osm.  tr. nim-təhəttür]  da insanın 
olub – keçən hal və hadisələri yenidən zehnində canlandırmasıdır 
və bunun vasitəsilə insan xatirələrini canlandıra bilir.  
XƏLVƏT    [ər.  جىهخ;  ing.  Hidden;  tr.  halvet]  –  tək  qalmaq, 
insanın  öz  sevdiyi  ilə  kimsəsiz  yerə  çəkilmək.  Lakin  sufilər  bu 
xəlvət halını öz şeyxlərinin icazəsi ilə nəzərdə tutulmuş müəyyən 
bir  müddətə  insanlardan  uzaqlaşmaqla  yerinə  yetirirlər.  Sufilərin 
xəlvətə  çəkilməsində  öz  xüsusi  məqsədləri  olur.  Sufilər 
insanlardan,  o  cümlədən  cəmiyyət  həyatından  uzaq  qalmaqla 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
208 
qəlblərində  yalnız  Allah  sevgisini  saxlamaq,  qəlbi  pis  arzu  və 
istəklərdən  təmizləmək,  nəfsi  zərərli  düşüncələrin  təsirindən, 
xəbis  niyyətlərdən  azad  etməkdir.  Xəlvətin  daha  ümumi  mənası 
üzlətdir.  Sufilərə  xas  olan  çölə  sözü  də  xəlvət  sözü  ilə  təqribən 
eyni  mənanı  ifadə  edir.  Çilə  sufilərin  yaşadıqları  bir  hal  və 
üsuldur. Bu üsulla sufi öz  xəlvətində müəyyən olunmuş qaydada 
yaşayar,  öz  həyatını  tənzimlər.  Bu  müddət  sufilər  üçün  adətən 
qırx gün çəkir.  
XƏTA  [alm. Irrtum; fr. Erreur; ing. Error; lat. Error; osm. tr. 
Hata;  ءاطخ]  –  yalnış  olanı  doğru  olaraq  qəbul  etmək,  yaxud  da 
tərsi.  Xəta  günah  sözü  ilə  bəzən  eyni  anlamlarda  istifadə 
olunmuşdur.  Dilimizdəki  xətalı  sözü  bəzən  günahkar  deyimi 
mənasını da ifadə  edir.  Xətanın dilimizdə mənaları  çoxdur: cina-
yət,  günah,  yaxşı  düşünməməkdən,  təcrübəsizlikdən,  bacarıqsız-
lıqdan qaynaqlanan səhv, yanılma, qüsur. Misal üçün, xatalı adam 
mənasında xətakar sözü də işlənir.  
XƏVASS [طاىخ] – xüsusi olanlar, yaxud seçilmişlər təbəqəsi, 
avam  təbəqəsinin  əksi  olaraq  işlədilir.  Sufilərə  görə,  təsəvvüf 
məhz xəvassa aid lədünni elmdir. a) Xassə - Xass - xüsusiyyətlər  
Xaslar  - keyfiyyət –  hallar,  b) Dindarlıq və  doğruluğu ilə, elmilə 
amil  olub  mənəviyyat  mərtəbəsində  yüksəlməklə  məqbul  və 
mötəbər olan şəxslər – Zənginlər sinifi – Quranı və mənəvi sirlərə 
və  xüsuslara  bələd  olan,  elm,  ibadət,  itaət  və  təqva  yolunda 
yüksələrək  mümtaz  olan  Allahın  övliyaları  –  Hər  kəsin  hörmət 
etdiyi böyük zəvat. Bax: xüsusi.  
XƏVATĠR [ing. memory;  ذاىخ
ش
] – xatirələr. Təki [جشذاخ]. Qəlbə 
gələn düşüncələr. Ərəbcədən keçmə kəlimədir. Bax: Xatirə  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə