Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

Buna qarĢılıq Rusiya da bildirmiĢdi ki, onun da Osmanlıya tabe Misir və Krit adasında marağı 
yoxdur.  Britaniya buna  susmuĢdur.  Bundan  Rusiya belə  bir nəticə  çıxarmıĢdı ki,  o, Misir və 
Kriti Britaniyaya güzəĢtə getməklə, "bağıĢlamaqla" Osmanlını təkləmiĢ, Qara dəniz, Boğazlar, 
Qafqaz və Balkanlarda Osmanlı imperatorluğu ilə müharibə aparmaq sərbəstliyi qazanmıĢdır… 
1853-cü  ilin  iyununun  sonunda  Rusiya  Osmanlı  dövlətinə  tabe  olan  Moldova  və  Valaxiyanı 
iĢğal  edib  Dunayın  quzeyindəki  torpaqları  əlinə  keçirdi.  Türkiyə  Rusiyaya  qarĢı  elə  bir 
təsiredici  tədbir  görə  bilmədi.  Rusiyanın  bu  hərəkətindən  təĢviĢ  keçirən  və  narazı  olan 
Avstriya  da  səsini  çıxarmadı.  Britaniyada  bu  məsələ  parlamentə  çıxarıldı,  ancaq  Rusiyaya 
qarĢı hər hansı bir tədbir qərara alınmadı. Bundan istifadə edən Rusiya ordularını üç yandan: 
batıdan,  Qara  dənizdən  və  Qafqazdan  Osmanlı  imperatorluğuna  qarĢı  hücuma  hazırladı. 
Durumun dözülməz olduğunu görən Osmanlı dövləti həmin ilin oktyabr ayının 4-də Rusiyaya 
müharibə  elan  etdi.  Rusiya  yüzillərdir  Avropanın  müzakirə  etdiyi,  sakitlik  olan  andaca 
gündəliyə  birinci  məsələ  kimi  çıxardığı  "ġərq  məsələsi"ni  tam  öz  xeyrinə  həll  etməyin  və 
"xəstə  adam"ın  tək  varisi  olmağın  vaxtı  çatdığını  düĢünərək  bu  arzusunu  həyata  keçirməyə 
giriĢdi.  
Rusiyanın  dünyanı  saymazlığı  və  quduzluğu  Avrasiyanın  çox  hissəsini  həyəcana  gətirmiĢdi. 
Demək  olar  ki,  hamı  gözlərini  Londona  dikmiĢdi.  London  isə  səbrli  davranırdı.  Ġngiltərə 
parlamenti  məsələni  bir  neçə  dəfə  müzakirəyə  çıxarmıĢ,  ancaq  heç  bir  qərara  gələ 
bilməmiĢdi.  Parlament  nümayəndələrinin  çoxu  Rusiya  təbliğatının  təsiri  altına  düĢmüĢdü  və 
bir çoxu onu açıqca müdafiə edirdi. Ġlk həyəcan qaldıran və həmiĢə də Türkiyəni müdafiəyə 
çağıran yeganə bir nümayəndəni heç kim dinləmək istəmirdi; onun əsli isveçli idi. Hətta ona 
"o  da  dağlıq  ölkədəndir,  türklər  də  dağlıq  yerdə  yaĢayır.  Təbiətləri  bir  olduğu  üçün  onları 
müdafiəyə  çağırır"  deyə  istehza  edirdilər.  Buna  baxmayaraq,  zaman-zaman  həyəcan  baĢqa 
nümayəndələrə  də  keçir,  hamı  Rusiyadan  təĢviĢə  düĢməyə  baĢlayırdı.  Belə  ki,  53-cü  ilin 
noyabr-dekabr  aylarında  Rusiya  Qara  dənizdə  Osmanlı  dövlətinin  donanmasını  məhv  etmiĢ, 
Qafqazdan  keçərək  Türkiyənin  içərilərinə  irəliləmiĢ,  Qarsda  Osmanlı  ordusu  məğlubiyyətə 
uğramıĢ, Boğazların və Ġstanbulun iĢğalı təhlükəsi yaranmıĢdı.  
1854-cü  ilin  yanvar-fevral  aylarında  bütün  Avropanı  bir  rus  qorxusu  bürümüĢ,  Britaniyadan 
baĢqa  bütün  dövlətlər  sarsılmıĢdı.  Ancaq  London  da  çaxnaĢırdı.  Hamıdan  sakit  yalnız 
Ġngiltərənin  ozamankı  baĢ  naziri,  böyük  diplomat 
Palmerston
  idi.  O,  bütün  həyəcan,  təĢviĢ, 
qorxu  və  çığır-bağırlara  heyrətamiz  bir  soyuqqanlılıqla  baxırdı.  Sanki  dünyada  heç  bir  elə 
əhəmiyyətli  hadisə  baĢ  verməmiĢdi.  Bir  sıra  dövlət  [adamları  ondan]  Ģübhələnməyə 
baĢlamıĢdılar. Onu Britaniyanın mövqelərini Rusiyaya satmaqda təqsirləndirənlər və bunu açıq 
söyləyənlər də var idi. 
Təmkin və soyuqqanlılığı ilə soyuqqanlı ingilisləri belə qəzəbləndirən Palmerston 1854-cü ilin 
mart ayında Fransanı da yanına alaraq Osmanlı imperatorluğu ilə bir cəbhədə Rusiyaya qarĢı 
müharibə  elan  etdi.  Dünya  siyasəti  səhnəsində  hər  nəsnə  alt-üst  oldu.  Rusiya  təkləndi. 
Avstriya  və  Prussiya  da  Rusiyaya  hədələr  gəlib  Dunaydan  çəkilməsini  tələb  etdilər  və 
istəklərinə nail oldular. 
Böyük  diplomat  qoca  Palmerstonun  niyyəti  aydın  oldu.  Belə  ki,  Rusiyanı  müharibənin 
dərinliyinə  buraxmıĢ,  ona  geri  qaçıb  tez  sülh  bağlamağa  yol  qoymamıĢdı.  Əgər  Rusiya  geri 
qaçardısa o zaman "zəif" Türkiyənin onu məğlub etdiyi anlaĢılar və Rusiya öz nüfuzunu tam 
itirmiĢ, üçüncü dərəcəli dövlət səviyyəsinə düĢmüĢ olardı.  
1854-55-ci  illərdə  Rusiya  müharibə  meydanlarında  və  Qara  dənizdə  darmadağın  edildi. 
Qələbələrdən  ruhlanan  Osmanlı  orduları  Krıma  çıxaraq  Moskva  üzərinə  hücuma  hazırlaĢırdı. 
Britaniya buna etirazını bildirdi və hücumu dayandırdı. 


1856-cı  ilin  martında  Parisdə  sülh  müqaviləsi  bağlandı.  Türkiyə  qalib,  Rusiya  məğlub  oldu. 
Ancaq ən çox qazanan Britaniya oldu: 
1.
 
Britaniya yavaĢ-yavaĢ dirçəlməkdə olan Türkiyəni Rusiyaya əzdirmiĢdi. 
2.
 
Rusiyanı da Türkiyə, Britaniya və Fransa birgə əzmiĢdilər. 
3.
 
Dünyaya meydan oxuyan Rusiya imperiyasını "xəstə" Osmanlı dövləti məğlub etmiĢdi 
(bu,  o  deməkdi  ki,  dünya  xristianlarının  himayəçisi  Rusiya  ola  bilməz,  bu  missiya 
Britaniyaya məxsusdur). 
4.
 
Ən əsaslardan biri: Rusiya Avropa jandarmı rolunu və Avropada bütün nüfuzunu itirdi. 
5.
 
Britaniya dünyaya  bildirdi ki,  onsuz dünyada  hər  hansı bir  mühüm  məsələ  həll edilə 
bilməz və həll edilməməlidir. 
SoruĢula  bilər  ki,  mövzu  Azərbaycanın  quzeyində 
"türk  dili"
nin 
"Azərbaycan  dili"
nə  necə 
çevrilməsi,  ya  da  çevirdilməsini  aydınlaĢdırmağa  həsr  edildiyi  kimi,  bu  tarix  təsviri  nəyə 
gərəklidir? 
Hörmətli oxucu, hörmətli dilçi alimlərimiz, Azərbaycanın dili türk dilidir, onun "Azərbaycan dili" 
adlandırılması  elmin  nəticəsindən  deyil,  siyasətin  nəticəsindən  doğmuĢdur.  Bu  siyasəti  isə 
Rusiya imperiyası yürütmüĢ, məqsədi isə "ayır-buyur!" (parçala, ağalıq et!) siyasətini həyata 
keçirmək  olmuĢdur.  Odur  ki,  məsələnin  əsl  mahiyyətini  anlamaq  və  düzgün  elmi  qiymət 
vermək  üçün  Rusiyanın  və  Britaniyanın  XIX  yüzildəki  siyasətini,  ayrıca  olaraq  da  Yaxın  və 
Orta  ġərq  siyasətini  araĢdırıb  onu  qiymətləndirmək  qaçılmazdır.  Ġndi  bəhs  etdiyimiz  həmin 
tarixi hadisələrin və dövrün fonunda Rusiyanın Azərbaycana və türk dilinə yönəlik siyasətini 
izləyək. Belə çıxmasın ki, biz Rusiyanın balaca və böyük siyasətində Azərbaycanın mövqeyini 
böyüdürük. Əsla yox! 
Sonralar  Rusiyada  boĢ  yerə  Azərbaycanı  "ġərqin  qapısı"  adlandırmamıĢlar.  Belə  bir  ifadə 
vardır:  "siyasət  tez-gec  dəyiĢə  bilər,  ancaq  coğrafiya  dəyiĢmir".  Bütün  tarix  boyu  Dərbənd, 
Bakı,  Gəncə,  Tiflis,  Ġrəvan,  Təbriz,  Qəzvin,  Ərdəbil  və  Həmədanın  hərbi-strateji  mövqeyini, 
Güneydən  Quzeyə,  Quzeydən  Güneyə  çıxıĢın,  gediĢ-gəliĢin  bunlarsız  mümkün  olmadığını 
qədim yunan və romalılardan tutmuĢ Bizans və ərəb xilafəti də daxil olmaqla rus və rus-sovet 
imperiyasınadək hamı çox əla bilirdi. 
XVII  yüzilin  sonları  -  XVIII  yüzilin  ilk  illərində  Azərbaycan  Səfəvi  imperatorluğu  dağılmağa 
baĢlamıĢ,  hətta  uzun  müddət  Səfəvilərin  təsiri  altında  olan  əfqanlar  hücum  edərək 
imperiyanın  ozamankı  mərkəzi  Ġsfahanı  mühasirəyə  almıĢ,  ġah  II  Təhmasib  (1722-32) 
Azərbaycana çəkilmiĢdi. 
Səfəvi imperiyası tam süquta uğrayırdı. Bir neçə il davam edən bu tənəzzülü Rusiya diqqətlə 
izləyirdi. 1711-ci ildə Prut çayı sahilində Osmanlı tərəfindən həqarətli məğlubiyyətə uğramıĢ I 
Pyotr  (Dəli  Petro)  bunun  əvəzini  Azərbaycanda  çıxmağa  və  təntənəli  qələbə  çalmağa  ümid 
bəsləyirdi.  O,  1704-20-ci  illərdə  rus  imperiyasına  qarĢı  türk  xalqlarının  Tatarıstanda, 
BaĢqırdıstanda,  HəĢtərxanda  və  bütün  Volqaboyunda  baĢ  verən  üsyanlarını  amansızlıqla 
boğmuĢ  və  Quzey  Qafqaza  ordu  toplamıĢdı.  1722-ci  ildə  o,  Dərbəndə  qoĢun  çıxarıb  oranı 
iĢğal etdi.  
Hücumdan  qabaq  o,  yerli  xalqlara  müraciət  manifesti  yazmıĢdı.  Həmin  manifestin 
Azərbaycanda  geniĢ  yayılması  üçün  onu  türk  dilinə  tərcümə  etdirmiĢ  və  mətbuatda  çap 
etdirərək  yaydırmıĢdı.  O,  özünün  dediyi  kimi,  Rusiyanın  "iti,  zəhərli  neĢtəri"ni  Qafqazın  və 
Yaxın ġərqin "Ģah damarı olan" Azərbaycana yeritməklə "onları iflic edəcəyini" düĢünür, iflic 
edilmiĢ  Ġrandan  gələcəkdə  rus  imperiyasının 
türklərə  qarĢı
  yararlı  istifadəsini  hazırlamaq 
istəyirdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə