Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   54   55   56   57   58   59   60   61   ...   67
    Bu səhifədəki naviqasiya:
  • TEĠZM

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
184 
varlıq  olması  səbəbilə  insan  heç  bir  zaman  vasitə  kimi  istifadə 
edilməməlidir.  Əxlaqi-şüur  anlayışı  və  etik  kateqoriya;  məzmu-
nuna  görə  ləyaqət  anlayışına  oxşardır.  Fərdin  özünün-özünə  və 
cəmiyyətin fərdə münasibətinin  təzahür forması olan şərəf [eləcə 
də ləyaqət] insanın davranışının və başqalarının ona münasibətini 
münasib şəkildə tənzimləyir. 
ġƏRĠƏT  [ər.  ―yönəltmək‖  qanun  vermək]  –  müsəlman 
qanunlarının  sistemləşdirilmiş  toplusu.  Şəriətdə  bütün  qeyri-dini 
və  dini  problemlər  islam  baxımından  işıqlandırılır;  təsərrüfat 
həyatı, əxlaqi və etik normalar, adət, ənənə və bayramlar, qadağan 
olunmuş, bəyənilmiş, yaxud təqdirəlayiq hərəkətlər, hətta dindarın 
həyatının  ən  intim  sahələrini  də  əhatə  edən  qayda  və  qanunlar 
islam dini baxımından vahid sistem şəklində birləşdirilmişdir. 
ġƏRT  [alm.  Bedingung;  fr.=ing.  Condition;  lat.  Conditio; 
osm.  tr.  şart;  ər.  خشش]  –  bir  başqa  şeyin  özünə  bağlı  olduğu,  bir 
başqa  şeyi  imkanlı  qılan  şey.  ġərtli  imperativ  [alm. 
Hyporthotischer imperativ; fr. Impèratif hyporthètique] 
ġƏXS [ər. ضخش; alm. Individium; fr. Individu; ing. Individual; 
lat. Individium; tr. Birey; osm. tr. şahıs, fert] mənası bölünməyən, 
parçalanmayan  deməkdir.  Latıncadakı  devidere  sözündən  törə-
mişdir  =  a-tomon  –  bölünməyən,  özlüyündə  hissələrə  ayrılmaz 
olan  varlıq.  Ümumiyyətlə  götürdükdə  isə  hər  var  olan  bir  şəxs 
olduğu  kimi,  müstəqil  olaraq  hər  hansı  bir  insan  da  bir  şəxsdir. 
Azərbaycan  dilində  bu  termin  latın  dilindəki  ifadə  variantından 
daha  çox  ərəbcədəki  versiyası  işlənir.  Ərəbcədə  bu  sözün  cəmi 
əşxas-dır  [صاخشأ].  Müşəxxəs,  təşxis  və  s.kimi  eyni  kökdən  olan 
bu  qəbil  sözlər  də  dilimizdə  işlənməkdədir.  Şəxsiyyət  [حُّظخش]  – 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
185 
tarixən  konkret  fəaliyyət  növləri  və  ictimai  münasibətlər  prose-
sində formalaşan sosial  keyfiyyətlər aspektində  götürülmüş insan 
fərdi. 
ġOVĠNĠZM  [fr.  Chauvinisme]  –  millətçiliyin  ifrat,  mürtəce 
formalarından  biri.  Başqa  millət  və  xalqlara  nifrət  və  ədavəti 
qızışdırmağa yönəldilmiş şovinizm siyasəti guya ―ikinci dərəcəli‖ 
millət və irqlər üzərində hökmranlıq etməli olan bir millətin milli 
müstəsnalığını təbliğ edir.  
ġÜUR [alm. Bewusstsein; fr. Conscience; ing. Consciousness; 
lat. Conscientia;  yun. Syn-eidesis = birlikdə bilmə; osm. tr. şüur; 
ər.  سىؼش]  –  1.  Insanın  özü,  yaşadıqları  və  dünya  haqqındakı 
məlumatı. Bundan başqa düşünmək və özünü tanımaq qabiliyyəti. 
Fəlsəfi ensiklopediyada qeyd olunur ki, şüur obyektiv gerçəkliyin 
yalnız insana xas yüksək formasıdır və insan tərəfindən obyektiv 
aləmin  və  öz  xüsusi  varlığının  başa  düşülməsində,  dərk  edilmə-
sində  fəal  iştirak  edən  psixi  proseslərin  vəhdətindən  ibarətdir.  
ġüursuzluq  –  Səbəbi  şüura  hələ  gəlib  çatmamış  [məs.  müdafiə 
reaksiyası  və  s.]  həmçinin  şüur  təbii  və  ya  süni  olaraq 
dayandırıldıqda [yaxud, hipnoz altında, möhkəm sərxoş olduqda, 
lunatizm  zamanında  və  s.  hallarda]  avtomatik,  qeyri-ixtiyari  baş 
verən fəaliyyət. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
186 
 

 
TABU  [polineziya  dilində]  Qeyri-normal  gücə  sahib  olan  bir 
nəsnə, insan və ya söz tabu syıla bilər.  
İbtidai  xalqlarda:  əfsanəvi  etiqadlara,  mövhumi  təsəvvürvə  – 
zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə 
səbəb  olacaq  və  buna  görə  də  söylənməsi  qadağan  olunmuş  söz. 
Müasir  dildə:  senzura  tərəfindən  işlənməsi  qadağan  edilmiş  söz, 
yaxud  qaba,  ədəbsiz  sayıldığına  görə  işlənməsi  qeyri-münasib 
hesab edilən söz. 
TALE  –  insanların  həyatında  bütün  hadisələri  qabaqcadan 
müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü 
ifadə edən anlayış. 
TANRI  [alm. Gott; fr. Dieu; ing. God; lat. Deus;  yun. Theos; 
osm.  tr.  Allah;  ər.  للهأ]  –  Dini  iman  sistemində  fövqəltəbii  və 
fövqəladə  xüsusiyyətləri,  yetişkin  bir  əsas  olaraq  ən  yüksək 
varlıq.    Tanrı  haqqında  elm  –  [alm.  Theologie;  fr.  Thèologie; 
ing.  Theology;  osm.  tr.  ilahiyat;  ər.  ذ
ٍَّ٘إ]  –  ümumiyyətlə  Tanrı 
və  tanrılar  haqqında,  dini  olan  haqqında  təlimlər.  Konkret 
anlamda  isə  dini  təfsirlərə  əsaslanan  Tanrı  haqqında  təlim.    Bax: 
Allah maddəsi. 
TANTRĠZM – Qədim Hindistanın dini-fəlsəfi təlim. İlk əvvəl 
qadın allahlar ayini ilə və məhsuldarlığın təmin edilməsinə yönəl-
dilmiş cadu mərasimləri ilə bağlı olmuşdur. 
TEĠZM [alm. Theismus; fr. Thèisme; ing. Theism; yun. Theos 
– Tanrı; osm. tr. ilahiye; ər. حُّهآإ] – Bir Tanrıya iman gətirmək  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə