Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

Azərbaycanın bir sıra quzey bölgəsini, o sıradan əsas strateji mərkəzlərdən olan Dərbənd və 
Bakını  iĢğal  edən  Pyotr  Azərbaycanın  içərilərinə  doğru  irəliləyə  bilmədi.  O,  Azərbaycan 
xalqının bu rəĢadətli müqavimətini heç ağlına da gətirməmiĢdi. Belə ki, Səfəvilər özünü tam 
itirmiĢ, ölkə idarəsiz qalmıĢ, xalqın - Azərbaycan türklərinin müqavimətini təĢkil edəcək elə bir 
hakimiyyət orqanı qalmamıĢdı. Azərbaycan xalqı öz azadlığını qorumaq üçün rus iĢğalçıları ilə 
ölüm-dirim müharibəsi aparırdı. 
Azərbaycan  xalqının  1722-23-cü  illərdə  rus  imperiyasına  qarĢı  apardığı  azadlıq  müharibəsi 
türk  millətinin  ən  Ģanlı  və  Ģərəfli  tarix  səhifələrindəndir.  Xalqımızın  bu  əzəmətli  dirəniĢi 
kalmuk,  noğay,  qumuq, ləzgi və çeçenləri də Pyotra  qarĢı qaldırmağa baĢladı.  Pyotr Senatı 
sakitləĢdirmək və onun qarĢısında özünə bəraət qazanmaq üçün bir məktub yazıb göndərdi. 
Məktubda  bildirilirdi  ki,  atlara  ot  və  yulaf  çatıĢmır,  hava  əlveriĢli  deyil,  əsgərlər  arasında 
xəstəlik yayılıb, daha nələr, nələr. 
Bundan bir az keçməmiĢ Pyotr mühasirəyə düĢəcəyindən qorxaraq gecə xəlvətcə bir gəmiyə 
minib Dərbənddən HəĢtərxana qaçdı və özünü Peterburqa çatdırdı. 
Rusiyanın  Azərbaycanda  qalan  iĢğal  ordularına  qarĢı  müharibəni  sürdürən  Azərbaycan 
türklərinin güclü bir baĢçıya ehtiyacı vardı. Azərbaycan türkləri həmiĢə ağır və dözülməz bir 
duruma  düĢdükdə  öz  içərisindən  böyük  Ģəxsiyyətlər  yetiĢdirmiĢdir.  Bir  Avropa  səyyahı 
demiĢdir ki, baĢqa ölkələrdə tək-tək tapılan istedadlar Azərbaycanda çoxdur. Həmin dövrdə 
xalqın istək və ehtiyaclarına cavab verən Ģəxs Nadirqulu oldu.  
Böyük komandan istedadı olan Nadirqulu II Təhmasibin yanına gələrək öz xidmətini ona təklif 
etdi  və  Ģahın  əmrlərinin  icraçısı  olması  haqqında  ondan  imzalı  fərman  aldı,  özünə 
"Təhmasibqulu  xan"  ləqəbini  götürdü.  Çox  çəkmədi  ki,  Nadir  bütün  xarici  iĢğalçıları 
Azərbaycan,  Fars,  Ġraq  və  Xorasandan  çıxardı.  1736-cı  ildə  Muğanda  qurultay  çağırdı, 
qurultay Nadiri Ģah seçdi.  
Nadir  rusları  təkcə  Azərbaycandan  deyil,  Dərbənddən  quzeyə  bir  çox  əyalətlərdən  qovdu, 
HəĢtərxana  yürüĢə  baĢladı,  ancaq  dağlı  xalqlarının  ona  qarĢı  müqavimətini  görərək  bu 
fikrindən daĢındı. O, Səfəvi imperiyasını "ƏfĢar imperiyası" adı altında bərpa etdi, əlavə olaraq 
Hindistanı da tutdu. Hindistanda Böyük Moğolları məğlub edib sonra da oranı tam hakimiyyət 
altında saxlaya bilməməsi onun ən böyük səhvi idi. Belə ki, güclü bir türk dövləti olan Böyük 
Moğollar  bu  məğlubiyyətdən  sonra  özlərinə  gələ,  gələcəkdə  Avropa  iĢğallarına  qarĢı 
Hindistanı qoruya bilmədilər. Bununla da özləri də tarixin səhnəsindən çıxdılar. 
Bir sıra tarixçilər Səfəvilər dövlətini ġah Ġsmayıldan ġah Abbasadək Azərbaycan dövləti, ondan 
sonra isə Ġran dövləti kimi qiymətləndirirlər. Bu baxıĢ baĢdan-ayağa yanlıĢdır. Ġlxanlı, Cəlairli, 
Çobanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Qacar dövlətləri də Səlcuq imperiyası tipində orta 
çağın əsl türk dövlətləri idi. Burada heç bir dartıĢmaya yer yoxdur. Bu dövlətlərin hamısında 
türk,  ərəb  və  fars  dilindən  yan-yana  istifadə  olunub,  hamısında  saray,  ordu  və  bəzi 
müəssisələrin dili yalnız TÜRK DĠLĠ olubdur. 
Tez-tez  tarixi  haĢiyələrə  çıxdığımı  oxucular  və  alimlər  bağıĢlasınlar.  Ancaq  bir  haĢiyə  də 
yazmağa məcburam. Bu da 
I Napoleon Bonapartın Misrə hərbi yürüĢü
 haqqındadır. 
Napoleon  1798-ci  il  iyul  ayında  Ġsgəndəriyyəyə ordu  çıxaran  andaca  yerli  əhaliyə  müraciət-
manifest  göndərdi,  onu  ərəb  və  türk  dillərində  yaydırdı.  Orada  özünü  Misir-ərəb  xalqının 
müdafiəçisi  kimi  qələmə  verdirmiĢdi;  yalnız  Misirdə  hakimiyyətdə  olan,  Osmanlıdan  asılı 
misirlilərin,  Osmanlının  və  Fransanın  düĢmənləri  olan  Məmlükləri  susdurmağa  gəldiyini 


bildirirdi. O, Məmlüklərin hakimiyyətindən narazı yerli ərəbləri öz tərəfinə çəkib 
türk-məmlük
 
hakim elitasını darmadağın etdi. 
Həmən siyasətlə Suriyaya hücum etdi. Ancaq burada Əkkə qalasının ətrafında məğlub olaraq 
Misrə  çəkildi.  Napoleonun  məğlubiyyəti  Fransada  təĢviĢ  yaratdı  və  Direktoriyada  çaxnaĢma 
baĢladı.  O  da  Deli  Petro  kimi  bu  məğlubiyyətdə  özünə  bəraət  qazandırmaq  üçün 
Direktoriyaya  bir  məktub  göndərdi.  Məktubda  deyilirdi  ki,  hava  həddən  artıq  istidir 
(məğlubiyyət  1799-cu  ilin  avqust  ayında  olmuĢdu),  əsgərlər  arasında  çüzam  xəstəliyi  geniĢ 
yayılmıĢdır,  atlar  və  əsgərlər  qırılır,  yeni  qüvvə  gəlmədiyindən  hücumu  davam  etdirmək 
mümkün deyil və daha nələr, nələr.  
Hərtərəfli  məğlub  edildiyini  görən  Napoleon  da  Pyotr  kimi  yalnız  bir-iki  yaxın  adamına  öz 
məqsədini  bildirib  gizlincə  Ġsgəndəriyyədən  qaçdı.  O,  Pyotrdan  fərqli  olaraq,  qiyafəsini  də 
dəyiĢdirib sadə bir sərniĢin kimi baĢqa ölkənin sərniĢin gəmisində Avropaya keçdi və özünü 
birtəhər Parisə çatdırdı.  
"Fransızlar  öz  övladlarına  "adam  ol"  yerinə  "türk  ol"  deyirdilər"
  fikrini  söyləyən  Napoleon 
Bonapart  Misirdə 
"bir  türk-məmlük  əsgəri  on  fransız  əsgərinə  asanlıqla  qalib  gəlir"
  sözlərini 
söyləməli olmuĢdu. 
Bəli,  bir  neçə  yüzil  idi  ki,  Avropanı  bir  fenomen  düĢündürür,  rahatsız  edir  və  sıxırdı  - 
türk 
fenomeni!
 Rusiyanın ən böyük sərkərdə və imperatoru I Pyotr, Fransanın ən böyük sərkərdə 
və  imperatoru  I  Napoleon,  onların  general  və  əsgərləri  bu  fenomeni  öz  gözləri  ilə  görmüĢ, 
acısını çəkmiĢdilər. 
Nə üçün biz bunları müqayisə edirik? Çünki, 
birincisi
, hər iki iĢğalçı hücumun hədəfi eynidir - 
türk  milləti!  Belə  ki,  Pyotr  yerli  qeyri-türkləri  və  xristian  gürcü  və  erməniləri  türklərə  qarĢı 
qaldırmıĢdırsa  da,  Napoleon  türk-məmlük  əhalisini  Misirdə  hakimiyyətdən  devirmiĢ,  onlara 
divan  tutandan  sonra  ərəbləri  türklərə  qarĢı  qoymuĢdu. 
Ġkincisi
,  hər  iki  hücumun  kökündə 
türk  düĢmənçiliyi  əsas  motiv  idi. 
Üçüncüsü
,  hər  iki  cahangirin  iĢğalçılıq  yürüĢünü  türk 
dövlətlərindən  daha  çox  türk  xalqının  döyüĢkənliyi  və  iradəsi  puça  çıxarmıĢ  və  onları  tam 
məğlubiyyətə  uğratmıĢdır.  Bunlar  xarici  iĢğalçılara  qarĢı  daha  çox  türk  xalqının  azadlıq 
vətəndaĢ  müharibəsini  xatırladırdı. 
Dördüncüsü
,  bu  hər  iki  müharibə  Avropa  imperiyalarına 
böyük  dərs  oldu;  onlar  götür-qoy  edib  XIX  yüzildəki  xarici  iĢğal  siyasətləri  üçün  böyük 
təcrübə qazandılar. Avropanın bütün iĢğalçıları anladılar ki, türkləri məğlub etməyincə Asiyaya 
yiyələnmək, onu müstəmləkələrə bölüb talamaq mümkün olmayacaq. 
XIX  yüzilin  birinci  yarısında  Azərbaycanda  iĢğalçılıq  müharibəsi  aparan  Rusiya  bu  dəfə 
imperialist  siyasətində  tam  hazırlıqlı  idi.  Bu  müharibələrin  gediĢində,  aralarında  və 
sonralarında  müxtəlif  vaxtlarda  Azərbaycanda  olan  rus  ekspert,  casus,  diplomat  və  baĢqa 
nümayəndələri Peterburqa yazıb bildirirdilər ki, buranın (Azərbaycanın) əsas əhalisi türklərdir. 
Buranı  iĢğal  edərkən  ermənilər  bizə  çox  yardım  ediblər.  Onlar  burada  bizim  ən  yaxın 
köməkçimiz  ola  bilərlər.  Türkiyə  ilə  sülhü  altı  ay  gecikdirin  -  biz  oradan  geri  çəkilənədək 
erməniləri Rusiya himayəsinə keçmiĢ ərazilərə köçürüb oralarda məskunlaĢdıra bilək. 
Mərkəzdən  gələn  cavabda  isə  yazılırdı  ki,  biz  ermənilərdən  yana  müharibəni  davam  etdirə 
bilmərik,  üç  aya  kimi  tədbirlərinizi  görüb  yekunlaĢdırın.  Beləliklə,  Qacarlar  və  Osmanlı 
dövlətlərinin  ərazisində  yaĢayan,  Rusiyaya  müharibədə  kömək  göstərən  və  ya  Rusiyanın 
qızıĢdırması ilə üsyan, qiyam qaldıran erməniləri ruslar köçürərək Azərbaycanda, xüsusən də 
ġamaxı,  Bakı,  Dərbənd,  Gəncə,  Qarabağ,  Ġrəvan,  Naxçıvan  və  Zəngəzurda,  bir  də 
Gürcüstanda məskunlaĢdırdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə