Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   59   60   61   62   63   64   65   66   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
203 
nəticəsində  meydana  çıxan,  şərtlənmiş  davranış  halıdır.  Bəzən  
asılılıq,  düşkünlük,  narkomanlıq  kimi,  yaxud  yaxınlıq,  yoldaşlıq, 
ünsiyyət  kimi  də  xarakterizə  olunur.  Alışqanlıq,  daxili,  xarici 
təsirlərlə  iş  və  davranışların  yenilənməsi,  həmişə  eyni  formada 
reallaşması  gözlənilən,  şəraitə  uygunlaşmış  davranış  və  ya  təsir 
formaları.  Bəzən  vərdişlərinin  məcmusu  insanın  xasiyyətini 
ortaya qoyur, onun haqqında təsəvvür formalaşdırır.  
VƏCD  [ing.  Extase;  ər.   ٌذﺟو]  –  Cezbe-İstiğrak-Kendinden 
geçme: Allahla birləşmə duyğusu içində özündən keçmək. Vəcd – 
sufilərə  məxsus  haldır. Bu  halda  sufi  Allahla  ―birləşdiyini‖  iddia 
edər.  Bu  halda  sufi  hiss  və  duyğu  orqanlarını  fəaliyyətini  sanki 
hiss etmir. Bu vəziyyət onda uzun müddətli deyil, təkrar olunandır 
və  şəxsidir.  İrrasionalistlər  vəcdi  ilahi  mənşəli  ezoterik  bilik 
növlərinə  aid  edirlər. Vəcd ruhi, mənəvi  bir haldır. Ancaq təsvir 
ilə izah edilə bilər. Vəcd halında insanın mənliyi  yoxdur. Hisslər 
aləmindən  ayırlır.  Hisslər,  duyğu  orqanları,  nəzəri  ağıl  ortadan 
qalxmışdır.  Xatirələr  və  iradə  yox  olar.  Vəcd  halında  insan  öz 
özünə  sahib  olar  və  onunla  birlik  qurar.  Vəcd  sırf  eşqdən 
ibarətdir. Hər cür diqqət, nəfsə aid hər cür şüur müvəqqəti olaraq 
yox olur deyilə bilər. 
VƏHM  [ ٌىهو]  –  insanın  bir  inancı  və  yaxud  öz  xəyalında 
qurduğu bir fikri, həqiqətə uyub-uymadığına əhəmiyyət vermədən 
israrla  müdafiə  etmək,  yaxud  var  olmayan  bir  şeyi  var  olaraq 
qəbul  etmək deməkdir. Vəhmin  əsas  qaynağı  insanın  öz nəfsidir. 
İslam dininiə görə isə insan vəhmdən mümkün olduğu qədər uzaq 
durmalıdır.  Sufilər  arasında  da  vəhmin  bir  müridin  sülukuna 
böyük maneə olması görüşünün tərəfdarları əksəriyyət təşkil edir.   


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
204 
VƏZĠFƏ  [alm.  Pflicht;  fr.  Devoir;  ing.  Duty;  yun.  Deon, 
katheteon;  tr.  görev;  lat.  Officium;  osm.  tr.  Vazife;  ər.  خفٍضٚ]  – 
etməyə  məcbur  olduğumuz,  etməmiz  lazım  olan  şey,  əxlaqi 
məsuliyyət  olduğumuz  şey.  Vəzifələrə  qarşı  məcburiyyət  hissi. 
Vəzifə  insanın  etməsini  üzərinə  götürdüyü  hər  hansı  bir 
məsuliyyətdir.  Vəzifə  iki  anlamda  götürülə  bilər:  Hər  hansı  bir 
məmur pozisiyası, yaxud üstləndiyi məsuliyyət.  
VƏZĠYYƏT  [alm. = fr. = ing. Situation;  ər. حُظو;  tr. Durum; 
lat.  Situs  =  məskunlaşmış  olan,  oturuşmuş  olan]  –  ümumiyyətlə 
müəyyən  bir  zaman  kəsiyində,  müəyyən  bir  məkanda  müəyyən 
bir ortamda olma. Bir insanın  ətrafı ilə  konkret  əlaqəsi.  Aristotel 
fəlsəfəsində on kateqoriyadan biri hesab olunurdu. Aristotelə görə 
insanın içində olduğu hala deyilirdi. Müasir baxımdan isə insanın 
müəyyən bir zamanda və yaxud məkanda konkret vəziyyətidir.  
VĠTALĠZM [lat. vita – həyati; alm. Vitalismus; fr. Vitalisme; 
ing.  Vitalism;  osm.  tr.  hayatiye;  tr.  Dirimselcilik;  ər.  حُذاُح]  Baş 
verənləri  fiziki,  kimyəvi  baxımdan  deyil,  əksinə  xüsusi  bir 
həyatda qalma amalı, ideyası ilə açıqlayan fəlsəfi təlim. Bu görüş, 
bütün  üzvi  fəaliyyətlər  əhatə  edir.  Vitalizm  həm  animizmə  və 
xüsusilə ruh ilə bədən arasında vasitəçi bir güc qəbul etdiyi üçün 
Van  Helmontun  animizmi,  digər  tərəfdən  isə  vəhdətlə  və  ya 
bioloji monizmlə əlaqələnir. Çünki həyati qüvvət, nə mütləq ağla 
uyğun, nə də mütləq əbədidir; beləcə təbiətin digər gücləri ilə eyni 
dəyərdə sayıla bilər.  
VOLYUNTARĠZM  [alm.  Voluntarismus:  fr.  Voluntarisme; 
ing.  Voluntarism;  lat.  Voluntas  –  iradə;  lat.  voluntas  –  iradə]  – 
əqlə  və  biliyə  deyil,  əslində  istəyə,  iradəyə  üstünlük  verən, 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
205 
mənəvi hadisələrin və bilik prosesinin əsasında əsas olaraq iradəni 
görən  fəlsəfi  təlim.  İdealist  fəlsəfənin  xüsusi  cərəyanı,  iradəni 
bütün  mövcudatın  əsası  hesab edir.  Avqustin bütün  ruhi qabiliy-
yətlərdə  iradənin  əsas  olduğunu  önə  çəkir.  Duns  Skot  isə  belə 
hesab edirdi ki, istək təfəkkürdən üstündür.  
VULQAR MATERĠALĠZM [lat. vulgaris – sadə, ali] – XIX 
əsrin  ortalarında  materializmin  əsas  prinsiplərini  bayağılaşdıran 
və  kobudlaşdıran  fəlsəfi  cərəyan.  Vulqar  Sosiologizm  –  ictimai 
hadisələrin  ictimai  inkişafın  ayrı-ayrı  amillərinin:  texnikanın, 
istehsalın  təşkil  formalarının,  iqtisadiyyatın,  siyasətin,  ideolo-
giyanın rolunun birtərəfli şişirdilməsi yolu ilə tarixi materializmin 
təhrif edilən bayağı izahı. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə