Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

15

BP-nin Azərbaycanda fəaliyyəti

Ümumi neft debiti (gündə barel neft ekvivalenti) 

Neft debiti (gündə barel) 

Qaz debiti (gündə barel neft ekvivalenti)

20 000


40 000

60 000


80 000

Avstraliya (a)

66 180

Avstraliya (b)



64 053

Şahd niz (a)

53 181


Şahd niz (b)

52 529


Şahd niz (c)

48 598


Şahd niz (d)

47 503


Avstraliya (d)

38 305


Avstraliya (c)

45 698


Trinidad (a)

36 238


Avstraliya (e)

33 486


Ş rqi Az ri (a)

32 880


Anqola (a)

31 663


İndoneziya (a)

31 251


İndoneziya (b)

31 116


İndoneziya (c)

30 207


Q rbi Az ri (a)

29 568


Q rbi Az ri (b)

26 929


Çıraq (a)

25 264


İndoneziya (d)

24 970


D rinsulu

Gün şli (a)

24 521


BP-nin 20 ən məhsuldar hasilat quyusu

a

Anqola quyularından çıxan qaz hazırda yenidən laya vurulur 



və buna görə də ümumi neft debitinə daxil edilməyib. 

Qumun çıxarılması üçün yeni 

konsepsiya dənizdə sınaqdan keçdi

Qumun çıxarılması həmişə çətinliklər törədib – 

yalnız BP üçün deyil, bütövlüklə dənizdə 

neft sənayesi üçün. Azəri-Çıraq-Dərinsulu 

Günəşli istismara veriləndən bəri dənizdəki 

separatorların içərisində toplanmış 500 tondan 

çox qum mütəmadi olaraq texniki çətinliklər, 

o cümlədən boru ştutser və klapanlarında 

mexaniki aşınma, daxili korroziya və digər 

problemlər yaradıb.

Qumun çıxarılmasının ənənəvi üsulu qazıb-

çıxartma əməliyyatı kimi tanınır və platformanın 

dayandırılmasını tələb edir. Bu, çox ağır, iş 

həcmi böyük bir əməliyyatdır və adətən, ən azı 

15 gün çəkir. 

2011-ci ildə Azərbaycanda BP-nin lay suyu 

və qumun idarə olunması üzrə qrupu qumun 

çıxarılmasının yeni və fərqli bir konsepsiyasını 

işləyib hazırladı. Burada qazıb-çıxartma 

əməliyyatı, platformanın dayandırılması lazım 

gəlmir və hasilat göstəriciləri dəyişmir. Əlavə 

xərclərə də ehtiyac olmur. Dərinsulu Günəşli 

platformasında ilk sınağı uğurla keçən bu metod 

qumun idarə edilməsi üzrə “Merpro” sistemi, 

qumun ayrılması üçün “Alderey” hidrosiklon 

sistemi ilə lay suyu deqazatorunun birlikdə 

istifadə olunmasına əsaslanır. 

Lay suyu və qumun idarə olunması üzrə 

menecer Şamil Babanlının sözlərinə görə: 

“Bu, şirkətə böyük faydalar gətirə biləcək 

irəliyə atılmış mühüm bir addımdır. Digər 

faydalarla yanaşı, separatorların və axın 

xətlərində korroziya və aşınma risklərinin 

əhəmiyyətli dərəcədə azalmasını, qaz/neft 

ayrılmasının yaxşılaşmasını, nasoslarımızın və 

süzgəclərimizin daha yaxşı qorunmasını, eləcə 

də Səngəçal terminalına birləşən sualtı magistral 

boru kəmərlərimizlə daşınan qumun miqdarının 

aşağı düşməsini gözləyirik”. 

Bu layihənin uğuru BP-nin Mərkəzi 

Texnologiya qrupu tərəfindən qiymətləndirilib, 

Azərbaycanda lay suyu və qumun idarə 

olunması üzrə qrupdan bu qabaqcıl təcrübəni 

bölüşmək xahiş edilib. İndi bu təcrübəni Şərqi 

Azəri platformasına tətbiq etmək və ABŞ-dakı 

həmkarlarımızla bölüşmək planlaşdırılır. 



Qərb ixrac boru kəməri 

Uzunluğu 829km olan bu boru kəməri nefti 

Xəzər hövzəsindən Səngəçal terminalı 

vasitəsilə Gürcüstanın Qara dəniz sahilindəki 

Supsa terminalına nəql edir. 1997-ci ildən 

sonra BP və onun tərəfdaşları Qərb ixrac boru 

kəmərini (QİBK) əsaslı şəkildə təmir etmişlər. 

2011-ci ildə Səngəçal terminalından QİBK 

vasitəsilə təxminən 28,3 milyon barel neft 

nəql edilmişdir.




16

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

(%)

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG)

b

BP

ARDNŞ



Şevron

İNPEKS


Statoyl

EksonMobil

TPAO

İTOÇU


Hess

35,8

2,7

4,3

6,8

8,0

8,6

11,0

11,3

11,6

Bakı-Tbilisi-Ceyhan (BTC)

BP

ARDNŞ



Şevron

Statoyl


TPAO

Total


Eni

İTOÇU


İNPEKS

KonokoFilips

Hess

30,1

2,4

2,5

2,5

3,4

5,0

5,0

6,5

8,7

8,9

25,0

Şahdəniz/Cənubi Qafqaz boru kəməri (CQBK)

BP

Statoyl



ARDNŞ

LUKOYL


Total

NİKO


TPAO

25,5

9,0

10,0

10,0

10,0

10,0

25,5

Şəfəq-Asiman

BP

ARDNŞ



50

50

Azərbaycanda BP-nin əməliyyatçısı olduğu layihələrdə tərəfdaşların iştirak payı

a

Yuvarlaqlaşdırılma aparıldığına görə faizlər toplandıqda 100% olmaya bilər.  



Yuxarıda qeyd edilmiş layihələrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz filialları tərəfindən təmsil olunur: AÇG – AzAÇG; Şahdəniz – 

AzŞahdəniz; CQBK – AzCQBK; BTC – AzBTC. 

Faizlər 2011-ci ilin iyul ayında ARDNŞ BP-nin 1,6461% payını əldə etdikdən sonra dəyişib.



BP AGT layihələri üçün məsul olan hüquqi şəxslər

Layihə


Operator

BP səhmlərini saxlayan hüquqi şəxs

AÇG

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti



“Azerbaijan International Operating Company”

BP Eksploreyşn (Kaspian Si) Limited

“BP Exploration (Caspian Sea) Limited”

BTC


Ze Bakı-Tbilisi-Ceyhan Payplayn Kompani

“The Baku-Tbilisi-Ceyhan Pipeline Company”

BP Payplaynz (BTC) Limited

“BP Pipelines (BTC) Limited”

Şahdəniz

BP Eksploreyşn (Şahdəniz) Limited

“BP Exploration (Shah Deniz) Limited”

BP Eksploreyşn (Azərbaycan) Limited

“BP Exploration (Azerbaijan) Limited”

CQBK


Sauf Kokazus Payplayn Kompani Limited

“South Caucasus Pipeline Company Limited”

BP Payplaynz (SCP) Limited

“BP Pipelines (SCP) Limited”

Şəfəq-Asiman 

 

(təyin edilməlidir) 



BP Şəfəq-Asiman Limited

“BP Shafag-Asiman Limited”



Kompleks Təchizat və Ticarət 

Dünyada ən böyük enerji satıcılarından biri 

olan BP qrupuna aid Londondakı Kompleks 

Təchizat və Ticarət qrupu BP AGT-nin payına 

düşən xam nefti bazara çıxarır. 

BP-nin istehsal etdiyi sürtgü yağları 

Azərbaycanda

BP-nin Azərbaycandakı bütün layihələri 

üçün BP və “Castrol” markalı sürtgü 

yağlarını “Petrochem” qrupu təchiz edir. 

2011-ci ildə BP və onun Azərbaycandakı 

podratçılarına təxminən 2 milyon litr sürtgü 

yağı çatdırılmışdır. Azərbaycanda işləyən 

və neft-qaz hasilatı xidməti göstərən əksər 

podratçılar da “BP/Castrol” sürtgü yağları ilə 

təchiz edilirlər.



Geoloji-kəşfiyyat işləri

2011-ci il may ayının 6-da Azərbaycan 

Respublikasının Milli Məclisi Xəzər dənizinin 

Azər baycan sektorunda Şəfəq-Asiman 

perspek tiv strukturunun birgə geoloji-kəşfiyyatı 

və işlənməsi haqqında BP ilə Azərbaycan Res-

pub likası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında 

imzalanmış yeni hasilatın pay bölgüsü sazişini 

ratifikasiya etdi. Bu blok Bakıdan təqribən 

125 kilometr (78 mil) cənub-şərqdə yerləşir. 

Təxminən 1 100 kvadrat kilometr ərazini əhatə 

edən bu dəniz blokunda indiyədək heç bir 

geoloji-kəşfiyyat işi aparılmayıb. Blok də ni zin 

dərinsulu hissəsində suyun dərinliyinin təx mi-

nən 650-800 metr olduğu ərazidə yer lə şir və 

kollektorun dərinliyi təxminən 7 000 metrdir. 

May ayında strukturun üçölçülü seysmik 

tədqiqatı üçün müqavilə “WesternGeco 

(Schlumberger)” şirkəti ilə ARDNŞ-nin birgə 

müəssisəsi olan “Caspian Geophysical” 

şirkətinə həvalə edildi. Seysmik məlumatların 

əldə olunması noyabrda başladı və 2012-ci 

il yanvarın 4-də başa çatdırıldı. Bu, müqavilə 

sahəsində aparılmış ilk üçölçülü seysmik 

tədqiqatdır. Bundan sonra 2012-ci il ərzində 

məlumatların emalı həyata keçiriləcək. Bu 

fəaliyyət də “Caspian Geophysical” tərəfindən 

həyata keçirilir və bu, indiyədək emalı 

Azərbaycanda aparılmış ən böyük üçölçülü 

seysmik tədqiqat olacaq. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə